N.H.Sultanova 1992-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini fərqlənmə diplomu ilə  bitirib. 1993-cü ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin « II-ci Uşaq xəstəlikləri» kafedrasına baş laborant vəzifəsinə təyin olunub. 1998 -cu ilin fevral ayında  ATU-nin  «II-ci Uşaq xəstəlikləri» kafedrasında assistent vəzıfəsinə seçilmişdir.4.01.2001-ci il tarixdə namizədlik, 14.11.2012- ci ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 5.10.2011 – ci il tarixində  dosent vəzifəsinə seçilmişdir. 2014 -2015 – ci illər ərzində FD 03.012 dissertasiya şurasının aprobasiya komissiyasının sədri vəzifəsində çalışmışdır. 30.03.2015 – ci ildən ATU – i nəzdində professor vəzifəsində çalışır.
O, çalışdığı müddət ərzində 85 elmi işin, 3 metodik vəsaitin, 3 dərs vəsaitinin, 1 səmərələşdirici təklifin və 1 dərsliyin müəllifidir. N.H.Sultanovanın elmi araşdırmalarının nəticələri dünyanın bir sıra ölkələrində kecirilən beynəlxalq elmi konfranslarında məruzə etmişdir.
Pedaqoji fəaliyyətində müalicə-proflaktika fakultəsinin ІV,V,VІ kurs tələbələri ilə məşğələlər  və VІ kurs tələbələri ilə mühazirələr aparmaqdadır.
N.H.Sultanova 2014-2015 ci illərdə Aprabasiya şurasının sədri, 2017-ci ildən «Pediatriya» və «Mikrobiologiya, İmmunologiya,Epidemiologiya və Yolxucu xəstəliklər» ixtisasları üzrə Problem komissiyasının üzvü, 2015-2019 cu illərdə D 03.012 şifrli Dissertasiya Şurasının elmi katibi vəzifəsində çalışıb. Bununla yanaşı o, Universitetimizin elmi və ictimai işlərində də fəal iştirak edir.
Kafedrada işlədiyi müddətdə o bacarıqlı, məqsədyönlü və öz üzərində çalışan bir alim kimi üzünü göstərmiş və bununlada həmkarlarının dərin hörmətini qazanmışdır.
2017-2019-cu ilərdə Doktorantura şöbəsinə, 2019-cu ildən etibarən Rezidentura və magistratura şöbəsinə müdir təyin olunub.