FƏNNİN MƏQSƏDİ
İnsan anatomiyası təbabətin fundamental elmlərindən biri olmaqla insan bədəninin quruluşunu, onu təşkil edən aparat və sistemlərin inkişafını, bətndaxili və bətnxarici dövrlərdə orqanizmdə baş verən dəyişiklikləri kompleks surətdə öyrənir. Fənnin gələcək həkimlərin yetişdirilməsində rolu olduqca mühümdür. Bu fənnin məqsədi orqanların topoqrafik xüsusiyyətlərini, onların digər orqanlarla və damar-sinir kötükləri ilə qarşılıqlı əlaqəsinin öyrənməkdir. Eyni zamanda makromikroskopik üsulla insan orqanizmini təşkil edən orqanları ontogenezdə tədqiq etməklə onların quruluşunu morfofunksional nöqteyi-nəzərdən öyrənir. Orqanların, aparat və sistemlərin quruluşu təkcə quru və yaş preparatlar üzərində deyil, eləcə də müasir multimedia vasitələrindən istifadə etməklə izah olunur. Daim dəyişən və inkişaf edən, yeni-yeni tədqiqatlarla zənginləşən və əldə edilən anatomik məlumatlar tədris prosesində geniş şəkildə tələbələrə çatdırılır.
TƏLƏBƏ NƏYİ BİLMƏLİDİR
- Orqanların makromikroskopik səviyyədə quruluşunu, bunların mənsub olduğu aparat və sistemlərin orqanizmin ümumi təşkilindəki əhəmiyyətini;
- Aparat və sistemlərin inkişafını, onların bətndaxili və bətnxarici dövrdə keçdiyi quruluş dəyişikliklərinin dinamikasını və funksional əhəmiyyətini;
- İnsan bədənini təşkil edən üzvlərin hansı anatomik qanunauyğunluqlar əsasında formalaşdığını;
- Orqanların topoqrafiyasını, xüsussiyyətlərini, damar-sinir kötüklərinə münasibətini.
TƏLƏBƏ NƏYƏ YİYƏLƏNMƏLİDİR
- Orqanları və onların hissələrini düzgün tanımağı, orqanizmdə yerləşməsini, bu yerləşmənin bədən quruluşunun tipindən hansı asılılıqda olmasını; -
- Makromikroskopik təşrihə əsaslanaraq, bədəndə aparılacaq kəsiklərin istiqamətinə, topoqrafiyasına və bunların funksional cəhətdən əsaslandırılmasına;
- Orqanların topoqrafik xüsusiyyətlərinin dəqiq və səhvsiz təhlilinə, damar və sinirlərlə və digər orqanlarla olan münasibətlərinin kompleks surətdə izahına.
- Orqanların dəri üzərində proyeksiyası və ondan istifadə qaydalarına.
METODİKİ TƏMİNAT
Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I cild. Dərslik. Bakı.: «Müəllim», 2010, 387 s.
Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası. Dərslik. II cild. “Müəllim” nəşriyyatı. Bakı 2012.
Şadlinski V.B., Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası.Dərslik. III cild. “Müəllim” nəşriyyatı. Bakı 2011, 366 s.
Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası atlası (II nəşr). Dərs vəsaiti. Bakı.: «Müəllim», 2007, 524s.
Шадлинский В.Б., Мовсумов Н.Т., Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч. проф. факультета (I том, 2-ое издание). Bakı, 2009, 550c.
Шадлинский В.Б., Мовсумов Н.Т., Сапин М.Р. Анатомия человека. Учебник для студентов леч.- проф. факультета (II том, 2-ое издание) Bakı.: «Təhsil», 2010, 550c.
TEXNİKİ TƏMİNAT
Sümük, oynaq, əzələ preparatları
Daxili orqanlar, beyin və duyğu orqanları preparatları
Təşrih materialı üzərində damar-sinir preparatları
Anatomiya kafedrasının muzeyləri
Multimedia vasitələri: kompüterlərə yüklənmiş anatomik proqramlar, anatomik planşet, foto-video ləvazimatları
Mulyajlar
ATU – nun İNSAN ANATOMİYASI VƏ TİBBİ TERMİNOLOGİYA KAFEDRASI İNSAN ANATOMİYASI FƏNNİNDƏN PROQRAM
İnsan anatomiyasi fənninə giriş. Anatomiyanın məqsədi, məzmunu, funksiya və öyrənilmə metodları. Anatomiyanın nəzəri-bioloji və tibbi-kliniki elmlərlə əlaqəsi. Anatomik biliklərin xəstəliklərin diaqnostikasında və potogenezində rolu. Anatomiyanın qısa tarixi. Azərbaycanda anatomiyanın inkişafı. Orqanizmdən çəkilən oxlar və keçirilən səthlər. Anatomik terminologiyanın əhəmiyyəti. Insan embriogenezinin mərhələləri. Toxumalar, orqanlar və aparatlar.
Dayaq – hərəkət aparatı. Sümük və birləşmələr sistemi-osteoartrologiya. Skeletin ümumi anatomiyası. Sümük toxumasının növləri və xüsusiyyətləri. Sümüyün inkişafı, quruluşu, forması, təsnifatı, kimyəvi tərkibi və fiziki xüsusiyyətləri. Sümüküstlüyü və sümük iliyinin quruluşu və funksiyası. Skeleti təşkil edən sümüklərin birləşmələri. Fasiləsiz və fasiləli birləşmələr. Fasiləsiz birləşmələrin növləri – sindesmoz, sinxondroz, sinasstooz və sinsarkozlar. Fasiləli və ya oynaq birləşmələri. Adi oynağın quruluşu. Oynağın köməkçi elementləri. Oynağın fiksasiyası və tormoz aparatı.
Kəllə sümükləri. Kəllə sümüklərinin inkişafı, quruluşu və xüsusiyyətləri. Kəllənin beyin hissəsinin sümükləri – alın, əsəs, ənsə, xəlbir, gicgah və təpə sümüklərinin quruluşu.
Kəllənin üz hissəsinin cüt və tək sümükləri: əng, almacıq, burun, gözyaşı, damaq, aşağı burun balıqqulağı və çənə, xış, dilaltı sümüklərinin quruluşu. Havalı sümüklər. Burun ətrafı ciblər, onların ontogenedə və əhəmiyyəti.
Kəllənin beyin hissəsinin topoqrafiyası: kəllə qapağı və kəllənin əsası daxili və xarıcı əsasının topoqrafiyası. Kəllənin üz hissəsinin: göz yuvaları, burun boşluğu, ağız boşluğu, gicgahaltı və qanadabənzər çuxurların topoqrafiyası. Kəllənin kronometriyası. Kəllənin və kəllə sümüklərinin yaş xüsusiyyətləri. Kəllə sümüklərinin birləşmələri, gicgah-çənə oynağı, forması, xüsusiyyətləri və hərəkətləri. Kəllə sümüklərinin variasiya və anomaliyaları.
Gövdə sümükləri və onların birləşmələri. Fəqərələr, qabırğalar və döş sümüyü. Fəqərələrin anatomiyası. Onurğanın ayrı-ayrı nahiyyələrində onların quruluş xüsusiyyətləri. Qabırğaların anatomiyası. Həqiqi və yalançı qabırğalar. Döş sümüyünün anatomiyası. Fəqərələrin bir-biri ilə və qabırğalarla birləşmələri. Atlaş – ənsə oynağının xüsusiyyətləri. Onurğanın quruluşu, forması, əyrilikləri və funksiyası. Döş qəfəsinin quruluşu, funksiyası, insanların konstitusional tipindən və cinsindən asılı olaraq formaları. Gövdə sümüklərinin onurğanın və döş qəfəsinin yaş xüsusiyyətləri. Gövdə sümüklərinin inkişafı, variasiya və anomaliyaları.
Yuxarı ətraf sümükləri və onların birləşmələri. Yuxarı ətrafların qurşaq və azad hisssələri sümüklərinin anatomiyası. Körpücük və kürək sümükləri. Bazu, said (mil və dirsək) və əl sümükləri. Yuxarı ətraf sümüklərinin birləşmələri: döş-körpücük, çiyin çıxıntısı-körpücük oynaqlarının quruluş xüsusiyyətləri və hərəkətləri.
Kürək sümüyünün birləşmələri. Bazu, dirsəkŞ mil, bilək və əl oynaqlarının quruluşu, forması və hərəkətləri. Said sümüklərinin birləşmələri. Yuxarı ətraf sümük və oynaqlarının xüsusiyyətləri. Yuxarı ətraf sümüklərinin inkişafı və anomaliyaları.
Aşağı ətraf sümükləri və onların birləşmələri. Aşağı ətraf qurşaq sümükləri. Çanaq sümüyü: quruluşu və birləşmələri. Oma-qalça oynağı. Qasıq bitişməsi. Tam çanaq hissələri. Baöyük və kiçik çanağın ölçüləri. Konyuqatalar. Çanaq oxu və maili. Tam çanağın cinsi və fərdi xüsusiyyətləri. Aaşağı ətrafın azad hissəsinin sümükləri. Bud, baldır (qamış və incik) və ayaq sümükləri. Aşağı ətrafın azad hissəsinin oynaqları: bud-çanaq, diz, aşıq-baldır və ayaq oynaqları: quruluşu, forması və hərrəkətləri. Baldır sümüklərinin birləşmələri. Ayaq daraqarxasının köndələn oynağı və ayaq daraqarxası-ayaq darağı oynaqları. Onların anatomiyası və əhəmiyyəti. Tam ayaq quruluşu və forması. Ayağın boylama və köndələn tağları. Içəri-ressor və bayır istinad tağlarının anatomiyası və funksiyası. Aşağı ətraf sümüklərinin inkişafı, variasiya və anomaliyaları.
Əzələ sistemi. Əzələ toxumasının növləri. Skelet əzələlərinin anatomiyası. əzələlərin köməkçi aparatı, fassiya törəmələri. Əzələnin qüvvəsi, işi və halı. Əzələnin qüvvəsinə təsir edən amillər. Əzələ işinin dinamik baxımdan növləri. Birqollu və ikiqollu linqlər. Əzələlərin variasiyaları və anomaliyaları. Əzələlərin klinik anatomiyası və fassiyalarının morfofunksional anatomiyası.
Baş, boyunun əzələ və fassiyalarının morfofunksional anatomiyası. Çeynəmə və mimik əzələlər. Çeynəmə əzələlərinin funksional anatomiyası. Mimiki əzələlərin anatomiyası, xüsusiyyətləri və funksiyası. Boyun əzələlərinin anatomiyası, səthi və dərin əzələlərin funksiyası. Boynun səthi və dərin fassiyaları. Nəfəs borusuönü və onurğaönü fassiyalarının topoqrafiyası. Boynun topoqrafiyası. Boyun üçbucaqları.
Döş qəfəsi, qarın və arxa əzələləri və fassiyalarının morfofunksional anatomiyası. Döş nahiyəsində çəkilən xəttlər. Döş əzələlərin anatomiyası, funksiyası. Diafraqmanın yaş xüsusiyyətləri.
Döş qəfəsi fassiyaları. Səthi döş fassiyası, xüsusi döş fassiyası, qoltuq və döş qəfəsidaxili fassiyaların topoqrafiyası.
Qarının topoqrafiyası, qarın nahiyəsində çəkilən xəttlər və olan nahiyələr. Qarın əzələlərin anatomiyası və funksiyaları. Qarın fassiyalar; qarının səthi xüsusi və qarının daxili fassiyasının topoqrafiyaları. Düz əzələ yatağının topoqrafiyası. Qasıq kanalının topoqrafiyası, möhtəviyyatı, cinsi və yaş xüsusiyyətləri.
Arxa əzələlərinin anatomiyası. Sərthi vədərin qat əzələlər, onların quruluşu və funksiyası. Bel dördbucağı və bel üçbucağının topoqrafiyası. Gövdə əzələlərinin kliniki anatomiyası.
Yuxarı və aşağı ətrafın əzələ fassiyalarının morfofunksional anatomiyası. Çiyin qurşağı bazu, said və əl əzələlərinin quruluşu, funksiyası və topoqrafiyası. Qoltuq çuxuru.
Yuxarı ətraf fassiyaları. Deltayabənzər, tinüstü, tinaltı, kürəkaltı, bazu, said və əl fassiyalarının topoqrafiyası. Saidin vətər yataqlarının təyinatı. Yuxarı ətrafın sümük, oynaq və əzələlərinin inkişafı və anamaliyaları.
Aşağı ətraf əzələləri: çanaq, bud, baldır və ayaq əzələlərinin quruluşu və topoqrafiyası. Aşağı ətraf fassiyaları. Bel, qalça, sağrı, budun enli, baldır, dizaltı və ayaq fassiyalarının anatomiyası. Baldırın vətər yataqları.
Çanaq nahiyəsinin topoqrafiyası: armudəzələüstü və əzələaltı dəliklər, qapayıcı kanal, damarlar və əzələ sahələri.
Bud nahiyəsinin topoqrafiyası: bud üçbucağı, bud kanalı, yaxınlaşdırıcı kanal və dizaltı çuxur. Baldırın topoqrafiyası. Dizaltı-baldır kanalı, yuxarı və aşağı əzələ incik kanalları. Ayaqaltının içəri və bayır şırımları. Aşağı ətrafın funksiyaları. Aşağı ətrafın, sümük, oynaq, əzələlərinin inkişafı və anomaliyaları. Əzələlərin yaş xüsusiyyətləri.
Daxili orqanlar – Splanchnologiya. Ümumi məlumat. Həzm sistemi orqanları. Borulu və vəzili orqanlar. Orulu orqanların funksiyasından asılı olaraq quruluşu və xüsusiyyətləri. Vəzili orqanların quruluşu və topoqrafiyası. Ekzoepitelial və endoepitelial vəzilər. Vəzilərin quruluşu və sekresiyasından asılı olaraq xüsusiyyətləri. Morfofunksional baxımdan vəzilərin təsnifatı.
Həzm kanalının anatomiyası. Ağız boşluğu orqanları. Udlaq, qidaborusu və mədə. Nazik və yoğun bağırsaqların morfofunksional anatomiyası. Qarın boşluğu və periton. Peritonun gedişi, əhəmiyyəti onun yuxarı, orta və aşağı mərtəbələrində topoqrafiyası. Peritondan əmələ gələn törəmələr. Peritonun cinsi xüsusiyytləri. Orqanların peritona münasibəti.
Həzm sistemi orqanlarının inkişafı, yaş xüsusiyyətləri və anomaliyaları. Həzm sistemi orqanlarının innervasiya və vaskulizasiyası. Həzm sistemi orqanlarının klinik anatomiyası.
Tənəffüs sistemi orqanları. Yuxarı və aşağı tənəffüs yolları. Qırtlağın quruluşu, topoqrafiyası və morfofunksional anatomiyası. Onun yaş və cinsi xüsusiyyətləri. Traxeya və bronxlar. Ağciyərlərin anatomiyası. Bronxların ağciyərdə şaxələnmə tipləri. Bronx və alveol ağacı. Asinus haqqında məlumat. Plevra quruluşu, səhfələri. Ağciyərlərin və plevranın topoqrafiyası. Ağciyərin seqmentar quruluşu. Plevra cibləri. Orta divarın anatomiyası. Tənəffüs sistemi orqanlarının inkişafı, yaş xüsusiyyətləri və anomaliyaları. Tənəffüs sistemi orqanlarının innervasiya və vaskulizasiyası. Tənəffüs orqanlarının klinik anatomiyası.
Sidik orqanları. Ekskrator (ifrazat) orqanları haqqında anlayış. Böyrəklər: quruluşu, topoqrafiyası və funksiyası. Nefronun quruluşu və funksiyası. İlk və son sidiyin formalaşması. Böyrəklərin seqmentasiyası. Sidik çıxarıcı yolların morfofunksional anatomiyası. Sidik axarları, sidik kisəsi və sidik kanalı. Sidik orqanlarının inkişafı, yaş xüsusiyyətləri və anomaliyaları. Onların innervasiya və vaskulizasiyası. Sidik orqanlarının kliniki anatomiyası.
Cinsiyyət və endokrin orqanları. Kişi cinsiyyət orqanları. Xayaların morfofunksional anatomiyası. Toxumçıxarıcı yolların, prostat vəzisinin və kişi sidik kanalının morfofunksional anatomiyası. Xayaların enmə prosesi.
Qadın cisnsiyyət orqanları. Yumurtalıq, uşaqlıq və uşaqlıq yolunun morfofunksional anatomiyası. Dəhlizin böyük vəziləri. Aralığın quruluşu və topoqrafiyası. Cinsiyyət orqanlarının inkişafı, yaş xüsusiyyətləri və anomaliyaları. Onların Onların innervasiya və vaskulizasiyası. Cinsiyyət orqanlarının klinik anatomiyası.
Endokrin orqanları haqqında anlayış. Endokrin orqanlarının təsnifatı. Branxogen vəzilərin morfofunksional anatomiyası. Mezodermal və ektodermal vəzilər. Adenohipofizdən asılı olan və olmayan vəzilər. Neyroendokrin və neyroqliya mənşəli vəzilər. İnterstisial vəzilərin xüsusiyyətləri. Endokrin vəzilərin yaş xüsusiyyətləri. Onların innervasiya və qidalanma xüsusiyyətləri. Anomaliyaları. Endokrin orqanlarının yaş xüsusiyyətləri və klinik anatomiyası.
Ürək qan-damar sistemi. Ürəyin anatomiyası. Ürəyin quruluşu, qişaları, aparıcı sistemi. Perikart: lifli və serroz perikardın quruluşu. Ürəyin topoqrafiyası, rentgenoanatomiyası. Ürəyin və perikartın innervasiya və vaskulizasiyası. Ürəyin inkişafı və müqayisəli anatomiyası. Ürəyin inkişafının pozulması ilə əlaqədar olan və qazanılan qüsurları (anomaliyalar). Ürəyin yaş və cinsi xüsusiyyətləri.
Qan dövranları. Kiçik və böyük qan damarları. Ağciyər kötüyü, ağciyər arteriyaları. Ağciyər venaları. Ağciyər arteriyasının ağciyərdə şaxələnməxüsusiyyətləri.
Böyük qan dövranı damarları. Aorta və onun hissələri. Qalxan aortanın şaxələri. Ürəyin qidalanma xüsusiyyətləri. Yuxu arteriyaları. Baş beynin qidalanma xüsusiyyətləri. Körpücükaltı arteriyalar. Yuxarı ətrafların sümük, oynaq və əzələlərinin qidalanması. Enən aortanın hissələri. Onun döş hissəsinin parietal və visseral şaxələri. Enən aortanın qarın hissəsinin parietal və visseral şaxələri. Qarın boşluğunun tək və cüt orqanlarının qidalnama xüsusiyyətləri.
Yuxarı və aşağı ətrafların sərbəst hissəsinin arteriyaları: yuxarı və aşağı ətrafın sümük, oynaq və əzələlərinin qidalanması. Yerli qan dövranı (mikrosirkulyasiya).
Yuxarı və aşağı boş vena sistemləri. Yuxarı boş venanın kökləri topoqrafiyası. Bazu – baş venalarının kökləri. Daxili, xarici və ön vidaci venalar. Baş və boynun venaları. Kəllədaxili venalar, sərt qişa venaları. Beynin sərt qişa cibləri. Kəlləxarici venalar. Körpücüaltı vena. Yuxarı ətrafın səthi və dərin venaları. Döş qəfəsi venaları: tək və yarımtək venalar. Onurğa venaları, dal qabırğaarası venalar. Yuxarı boş vena və onun köklərinin variant və anomaliyaları.
Aşağı boş venanın kökləri. Qalça venaları. Aşağı ətrafların səthi və dərin venaları. Aşağı boş venaya açılan parietal və visseral venalar. Venoz kələflər və onların əhəmiyyəti.
Qapı venası sistemi.Venoz anostomozlar: Kava-kaval, kava-portal, porto-kaval və kava-porto-kaval anostomozların morfofunksional anatomiyası. Qapı venasının kökləri və topoqrafiyası. Dalaq yuxarı göz və aşağı göz venaları. Qapı venasının qaraciyərdə şaxələnməsi. Qapı venasına açılan venalar.
Qan damarlarının inkişafı. Arteriya və venaların inkişafı. Onların yaş xüsusiyyətləri.
Döl qan dövranı, quruluşu, funksiyası və xüsusiyyətləri. Postnatal dövrdə döl qan dövranının damar sistemində gedən dəyişikliklər.
Limfa və immum sistem orqanları. Limfa sisteminin quruluş elementləri. Limfa kapillyarları, damarları, düyünləri, limfa kötükləri, limfa axacaqları və venoz bucaqlar. Limfa kapillyarları və limfa damarlarının xüsusiyyəti. Limfa düyünlərinin quruluşu, topoqrafiyası. Döş qəfəsi axacağının morfofunksional anatomiyası. Onun hissələri və venoz bucağa axma yolu.
Sağ limfa axacağının anatomiyası. Regional limfa damarları və düyünləri: süd vəzilərindən limfanın daşınarkən keçdiyi limfa düyünlərinin topoqrafiyası. Limfa damarlarının inkişafı və yaş xüsusiyyətləri.
İmmum sistemi orqanlarının əhəmiyyəti. İmmum sisteminin mərkəzi orqanları: sümük iliyi və timusun quruluşu və funksiyaları. İmmum sisteminin periferik orqanlarının – badamcıqlar, aqreqat limfa düyünləri, dalağın quruluşu və xüsusiyyətləri.
Sinir sistemi. Sinir sisteminin ümumi anatomiyası. Sinir sisteminin quruluş elementləri. Neyron haqqında anlayış. Sinir çıxıntısı, sinir lifi və sinirin quruluşu. Sinaps və simpatik əlaqələr. Hissi, hərəki və qarışıq sinirlərin xüsusiyyətləri. Neyroqliya. Refleks qövsü. Sinir sisteminin funksiyaları. Sinir sisteminin quruluş və funksional baxımdan hissələri. Simpatik və vegetativ sinir sistemlərinin funksiyaları. Mərkəzi və periferik sinir sisteminin anatomiyası. Sinir sisteminin inkişafı. Onurğa beyninin inkişafı və anomaliyaları. Baş beynin inkişafı. Beyin qovuqları və onların törəmələri. Beynin şırım və qırışlarının inkişafı. Beynin seqmentasiyası. Beynin variasiya və anomaliyaları.
Mərkəzi sinir sisteminin anatomiyası. Onurğa beynin quruluşu, hissələri və topoqrafiyası. Onurğa beyninin ciyələrinin funksional anatomiyası. Onurğa beyninin boz maddəsinin quruluşu. Onurğa beyni sinirləri, quruluşu, şaxələri. Onurğa beyninin seqmentasiyası. Onurğa beyninin funksiyası və yaş xüsusiyyətləri.
Beynin səthləri və hissələri. Beyin kötüyünün quruluşu. Beyincik və beyin yarlmkürələrinin quruluşu. Ağ və boz maddələr. Beyin əsasında kəllə-beyin sinirlərinin köklərinin topoqrafiyası. Beyin yarımkürələrinin differansiyası alın, təpə, ənsə və gicgah paylarının quruluşu. Beyin yarımkürələrinin sito-nieloarxitektonikası və funksiyaların lokalizasiyası. Yan mədəciklərin quruluşu. Ara, orta, arxa və əlavə beyindən inkişaf edən törəmələr. Beyinciyin quruluşu, topoqrafiyası və funksiyası. Beyin – onurğa beynin mayesinin cərəyanı. Baş beynin qişaları, sərt qişa cibləri.
Baş beynin ağ maddəsinin funksional anatomiyası. Aparıcı yolların anatomiyası.
Periferik sinir sistemi. Kəllə sinirləri. Hissi, hərəki və qarışıq sinirlər. I, II və VIII – hissi, III, IV, VI, IX, XI – hərəki və V, VII, IX və X – qarışıq sinirlərin funksional anatomiyası.
Onurğa beynin sinirlərinin quruluşu. Kələflər haqqında anlayış. Onların topoqrafiyası. Boyun, bazu, bel və oma kələfləri, quruluşu, şaxələri və innervasiya zonaları.
Vegetativ sinir sistemi. Vegetativ sinir sisteminin funksiyaları. Vegetativ sinir sisteminin hissələri. Parasimpatik sinir sisteminin baş və oma hissələri.
Başın parasimpatik düyünləri və onların morfofunksional anatomiyası, innervasiya zonaları. Parasimpatik sinir sisteminin mərkəzi hissəsinin, oma hissəsinin, mərkəzi şöbəsinin topoqrafiyası. Çanağın daxili orqanlarının sinirlərinin innervasiya zonası. Simpatik sinir sisteminin mərkəzi və periferik şöbələri. Simpatik kötük və onun hissələrinin anatomiyası. simpatik kötüyün boyun hissəsi, düyünləri, şaxələri və kələfləri. Simpatik kötüyün döş hissəsi düyünləri, şaxələri və kələfləri. Böyük və kiçik daxili orqanlarının sinirləri. Onların innervasiya zonası. Simpatik kötüyün qarın və çanağın hissəsinin düyünləri, şaxələri və kələfləri. Qarın kələfi, yuxarı və aşağı qarınaltı kələflərin quruluşu, topoqrafiyası və innervasiya zonaları.
Duyğu orqanlari – esteziologiya. Duyğu orqanlarıının funksiyası. Analizatorlar haqqında İ.P.Pavlov təlimi. Reseptorlar haqqında məlumat. Qoxu orqanının quruluşu, qoxu analizatorunun aparıcı yolu. Qoxu orqanının inkişafı və yaş xüsusiyyətləri. Qoxu orqanının innervasiyası və vaskulizasiyası.
Görmə orqanı. Göz almasının qişaları və nüvəsi. Görmə analizatorunun aparıcı yolu. Gözün köməkçi (əlavə) aparatı. Göz alması əzələləri, onların funksiyası və innervasiyası. III, IV və VI kəllə sinirləri. Görmə orqanının inkişafı, yaş xüsusiyyətləri və anomaliyaları. Görmə orqanının innervasiyası və vaskulizasiyası.
Eşitmə – müvazinət orqanı. Xarici, orta və daxili qulaq: onların quruluşu və funksiyası. Sümük və zarlı labirint. Eşitmə orqanı anatomiyası. Eşitmə analizatorunun aparıcı yolu. Müvazinət orqanının quruluşu. Müvazinət analizatorunun aparıcı yolu. Dəhliz-ilbiz orqanının inkişafı, yaş xüsusiyyətləri və anomaliyaları. Dəhliz-ilbiz orqanının innervasiyası və vaskulyarizasiyası.
Dad orqanı. Quruluşu və topoqrafiyası. Dad soğanağının quruluşu və forması. Dad impulslarınındaşınma yolları (VII, IX və X kəllə sinirləri). Dad orqanının yaş xüsusiyyətləri, innervasiyası və vaskulizasiyası.
Dərinin quruluşu, çəkisi və sahəsi. Dərinin funksiyaları. Dərinin törəmələri. Dəri duyğusu orqanı. Ümumi hissiyatın aparıcı yoları. Üçlü sinir. Onurğa beyni-qabıq yolu.
Təcrübə dərslərinin aparılmasına dair
tədris metodik tövsiyə
1. Tələbələrin dərsə davamiyyətinin yoxlanılır (2-3 dəqiqə) iştirak edənlərə - i/e, iştirak etməyənlərə q/b yazılmalıdır.
2. Keçmiş dərsin mövzusu qrup tələbələrindən soruşulur. Sonra tələbələrin dərsə hazırlığı (7-10 dəqiqə) yoxlanılır. Sorğu prosesi qısa və konkret olmaqla bütün tələbələri, ən azı 5-7 tələbəni əhatə etməlidir. Tələbələrin səsləndirdiyi səhf fikirlər və terminlər müəllim tərəfindən yerindəcə düzəldilməlidir. Sorğu həm klassik üsulla, həmdə test yolu ilə aparılmalıdır və tələbələrin gözü qarşısında 10 ballıq qiymət vahidinə uyğun obyektiv qiymətləndirilməlidir.
3. Müəllim 3-5 dəqiqə ərzində əvvəlki mövzunu yekunlaşdırır.
4. Yeni keçiriləcək mövzunu tələbələrə çatdırır. Sonra 17-20 dəqiqə ərzində mövzu ətrafında izahat verir. İzahat zamanı orqan və orqanlar sisteminin quruluşu, topoqrafiyası, digər orqanlarla anatomik və funksional əlaqələrinə xüsusi fikir verilməlidir. Keçilən mövzuya tələbələrdə maraq yaratmaq məqsədilə orqanları klinik anatomiyasında qısaca yer vermək lazımdır.
5. 40-45 dəqiqə tələbələr müəllimin iştirakı ilə yeni keçirilən dərsi dərs vasitələrindən istifadə etməklə oxumaqla məşğul olurlar. Sonra isə müəllim 3-4 tələbədən mövzu haqqında soruşur və onların düzgün ifadə etmədiyi fikirləri izah etməklə başa salmalıdır.
6. Tədris saatının axrında müəllim tələbələri növbəti dərsin mövzusu haqqında məlumatlandırmalıdır.