Tədris proqramı

İctimai-səhiyyə fakultəsinin təcrübə məşğələlərinin mövzu planı

MÖVZULAR

SAAT

1.

Sümük iliyinin hüceyrə tərkibi. Sümük iliyində immun sistem hüceyrələrinin yaranması. Immunsəlahiyyətli hüceyrələrin periferik qanda normativləri. Müxtəlif yaşlarda immun göstəricilərin xüsusiyyətləri. Qeyri-spesifik immunitetin hüceyrələrinin təyini: faqosit hüceyrələrin (NBT testi) faqositar aktivlik, faqositar indeksin) və NK hüceyrələrin təyini.

2

2.

İnterferon sistemi, properdin sistemi, lizosim və fibrinonektin, CRZ təyini(skrininq testi). Komplement sisteminin komponentləri, onların bioloji əhəmiyyəti, C1, C3, C4, CH50  təyini. Hemolitik vahidin təyin olunması.

2

3.

Sitokin sisteminin ümumi xarakteristikası, təsnifatı –iltihab və iltihabəleyhi sitokinlər və təyini üsulları. Onların qanda norma göstəriciləri.

2

4.

Spesifik immunitet hüceyrələrinin növləri və fərqi. T-limfositlərin ümumi sayı və onun subpopulyasiyalarının normada və patologiyada göstəriciləri.

B-limfositlərin qanda normal göstəriciləri və yaş xüsusiyyətləi. B1-l və B2-l populyasiyaların fərqi.

2

5.

Zərdabda, plazmada IgA, İgM, İgG, İgE, İgD–nin bioloji əhəmiyyəti və normal və patologiyada  göstəriciləri. İfrazatlarda sIgA bioloji əhəmiyyəti və normal göstəriciləri. İg-rin təyini uçun immunoloji metodlar (Mancini üsulu, İmmunodiffuziya, ELİZA üsulu).

2

6.

Əkscismlərin ağır və yüngül zəncirlərinin təyini (İFA, ELİZA üsulu) və İg-patiyalarda (qammapatiyalarda) və diaqnostik  əhəmiyyəti. Dövr edən immun komplekslərin ölçüsündən, tərkibindən asılı olaraq təsnifatı və müxtəlif xəstəliklərdə çoxalmasının rolu.

2

7.

Qan qruplarının təsnifatı və rezus faktoru. Bu faktorların konflikti nəticəsində yaranan hemolitik anemiyalar. Hemoqlobinin və eritrositlərin normal qan göstəriciləri. Hemoqlobinopatiyalarda (hədəfvari, oraqvarı, mikrosferositoz eritrositlər) patoloji eritrositlərin təyini üsulları.

2

8.

İmmun statusun qiymətləndirilməsi. İlkin və geniş immunoloji müayinələr. İmmun çatmamazlığın tipləri, növləri və dərəcələri.

2

9.

HLA antigenləri, əsas sinifləri. Onların tipləşdirmədə və transplantasiyada donorla resipientin seçilməsində toxuma uyğunluğunun rolu.

2

10.

Onkoloji xəstələrdə spesifik onkomarkerlərin diaqnostik əhəmiyyəti (süd vəzisi, prostat vəzi, insan papilloma virusu).

2

11.

Allergiya haqqında anlayış. Həqiqi və psevdoallergiyanln yaranma mexanizmlıri. Spesifik allergenlərin təyini üsulları: dəri, dəri altı, dəri daxili, intranazal, enteral və s. üsullar.

2

12.

Autoimmunitet haqqında anlayış,  orqan-spesifik (İAA, GAT, Anti-TPO, ANA, AMA və s.) və orqan-qeyri-spesifik  autoimmun patologiya.

2

 

İctimai-səhiyyə fakultəsinin mühazirələrinin mövzu planı

MÖVZULAR

SAAT

1.

İmmunologiyanın inkişaf tarixi. Antigen və onun əsas xüsusiyyətləri. İnsanın əsas histouyğunluq kompleksi (ƏHK). HLA-antigenlərinin səciyyəvi xüsusiyyətləri və təsnifatı. Birincili və ikincili immun cavab. Spesifik hüceyrə immuniteti. T- və B- limfositlər, əsas membran reseptorları, suppopulyasiyaların inkişafı. Qeyri-spesifik müdafiənin hüceyrə amilləri (faqosit sistemi, təbii killer hüceyrələri - NK, dendrit və Langerhans hüceyrələri). Rezistentliyin humoral amilləri(komplement sistemi, interferon sistemi, properdin sistemi, lizosim, fibronektin, kəskin faza zülalları). Transplantasion immunitet, HLA antigenləri, sinifləri. Donor-resipient seçilməsində HLA antigenlərinin tipləşdirilməsinin rolu.

2

2.

İmmun statusun qiymətləndirilməsi. İlkin və geniş immunoloji müayinələr. İmmun çatmamazlığın tipləri, növləri və dərəcələri. Diaqnostika.

2

3.

Autoimmunitet haqqında anlayış, autoantigenlərin növləri, autoimmun xəstəliklərin təsnifatı və yaranma nəzəriyyələri. Autoimmun xəstəliklərin spesifik immun diaqnostikası. Autoimmunitet haqqında anlayış. Xəstələrdə orqan-spesifik autoəkscismlərin (İAA, GAT, Anti-TPO, ANA, AMA və s.) təyini.

2

“Allerqologiya və immunologiya”

                      kafedrasının müdiri                                 prof.L.İ.Allahverdiyeva

 

İctimai səhiyyə fakultəsi üçün “Allerqologiya və immunologiya” fənnindən təcrübi məşğələlərinin mövzu planı

 

MÖVZULAR

SAAT

1.

İmmunitet haqqında anlayış. İmmunitetin növləri və formaları. İmmun sistemin mərkəzi periferik orqanları. Spesifik və qeyri spesifik immunitet (GALT, BALT, MALT, SALT).

2

2.

Antigenlər və haptenlərin təsnifatı və xüsusiyyətləri. Onların quruluşu və növləri. Antigenlərin əsas xüsusiyyətləri. Affinlik və avidlik. Epitop. Superantigenlər.

2

3.

Əkscisimlərin (immunqlobulinlərin) molekul qurulusu. İmmunqlobulin molekullarının spesifikliyi. İmmunqlobulinlərin (IgG, IgM, IgA, IgE, igD) ayrı-ayrı siniflərinin xarakteristikaları və rast gəldikləri toxumalar. İmmunqlobulinlərin izotipləri, allotipləri və idiotipləri.

 

2

4.

Transplantasiya immuniteti və onun yaranma mexanizmi. ƏHK. HLA antigenləri, onların orqan və toxumaların köçürülməsində rolu. HLA antigenlərin tipləşdirilməsi.Transplantatın qopma növləri və immun mexanizmləri, qopmaya qarşı müalicə taktikası.

 

2

5.

Patoloji reaktivliyin növləri. Allergiyanın yaranma səbəbləri. Allergenlər və onların təsnifatı. Allergik reaksiyaların müasir təsnifatı. Allergik reaksiyaların yaranma mexanizmləri və sürətinə görə növləri. Dərman və qida allergiyası. Hiposensibilizasiya və onun müalicə prinsipləri.

2

6.

Birincili və ikincili -immun patologiyalar. Onların yaranma səbəbləri və təsnifatı. B-limfositar, T-limfositar, kombinə olunmuş, faqositar və komplementar sistem patologiyalarının əsas xəstalikləri və sindromları. Birincili immun patologiyaların müalicə prinsipləri. İkincili immun çatışmazlıqların prinsipləri.

2

7.

Autoimmun və limfoproliferativ xəstəliklər. Onların yaranma mexanizmi. Autoimmun xəstəliklərdə patoloji proseslərin inkişafi   klinik  variantları. Limfoproliferativ xəstəliklər: Hockin xəstəliyi infeksion mononukleoz.

2

8.

Vaksinlər. Onların təsnifatı. Vaksinologiyanın müasir xəstəliklərin qarşısının alınmasında rolu. Aktiv və passiv vaksinasiya üsulları.

2

9.

İmmun status və onun kliniki qiymətləndirilməsi. İmmun çatışmazlığın dərəcələri. Yenidoğulmuşların kritik yaş həddləri. Uşaq və yaşlılarda immun sistemin fizioloji dəyişilməsi. İmmunkorreksiya və immunoreablitasiyanın əsas xüsusiyyətləri. İmmunstimulyatorlar və immunmodulyatorlar.

2

                                                  Cəmi: 18 saat

“Allerqologiya və immunologiya” kafedrasının

  Müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru               professor Allahverdiyeva L.İ.

 

 İctimai səhiyyə fakultəsi üçün “Allerqologiya və immunologiya” fənnindən mühazirələrin mövzu planı

 

MÖVZULAR

SAAT

1.

İmmunitet haqqında anlayış. İmmunologiyanın inkişaf tarixi. İmmun sistemin orqanları va hüceyrələri. İnsanın immun sistemi və ekologiya. Ekopatoloji xəstəliklər. Antigenlər, təbiəti, strukturu, təsnifatı. Antigenlərin əsas xüsusiyyətləri. İnsanın əsas histouyğunluq kompleksi (ƏHK). HLA-antigenlərinin səciyyəvi xüsusiyyətləri və təsnifatı.

2

2.

Əkscisimlər, təbiyyəti, struktur vahidləri, təsnifatı. İmmunqlobulinlərin sinifləri. Zərdab və selikli qişaların immunqlobulinləri. İmmunqlobulinlərin izotipləri, allotipləri və idiotipləri. Əkscisimlərin yaranma nəzəriyyələri. Əkscisimlərin yaranma genetikası. Spesifik hüceyrə immuniteti. T- və B-limfositlər, əsas membran reseptorları, suppopulyasiyaların inkişafı.

2

3.

Rezistentliyin bioloji mexanizmləri. Qeyri spesifik müdafiənin hüceyrə və humoral amilləri (faqosit sistemi, tabii killer hüceyrələri -NK, dendrit və Langerhans hüceyrələri, komplement sistemi, interferon sistemi, properdin sistemi, lizosim, fibronektin, kəskin faza zülalları).

 

2

4.

Hiperhəssaslıq reaksiyaları-allergiya. Patoloji reaktivliyin növləri. Allergenlərin təsnifatı. Allergik immun reaksiyaların tipləri və yaranma mexanizmi. Dərman və qida allergiyası. Allergik xəstəliklər zamanı diaqnostik üsullar, spesifik hiposensibilizasiya. Allergiyanın müalicə prinsipləri.

 

2

5.

Birincili və ikincili immunçatışmazlıqlar. Əsas səbəbləri, kliniki variantları, immunoloji dəyişikliklər. İmmun catışmazlığın təsnifatı, tipləri, dərəcələri. Patoloji immun vəziyyətlər zamanı diaqnostika və müalicə prinsipləri.

2

6.

Autoimmun xəstəliklər. Patoloji immun mexanizmlərin yaranma səbəbləri, kliniki təzahürləri, diaqnostik üsullar və səciyyəvi immun göstəricilər, patoloji hüceyrələrin formaları. Əsas müalicə prinsipləri.

2

                                                                                 Cəmi: 12 saat

 

“Allerqologiya və immunologiya” kafedrasının

  Müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru               professor Allahverdiyeva L.İ.