Əmr 1060
11.09.2008
Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin
qiymətləndirilməsi haqqında
ƏSASNAMƏ
1. Ümumi anlayış
Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində fənnin öyrənilməsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmidir. Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin aşağıda göstərilən əsas istiqamətlərini əhatə edir:
- Mühazirə seminar (məşğələ) laboratoriya dərslərinə davamiyyətini;
- Seminar (məşğələ) dərslərində müxtəlif formalı yoxlamalar (frontal sorğular kollokviumlar, praktiki məsələlərin həlli və s.) əsasında bilik səviyyəsinin qiymətləndirilməsini;
- laboratoriya işlərin yerinə yetirilməsini;
- kurs işinin (layihəsi) yazılması mövcud standartlara uyğun tərtibi və onların müdafiəsini;
- təcrübələrin nəticələrini;
- fənlər üzrə imtahanların nəticələrini;
- buraxılış işlərinin müdafiəsini və buraxılış dövlət imtahanın nətijəsini;
Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.
Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:
- 50 bal imtahanın nəticəsinə görə;
- 10 bal dərslərə davamiyyətinə görə;
- 10 bal tələbənin sərbəst işinə görə;
- 20 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;
(Eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır).
- 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə;
(Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur. Texniki profili ali məktəblərdə seminar və kurs işinə görə balların bölünməsi ali məktəb tərəfindən müəyyənləşdirilir. Əgər fənnin tədrisi yalnız mühazirə, seminar (məşğələ) şəklində nəzərdə tutularsa bu zaman davamiyyətə və sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal tədrisin bu növ göstəricilərinə görə hesablanır. Qrup curnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab
verənlərə müvafiq «bal» dərsdə iştirak edən lakin qiymət almayanlara isə «i/e» yazılmalıdır. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
- 51 baldan aşağı - «qeyri-kafi» İmtahan vərəqələrində tələbələrin qiymət kitabçalarında, diplomlara əlavələrdə və digər sənədəlrdə tələbələrin fənlər üzrə qazandıqları ballar və onların hərf işarələri qeyd
olunmalıdır. Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. Bəzi fənlərin (mədəniyyət, incəsənət, idman və s.) xüsusiyyətlərindən asılı olaraq nəzəri suallarla yanaşı ixtisas üzrə qabiliyyət tələb edən tapşırıqlar da imtahan suallarına əlavə edilə bilər.
Fənni tədris edən müəllim tələbələrə ilk gündən çoxballı sistemin əhəmiyyətini, onların tədris fəaliyyətinin müxtəlif növlərinin hansı ballarla qiymətləndirilməsini, imtahanların aparılma qaydasını izah etməlidir.
2. İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları İmtahanların gedişi və təşkili «Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə» və «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə»lərlə tənzimlənir
3.İmtahana görə balların yığılması İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.
İmtahanın qiymət meyarları aşağıdakılardır:
- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun
məzmununu aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var
- 0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.
4. Fənn üzrə dərslərə davamiyyətə görə balların hesablanması
Dərsdə davamiyyətə görə verilən maksimum bal 10-dur.
Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:
- tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir;
- semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə 1 bal çıxılır;
- bütün fənlər üzrə semestr
5. Tələbəyə fənlər üzrə sərbəst işə görə balların müəyyənləşdirilməsi Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balının maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Sərbəst işlərin tapşırığları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.
6. Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə balın müəyyənləşdirilməsi
Fənlər üzrə seminar (məşğələ) və laboratoriya dərsləri tələbələr tərəfindən keçilən nəzəri dərslərin mənimsənilməsini asanlaşdırmaq və praktik məsələlərin həllində vərdiş aşılamaq məqsədini daşıyır və bu növ tapşırıqların yerinə yetirilməsinə verilən balların maksimum həddi 20-dir. Eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır. Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.
6.1. Seminar (məşğələ) dərslərinin nəticələrinə görə balların hesablanması Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s-dən) olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır.
Semestr ərzində 3 dəfə kollokviumların keçirilməsi məcburidir. Kollokviumda iştirak etməyən tələbəyə «0» sıfır bal yazılır.
Seminar (məşğələ) dərslərinə görə tələbələrin biliyinin qiymətləndirilməsi semestr ərzində aparılan frontal sorğuların, kollokviumların və.s nəticələrinə görə müəllim tərəfindən
3-cü bənddə göstərilən meyarlar əsasında müəyyənləşdirilir və jurnalda aşağıdakı kimi qeyd
olunur:
«10» - on
«9» - doqquz
«8» - səkkiz
«7» - yeddi
«6» - altı
«5» - beş
«4» - dörd
«3» - üç
«2» - iki
«1» - bir
«0» - sıfır
Jurnaldakı ballara əsasən müəllim xüsusi cədvəldə tələbənin fəaliyyətinin nəticəsini qiymətləndirir və ümumiləşdirmək üçün dekanlığa təhvil verir.
Tələbənin semestr ərzində topladığı balların orta qiyməti hesablanır və fənnin tədrisinin bu növü üçün nəzərdə tutulmuş maksimum bal həddinə vurularaq 10-a bölünməklə müəyyənləşdirilir. Jurnalında tələbənin üç dəfədən az qiyməti olmasına və cədvəldə qeyd olunan yekun balı ilə qrup jurnalında göstərilən cari yoxlama ballarının arasındakı uyğunsuzluğa görə fənnin bu növünü tədris edən müəllim m
6.2. Laboratoriya dərslərinə görə balların hesablanması Cari dərsdə yerinə yetirilən laboratoriya işi növbəti dərsə qədər (və ya növbəti dərsin özündə) təhvil verilir və müəllim bu barədə jurnalda müvafiq qeydiyyat aparır. Yekun bal semestr ərzində tələbənin təhvil verdiyi işlərin sayının cəmi nəzərdə tutulmuş laboratoriya
işlərinin ümumi sayına nisbətini fənnin tədrisinin bu növünə ayrılmış maksimum bala vurmaqla hesablanır.
7. Kurs işinin (layihəsinin) yerinə yetirilməsinə görə balların hesablanması Kurs işinin (layihəsinin) yazılması və müdafiəsi tələbənin müstəqil işinin əsas formalarından biri olub kursun proqramı üzrə tədris materialının mənimsənilməsinə nəzarət vasitəsidir. Kurs işlərinin mövzuları kafedra tərəfindən hazırlanır və semestrin əvvəlində ən geci 15 gün müddətində tələbələrə paylanır. Kurs işi tələbənin fərdi əməyinin nəticəsidir və
əsas etibarilə standart məsələlərin həllinə həsr olunur. Bəzi hallarda kurs işləri elmi tədqiqat xarakteri daşıya bilər. Kurs işi mövcud standartlara cavab verməli və strukturu aşağıdakı kimi olmalıdır:
- Giriş;
- Mövzunun əsas məsələlərinin həlli (şərhi);
- Nəticə (təklifləri);
- İstifadə olunan ədəbiyyatın siyahısı;
- Kurs işinin müdafiəsi üçün tələbə maksimum 10 bal qazana bilər. Bu balların hesablanması aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:
- 10 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun cavabı dəqiqdir və hərtərəflidir;
- 9 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
- 8 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı o, cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal-tələbə mövzunu tam əhatə edir, işin tərtibində qüsurlara yol verilib, lakin müdafiə zamanı onun cavabı dəqiq və hərtərəflidir;
- 6 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı bəzi məsələləri nəzəri cəhətdən əsaslandıra bilmir;
- 5 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı cavabları dəqiq deyil;
- 4 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, lakin müdafiə zamanı mövzunu
aça bilr;
- 3 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı mövzunu açmaqda çətinlik çəkir;
- 2 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı isə mövzunu aça bilmir;
- 1 bal tələbə mövzunu işləyərkən səhvlərə yol verir və müdafiə zamanı isə mövzudan qismən xəbəri olur;
-0 bal-tələbə tərəfindən kurs işi yazılmayıb.
Kurs işləri (layihələrinin) müdafiəsi ali mktəbin müəyyən etdiyi qaydada həyata keçirilir.
Fənn üzrə kurs işi nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.
8. Təcrübələrin nəticələrinə görə balların hesablanması Tədris planında nəzərdə tutulur Təcrübəyə davamiyyətinə görə tələbənin topladığı yekun bal tələbənin təcrübədə iştirak etdiyi saatların miqdarının davamiyyətə ayrılan maksimum (50 bal) vurularaq və təcrübəyə ayrılmış saatların miqdarına bölünməklə hesablanır. Təcrübəyə görə tələbənin yekun balının hesablanması meyarları və metodikası ali məktəb tərəfindən müəyyənləşdirilir.
9. Buraxılış işlərinin müdafiəsinə və buraxılış dövlət imtahanın nəticəsinə görə balların hesablanması
Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı buraxılış işinin hazırlanması və tərtibinə, digər yarısı isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilir. Buraxılış işinin yazılması və müdafiəsinə görə balların hesablanması meyarları ali məktəbin Elmi Şurası tərəfindən təsdiq edilir. Buraxılış işinin müdafiəsi mövcud qaydalara uyğun aparılır.
10. Tələbələrin nailiyyətlərinin cari və yekun qiymətləndirilməsi Tələbələrin tədris fəaliyyətini fəallaşdırmaq, onlar üçün özünənəzarət mexanizmini yatarmaq və tədrisdə əldə olunmuş nailiyyətlərini qiymətləndirmək məqsədilə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) tətbiq edilir.Ümumi orta müvəffəqiyyət göstəricisi fənlər üzrə toplanan balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:
b1+k1*+b2k2*+b3k3*+... +bnkn*
k1+k2+k3+... +kn
b1,b2,...,bn - tələbənin fənlər üzrə yığdığı ballar
k1,k2,...,kn - fənlərə tədris planında nəzərdə tutulan müvafiq kreditlər
k1*, k2*,..., k3* - fənlər üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq
qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfr olur)
ÜOMG semestrlər üzrə artan istiqamətdə hesablanır. (bir semestrin, iki semestrin, üç
semestrin və s.) ÜOMG tələbənin istiqamət (ixtisas) üzrə təhsil proqramının mənimsəmə səviyyəsinin əsas göstəricisidir. Hər semestrin axrında tələbə öz cari müvəffəqiyyətini qiymətləndirir və onu daha yüksəksəviyyəyə qaldırmaq üçün gələcək tədris fəaliyyətini müəyyənləşdirir. Yüksək ÜOMG-si («çox yaxşı» və «əla») olan tələbələr rektorun rəğbətləndirilmə siyahısına daxil edilir. Üç dəfə həmin siyahıya düşən tələbələr lider-tələbə hesab olunurlar və onlar ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada rəğbətləndirilirlər. ÜOMG diploma əlavəyə daxil edilir və bu göstərici işə götürənlər üçün əsas meyarlardan biri ola bilər.