Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Müdir müavini

Ləman İsmayıl qızı Əli-Zadə 13 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972–1983-cü illərdə Bülbül adına Musiqi Məktəbində təhsil almışdır. 1983-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1989–1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər I kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1991-ci ildə elmi mövzusu təsdiq olunmuş, 1993-cü ildə dissertasiya işini müdafiə etmişdir. 1993-cü ildə daxili xəstəliklər ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ali Attestasiya Komissiyasının diplomu ilə təltif olunmuş, rasionalizatorluq təklifi üzrə diplom almışdır. 1990–2006-cı illərdə müxtəlif farmasevtik şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır (Egis, Avromed, Nycomed). 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır. 2018–2026-cı illərdə Ailə təbabəti kafedrasında dosent vəzifəsində çalışmışdır. 2021-ci ildən Rezidentura və Magistratura şöbəsində müdir müavini vəzifəsində çalışır. 2021-ci ildən Problem komissiyasının və II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür. 2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. 35-ə yaxın elmi məqalə və tezisin, həmçinin 2 kitabın müəllifidir. Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışır.

E-poçt ünvanı: [email protected]