Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası  respublikamızın ali məktəb kitabxanaları arasında özünəməxsus yeri olan və əsas göstəricilərinə görə qabaqcıl kitabxanalardan biri kimi öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Kitabxana işi haqqında qanun", "Təhsil haqqında  qanun”larını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, digər aidiyyəti orqanların müvafiq normativ-hüquqi aktlarını, eləcə də tərkibində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin rəhbərliyinin əmr və göstərişlərini, həmin ali təhsil müəssisəsinin nizamnaməsini və “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni rəhbər tutur.
Müstəqil Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kitabxana siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam və “Azərbaycan respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” Əsaslı Kitabxananın fəaliyyətinə daha da təkan vermişdir.
Kitabxanaların sosial institut kimi fəaliyyət göstərməsində məlumat-axtarış sistemlərinin düzgün təşkili əhəmiyyətli rol oynayır.
Bu baxımdan Əsaslı Kitabxana informasiya, elm, təhsil və tərbiyə  müəssisəsi kimi çap əsərlərini – dərslikləri, elmi əsərləri, jurnalları, dövri mətbuat və digər məlumat mənbələrini özündə cəmləşdirərək, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin elmi potensialının yüksəldilməsinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında tələbələrin tədris-metodiki ədəbiyyata olan tələbatının ödənilməsinə xidmət edir.
Məhz bu prinsiplərlə Əsaslı Kitabxananın 2018-ci il hesabatı aşağıdakı kimi təqdim edilir.
Oxuculara  xidmət  işi
Əsaslı Kitabxanada 7 şöbə, 10 bölmə, 3 abonement, 4 oxu zalı, 1 kataloq otağı,  1 virtual oxu zalı oxucuların xidmətindədir.
ATU-nun Əsaslı Kitabxnasında oxucuların sorğuları  elmi fond, dissertasiya və avtoreferatlar fondu, dərslik fondu, xidmət şöbəsi,  elmi-biblioqrafiya vəelmi kitabişləmə və kataloqlaşdırma  şöbələri tərəfindən ödənilir.
Elmi  fond
Elmi fond ATU-nun əməkdaşlarına: professor-müəllim heyətinə, doktorantlara, dissertantlara, magistrlərə, tədris kontingentinə və digər işçilərə xidmət göstərir. Tələbələr və rezidentlər elmi  fondun ədəbiyyatından əsasən oxu zalları vasitəsilə yararlana bilirlər. Elmi fondun 2018-ci ildə vahid oxucu biletinə əsasən  2.470  nəfər oxucusu  vardır, o cümlədən, professorlar- 110, dosentlər- 400, tədris kontingenti – 600,  doktorant – 50, magistrlar – 10, digər əməkdaşlar – 1.300.
2018-ci ildə elmi fonddan istifadə etmək üçün 20 nəfər kitabxanaya yeni üzv olmuş,  50 nəfər oxucu qeydiyyatdan çıxmışdır. Gəlişlərin sayı 2.500,  xidmət olunmuş oxucuların sayı 2.200 nəfər təşkil etmişdir. Kitab verilişinin sayı 3.500 olmuşdur (1.500 nüsxə abonementdən əməkdaşlara, 2.000 nüsxə isə oxu zalı  vasitəsi ilə tələbələrə kitab verilmişdir). KAA üzrə oxucuların sayı 20 nəfər olmuş, KAA vasitəsi ilə 10 kitab  gətirilmiş, 50 kitab isə verilmişdir. Fərdi oxuculardan 1.000 nəfərin kartoçkaları yoxlanılmış, onların borclarının olub-olmamasına fikir verilmişdir.
2018-ci il ərzində fonda 514 nüsxə yeni ədəbiyyat  daxil olmuş, fonddan isə  ədəbiyyat silinməmişdir. Oxucular tərəfindən  22 kitab itirilmiş, 31 kitab əvəz qəbul edilmişdir. Həmçinin elmi kitabişləmə şöbəsinə elektron kataloqa salınması üçün 2.005 adda kitab verilmişdir ki, bu da  5.012 nüsxə ədəbiyyatı əhatə edir.  İRBİS-64  proqramı əsasında oxucu modulu ilə iş aparılır. Oxucular haqqında məlumatın kompyutererə salınması indi də davam etdirilir.
İl ərzində fondda mütəmadi olaraq təmizlik və sanitariya-gigiyena  işləri  həyata keçirilmişdir.
       
1. Vahid oxucu bileti üzrə oxucuların ümumi sayı  2470.
       Professorlar – 110.
       Dosentlər – 400.
       Doktorantlar – 50
       Magistrlar – 10.
       Tədris kontingenti – 600.
       Digər əməkdaşlar – 1300.
2. 2018-ci ildə yazılan oxuculrın sayı – 20.
3. 2018-ci ildə qeydiyyatdan çıxan oxucuların sayı – 50.
4. Oxucu gəlişlərinin sayı – 2500.
5. Xidmət olunmuş oxucuların sayı – 2200.
6. Kitab verilişinin sayı – 3500.
Abonementdən – 1500.
Oxu zalından – 2000.
7. Yardımçı fonndda olan ədəbiyyat – 550.
8. Oxu zalında olan ədəbiyyat – 4620.
Rus dilində – 1210.
Azərbaycan dilində – 3410.
9. 2018-ci ildə oxu zalından silinmiş ədəbiyyat – Yox.
10. 2018-ci ildə oxu zalına yazılan ədəbiyyat – 286.
11. 2018-ci ildə KAA oxucularının sayı – 20.
12. KAA-vasitəsilə göndərilən ədəbiyyat – 5.
13. KAA- vasitəsilə gətirilən ədəbiyyat –10.
14. Fərdi oxucuların borclarının yoxlanılması – 1000.
15. Yeni alınmış ədəbiyyat – 514.
16. İtirilmiş ədəbiyyat – 22.
17. Əvəz qəbul olunmuş ədəbiyyat – 31.
18. Fonddan silinmiş ədəbiyyat – Yox.
19. Elektron kataloqun yaradılması üçün fonddan verilən ədəbiyyat 2005 adda   
      5012 nüsxə.
20. Rədd cavabları – 6.
 
Dissertasiya və avtoreferatlar fondu
Dissertasiya və avtoreferatlar fondu ATU-nun əməkdaşlarına – professor-müəllim heyətinə  xidmət göstərir. Əsaslı Kitabxananın fondunda cəmi
 2.727 dissertasiya
36.365 avtoreferat mövcuddur.   2018-ci il fonda
56 dissertasiya (azərb. dilində – 35, rus dilində – 21),
115 avtoreferat (azərb.dilində – 73, rus dilində – 42) daxil olmuşdur. İl ərzində dissertasiya və avtoreferatlar fonduna
182 oxucu gəlişi qeydə alınmışdır. Bunlardan
65 nəfər  oxucuya xidmət olunmuş, o cümlədən, 22 şifahi sorğu ödənilmişdir. Oxuculara  380 dissertasiya, 402 avtoreferat, 56 arayış verilmişdir. Həmçinin, yeni qəbul edilmiş dissertasiya  və avtoreferatlar üçün 220 kartoçka  təsvir olunmuş, əlifba və sistemli kataloqda  köhnəlmiş kartoçkalar yenidən yazılaraq kataloqa daxil edilmiş,  kitabxanaya qəbul olunan dissertasiya və  avtoreferatlar fondda əlifba sırası ilə düzülmüşdür. Oxucu sorğusuna əsasən 40 UOT indeksi verilmişdir
 
Dərslik fondu
Dərslik fondunun  2018– ci ildə vahid oxucu biletinə əsasən
8.337 nəfər oxucusu  vardır. Bunlardan
1.196 nəfərini birinci kurs tələbələri  təşkil edir.
İl boyu fonda
21.231  nəfər tələbə müraciət etmiş,
20.200 nəfərin sorğusu ödənilmiş,
640.129 nüsxə kitab verilmişdir. Tələbələr tərəfindən
277 nüsxə kitab itirilmiş, əvəzinə
582 nüsxə kitab ( 54 nüsxə eyni adda əvəz) qəbul edilmişdir.
2018-ci ildə fond
1.788 nüsxə yeni dərslik ədəbiyyatı  daxil olmuşdur.
1.405  nəfərin dövriyyə vərəqəsinə imza atılıb. Tələbələrdən
16 nüsxə  kitab müsadirə edilmişdir.
İl ərzində fondda mütəmadi olaraq təmizlik və sanitariya-gigiyena işləri həyata keçirilmişdir.

Xidmət şöbəsi
Bu şöbə Azərbaycan Tibb Universitetinin əməkdaşlarına: professor-müəllim heyətinə, doktorantlara, dissertantlara, magistrlərə, rezidentlərə, tələbələrə, eyni zamanda  digər oxuculara da xidmət göstərir. Şöbədə 4 oxu zalı və 1 yardımçı fond, xarici ədəbiyyat fondu, jurnal və qəzet fondu fəaliyyət göstərir. Şöbənin əməkdaşları 300 nəfərlik oxu zallarında  dərslik, qəzet, jurnal, və xarici ədəbiyyatla oxucuların informasiyaya olan tələbatını  ödəyirlər.
2018-ci ildə xidmət şöbəsinə
44 adda (3 – azərbaycan, 38 – rus, 1 – türk, 2 – ingilis dillərində);
263 nüsxə (209 – rus, 46 – azərbaycan, 3 – türk, 5 – ingilis dillərində) jurnal,
16 adda (13 – azərbaycan, 3 – rus dillərində) qəzetlər daxil olmuş, oxucular tərəfindən istifadə edilmişdir. Şöbəyə daxil olan bütün qəzet və jurnallar  kitabxana  qaydası ilə işlənilir,  rüblük və illik yığılaraq cildlənir və fonda düzülür. Hal-hazırda xidmət şöbəsinin  qəzet fondunda 11 adda (tibbi  və ictimai-siyasi) 355 cildlənmiş qəzet komplekti vardır. Hesabat ilində oxucular
1.647  nüsxə dövri mətbuatdan istifadə etmişlər.
245 nüsxə  elmi - biblioqrafiya şöbəsinə analitik təsvir üçün,
297 nüsxə isə cildlənməyə   jurnal verilmişdir.
Bu il həmçinin, İRBİS-64 proqramı əsasında elektron kataloqa salınması üçün xarici ədəbiyyat fondundan 312 adda 334 nüsxə kitab kitabişləmə və kataloqlaşdırma şöbəsinə verilmişdir.
2018-ci ildə oxu zalının yardımçı fonduna  286 nüsxə yeni kitablar daxil olmuş,  elmi fonddan 2.000 kitab oxucuların istifadəsinə verilmişdir.
Hal-hazırda yardımçı fonddakı ədəbiyyatın sayı 3.831 nüsxə təşkil edir.
Xidmət şöbəsində ( Oxu zalları üzrə ) 2018-ci ildə:
xidmət olunan oxucuların sayı – 2.287
oxu zalına gələn oxucuların  ümumi sayı – 105.873
oxuculara verilən ümumi ədəbiyyatın sayı – 438.364 nüsxə təşkil etmişdir.
 
Elmi- biblioqrafiya şöbəsi
2018-ci ildə  Elmi-biblioqrafiya şöbəsi kitabxanada kompleks biblioqrafiya işini davam etdirmişdir. Əvvəlki illərdə olduğu kimi 2018-ci ildə Elmi-biblioqrafiya şöbəsində oxucu sorğularının ödənilməsi işi əsasən 3 istiqamətdə aparılır:
1. Soraq biblioqrafiyası bölməsi.
    Retrospektiv biblioqrafiya bölməsi.
        Biblioqrafik informasiyabölməsi.
Soraq biblioqrafiyası şöbənin soraq-axtarış aparatını təşkil edir. Əsaslı Kitabxananın soraq axtarış aparatına kitabxananın kataloqları: əlifba və sistemli kataloqlar, predmet kataloqu, jurnalların kataloqu, dövri mətbuatın ümumi kartotekası, universitet əməkdaşlarının çap olunmuş əsərlərinin kartotekası, dissertasiya və avtoreferatların kataloqu və soraq – biblioqrafiya fondu daxildir. Soraq bibloiqrafiya fondu soraq-biblioqrafiya  aparatının bir hissəsidir.  Şöbənin zəngin soraq-biblioqrafiya fonduna aşağıdakılar daxildir:
 1. Azərbaycan sovet ensiklopediyası.
 2. Bolşaya medisinskaya ensiklopediya.
 3.Tibb terminləri lüğəti.
 4. Təbiət elmlərinin sahəvi ensiklopediyası.
 5. Biblioqrafik göstəricilər və s.
Soraq biblioqrafiya bölməsinin əməkdaşları  tərəfindən ictimai- siyasi  jurnallara və dövlət qəzetlərinə baxılır, məqalələr analitik təsvir olunur, soraq- axtarış aparatı təşkil edilir. 2018-ci ildə kitabxanaya daxil olan dövlət qəzetlərindən 9 adda (2-i rus dilində) 1.415 qəzetə baxılıb, 2.510 məqalə analitik təsvir olunub, kartoçkalar ümumi kartotekaya düzülüb.
İctimai-siyasi jurnallardan “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu” işlənib. Bu toplulardan  1943 məqalə analitik təsvir olunaraq, kartoçkalar ümumi kartotekaya daxil edilib.
İRBİS – 64  proqramının tətbiqi ilə əlaqədar 2010-cu ilin aprel ayından başlayaraq  jurnal və qəzet məqalələri bu proqramda analitik təsvir olunur və kartoçkalar çap olunaraq kataloq və kartotekaya daxil edilir.
2018-ci ildə Elmi-biblioqrafiya şöbəsi tərəfindən Əsaslı Kitabxanaya daxil olan elmi tibb jurnallarından 41 adda: 4 azərbaycan dilində, 37 rus dilində 197 jurnal işlənib. Bu jurnallardan 5.059 predmet olunmuş məqalə analitik təsvir olunaraq kartoçkalar predmet kataloquna düzülüb. ATU əməkdaşlarının əsərlərinin kartotekasına 435  kartoçka daxil edilib:
                       295  azərbaycan dilində,
                       140  rus dilində.
Bu kartoçkalar  yerli və xarici tibb jurnallarından çap olunub.
2018-ci ildə də əvvəlki illərdə olduğu kimi predmet katoloqunun elmi və texniki redaktəsi  davam etdirilib. Ümumilikdə  22.000 kartoçka redaktə olunub.  
Şöbənin əməkdaşları tərəfindən:
ümumi kartotekaya – 4.453,
predmet kataloquna – 5.235,
ATU əməkdaşlarının kataloquna 435  kartoçka daxil edilib.
Şöbəyə daxil olan sorğular  kataloq və kartoteka sistemi və internet resursları və internet axtarışı bölməsi vasitəsi ilə  ödənilir.
2018-ci ildə şöbəyə daxil olan arayışlar:
4.270 mövzu üzrə,
16 yazılı,
7.250 şifahi (predmetlər – açar sözləri ilə).

     Yazılı arayışlar:
1 . Сеансы низкоинтенсивного лазерного облучения крови и кинезо-терапии в комплексном лечении дилатационной кардиомиопатии.
2. Кисты дермоидные.
3. Социально-гигиенические факторы качества жизни населения.
4. Факоэмульсификация.
5. Особенности хирургического лечения катаракты.
6. Hamilə qadınlarda şəkərli diabetin terapiyası haqqında.
7. Взаимосвязь аллергических и неаллергических заболеваний.
8. İlham Əliyev və Azərbaycan səhiyyəsi.
9. Dövlət və özəl səhiyyə müəssələrinin müasir tələblərə cavab vermə səviyyəsi.
10. Острый лимфобластный лейкоз в Азербайджане.
11. Düyünlü urun bədxassəlilik xüsusiyyətləri.
12. Uşaqlarda böyrək çatışmamazlığı xəstəliyi.
13. Kolorektal poliplərdə xərçəng kök hüceyrələrinin araşdırılması.
14. Ağciyər toxumasında törənən morfoloji dəyişikliklər.
15. Arterial hipertenziyası olan hamilə qadınlarda cift çatışmazlığı.
16. 2-ci tip şəkərli diabeti olan xəstələrdə hamiləlik vaxtı lipid mbadiləsi.

      2018-ci ildə 12 sahəvi tematik sərgi keçirilib:
1. Hepatitlərlə mübarizə.
2. Ürək günü.
3. İnsultla mübarizə günü.
4. Beynəlxalq Gözdən Əlillər günü.
5. QİÇS-lə mübarizə günü.
6. Ümummilli Liderimiz və Azərbaycan və s.
Biblioqrafik sorğuları həmçinin internet resursları və internet axtarışı bölməsi vasitəsilə həyata keçirilir. 2018-ci ildə virtual oxu zalında
3910 nəfər oxucu gəlişi qeydə alınmışdır.
668  nəfər xidmət olunan oxucuların sayı:
140 elektron kitab versiyası üzrə,
123 mövzu üzrə,
405 digər müxtəlif sorğular üzrə internet axtarışı aparılmışdır
Hesabat ilində oxuculara aşağıdakı elektron axtarış portallarındanından xidmət
göstərilmişdir:
http://search.ebscohost.com
https://academic.oup.com/journals/pages/librarians
http://iopscience.iop.org/info/page/openaccess
www.elgaronline.com
http://www.elgaronline.com/noresults?access=user
http://royalsocietypublishing.org
www.bioone.org
https://www.dukeupress.edu/
https://www.doabooks.org
https://doaj.org.
Həmçinin il  ərzində (portalın açiq olduğu zamanlarda)  onun təbliği aparılır. Ай Пи ЭР Mедиа Россия elektron bazasının Tibb Universiteti oxucuları üçün 1 ay müddətinə açıq test şəkilində istifadəsinın təşkili – 1-28 fevral də həyata kecirilmişdir.
Bunlardan başqa Əsaslı Kitabxananın poçtuna (E-mail: [email protected]),  gündəlik daxil olan məktubların, xüsusilə, AzKiK (Azərbaycan Kitabxana informasiya Konsorsiumu) tərəfindən göndərilən məktubların rəhbərliklə məshətləşdirilərək cavablandırılması, və ya kitabxana adından məktubların müxtəlif e-mail poçtlara göndərilməsinə nəzarət edilir. Kitabxananın e-mail poçtunda Linkedin sosial xətt vasitəsilə beynəlxalq  kitabxanalarla virtual əlaqə yaradılır. Hər gün  amu.edu.az saytı ilə əlaqə saxlanılır, sayt rəhbərliyinə kitabxana bölməsi ilə əlaqədar yenilənmiş  bütün məlumatların vaxtında e-mail vasitəsilə ötürülür və ya  şəxsən  təqdim olunur, xüsusilə elektron kitabxana bölməsinə  nəzarət olunur.  Kitabxananın fonduna yeni daxil olan ədəbiyyat amu.edu.az saytının kitabxana bölməsində “Yeni kitablar” linkində yerləşdirilmiş və e-mail vastəsilə əlaqədar yerlərə paylaşdırılmışdır. Vaxtaşırı Opera, Google Chrome, Mozilla Firefox, İnternet  Exsplorer və digər  proqramların yeni versiyalarının yüklənməsi  işləri görülmüş  və internet istifadəçilərinə köməklik göstərilmişdir                                                                                                                                                                                                      
Elmi-biblioqrafiya  şöbəsi  daim Tibb Universitetinin professor-müəllim heyəti, doktorantlar, dissertantlar, rezidentlər, magistrlar, tələbələr və digər oxucular arasında  bibilioqrafik bilikləri təbliğ edir, onlara Əsaslı Kitabxananın kataloq və kartoteka sistemlərində, virtual oxu zalında məşğul olduqları elmi mövzular üzrə düzgün axtarış etmələrinə istiqamət verir, elmi işlərində istifadə olunan ədəbiyyatın sonda standarta  uyğun siyahısının tərtibinə kömək edir,biblioqrafik sərgilər təşkil edir.
Rəhbər işçilərə 27 fərdi xidmət göstərilmişdir.
Biblioqrafiya şöbəsinə 4558 oxucu gəlişi olmuşdur.
Şöbə tərəfindən ümumilikdə  1316 oxucuya   xidmət olunmuşdur.
 
Elmi kitabişləmə və kataloqlaşdırma şöbəsi
Elmi kitabişləmə və kataloqlaşdırma şöbəsində iş əsasən 3 istiqamətdə aparılır:
sistemləşdirmə, predmetləşdirmə, kataloqlaşdırma.
Kataloqlaşdırma bölməsi  il ərzində kataloqların redaktəsi işi ilə məşğul olmuşdur. Kataloqların redaktə işinin sayı 198.980 olmuşdur. Bunlardan
25.780  xarici ədəbiyyat kataloqudur.
124.280  əlifba kataloqu. Bunlardan
11.400  xarici ədəbiyyat kataloqu.
81.680  sistemli kataloq.  Bunlardan
12.980 xarici kataloq  redaktə olunmuşdur.
Ad etibarı ilə kataloqda 2018-ci ildə
1.162 nüsxə kitab yoxlanılmışdır. Bunlardan
19  xarici kataloqda.
Yeni kitabların  adına görə sayı 226,
1280 isə ümumi sayıdır. Bunlardan 280 xarici kitablardır.
 Dubletlər 1.471 nüsxə təçkil etmiş,yeni kitablara verilən predmetlərin sayı 253 olmuşdur. Sistemləşdirilmiş nəşrlərin sayı 239, əsas biblioqrafik təsvirlərin sayı 239 təşkil edir. Bunlardan;

13 xarici dildədir.1.828 əlavə təsvirlərin sayıdır.Bunlardan;
93 xarici təsvirlərdir.
 İl ərzində kataloqlara
 1.988  kartoçka düzülüşdür. Bunlardan isə
 106 xarici katoloqa
 1.038 əlifba kataloquna,
 950 sistemli kataloqa .
 
 Daha sonra kataloqlarda
 212 yeni ayrıc yaradılmışdır:
 88 əlifba kataloquna,
 124 sistemli kataloqa.
“Yeni kitab” kartotekasına  79 kartoçka  daxil edilmişdir.
İl ərzində İRBİS-64 ATU- kitablar bazasına  22.011, il ərzində isə,
 2.494  kitab   daxil edilmişdir.Bunlardan
2005 elmi fonda,
263 xarici fonda.
226 yeni kitablardır.
İRBİS-64 ATU-kitablar bazası üçün kataloqda yoxlanılmış kitabların sayı
2.339 təşkil edir:
2005 elmi fond,
334 xarici fond.
İRBİS-64 ATU- ktablar bazasında 13.450 kitab  redaktə olunmuşdur.

Kitabxana fondunun komplektləşdirilməsi və uçota alınması şöbəsi
Kitabxana fondunun konplektləşdirilməsi və uçota alınması bu şöbə tərəfindən həyata keçirilir. Burada il ərzində  kitabxanaya daxil olan bütün nəşrlərin və akt əsasında  fonddan silinən ədəbiyyatın uçotu aparılır. Şöbəyə daxil olan ədəbiyyat müvafiq inventar kitablarına yazılır, möhürlənir, qoşma sənədlər  tərtib edilir, texniki cəhətdən işlənir.
2018-ci ildə şöbəyə 3119 nüsxə kitab  daxil olmuşdur. Bunlar rəhbərlik tərəfindən alınan, həmçinin rektorluqdan, kafedralardan, professor və müəllim heyəti tərəfindən, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr tərəfindən  hədiyyə  olunmuş və mübadilə yolu ilə əldə olunmuşdur. Əsaslı Kitabxanaya daxil olan  kitablar İRBİS-64 proqramı əsasında elktron şəbəkəyə köçürülür, kitabxana qaydası ilə texniki cəhətdən işləndikdən sonra elmi kitabişləmə və kataloqlaşdırma şöbəsinə verilir. Bu il də yararsız hala düşmüş, istifadəsi mümkün olmayan və  məzmunca öz mahiyyətini itirmiş kitablar aktlaşdirilaraq fonddan xaric edilmişdir. 2018-ci ildə Əsaslı Kitabxanaya rəhbərlik tərəfindən alınmış,  hədiyyələr, itmiş kitablara əvəz qəbul olunmuş, müsadirə edilmiş kitablar, dissertasiya və avtoreferatlar və digər mənbələrdən daxil olmuş ədəbiyyatların siyahısı:
    Rektorluq                                                              103 nüsx
    Prorektor R.O. Bəylərov                                    37 nüsxə              
    Akad. B.A.Ağayev                                                70 nüsxə
    Prof.  N.V.Qasımov                                              54 nüsxə
    Prof. V.B. Şadlinski                                              210 nüsxə
    Prof. Z. H. Tağıyev                                               20 nüsxə
    X.R.Axundova                                                      11 nüsxə
    Tibb ü.e.d. Y.Ş. Şıxəliyev                                   20 nüsxə
    Dos. M.S.Novruzova                                           25 nüsxə
    Bakı Dövlət Universitet                                     40 nüsxə
    Prof. A.B. İsay                                                      22 nüsxə
    Dos. M.S. Qov                                                     300 nüsxə
    Tibb ü.f.d. dos. S.S.Cavadov                          250 nüsxə
    Prof. Z.H. Fərəcov                                            60 nüsxə
    Prof. Ç.B.Quliyev                                             500 nüsxə
    Prof. V.M.Qələndarov                                     30 nüsxə
    İtirilmiş kitablara əvəz                                   648 nüsxə
    Tələbələrdən müsadirə                                11 nüsxə
    Avtoreferatlar                                                   115  nüsxə
    Dissertasi                                                          56 nüsxə
    İl ərzində  cildlənmiş jurnallar                     196 nüsxə
    İngilis ilində olan kitab və jurnallar            280 nüsxə
    Diğər mənbələrdən daxil olmuş kitabla    61 nüsxə

 CƏMİ: 3119  nüsxə
 
2018-ci ildə mübadilə fonduna 90 nüsxə kitab daxil olmuşdur.Aşağıdakı müəssisələrlə kitab mübadiləsi edilmişdir:
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Respublika Elmi Tibb  Kitabxanası, Travmatologiya institutu, Azərbaycan Milli Kitabxanası, Həkimləri Təkmilləşdirmə İnstitutunun Kitabxanası.
 
Elmi metodiki işlər
ATU-nun Əsaslı Kitabxanası iş prosesində  ali məktəb kitabxanalarının metodik mərkəzi kimi BDU-nun Elmi Kitbxanasının metodik tövsiyələrindən və təkliflərindən  yararlanaraq öz elmi-metodik fəaliyyətini təşkil edir. Bu baxımdan mütəmadi olaraq BDU-nun Elmi  Kitabxanasına metodik mərkəz kimi müraciət olunmuş və səmərəli tövsiyələrdən iş prosesində istifadə edilmişdir.
İRBİS–64 proqramının işlənməsində şöbələrdə yaranan problemlərin həlli ilə əlaqədar  rəhbərliyin və əməkdaşların məsləhətləri dinlənilmiş, lazımi elmi – metodiki tövsiyələr verilmişdir. Elektron kataloqa salınmış kitablar, jurnal və qəzet məqalələri redaktə olunmuş, buraxılan  səhvlər düzəldilmişdir.
Bu il də  Əsaslı Kitabxanada fondların məzmunca mahiyyətini itirmiş və istifadəsi yarasız olan ədəbiyyatdan təmizlənməsi işləri davam etdirilmişdir.

Kitabxanada  avtomatlaşdırma  işləri
Hazırda Əsaslı Kitabxanada 39 kompyuterer, 19 printer,  1 skaner, 1 irihəcmli server və 1 kseroks aparaı oxucuların informasiyaya olan sorğularının ödənilməsinə xidmət edir.  Kitabxananın avtomatlaşdırma işlərinin həyata keçirilməsində texniki avadanlıqlara və kompyutererlərə gündəlik nəzarət mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan il ərzində hər ay  kompyutererlərin antivirus proqramları yenilənmiş, zərurət yarandıqda format olunmuş, printerlərə drayverlər yazılmış, tonerlər doldurulmuş, kompyutererə zərər verə bilən artıq yükləmələr ləğv olunmuş,  kompyutererlərin və digər texniki avadanlıqların normal vəziyyətdə işləməsi təmin olunmuşdur.
Həmçinin, oxu zalına gələn 1200 tələbənin kserokopiya tələbatı ödənilmişdir. Bundan əlavə   cırılmış kitabların 223 çatışmayan səhifələri  bərpa edilmişdir.
                                               
Kütləvi işlər
Xidmət şöbəsinin kütləvi işlər bölməsi Əsaslı Kitabxananın kütləvi işlərini təşkil edir. Bu baxımdan Ümummilli liderimiz  Heydər Əlirza oğlu Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əiyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgilər daimidir. Həmçinin Ulu öndərimiz Heydər Əliyevin  doğum və anım gününə həsr olunmuş tədbirlər həyata keçirilir.
İl ərzində  kitabxanada bütün əlamətdar hadisələr, tarixi günlər qeyd olunur, kitabxananın profilinə uyğun mövzu sərgilərı, planşetlər təşkil olunur, yenı  dərslik nəşrlərinın təbliği aparılır. Universitetimizin görkəmli alimlərinin həyat və yaradıcılığını əks etdirən kitab sərgiləri təşkil olunur, onların yubileyləri və xatirə gecələri keçirilir.
O cümlədən,  15 sentyabr-Bilik gününə, 5 oktyabr – Müəllimlər gününə
20 Yanvar Şəhidlərinin anım gününə, Xocalı faciəsinin anım gününə, 1 mart Azərbaycanlıların soyqırımı gününə, 8 Mart Beynəlxalq Qadınlar bayramına, Novruz bayramına, 23 aprel-Beynəlxalq kitab və müəllif hüquqları gününə, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə, 15 iyun Milli qurtuluş gününə, 17 iyun tibb işçiləri gününə,  26 iyun Silahlı qüvvələr gününə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə, 17 Noyabr Milli dirçəliş gününə, 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Bunlardan əlavə əməkdaşlarımızın yubiley tədbirləri qeyd edilmişdir.

İdarəetmə. Kadrlarla iş
İdarəetmə işində kitabxananın direktoru, direktor müavini, şöbə müdirləri və həmkarlar təşkilatı bürosu əsas rol oynayır. Əsaslı Kitabxanada 58 nəfər əməkdaş çalışır. Onlardan – 41 nəfəri ali (32 nəfəri ali ixtisas təhsilli, 9 nəfər ali qeyri ixtisas təhsilli), 17 nəfəri orta təhsillidir (14 nəfər orta ixtisas təhsilli, 1 nəfər orta qeyri ixtisas təhsilli, 2 nəfər orta ümumi təhsilli).
Əsaslı Kitabxanada  bütün işlər “Kitabxana işi haqqında qanun”a,  “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nə, Universitet rəhbərliyi tərəfindən təsdiq edilmiş iş planı və bilavasitə göstərişlərə əsaslanır.
 
Təsərrüfat işləri
2018-ci ildə Əsaslı Kitabxanada təsərrüfat işləri yüksək şəkildə təşkil edilmişdir. Belə ki, ATU rəhbərliyinin qayğısı sayəsində kitabxana lazımi avadanlıqlarla təmin olunmuş, istilik və işıqlandırma sistemində(1 saylı oxu zalı stolüstü lampalarla təmin olunub), həmçinin sanitar-gigiyenik qovşaqda nasazlıqlar nizama salınmışdır. Təmizlik və yenidənqurma işləri aparılmış, yararsız avadanlıqlar və kitab rəfləri fondlardan çıxarılmışdır. Kitabxanaya yeni kondisionerlər, xalcalar verilmişdir.
ATU rəhbərliyinin göstərişi ilə  tədris ilində Əsaslı Kitabxanadan məzmunca köhnəlmiş və istifadəyə yararsız ədəbiyyat fonddan çıxarılmış və “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-yə akt əsasında makulatura kimi təhvil verilmişdi

İştirak edilən  tədbirlər:
16.01.2018 – AMEA Mərkəzi Elmi kitabxanada bu qürumun və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilliyinin birgə təşkilatçılığı ilə “informasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması”mövzusunda tədbir.
23.01.2018 – Dspace elektron arxiv və repazitariya sisteminin qurulması və yeni versiyaya yüksəldilmıəsi ilə əlaqədar ADA Universitetində keçirilən tədbir.
02.02.2018 –AMEA-nın Elmi Mərkəzi Kitabxanasında AzKiK çərçıvəsində Oksford Nəşriyyat nümayəndəsinin iştirakı ilə tədbir.
19.03.2018 – AzKik çərçıvəsində Ebsco nəşriyyatının Azərbaycana təklif etdiyi yeni kitablarımn təqdimati.
2.05.2018 – Azərbaycan Milli Kitabxanasının hazırladığı görkəmli oftalmoloq- alim, əməkdar elm xadimi, AEA-nın həqiqi üzvü Zərifə xanım Əliyeva – 95 adlı Elektron məlumat bazasının təqdimat mərasimi.
07.05.2018 – Azərbaycan Tibb Universitetində  Ağalar Bayramovun yaradıcılıq gecesi.                         
09.05.2018 –  Ümummilli lider  Heydər Əliyevin 95 illiyi və Azərbaycan kitab təbliğatı mərkəzinin 1 illiyinə həsr olunmuş Kitab festivalı.
08.06.2018 –  “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin(TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitabların sərgisinə həsr edilən tədbir.
09.07.2018 – AMEA-nın Elmi Mərkəzi Kitabxanasında AzKiK çərçıvəsində EBSCO nəşriyyatının Azərbaycan Respublikası üzrə təmsilçisi İrina Krejcarovanın iştirakı ilə EDS sisteminin üstünlükləri, texiki məsələlərin müzakirəsi və 2018-2019 illər üçün Ebsco nəşriyyatından elektron kitabların alınması” mövzusuna həsr olunmuş treyninq-seminar.
03.09.2018 – Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında “ Follett School Solutions, İnc” və “Muroma LLC” “Destiny Library Meneger” Kitabxana İdarəetmə Sisteminin rəhbər nümayəndələri ilə görüş.
27.11.2018– Yasamal rayon Heydər Əliyev Mərkəzində şair Şahlar Şuşalının “Mən tanıyan Xan əmi” kitabının təqdimatı.
30.11.2018 – Yasamal rayon Heydər Əliyev Mərkəzində Abbas Mirzə Şərifzadənin 125 illik yubileyinə həsr olunmuş tədbir.
05.12.2018 AzKiK çərçıvəsində Bakı Dövlət Universitetində keçirilən Springer“Nature” nəşriyyatının təqdimatı.
05.12.2018-C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə  “Kitabxanalar – ənənələr və innovasiyalar” adlı beynəlxalq elmi-praktik konfrans və təntənəli mərasim.
07.12.2018 – Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli
Zamanovun 3 cildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafiyasının (3-cü cild) təqdimatı.
 
                         Kitabxana fondunun hərəkətinin yekunları
 Fondun dövriyyəsi                    01.2018 ilə                 01.01. 2018 il                     01.01.2018 il                  01.01.2019
                                                    vardır                        ərzində daxil                        ərzində                        ilə vardır            
                                                                          olub                     çıxarılıb
Kitab fondunun cəmi:                   630.030                          3119                                  319                         632.830
Nəşr növlərinə görə:
Kitab və kitabçalar                       430.234                          2.752                                 319                        432.667   
Jurnallar                                       160.189                         196                                       -                           160.385
Avtoreferatlar                                36.250                           115                                      -                             36.365
Dissertasiyalar                               2.671                             56                                       -                              2.727                     
Qəzetlər                                          686                                 -                                         -                             686
Bilik sahələrinə görə:                      
İctimai-siyasi                                  142.580                          115                                     -                             142.695        
Tibb və qarışıq elmlər üzrə            479331                           2972                                                          319  481984       

Bədii ədəbiyyat                                 8.119                             32                                      -                             8.151

Dillər üzrə:
Azərbaycan                                     235.033                         2421                                 258                        237196
Rus                                                 328921                           418                                   59                          329280
Türk                                                 1822                                15                                    2                             1835     
İngilis                                              64254                             265                                    -                             64.519  

Fondlar üzrə:
Əsas (elmi)                                   311.158                           850                                    14                          311.994
Dərslik                                          304629                            2179                                 305                        306503
Mübadilə                                       14243                              90                                     -                             14.333