Əfsanə Elman qızı Məmmədova 23 noyabr 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1982–1992-ci illərdə Şərur şəhəri N.Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almış və məktəbi "gümüş" medalla bitirmişdir. 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin fakültəni "fərqlənmə" diplomu ilə bitirmişdir. Eyni ildə ATU-nun "Dərman formalarının texnologiyası kafedrası"nda magistraturaya qəbul olunmuş, 2000-ci ildə isə oranı da "fərqlənmə" diplomu ilə başa vurmuşdur. 2000-ci ildən etibarən "Dərman formalarının texnologiyası və iqtisadiyyatının təşkili" kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamış, sonradan assistent, baş müəllim və dosent vəzifələrinə qədər yüksəlmişdir. Hal-hazırda ATU-nun "Əczaçılıq texnologiyası və idarəçiliyi" kafedrasında dosent kimi fəaliyyət göstərir. 2016-cı ildə 3400.01 - «Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili» ixtisası üzrə “Qlisirrizin turşusu əsasında bəzi müalicəvi-kosmetoloji vasitələrin alınma texnologiyasının işlənib hazırlanması və keyfiyyət normalarının təyini” mövzusunda dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 mart 2017-ci il tarixli qərarı ilə əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir (Diplom: FD №11664, Bakı, 2019). 2020-ci ildən etibarən ATU-nun Rezidentura və Magistratura şöbəsinin müdir müavini vəzifəsini icra edir. 40-dan çox elmi məqalə və tezisin, o cümlədən 1 "Avrasiya Patenti"nin müəllifidir.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
E-poçt ünvanları: