PATOLOJİ FİZİOLOGİYA FƏNNİ ÜZRƏ TƏDRİS
P R O Q R A M I
BAKI - 2018
Ümumi nozologiya
Xəstəlik haqqındatəlim.Xəstəlik mənşəyinin qnoseoloji (fəlsəfi) və tibbi aspektləri.Xəstəlik zədələnmənin və mühafizə-uyğunlaşma proseslərinin dialektik vəhdəti kimi. “Norma", “sağlamlıq” və “xəstəlik” haqqında anlayış. Xəstəliklərin təsnifat prinsipləri. Patoloji reaksiya, patoloji proses, patoloji vəziyyət, tipik patoloji proseslər və xəstəlikönü vəziyyət haqqında anlayış. Xəstəliyin mərhələləri və nəticələri. Sanogenez. Tam və natamam sağalma, xəstəliyin xronik hala keçməsi, residivləri və ağırlaşmaları. Ölüm. Terminal vəziyyət, onun mərhələləri. Reanimasiyanın patofizioloji əsasları və sosial-deontoloji aspektləri. Orqanizmin qocalması. Qocalmanın bioloji, sosial və tibbi aspektləri.
Ümumi etiologiya və ümumi patoqenez
Ümumi etiologiya. Patologiyada determinizm prinsipi. Səbəb və şərait amillərinin xəstəliyin inkişafında rolu və onların dialektik qarşılıqlı münasibətləri. Xəstəliyin yaranma səbəbləri (daxili və xaricisəbəblər). Ümumi etiologiyanın ekoloji aspektləri. Xəstəliyin müalicə və profilaktikasında etiotrop prinsip. Ümumi patogenez. Zədələnmələr, patogenezin başlanğıc mərhələsi kimi. Zədələnmənin səviyyələri: submolekulyar, molekulyar, hüceyrəaltı, hüceyrə, toxuma, orqan, orqanizm. Xəstəliyin patogenezində funksional və struktur dəyişikliklərin qarşılıqlı əlaqəsi və vəhdəti. Patogenezdə səbəb-nəticə münasibəti, birincili və ikincili zədələnmələr. Zədələnmənin lokalizasiyası və yayılması. Zədələnmənin yerli və ümumi təzahürləri. Patogenezdə əsas mərhələ və qüsurlu dövran. Orqanizmin müdafiə və kompensator reaksiyaları. Sağalmanın mexanizmləri. Uşaq orqanizmində kompensasiya prosesləri və funksiyaların bərpa edilməsi xüsusiyyətləri. Diş-çənə aparatı və ağız boşluğu selikli qişası xəstəliklərinin etiologiya və patogenezinin xüsusiyyətləri. Xəstəliyin müalicəsində patogenetik prinsip.
Xarici və daxili amillərin xəstəliklərin əmələgəlməsində rolu
Fiziki, kimyəvi və bioloji xəstəliktörədən amillər. Uşaq patologiyasının ən mühüm etioloji amilləri (travma, soyuqdəymə, qidalanma rejiminin pozulması, uşaq infeksiyaları və s.). Uşaq ölümünün azalmasında sosial amillərin rolu. Müasir insan patologiyasında elmi-texniki tərəqqinin, urbanizasiyanın və sənaye inkişafının əhəmiyyəti. Xəstəliyin yeni etioloji amilləri. Emosional gərginliyin əhəmiyyəti. Ətraf mühitin çirklənməsinin təsiri. Xəstəliklərin profilaktikasında ətraf mühitin və əməyi mühafizənin əsas məsələləri və nailiyyətləri.
Orqanizmin reaktivliyinin patologiyada rolu
Orqanizmin reaktivliyi, onun növləri. Reaktivlik və rezistentlik. Reaktivliyi müəyyən edən amillər. İmmunoloji reaktivlik və qeyri-spesifik rezistentlik. Xarici və daxili mühit amillərinin orqanizmin reaktivliyinə təsiri. Sosial amillərin orqanizmin reaktivliyinə təsiri. Patoloji reaktivlik. Fərdi və qrup reaktivliyinin məqsədyönlü dəyişdirilməsinin xəstəliklərin müalicə və profilaktikasında rolu.
İrsiyyətin və konstitusiyanın patologiyada rolu
İrsi və anadangəlmə xəstəliklər. İrsi xəstəliklərin etiologiyası. Mutagen amillər. Mutagenez və mutasiyalar, onların növləri. İrsi patologiyanın mexanizmləri: normal irsi məlumatın patoloji ilə əvəz olunması, gen aparatı aktivliyinin tənzimlənməsinin pozulması. İrsi xəstəliklərin növləri və onların nəsildən-nəslə ötürülmə mexanizmləri. Xəstəliklərə irsi meyillilik. İrsi xəstəliklərin öyrənilməsi üsulları. İrsi xəstəliklərin müalicə və profilaktikasının əsas prinsipləri. Ətraf mühitin mühafizəsinin əhəmiyyəti irsi xəstəliklərin profilaktikasının əsas amillərindən biri kimi. Gen müalicəsi və gen mühəndisliyi haqqında anlayış. Konstitusiya haqqında ümumi anlayış. Konstitusional tiplərin əsas təsnifatları. Konstitusiyanın patologiyada rolu. Diatezlər. Ontogenezin erkən mərhələsində patologiyanın xüsusiyyətini müəyyən edən əsas amillər. Bətndaxili inkişafın patologiyası.
TIPIK PATOLOJI PROSESLƏR
Hüceyrə zədələnməsi.
Zədələnmə. Hüceyrə zədələnməsinin ekzogen və endogen səbəbləri. Hüceyrələrin öz-özünü zədələməsi haqqında anlayış: immun proseslər, hüceyrə qocalması, hüceyrələrın uzun müddət fəaliyyətsiz qalması, sinir sisteminin trofik funksiyasının pozulmasının rolu. Kəskin və xronik hüceyrə zədələnməsinin xüsusiyyətləri. Mitotik siklin fazalarının və amitotik bölünmə mərhələlərinin əhəmiyyəti. Hüceyrə zədələnməsinin ümumi mexanizmi. Hüceyrə zədələnməsinin spesifik və qeyri-spesifik əlamətləri. Zədələyici amilin hüceyrəyə birbaşa və ya dolayısı ilə təsiri. Ayrı-ayrı hüceyrə orqanoidlərinin quruluş və funksiyalarının pozulması. Hüceyrələrin reseptor xassələrinin dəyişilməsi. Geridönən və dönməyən hüceyrə zədələnmələri. Distrofiya, nekroz və autoliz hüceyrə zədələnməsinin nəticəsi kimi. Hüceyrənin mühafizə və adaptasiya mexanizmləri. Hüceyrə və hüceyrəaltı səviyyədə gedən regenerasiya prosesləri.
Mikrosirkulyasiyanın və periferik qan dövranının pozulması
Mikrosirkulyasiyanın tipik pozulmaları: qan cərəyanının və qanın reoloji xassələrinin dəyişilməsi. Mikrosirkulyasiya pozulmasının səbəbləri və mexanizmi. Eritrositlərin aqreqasiyası, aqlütinasiyası və slac fenomeni. Trombositlərin aqreqasiyası, kapilyar (həqiqi) stazı. Limfa dövranının tipik pozulmaları - mexaniki, dinamik və funksional-rezorbsion çatışmazlıqlar. Pulpa, parodont, sümük toxuması və selikli qişada baş verən patoloji proseslərin inkişafında mikrosirkulyasiyanın pozulmasının əhəmiyyəti. Yerli qan dövranı pozulmasının əsas formaları: arterial və venoz hiperemiyalar, işemiya, staz. Onların növləri, səbəbləri, inkişaf mexanizmləri və əlamətləri. Reperfuziya sindromu, işemik toksikoz. Tromboz və emboliya yerli qan dövranı pozulmasının mümkün səbəbləri kimi, növləri və nəticələri. Trombozun və emboliyanın səbəbləri, inkişaf şəraiti, profilaktikası və müalicəsi.
İltihab
İltihab anlayışı. İltihabın ümumi və yerli əlamətləri. İltihabın etiopatogenezi. İltihab prosesinin əsas komponentləri. Birincili və ikincili alterasiya. Bioloji aktiv maddələrin – iltihab mediatorlarının azad olması. Mediatorların növləri və onların iltihabın inkişafında əhəmiyyəti. Mikrosirkulyasiya sistemində damar reaksiyaları. İltihab ocağında qanın reoloji xassələrinin, zülal tərkibinin və plazma zülallarının fiziki-kimyəvi xassələrinin dəyişməsi. Ekssudasiya. Ekssudasiya prosesinin inkişafında filtrasiyanın, diffuziya artmasının əhəmiyyəti. İltihab ocağında fiziki-kimyəvi dəyişikliklərin rolu. Leykositlərin yan duruşu və emiqrasiyası, onların mexanizmi. Faqositoz, növləri, mərhələləri və mexanizmi. Faqositozu zəiflədən və stimullaşdıran amillər. Proliferasiya. İltihabın reparativ mərhələsi, proliferasiya prosesinin mexanizmi, onun inhibitorları və stimulyatorları. İltihabın nəticəsi. İltihab əleyhinə aparılan müalicənin əsas prinspləri.
İltihabın inkişafında reaktivliyin rolu
İltihab zamanı yerli və ümumi əlamətlər arasında qarşılıqlı əlaqə. İltihab və allergiya. İltihabın növləri, nomenklaturası və təsnifatı. İltihabın nəticəsi. İltihabın bioloji əhəmiyyəti. İltihab prosesində zədələnmə ilə müdafiə-uyğunlaşma reaksiyaları arasında dialektik əlaqə. İltihabın ontogenezdə inkişafı. Yenidoğulmuşlarda iltihabın xüsusiyyətləri: damar reaksiyaları, leykositlərin emiqrasiyası və faqositoz. Pulpa, periodont və sümük toxumasında, ağız suyu vəziləri və üzün yumşaq toxumalarında inkişaf edən iltihab prosesinin xüsusiyyətləri. Üz-çənə nahiyəsində kəskin iltihabın gedişinin proqnozlaşdırılması prinsipləri. Üz-çənə toxumasında proliferasiya dövrünün xüsusiyyətləri. Qranulomatoz iltihab.
İnfeksion proses
İnfeksion prosesin ümumi xarakteristikası və səbəbləri; infeksion amillərin növləri, onların orqanizmə daxil olma və yayılma yolları. İnfeksion prosesin mərhələləri və əlamətləri. İnfeksion prosesin inkişafında orqanizmin reaktivliyinin rolu. Orqanizmin infeksiya əleyhinə olan müdafiə sistemi: spesifik və qeyri-spesifik müdafiə amilləri. İnfeksion proseslərin nəticələri. İnfeksion xəstəliklərin müalicə prinsipləri.
Qızdırma
Qızdırma haqqında ümumi anlıyış və onun xüsusiyyətləri. Qızdırma reaksiyası filogenezdə və ontogenezdə. Qızdırmanın etiologiyası. İnfeksion və qeyri-infeksion qızdırma. Pirogen maddələr, onların kimyəvi tərkibi və infeksion proseslər, toxumanın aseptik zədələnməsi, immun reaksiyalar zamanı mənbələri. Birincili və ikincili pirogenlər. Leykositar pirogenlər - interleykin-1. Pirogen maddələrin təsir mexanizmi. Qızdırmanın patogenezi (qızdırmanın reflektor, hüceyrə-metabolik, sentrogen və humoral mexanizmləri). Qızdırmanın müxtəlif mərhələlərində termorequlyasiya. Orqanizmin istilik tənzimində mərkəzi və periferik termoreseptorların əhəmiyyəti. Qızdırma reaksiyasının növləri (mənşəyinə, hərarətin qalxma dərəcəsinə və hərarət əyrilərinin formasına görə). Qızdırmanın pirogen amillərdən və orqanizmin reaktivliyindən asılılığı. Qızdırmanın inkişafında sinir, endokrin və immun sistemlərin rolu. Qızdırma zamanı maddələr mübadiləsinin və fizioloji funksiyaların dəyişilməsi. Qızdırmanın bioloji əhəmiyyəti. Piroterapiya haqqında anlayış. Qızdırmanın müxtəlif növlü hipertermiyalardan fərqi. Körpə uşaqlarda qızdırma reaksiyasının xüsusiyyətləri. Qızdırma zamanı ağız boşluğunun selikli qişasının vəziyyəti və ağız suyu vəziləri funksiyasının dəyişməsi.
İmmunpatoloji proseslər
Birincili (anadangəlmə) immun çatışmazlıq vəziyyətləri. İmmunitetin B-sisteminin zədələnməsinin üstünlüyü ilə gedən birincili immun çatışmazlıqlar. Birincili kombinəedilmiş immun çatışmazlıqlar. İmmunitetin T-sisteminin zədələnməsinin üstünlüyü ilə gedən birincili immun çatışmazlıqlar. İkincili (qazanılmış) immun çatışmazlıq. İkincili immun çatışmazlıqlar klinik-immunoloji sindrom kimi. Birincili immun çatışmazlıqlar zamanı ağız boşluğunda dəyişikliklər. İkincili immun çatışmazlıqlar zamanı ağız boşluğunun toxumalarında xarakterik dəyişikliklər.
Allergiya
Allergiya haqqında anlayış. Allergenlər, onların təsnifatı. Allergik reaksiyaların təsnifatı. Həqiqi və yalançı allergik reaksiyalar. Atopiyalar, onların təzahür formaları. Anafilaksiyadan fərqi. Atopik reaksiyaları törədən allergenlərin növləri. Atopiyaların müalicəsi zamanı qeyri-spesifik və spesifik desensibilizasiya. Blokadaedici antitellər. Sürətli gedişli allergik reaksiyaların inkişafında araxidon turşusunun metabolitlərinin rolu. Ləng gedişli allergik reaksiyalar. Onların əsas mərhələləri və inkişaf mexanizmləri. İmmunoloji tolerantlıq haqqında anlayış. Autoimmun reaksiyalar. Autoimmun xəstəliklərin inkişaf mexanizmləri. Ana ilə döl orqanizmi arasında olan immun konflikt, onun əsas formaları və nəticələri. Yenidoğulmuşlarda allergiya xəstəliyi. Uşaqların allergizasiya mənbəyi. Diatezlərin patogenezində allergiyanın əhəmiyyəti. Uşaqlarda immunpatoloji reaksiyaların patogenezi. Uşaqlarda immun çatışmazlıq vəziyyəti. Ağız boşluğu toxumalarının immun müdafiəsinin xüsusiyyətləri. Stomatologiyada allergik reaksiyalar. Məişət və sənaye allergenləri. Allergik dermatozların əmələ gəlməsində onların rolu.
Karbohidrat mübadiləsinin pozulmaları
Əsas və energetik mübadilənin pozulması. Karbohidrat mübadiləsinin pozulmasının səbəbləri. Karbohidrat mübadiləsini tənzimləyən mexanizmlərin pozulması. Şəkərli diabet və onun növləri. Şəkərli diabetin müxtəlif formalarının etiologiyası və patogenezi. Şəkərli diabet zamanı maddələr mübadiləsinin pozulması. Diabetik komanın inkişaf mexanizmi. İrsi fermentopatiyalar zamanı karbohidrat mübadiləsinin pozulması.
Zülal mübadiləsinin pozulması
Müsbət və mənfi azot balansı. Zülalların sorulmasının pozulması. Amin turşu mübadiləsinin pozulması. Zülal mübadiləsinin son mərhələsinin və sidik cövhəri sintezinin pozulması. Hiperazotemiya. Qan plazmasının zülal tərkibinin pozulması. Hiper-, hipo- və disproteinemiyalar, paraproteinemiyalar. Qan plazmasındakı zülalların nəqliyyat funksiyasının pozulması. Nuklein turşularına qarşı olan antitellərin patologiyada rolu. Purin və pirimidin əsasları mübadiləsinin pozulması. Uşaqlarda purin əsasları mübadiləsinin pozulması xüsusiyyətləri. Podaqranın əmələ gəlmə mexanizmi, endo- və ekzogen amillərin rolu.
Lipid mübadiləsinin pozulması
Orqanizmə yağların az və ya həddən çox daxil olması. Alimentar, nəqliyyat və retension hiperlipemiyalar. Ümumi piylənmə, növləri və mexanizmi. Xolesterin mübadiləsinin pozulması, hiperxolesterinemiya. Ateroskleroz, mexanizmi və nəticəsi. Uşaqlarda lipid mübadiləsinin pozulmasının xüsusiyyətləri. Qlikosfinqolipidozların etiologiyası və patogenezi.
Su-elektrolit mübadiləsinin pozulması. Ödemlər.
Hüceyrəxarici və hüceyrədaxili su balansı haqqında anlayış. Hüceyrədənxaric mayenin elektrolit tərkibi və osmotik təzyiqi. Natrium ionlarının rolu. Elektroneytrallıq və izoosmolyarlıq qanunları. Maye mühitləri arasında suyun yerdəyişmə mexanizmləri: damardaxili maye-interstisiya və interstisiya-hüceyrə. Bu proseslərin tənzimində simpatoadrenal sistemin, böyrəklərin adrenergik tənziminin, natri-uretik amilin, renin-angiotenzin-aldosteron sisteminin və hormonların (insulin, parathormon) rolu. Uşaqlarda hiperurikemiya və uraturiya. Hiper- və hipohidratasiya haqqında anlayış. Hiper- və hipohidratasiyanın izo-, hipo- və hipertonik tipləri. Ödemlər, onlar haqqında anlayış. Ödemlərin növləri, etiologiyası, patogenezi. Ödemlərin nəticəsi.
Turşu-qələvi müvazinətinin pozulması
Orqanizmdə turşu-qələvi müvazinətinin pozulması, təsnifatı. Orqanizmin pH-nın sabit saxlanmasında iştirak edən fizioloji sistemlər - ağciyərlər və böyrəklərin rolu. Turşu-qələvi müvazinətinin pozulması növləri, səbəbləri, inkişaf mexanizmləri, laborator diaqnostikasının göstəriciləri. Turşu-qələvi tarazlığının pozulmaları zamanı qanın elektrolit tərkibinin xüsusiyyətləri Turşu-qələvi müvazinətinin pozulmalarının kompensasiya mexanizmləri (təcili və uzun-müddətli). Dişlərin kariesə uğramasında və parodontun iltihabi xəstəliklərinin inkişafında turşu-qələvi müvazinəti pozulmasının rolu. Ağız boşluğunda turşu-qələvi müvazinətinin tənzimlənməsi prinsipləri.
Fosfor-kalsium və mikroelement mübadiləsinin pozulması
Fosfor-kalsium mübadiləsi tənziminin pozulması. Hipokalsemiya. Hiperkalsemiya. Sümük toxuması və onun mineral mübadiləsində iştirakı. Mikroelement mübadiləsi pozulmasının müxtəlif xəstəliklərin inkişafında rolu.
Vitamin mübadiləsinin pozulması
Hiper-, hipo- və avitaminozlar, ekzogen (birincili) və endogen (ikincili) mənşəli hipovitaminozlar (qidada çatışmazlıq, qidanın sorulması, daşınması və depolarda toplanmasının pozulması). Antivitaminlər haqqında anlayış. Hipo-, hiper- və avitaminozlar zamanı fizioloji funksiyaların və maddələr mübadiləsinin pozulması. Uşaqlarda D hipervitaminozunun və raxit xəstəliyinin etiologiyası və patogenezi. Raxitin D-rezistent formaları. Raxitin müalicə və profilaktikasının əsas prinsipləri.
Aclıq
Ekzogen və endogen səbəbləri. Mütləq, tam, natamam, hissəvi aclıq. Zülal aclığı. Aclığın mərhələləri. Aclığın müxtəlif dövrlərində fizioloji funksiyaların və maddələr mübadiləsinin dəyişilməsi. Aclığa qarşı orqanizmin rezistentliyinə təsir edən amillər. Uşaqlarda aclığın xüsusiyyətləri. Müalicəvi aclıq haqqında anlayış.
Ekstremal vəziyyətlər haqqında anlayış (şok, kollaps, koma)
Stress haqqında Selyenin təlimi ümumi adaptasiya sindromu kimi. Stress reaksiyalarının inkişaf səbəbləri (stressorlar) və mexanizmi haqqında müasir baxışlar, stressorların növləri. Təcili və uzunmüddətli adaptasiyanın inkişafında stressin rolu. Distress və adaptasiya xəstəlikləri haqqında anlayış. Stress əleyhinə sistemlər haqqında anlayış, növləri. Stressin mərhələləri və inkişaf mexanizmi. Neyrohumoral amillərin rolu.
Şok
Şok anlayışının xarakteristikası. Şok mərhələlərlə inkişaf edən patoloji proses kimi. Şokun etiologiya və patogenezinə görə təsnifatı. Şokun müxtəlif növlərinin (hemorragik, kardiogen, anafilaktik) patogenezinin əsas zənciri. Travmatik şokun torpid mərhələsində qüsurlu dövranın formalaşması haqqında təsəvvürlər. Şok zamanı geridönməyən dəyişikliklər. Şokun müalicə və profilaktikasının patofizioloji əsasları.
Koma və kollaps
Növləri, etiologiyası və patogenezi. Komanın mərhələləri. Orqanizmin funksiyalarının pozulması. Müalicənin əsas prinsipləri. Uzunmüddətli sıxılma sindromuhaqqında anlayış. Onun səbəbləri və inkişaf mexanizmi.
Hipoksiya
Hipoksiya haqqında anlayış. Müxtəlif patoloji proseslərin patogenezində hipoksiyanın rolu. Oksigen aclığına qarşı ayrı-ayrı orqan və toxumaların dözümlülüyü. Hipoksiyanın təsnifatı. Hipoksiyanın etiologiyası və patogenezi. Hipoksiyanın müxtəlif növlərində arterial və venoz qanın qaz tərkibinin dəyişiklikləri. Hipoksiya zamanı əmələ gələn təcili və uzunmüddətli adaptasiya reaksiyaları və onların mexanizmi. Hipoksiyalar zamanı maddələr mübadiləsinin və orqanizmin fizioloji funksiyalarının pozulması. Hipoksiyanın profilaktikasının və müalicəsinin patofizioloji əsasları. Hiperoksiya hipoksiyanın inkişafının səbəbi kimi. Hiperoksiya və sərbəst radikallaşma prosesi. Hiperoksiyanın müalicəvi təsiri. Hiperbarik oksigenasiya və onun tibbdə istifadəsi. Dölün və yeni doğulmuş uşaqların kəskin və xronik hipoksiyası. Hipoksiya və hiperoksiya zamanı yaş amilinin rolu. Ağızın selikli qişasının iltihabi xəstəliklərinin patogenezində yerli hipoksiyanın əhəmiyyəti. Hiperbarik oksigenasiyanın stomatoloji praktikada tətbiqi.
Toxuma inkişafının patofiziologiyası
Hipo- və hiperbiotik proseslər. Hipotrofiya, atrofiya, kaxeksiya, distrofiya, hipertrofiya, regenerasiya və hiperplaziya. Şişlər. Ümumi anlayış. Xoş və bədxassəli şişlərin xarakterik cəhətləri. Şişlərin etiologiyası. Kanserogenez anlayışı. Şişlərin inkişafının risk amilləri və onların kanserogenezə gücləndirici təsirinin mümkün olan mexanizmləri. Fiziki, kimyəvi və bioloji kanserogen amillər. Onların növləri və təsir xüsusiyyətləri. Kanserogenezin mərhələləri: inisiasiya, promosiya, proqressiya. İnvaziya və metastaz vermə şişin proqressiyasının əsas əlaməti kimi. Şişin orqanizmə sistem təsiri: paraneoplastik sindromlar. Şiş bioloji aktiv maddələrin mənbəyi kimi. Orqanizmin şişin inkişafına təsir göstərən amilləri (yaş, irsiyyət, şişəleyhinə müdafiənin hüceyrə və immun mexanizmlərinin rolu), antiblastom rezistentlik. Şiş hüceyrələrinin inkişafına şərait yaradan amil kimi apoptoza qarşı həssaslığın dəyişməsi. Mexanizmləri. Uşaqlarda şişin inkişaf xüsusiyyətləri. Onkoloji xəstələrin müalicəsinin əsas prinsipləri.
ORQAN VƏ SISTEMLƏRIN PATOFIZIOLOGIYASI
Qan sisteminin patofiziologiyası. Qanın formalı elementlərinin patologiyası
Qanın həcminin dəyişilməsi. Hipo- və hipervolemiyalar, onların növləri, səbəbləri, inkişaf mexanizmləri və orqanizm üçün əhəmiyyəti. Qanitirmə zamanı orqanizmin müdafiə-kompensator reaksiyaları. Posthemorragik vəziyyətlər zamanı inkişaf edən geriyədönən və dönməyən dəyişikliklər. Anemiya haqqında anlayış, etiologiya və patogenezinə, qanyaranmanın tipinə, rəng göstəricisinə, regenerasiyanın səviyyəsinə görə anemiyaların təsnifatı. Vaxtından əvvəl doğulmuş uşaqların anemiyası. Müxtəlif növ anemiyalar zamanı ağız boşluğu toxumalarında inkişaf edən pozulmaların mexanizmləri.Leykositlərin kəmiyyət və keyfiyyət pozulmaları.Leykositozlar haqqında anlayış, növləri, inkişaf mexanizmləri. Leykoformulada nüvə təmayülü haqqında anlayış. Leykopeniyalar, növləri, inkişaf mexanizmləri. Leykositar sistemdə yaranan pozulmalar zamanı ağız boşluğunda baş verən dəyişikliklər. Leykozlar və leykemoid reaksiyalar. Leykozların etiologiyası və patogenezi. Müxtəlif növ leykozlar zamanı qanın mənzərəsi. Leykozların inkişafında peşə amillərinin rolu. Uşaqlarda leykozun xüsusiyyətləri. Leykozlar zamanı ağız boşluğunda inkişaf edən dəyişikliklər.
Qanın fiziki-kimyəvi xassələrinin pozulması
Qanın maye halında qalmasını təmin edən sistemlər. Qan laxtalanmasının pozulma səbəbləri. Qanın disseminasiyalı damardaxili laxtalanması sindromu. Hemorragik diatezlər, növləri. Trombositopeniyalar və trombositopatiyalar zamanı ağız boşluğu orqanlarında inkişaf edən dəyişikliklərin patogenezi. Qanın fiziki-kimyəvi xassələrinin dəyişməsi. Qanın osmos və onkotik təzyiqi, özülülüyü, eritrositlərin çökmə sürəti, zülal tərkibi.
Ümumi qan dövranı sisteminin patofiziologiyası
Qan dövranının pozulmasının səbəbləri. Kəskin və xroniki ürək çatışmazlığı. Qan dövranının kompensasiya mexanizmləri (kardial, ekstrakardial, requlyator). Miokardın kompensator hiperfunksiyası, səbəbləri, inkişaf mərhələləri. Miokardın hipertrofiyası uzunmüddətli adaptasiyanın təzahürü kimi. Kompensator hiperfunksiyanın müxtəlif mərhələlərində miokardın funksional, metabolik, elektrolit xüsusiyyətlərinin müqayisəli xarakteristikası. Hipertrofiyalaşmış miokardın dekompensasiya mərhələsinin inkişaf mexanizmi, səbəbləri. Ürək işinin dekompensasiya əlamətləri, inkişaf mexanizmi. Miokardın işemiyası, mərhələləri. İşemiya zamanı müdafiə mexanizmləri. Miokardın işemik zədələnməsinin məhdudlaşdırılmasında qlikolizin, adenil nukleotidlərinin, antioksidant müdafiənin aktivləşməsinin rolu. Kardiogen şok. Aritmiyalar, növləri. Damar funksiyalarının pozulması.Arterial hipertenziya: birincili və ikincili. Səbəbləri, inkişaf mexanizmləri. Hemodinamik dəyişikliklər, ağırlaşmaları və nəticələri, müalicə və profilaktikasının patogenetik prinsipləri. Ateroskleroz. Səbəbləri, inkişaf mexanizmi. Arterial hipertenziya ilə ateroskleroz arasında qarşılıqlı əlaqə. Arterial hipotenziya: növləri, səbəbləri. Hipotenziyanın nəticələri. Uşaqlarda qan dövranı çatışmazlığının xüsusiyyətləri. Uşaqlarda funksional aritmiyalar, onların etiologiyası, patogenezi və əhəmiyyəti. Xroniki ürək-damar çatışmazlığı zamanı ağız boşluğu toxumalarının dəyişiklikləri.
Tənəffüs sisteminin patofiziologiyası
Xarici tənəffüs çatışmazlığı. Tənəffüs çatışmazlığı haqqında anlayış. Əsas səbəbləri və patogenezi. Xarici tənəffüs pozulmasının kompensasiya mexanizmləri: ağciyərdaxili və ağciyərdənxaric. Alveolyar ventilyasiyanın pozulması ilə əlaqədar yaranan tənəffüs çatışmazlığı, səbəbləri, inkişaf mexanizmləri. Obstruktiv və restriktiv tənəffüs çatışmazlığı. Ağciyərlərdə qazların diffuziyasının pozulması ilə əlaqədar baş verən tənəffüs çatışmazlığı, səbəbləri, inkişaf mexanizmləri. Ağciyərlərdə qan dövranının pozulması ilə əlaqədar baş verən tənəffüs çatışmazlığı, səbəbləri, inkişaf mexanizmləri. Ventilyasiya-perfuziya göstəricisinin dəyişilməsi. Hiperkapnik (ventilyasion) və hipoksemik (parenximatoz) tip tənəffüs çatışmazlıqları. Təngnəfəslik, növləri, inkişaf mexanizmi. Tənəffüs çatışmazlığının dərəcələri və onların qiymətləndirilmə meyarları. Patoloji tənəffüs, tipləri, inkişaf səbəbləri. Ağciyərlərin metabolik funksiyalarının dəyişilməsi, surfaktant sisteminin pozulması.
Həzm sisteminin patofiziologiyası
Həzm sistemi xəstəliklərinin əsas səbəbləri. İştahanın, ağız suyu ifrazının, çeynəmənin, udma aktının pozulması. Mədə funksiyalarının pozulması. Funksional və üzvi axlorhidriya və axiliya. Xroniki qastrit, növləri, etiologiya və patogenezi. Xora xəstəliyi haqqında anlayış, etiologiya və patogenezi. Helikobacter pylori. Xora xəstəliyinin patogenezində turşu-peptik amillərin və mədənin selikli qişasının müdafiə xassələri pozulmasının əhəmiyyəti. Onun qastroduodenal sistem pozulmalarında inkişafında rolu. Mədəaltı vəzinin sekretor funksiyasının pozulması. Pankreatik şok. Malabsorbsiya sindromu haqqında anlayış, növləri, səbəbləri və əlamətləri. Bağırsaq keçməzliyi haqqında anlayış, Onun etiopatogenezi. Bağırsaq keçməzliyinin növləri, elektrolit mübadiləsinin və turşu-qələvi müvazinətinin pozulması. Uşaqlarda iştaha pozulmasının xüsusiyyətləri. Körpə uşaqlarda qidanın tərkibində zülal çatışmazlığı və ya artıqlığı. Mədə-bağırsaq traktının patologiyaları ilə diş-çənə sisteminin xəstəlikləri arasında əlaqə. Sialozlar və sialoadenitlər, formaları, patogenezin əsas zənciri. Ağız suyu vəzilərinin xəstəliklərinin modelləşdirilməsi və diaqnostikasının prinsipləri.
Qaraciyərin patofiziologiyası
Qaraciyərin funksiyalarının eksperimentdə öyrənilmə metodları. Qaraciyər xəstəliklərinin ümumi etiologiyası və patogenezi. Qaraciyər çatışmazlığı haqqında anlayış, əlamətləri. Qaraciyər ensefalopatiyası, səbəbləri, əlamətləri, inkişaf mexanizmi. Portal hipertenziya, inkişaf mexanizmi, əlamətləri. Sarılıqlar, səbəbləri, növləri, inkişaf mexanizmləri. Xolemiya, səbəbləri, xolemiya zamanı orqanizmdə baş verən dəyişikliklər. Uşaqlarda sarılığın xüsusiyyətləri. Diş-çənə sistemi xəstəliklərinin inkişafında qaraciyərin rolu. Xronik qaraciyər çatışmazlığı zamanı ağız boşluğunda baş verən dəyişikliklər. Qaraciyər komaları. Qaraciyərin şiş və distrofik xəstəliklərinin inkişafında hepatotrop zəhərlərin rolu.
Böyrəklərin patofiziologiyası
Böyrək funksiyalarının pozulmasının ümumi etiologiyası və patogenezi. Diurezin böyrəkdaxili və böyrəkdənxaric səbəblərdən dəyişilməsi. Oliquriya, anuriya haqqında anlayış. Böyrək patologiyaları üçün xarakterik olan əsas sindromlar. Kəskin və xronik böyrək çatışmazlığı haqqında anlayış, səbəbləri, inkişaf mərhələləri. Uremik sindrom haqqında anlayış, patogenezinin əsas mexanizmləri. Kəskin və xronik diffuz qlomerulonefrit. Qlomerulonefrit zamanı yumaqcıqların zədələnməsinin immun mexanizmləri. Uşaqlarda sidiyin əmələgəlmə və xaricedilmə xüsusiyyətləri, böyrək çatışmazlığının inkişafında onun əhəmiyyəti. Diş-çənə sistemi xəstəliklərinin inkişafında böyrək patologiyalarının rolu.
Endokrin sistemin patofiziologiyası
Endokrinopatiyaların ümumi etiologiyası və patogenezi. Daxili sekresiya vəzilərinin qabıq-hipotalamo-hipofizar tənziminin pozulması. Endokrin vəzilərin funksiyasına liberin və statin balansının pozulmasının təsiri. Hipotalamo-hipofizar pozulmaların patogenezi. Yatrogen endokrinopatiyalar. Dölün endokrinopatiyalarının inkişafında ana orqanizminin dishormonal pozulmalarının əhəmiyyəti. Uşaqlarda endokrin pozulmaların xüsusiyyətləri. Timus vəzinin patologiyası zamanı uşaqlarda immunoloji reaktivliyin, inkişafın və boyatmanın pozulması. Limfatiko-hipoplastik diatez. Ağız boşluğu toxumalarının patologiyasında hormonal pozulmaların rolu.
Sinir sisteminin patofiziologiyası. Sinir sistemi funksiyalarının pozulmasının ümumi etiopatogenezi
Sosial amillərin rolu. Patogen amillərin sinir sisteminə daxil olma yolları, birincili və ikincili pozulmalar. Sinir sisteminin müdafiə-kompensator mexanizmləri. Membran proseslərinin pozulması. Hüceyrə daxilinə siqnalların ötürülməsinin pozulması. Sinaptik proseslərin pozulması: pre- və postsinaptik mexanizmlər. Sinir strukturlarının deafferentasiyası. Mərkəzi sinir sistemi funksiyalarının pozulmasının universal mexanizmləri. Neyronun patoloji hiperaktivliyi. Patoloji determinant, patoloji sistem. Dominant münasibətlərin pozulması. Hissiyyatın pozulması. Ağrı- orqanizmin zədələyici amilə qarşı inteqrativ reaksiyası kimi. Nosiseptiv qıcıqlandırıcılar və onların təsir mexanizmi. Ağrı reseptoru, ötürücü sistemi və mərkəzi. Ağrının humoral amilləri: kininlər və neyropeptidlər. Ağrı reaksiyalarının vegetativ komponentləri. Ağrı hissinin və reaksiyasının intensivliyini müəyyən edən amillər. Zədələnmə siqnalı kimi ağrının bioloji əhəmiyyəti. “Fizioloji” və “patoloji” ağrı haqqında anlayış. Mərkəzi və periferik mənşəli ağrının inkişaf mexanizmi. Ağrının azaldılmasının endogen mexanizmləri. Ağrı – antinoseptiv sistemin zədələnməsinin nəticəsi kimi. Ağrısızlaşdırmanın patofizioloji əsasları: refleksoterapiya. Hərəkətin neyrogen pozulması, hiper- və hipokinetik vəziyyətlər, parezlər və ifliclər. Miasteniya. Qıcolmalar, onların növləri və mexanizmi.
Vegetativ və ali sinir sisteminin patologiyası
Onların növləri, mexanizmi, vegetativ distoniyalar haqqında anlayış. Sinir trofikasının pozulması. Neyrodistrofik proses. Denervasion trofik pozulmalar. Neyrodistrofiyanın metabolik, funksional və struktur təzahürləri. Ali sinir fəaliyyətinin pozulması. Nevrozlar. Onların xarakteristikası. Nevrozların bioloji və sosial aspektləri. Eksperimental nevrozlar. Nevrozların neyrofizioloji mexanizmləri. Psixoemosional stresslərin ali sinir fəaliyyətinin konstitusional tipindən asılı olaraq nevrozların inkişafında rolu. Endokrin pozulmaların, infeksion və digər sosial amillərin rolu. Nevrozların əsas əlamətləri. İnsanda nevroz, nevrasteniya, isteriya və fobiyalar. Nevrozlar xəstəlikönü vəziyyət kimi.
ƏDƏBİYYAT