Farmakoqnoziya kafedrasında “Tərkibində bioloji fəal maddələr olan bəzi bitkilərin farmakoqnostik tədqiqi və yeni fitopreparatların hazırlanmasında istifadəsi” mövzusu üzrə elmi tədqiqat işləri yerinə yetirilir. Kafedranın əməkdaşları Azərbaycanın müxtəlif ərazilərində bitən yabanı dərman bitkilərinin farmakoqnostik tədqiqi ilə məşğul olurlar. Kafedra əməkdaşlarının qarşısında duran əsas vəzifə yerli bitki xammallarının tədqiqi, onlardan alınan bioloji fəal birləşmələr əsasında əhalinin təlabatına müvafiq keyfiyyətli, etibarlı və daha effektli fitopreparatlar yaratmaqdır. Son illər dərman bitkilərinə marağın artması onlardan həm də müxtəlif xəstəliklərdə istifadə olunan qidaya bioloji fəal əlavələrin hazırlanmasında istifadə olunması ilə bağlıdır. Ona görə də hazırda kafedra əməkdaşları müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə oluna biləcək fitovasitələrin hazırlanması istiqamətində fəaliyyət göstərirlər.
Son illər kafedra əməkdaşları tədqiqat obyekti kimi Azərbaycan florasından olan aşağıdakı yabanı bitkiləri öyrənirlər: Irıs carthalinae, Iris imbricata və Iris medwedewii; Phlomis pungens, Salvia qlutinosa, Salvia verticillata, Fraxinus exselsior, Hedysarum atropatanum və H. formosum, Gentiana gelida, G. septemfida, G. shistocalyx, G. cruciata, Campanula sarmata, Lathyrus sp, Mentha longifolia, M. aquatica, M.pulegium, Satureja hortensis,Thymus sp, Ziziphora sp., Salvia modesta, Teucrium polium, Dracocephalum austriacum, D. botryoides və s. bitkiləri.