Elmi işlər

 

ATU-NUN İNSAN ANATOMİYASI VƏ TİBBİ TERMİNOLOGİYA KAFEDRASI ÜZRƏ TƏDQİQAT MÖVZULARININ PLANI (2022-ci il)

İNSANLARDA BƏZİ EKZOKRİN VƏ ENDOKRİN VƏZİLƏRİ SƏCİYYƏLƏNDİRƏN MORFOFUNKSİONAL ƏLAMƏTLƏR, ONLARIN MAKRO-MİKROSKOPİK XÜSUSİYYƏTLƏRİ, TƏCRÜBİ TƏBABƏTDƏ İNSAN KƏLLƏSİNİN ANATOMO-TOPOQRAFİK GÖSTƏRİCİLƏRİN YAŞDAN, CİNSDƏN, KONSTİTUSİONAL TİPDƏN ASILILIĞI VƏ DAMAR- SİNİR MÜNASİBƏTLƏRİ.

Mövzunun adı

İcra müddəti

İşin rəhbəri

İnsanlarda bəzi ekzokrin və endokrin vəziləri səciyyələndirən morfofunksional – makro-mikroskopik əlamətlər; təcrübi təbabətdə insan kəlləsinin anatomo-topoqrafik göstəricilərinin yaşdan, cinsdən, konstitutional tipdən asılılığı və damar-sinir münasibətləri. 

2021-2025

REA-nın akademiki, əməkdar elm xadimi, t.e.d.,professor V.B.Şadlinski

İş.1: Kəlləni fərdi aspektdə səciyyələndirən anatomik strukturların kompleks öyrənilməsi

Tədqiqatın məqsədi kəlləni fərdi aspektdə səciyyələndirən anatomik strukturların -  tikiş və ya Vormi sümükləri, əmgək sümükləri, metopik tikiş, burunətrafı ciblərin havalılıq dərəcəsi, nisbətən az hallarda rast gəlinən dəliklər (məsələn, Çivinini dəliyi) və  s. öyrənilməsidir.

Mərhələ: 2022 -ci ildə ATU-un insan anatomiyası və tibbi terminologiya kafedrasının muzeylərində saxlanılan insan kəllələrində    morfometrik, kranioskopik, kraniometrik, kompüter-tomoqrafik və variasion-statistik müayinə üsullarından istifadə etməklə materialın toplanması, və onların analizinin nəticəsi olaraq  jurnal məqalələri çap etdirmək, elmi konfrans və seminarlarda çıxış etməkdir.

2022-2022

Məsul icraçı:     REA-nın akademiki, əməkdar elm xadimi,

                           t.ü.e.d.,professor V.B.Şadlinski

İcraçı:                t.ü.f.d. dosent A.S.Abdullayev

 

 

                                                                           

İş.2: Normada insanda və eksperiment yolu ilə yoğun bağırsa-ğın vegetativ sinir təchizatının quruluş təşkilinin öyrənilməsi

Mərhələ: 2022-ci il. Alınmış dəlillərin təhlil edilməsi və onların müasir elmi ədəbiyyatda rast gəlinən məlumatlarla müqayisə edilməsi. Dissertasiyanın və avtorferatın ilkin variantının hazırlanması. Dissertasiya mövzusu üzrə məqalə və tezislərin dərc olunmasının davam edilməsi.

2022-2022

Məsul icraçılar:        t.e.d,   professor  İ.İ. Markov

                                   t.ü.e.d., professor B.M.Hüseynov

İcraçı:                        t.ü.f.d., ass. Babayeva R.E.        

İş.3: İnsanın postnatal ontogenezində üz sinirinin kəllədaxili hissəsinin və onun kanalının topoqrafik, morfometrik xüsusiyyətləri

Mərhələ: 2022-ci il. Tədqiqatın ilkin materiallarının toplanması.  Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar əsasında məqalə və tezislərin dərc olunması. Mövzu üzrə elmi ədəbiyyat məlumatlarının toplanması üzrə işin başa çatdırılması. Tədqiqatda alınmış nəticələr barədə yerli və xarici elmi toplantılarda məruzələr edilməsi, «Ədəbiyyat icmalı» və «Tədqiqatın materialı və üsulları» fəsillərinin ilkin variantının hazırlanması. 

2022-2022

Məsul icraçı:     t.ü.e.d. professor N.T.Mövsümov

İcraçı:                t.ü.f.d. dosent  G.E.Kərimzadə

 

İş.4: Normada 16-20 yaşlı qızların bədən quruluşu tiplərinin anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri

Mərhələ: 2022-ci ildə tədqiqat üçün materialların toplanmasını davam etdirmək, əldə olunmuş materialların analizi zamanı alınmış nəticələrin əsasında jurnal məqalələri çap etdirmək. Elmi konfrans və seminarlarda çıxış etmək

2022-2022

Məsul icraçı:     t.ü.e.d.,professor.M.Q.Allahverdiyev

İcraçı:                ass. Ə.K.Kəsəmənli