Əliyev Sabir Cahan oğlu 1944-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Orta məktəbi həmin rayonun Gölkənd kəndində medalla bitirmişdir. 1961-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub, 1967-ci ildə həmin fakultəni bitirmişdir. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunmuşdur. 1969-1972-ci illərdə N.Nərimanov adına ADTİ-də patoloji fiziologiya kafedrasında aspirantura keçmişdir. 1973-cü ilin mart ayında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilmişdir. 1994-cü ilə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 1999-2001-ci illərdə I MPF-nin dekanı işləmişdir, 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir və həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş, 2014-cü ildən isə tədris, həm də müalicə işləri üzrə prorektordur, 2015-2016-cı tədris illərində ATU-nun rektoru vəzifəsini icra etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmə"nin, universitetin "Patofiziologiya, biokimya, farmakologiya" üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və pediatriya fakültəsinin Elmi Şurasının, “Azərbaycan Tibb Jurnalı”nın Redaksiya Şurasının üzvidir.
1992-ci ildən YAP-ın üzvi və universitet üzrə YAP-ın sədridir. 1986-cı ildə «Səhiyyə əlaçısı», 2000-ci ildə isə «Respublikanın əməkdar müəllimi» fəxri adlarına layiq görülmüşdür. 2003-cü ildə "VEKTOR" Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq lahiyəsininn qalibi olmuşdur. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 2007-ci ildə isə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi təfərindən Tip bölümü üzrə akademik secilmişdir.
6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən «Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız» medalı ilə təltif olunmşdur.
15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandığı nailiyyətlərə görə Avropa “Şərəf və Vicdan” ordeni ilə təltif olunmuşdur.
12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmuşdur.
20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlhan Əliyevin sərəncamı ilə əməkdar elm xadimi fəxri adı almışdır.
24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən “Hippokrat” ordeni ilə təltif olunmuşdur.
26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi “İbn-İ-Sina” diplomu ilə təltif olunmuşdur.
26 dekabr 2018-ci ildə ATGTİ sıx əməkdaşlıq etdiyinə görə, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə “İlin prorektoru” mükafatına layiq görülmüşdür.
18 dekabr 2020-ci ildə Beynəlxalq Elmlər Akademiyanın tam üzvü kimi diploma layiq görülüb.
10 mart 2021-ci ildə Dünya elmindəki və təhsilindəki xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunmuşdur.
27 dekabr 2022-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi ödül komitəsi kararıyla 2022 Yılı Başarılarından dolayı ödülləndirilmişdir.
05 yanvar 2023-cü ildə Europaische Akademie der Naturwissenschaften in Hannover e.V. tərəfindən dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə "Wilhelm Conrad Röntgen Medal"na layiq görülmüşdür.
399 elmi işin, 8 dərsliyin, 10 dərs vəsaitinin, 4 elmi-populiyar broşuranın, ilk dəfə olaraq 3 dildə (azərbaycan, rus, ingilis) çap olunan patofizioloji atlas elektron-dərsliyin, bir neçə tədris-metodik vəsaitin, 2015-ci ildə isə yeni tədris proqramına uyğun «Patoloji fiziologiya»dan dərslik kitabının (I və II hissə) müəllifidir. 2019-cu ildə çap olunmuş “Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti”nin və rezidenturaya hazırlaşanlar üçün 2 dildə (azərbaycan və rus) nəşr edilmiş “Patoloji fiziologiya” adlı vəsaitin müəllifidir. 2020-ci ildə çap olunmuş “Patoloji fiziologiya” dərs vəsaiti DİM- “Abituriyent-2020” 3 dildə (azərbaycan, rus və ingilis), 2020-ci ildə çap olunan “Patoloji fiziologiya”dan situasiya məsələləri kitabının, 2023-cü ildə nəşr olunan "Руководство к практическим занятиям по патофизиологии с клинико-патофизиологическими аспектами", 2023-cü ildə "Patoloji fiziologiya" dərs vəsaiti kitabının müəllifidir.
Rəhbərliyi altında 20 namizədlik dissertasiyası, 3 doktorluq dissertasiyası müdafiə olunmuş, 2 doktorluq işi, 1 namizədlik işi davam etdirilir.
Ailəlidir, dörd övladı var.