(+99412) 597-38-98

Müdir müavini

Məmmədova Əfsanə Elman qızı 23.11.1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1982-1992-ci illərdə Şərur şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almış və  “gümüş” medalla bitirmişdir. 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin əzaçılıq fakültəsinə daxil olmuşdur. 1998-ci ildə həmin Universiteti “fərqlənmə” diplomu ilə bitirmişdir. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin “Dərman formalarının texnologiyası kafedrası”na magistraturaya daxil olmuş, 2000-ci ildə “fərqlənmə” diplomu ilə bitirmişdir. Həmin ildən “Dərman formalarının texnologiyası və iqtisadiyyatının təşkili” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuş, 2019-cu ildə isə əmrlə həmin kafedrada assistent vəzifəsinə keçmişdir. Hal hazırda həmin kafedranın assistenti vəzifəsində çalışır. 
2016-cı ildə 3400.01 - «Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili» qrifi üzrə «Qlisirrizin turşusu əsasında bəzi müalicəvi-kosmetoloji vasitələrin alınma texnologiyasının işlənib hazırlanması və keyfiyyət normalarının təyini» mövzusunda Azərbaycan Tibb Universiteti nəzdində təşkil edilmiş BFD 03.013 şifrli birdəfəlik dissertasiya şurası iclasında əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
20-ə qədər elmi məqalə və tezis, 1 “Avrasiya Patenti” nin müəllifidir. 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 mart 2017-ci il tarixli (protokol № 06-K) qərarı ilə əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (diplom – Bakı, FD - № 11664, 2019).
2020-ci ilin noyabr ayından ATU-nun Rezindentura və Magistratura şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, və türk dillərini bilir.
Elektron poçt ünvanı: [email protected];  [email protected]