2021–Cİ İL HESABAT DÖVRÜ ƏRZİNDƏ ATU-nun İNSAN ANATOMİYASI VƏ TİBBİ TERMİNOLOGİYA KAFEDRASINDA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİ HAQQINDA MƏLUMAT:
R E F E R A T
Açar sözlər: makromikroskopiya, ekzokrin vəzilər, qaraciyər, damar-sinir münasibəti, mikrosikulyasiya, limfoid toxuma, antropometriya, kraniometriya, topoqrafiya.
Tədqiqatın əhəmiyyəti və aktuallığı:
Məlum olduğu kimi, başın skeletini təşkil edən kəllə mürəkkəb inkişafa və quruluşa malikdir; onun beyin və duyğu orqanları ilə sıx yaxınlığı istər nəzəri, istərsə də klinik baxımdan böyük əhəmiyyət daşıyır. Neyrocərrahiyyənin, burun-qulaq-boğaz cərrahiyyəsinin, plastik və estetik cərrahiyyənin son illər sürətli inkişafı kəlləni fərdi aspektdə səciyyələndirən anatomik strukturların daha da dərindən öyrənilməsini tələb edir. Belə strukturlara tikiş və ya Vormi sümükləri, əmgək sümükləri, metopik tikiş, burunətrafı ciblərin havalılıq dərəcəsi, nisbətən az hallarda rast gəlinən dəliklər (məsələn, Çivinini dəliyi) və ya adi halda rast gəlinən dəlik və ya kanalların yoxluğu, onların arakəsmə vasitəsilə hissələrə bölünməsi aid edilir. Ədəbiyyat materiallarının da təhlili göstərir ki, sadalanan anatomik strukturlar təkcə nəzəri-antropoloji deyil, həm də birbaşa təcrübi əhəmiyyət daşıyır. Tikiş və ya Vormi sümüklərinin lokalizasiyası, rastgəlmə tezliyi geniş bir müzakirə mövzusu olsa da, hələ də həll olunmamışdır. Klinik təcrübədə onların kəllə sınıqları ilə səhv salınması, təəssüf ki, nadir hal sayılmır. Əmgək sümüklərinin, xüsusən əsas əmgək sümüyünün və ya epipterik sümüyün lokalizasiyası onu ön və orta kəllə çuxurları üzərində müdaxilə zamanı “cərrahi tələ” kimi səciyyələndirməyə imkan verir. Başqa sözlə, bütün bu anatomik strukturlar kompleks surətdə öyrənilmədən, onların rastgəlmə tezliyi, bir-biri ilə topoqrafik münasibətləri tədqiq olunmadan müxtəlif cərrahi əməliyyatların istər planlaşdırılmasını, istərsə də gedişini ağırlaşdırmaq potensialını özündə saxlayacaqlar. Qeyd etmək lazımdır ki, həmin strukturlar barədə ədəbiyyatda işlər rast gəlinsə də, onlar fraqmentar və kompleks yanaşmadan hələ uzaqdır. Təbii ki, müasir tədqiqat üsullarından olan kompüter tomoqrafiyasının da tətbiqi kranioloji və kranioskopik tədqiqatların həm həcmini, həm də keyfiyyətini əhəmiyyətli dərəcədə artıra və klinik təcrübə üçün maraqlı faktların ortalığa çıxmasına səbəb ola bilər. Bu faktlar neyrocərrahiyyədə, burun-qulaq-boğaz cərrahiyyəsində, məhkəmə təbabətində istifadə edilməklə, eləcə də “İnsan anatomiyası” fənni üzrə müvafiq mühazirə və təcrübə dərslərində tətbiq oluna bilər.
“Yelpik” kranioloji tədqiqat metodu ilə müxtəlif formalı üz kəlləsinin yuxarı, aşağı və yan hissələrində ayrı-ayrı morfometrik göstəricilərin sağ və sol tərəfdə fərqlərini yüksək dəqiqliklə aşkar etmək mümkündür. Üz kəlləsində "Aşağı yelpik”in məsafələrində asimmetriya digər yelpiklərə nisbətən daha yaxşı ifadə olunur. Tədqiq edilən ölçülərdə əhəmiyyətli cinsi fərqlər "Yuxarı yelpik"də enli üzlü kəllələrdə nasionla zigion arasındakı məsafədə, "Yan yelpik"də orta üzlü kəllələrdə zygionla armudu dəliyin bayır kənarı arasındakı məsafədə, "Aşağı yelpik"də uzun üzlü kəllələrdə prostionla armudu dəliyin bayır kənarı arasındakı məsafədə müşahidə edilir. İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyasının ifadəlik dərəcəsininin öyrənilməsi göstərmişdir ki, erkən uşaqlıq yaş dövrünə aid kəllələrdə 12 məsafədən 5-də asimmetriya müşahidə edilməyib. Üz kəllələrində asimmetriya 4-12 yaşlı uşaqlarda, yeniyetmələrdə və ahıl yaşda insanın bətnxarici inkişafının digər yaş dövrlərinə müqayisədə üz kəlləsində asimmetriya daha kəskin ifadə olunur. Göz yuvalarının, xarici burunun, əng sümüyünün forma və ölçüləri üzdə asimmetriyanın formalaşmasında əhəmiyyətli rol oynayırlar. Üz kəlləsində asimmetriyanı öyrənmək üçün rentqenoloji və maqnit-rezonans tomoqrafiya müayinə üsulları az informativdirlər. Bu tədqiqat üsulu üz kəlləsinin xətti ölçülərini yüksək dəqiqliklə müəyyən etməyə imkan vermir. Kompüter tomoqrafiya üsulu ilə isə müxtəlif müstəvilərdə kraniometrik göstrəiciləri dəqiq müəyyən etmək olur.
Postnatal ontogenezdə insanın bir sıra borulu orqanlarında yerləşən ekzokrin vəzilərinin və limfoid toxuma ünsürlərinin yaş və cinsdən asılı olaraq morfoloji xüsusiyyətlərinin, mikrotopoqrafiyasının öyrənilməsi uzun müddətdir ə.e.x.,prof.,Rusiya Elmlər Akademiyasının həqiqi üzvü V.B.Şadlinckinin rəhbərliyi altında aparılan priorited elmi-tədqiqat mövzusudur. Bir sıra böyük (qaraciyər) ekzokrin və endokrin (qalxanabənzər vəz) anatomo-morfoloji xüsusiyyətlərinin, qan təchizatının, damar-sinir münasibətlərinin müasir üsullarla tədqiq olunması son illər olduqca aktualdır. Elmi ədəbiyyatda bu istiqamətdə aparılan tədqiqatlara az rast gəlinir, digər tərəfdən müxtəlif alimlərin aldığı nəticələr bir sıra hallarda bir-birini təkzib edir. Son dövrlərdə borulu orqanlarda rast gəlinən bir sıra patoloji halların əsasında məhz kiçik vəzilərin morfofunksional pozğunluğu, immun sistemin disfunksiyası olduğu nəzərə alsaq bu kimi tədqiqatların aktuallığını bir daha əhəmiyyətli edir.
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, uşaqlıq yolu dəhlizinin divarlarında çoxsaylı borulu-alveollu vəzilər vardır və onlar qızlar anadan olduqda artıq formalaşmış olurlar. Vəzilərin ən çox miqdarı və ən böyük ölçüləri 1-ci yetkinlik yaşı dövründə müşahidə olunur. Vəzilərdə involyutiv dəyişikliklər 2-ci yetkinlik yaşı dövründən başlayır. İnsanın uşaqlıq yolu dəhlizinin limfoid törəmələri əsasən vəzilərin çıxarıcı axacaqlarının və başlanğıc şöbələrinin yaxınlığında yerləşən diffuz limfoid toxuma və limfoid düyüncüklər ilə təmsil olunurlar. Limfoid törəmələr maksimal inkişafa erkən uşaqlıq yaşı dövründə çatırlar. Bu yaş dövründən sonra tədricən involyutiv dəyişikliklər qeyd olunur. Bütün postnatal ontogenez boyunca uşaqlıq yolu dəhlizinin vəzilərinin və limfoid törəmələrinin ölçü göstəricilərinin gradiyenti müşahidə olunur. Reproduktiv yaşda olan qadınlarda uşaqlıq yolu dəhlizinin kiçik vəzilərinin və limfoid törəmələrinin morfometrik göstəriciləri yumurtalıq-atbaşı tsikli ərzində dəyişir. Belə ki, yumurtalıq-aybaşı tsiklin sekresiya fazasında vəzilərin və limfoid törəmələrin sayı və ölçüləri artır, deskvamasiya fazasında bu göstəricilər minimal olurlar, proliferasiya fazasında isə aralıq mövqe tuturlar. Daxili qadın cinsiyyət orqanlarının anomaliyaları zamanı uşaqlıq yolu dəhlizinin anatomik quruluşu dəyişilməmiş yenidoğulmuş qızlarda bu orqanın vəzi və limfoid aparatları əhəmiyyətli dərəcədə reqressiya uğrayırlar. Tədqiqatın eksperimental hissəsində sübut edilmişdir ki, siçovulların uşaqlıq yolu dəhlizinin vəziləri və limfoid strukturları naftalan vannalarının təsirinə qarşı yüksək həssaslığa malikdirlər.
Kompyutor və ultrasəs müayinələri nəticəsində canlı insanlarda qaraciyər damarlarının morfometrik xüsusiyyətləri tədqiq olunmuşdur.
Alınmış nəticələr əsasında müasir diaqnostik vasitələrlə qaraciyərin IV seqmentində aşağıdakı venoz şaxələnmə variantları müəyyən edilmişdir. İstər endotoksikoz, istərsə də ekzotoksikoz modellərində təcrübələrin müddətinə müvafiq olaraq norma ilə müqayisədə normal parametrlərin azalması müşahidə olunmuşdur. Toksikozun mənşəyindən asılı olmayaraq qaraciyərin intoksikasiya markerlərinin təcürbənin müddətinə mütənasib olaraq yüksəlməsi müşahidə olunmuşdur. Ekzogen intoksikasiya müəyyən qədər inkişaf etdikdən sonra qaraciyərin pozulmuş metobolizmi sayəsində prosesə endogen intoksikasiya qoşulur.
Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, müasir müayinə metodlarından istifadə etməklə müxtəlif yaş dövrlərində qaraciyərin qan təchizatının xüsusiyyətləri haqda əldə olunan dəlillər bu istiqamətdə aparılan cərrahi əməliyyat taktikasının effektivliyini artıra bilər.
Klinikada və antropologiyada çanağın müayinəsi baxma, əlləmə, ölçmə (osteometriya) yolu ilə aparılmışdır. Çanağın formalarından asılı olaraq uşaqlığın və yumurtalıqların morfometrik ölçüləri USM vasitəsilə aparılmışdır. Aparılan tədqiqatların nəticələri ilk dəfə olaraq,müxtəlif yaşlı qadınların çanağının pelviometrik xüsusiyyətlərinin innovativ üsullarla anatomo-morfoloji baxımdan müəyyən edilməsini söyləməyə əsas verir. Elmi-praktik nöqteyi-nəzərdən həmin qadınların çanağının fərdi-tipioloji, yaş və quruluş xüsusiyyətlərinə aid maraqlı nəticələr əldə edilibdir. Bununla yanaşı, uşaqlığın və yumurtalıqların anatomik,eləcədə morfometrik səciyyətlərinin dəyişkənliyi çanağın ölçüsü və osteometrik xarakteristikası ilə müqayisəli olaraq öyrənilib, onlarla qarşılıqlı vəhdətdə təhlil aparılıbdır. Ilk dəfədir ki, çanağın ölçülərini və anatomik formalarını nəzərə alaraq,uşaqlığın və yumurtalıqların morfometrik parametrlərinin proqnozunu söyləmək üçün çox etibarlı meyarlar əldə edilibdir.
Tədqiqatın məqsədi:
Postnatal ontogenezdə insanın və eksperimental olaraq bəzi onurğalı heyvanların vəzi və limfoid elementlərinin, eləcə də kəllənin ayrı-ayrı nahiyələrinin morfo-funksional xüsusiyyətlərinin, morfometrik aspektlərinin öyrənilməsi təşkil edir.
Tədiqatın obyekti:
Kəllə və onun boşluqlarının topoqrafiyasını öyrənmək üçün ATU-nun insan anatomiyası kafedrasının fundamental muzeyində saxlanılan, müxtəlif yaş qruplarını əhatə edən pasportlaşdırılmış, müxtəlif cinslərə malik 120 insan kəlləsi, çanağın cinsi morfometrik xüsussiyyətlərini tədqiq etmək üçün 54 insan çanağı və 50 canlı insan, 16-20 yaşlı qızların bədən quruluşunun antropometrik göstəricilərini öyrənmək üçün Bakı şəhərində yaşayan və təhsil alan 700-ə yaxın tələbə qızların konstitusional tiplərini, borulu orqanların divarında yerləşən kiçik vəzi və limfoid törəmələrin yaş, fərdi və cinsi xüsusiyyətlərini tədqiq etmək üçün 20 insan və eksperimentə cəlb edilmiş 30 siçovul, qaraciyərin limfa dövranında və mikrosirkulyator şəbəkədə dəyişikliklərini araşdırmaq üçün isə müayinə edilən 20 insan və eksperimentə gəlb edilmiş 25 dovşan tədqiqat obyekti olaraq götürülmüşdür. Postnatal ontogenezin ayrı-ayrı yaş dövrlərini əhatə edən qadın meyitlərindən götürülmüş uşaqlıq yolu dəhlizi divarında yerləşən limfoid toxuma ünsürlərinin makromikroskopip üsullarla öyrənilməsi üçü
Tədqiqat üsulları:
Aparilan tədqiqatlar zamanı klassik histoloji metodlarlardan istifadə olunaraq istər ekzokrin və istərsə də endokrin vəzilərin makro-mikroskopik və mikroskopik tədqiqat üsulları; ultrastruktur, kraniometriya, rentgenoqrafiya, kompyuter tomoqrafiyası üsulları; işıq mikroskopu, böyüdücü aparatlar, ştangen pərgar, xətkeşlər, rəqəmsal rentgen apparatı, elektron mikroskop, KT aparatı, antropometrik və bioimpedansometriya üsulları tədbiq olunmuşdur.
Alınan nəticələr və yenilik: İlkin nəticələr əldə edilmişdir. İlk dəfə olaraq insanın və bəzi onurğalı heyvanların uşaqlıq yolu dəhlizinin vəzi və limfoid törəmələrinin, morfofunksional xüsusiyyətləri aşkar edilmiş, morfometrik xarakteristikasının yaş, fərdi və cinsi dəyişkənlikləri, eksperimentdə qaraciyərdə limfa və mikrosirkulyator dövran arasında qarşılıqlı əlaqə, qanadabənzər-əng yarığının tipləri, normada yaş dövrlərindən asılı olaraq qadın kiçik çanağının topoqrafo-anatomik xüsusiyyətləri, gənclik yaşı dövründə olan qızların somatotipləri, bədən kütləsi indeksi və s. müəyyənləşdirilmişdir.
İşin tədqiq edilmə dərəcəsi:
Tədqiqat nəticəsində əldə olunmuş dəlillər əsasında tədqiqat nəticəsində əldə olunmuş məlumatlar jurnal və konfrans materiallarında dərc edilmişdir.
İşin tətbiq sahəsi:
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (mühazirə materialları), məhkəmə təbabəti, patoloji anatomiya, üz-çənə cərrahlığı, otolaringologiya, qastroenterologiya, digestologiya, nutrisiologiya, onkologiya, mamalıq və ginekologiya kurslarında mühazirə və seminarlar.
II. ELMİ KADR HAZIRLIĞI:
I elmi tədqiqat işi: I elmi-tədqiqat işi: “Postnatal ontogenezdə insanda və eksperimentdə uşaqlıq yolu dəhlizinin kiçik vəzi və limfoid törəmələrinin makromikroskopik anatomiyası və morfogenezinin qanunauyğunluqları ”
Elmi məsləhətçi: t.ü.e.d., professor B.M.Hüseynov
İcraçı: dosent, t.ü.f.d. S.V.Şadlinskaya
Elmi Şurada təsdiq olunma tarixi: Doktorluq dissertasiyası işinin mövzusu və iddiaçının elmi məsləhətçisi Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının 24 aprel 2018-ci il tarixli iclasında təsdiq olunub.
Nəticə: Tədqiqatın məqsədi insanın bətnxarici inkişaflında normada, daxili qadın cinsiyyət orqanlarının bəzi anomaliyaları zamanı və eksperimentdə uşaqlıq yolu dəhlizinin kiçik vəziləri və limfoid aparatı barədə kompleks makro-mikroskopik dəlillərin əldə edilməsi olmuşdur.
Dissertasiyanın materialları üzrə 37 elmi iş (25 jurnal məqaləsi, 11 konfrans məqaləsi, 1 tezis). 2021 ci ildə “Hannover: Archiv Euro Medica” jurnalında və T.Ə.Əzizovun anadan olmasının (müəllif bu konfransda çıxış etmişdir
Dissertasiya işi üzrə nəzərdə tutulan bütün vəzifələrin müdəaları yerinə yetirilmişdir və kafedralararası konfransda və elmi seminarında (14.06.2021) geniş müzakirədən sonra Azərbatibb üzrə doktorluq elmi adının verilməsi üzrə ATU-un nəzdində yaradılmış birdəfəlik BED2.08 Dissertasiya şurasında 2021-ci il 17.09 tarixdə müdafiə olunub və təsdiq üçün sənədlər müvafiq qaydalara uyğun olaraq Azərbaycan Respublikası prezidenti yanında AAK təqdim olunmuşdur.
II elmi-tədqiqat işi: “Normada və toksikozlar zamanı qaraciyərin limfa sisteminin mikrosirkulyasiyasının qarşılıqlı əlaqəsi”
Elmi rəhbərlər: ə.e.x.,t.ü.e.d., prof.V.B.Şadlinski,
ə.e.x., t.ü.e.d., prof.Q.Ş.Qarayev
İcraçı: dissertant. H.F.Xıdırova
Dissertasiya işinin mövzusu və iddiaçının elmi rəhbəri ATU-un I müalicə-profilaktika fakültəsinin 20 may 2016-cı il tarixli iclasında (protokol №8) təsdiq olunub.
Nəticə: İşin məqsədi müxtəlif yaş dövrlərində (22-35 və 36-60) normada və patologiyalar zamanı qaraciyər damarlarının morfoloji xüsusiyyətlərini və eksperimentdə ekzogen və endogen intoksikasiya modeli yaratmaqla qaraciyərdə limfa cərəyanı ilə mikrosirkulyator şəbəkə arasında olan qarşılıqlı əlaqəni, qaraciyərin limfa və qan damar strukturunda baş vermiş patoloji prosesin inkişaf mexanizmində oksidativ stresin rolunu aydınlaşdırmaq olmuşdur.
Dissertasiya işinin nəticələrinə dair 19 elmi iş nəşr olunmuşdur. Onlardan 9-u jurnal məqaləsi (3-ü xarici olmaqla), 10 isə konfrans materialıdır.
Qarşıya qoyulan məqsəd tam yerinə yetirilmişdir. 17 yanvar 2021-ci il tarixdə dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.08 Dissertasiya şurasının elmi seminarında müzakirə olunmuş və 25 iyun 2021-ci il tarixdə həmin şuranın iclasında on tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Hal-hazırda sənədlər müvafiq diplomun verilməsi üçün təsdiq üçün AAK təqdim olunmuşdur.
III elmi-tədqiqat işi: “İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyası”
Elmi rəhbərlər: ə.e.x.,t.ü.e.d., prof.V.B.Şadlinski,
İcraçı: ass.S.A.Əliyeva
Dissertasiya işinin mövzusu və iddiaçının elmi rəhbəri ATU-un I müalicə-profilaktika fakültəsinin 24 aprel 2017-ci il tarixli iclasında (protokol №08) təsdiq olunub.
Nəticə: Tədqiqatın məqsədi insanın bətinxarici inkişafının bir sıra yaş dövrlərinə aid müxtəlif formalı üz kəllələrində asimmetriyanın təzahür dərəcəsini öyrənmək olmuşdur. Hesabat dövrü ərzində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün nəzərdə tutulan iş başa çatdırılmış və elmi seminarda müzakirədən sonra (30.06.2021) 19 oktyabr 2021-ci il tarixdə ATU-un nəzdində fəaliyyət göstərən FD2.08 Dissertasiya şurasında müdafə olunmuş və hazırda sənədər Azərbaycan Respublikası Prezidenti yanında AAK komissiyasına təqdim olunmaq üçün hazırlanır. Dissertasiya işinin mövzusu üzrə dərc olunan 18 işdən 9-u elmi məqalə, 8-i konfrans materialı 1-i tezisdir.
IV elmi-tədqiqat işi: “Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının və onun bəzi orqanlarının morfometrik, topoqrafik xüsusiyyətləri”
Elmi rəhbərlər: professor.E.Ə.Xıdırov,
İcraçı: ass. Ş.F.Qanbayeva
Dissertasiya işinin mövzusu və iddiaçının elmi rəhbəri ATU-un I müalicə-profilaktika fakültəsinin 24 aprel 2017-ci il tarixli iclasında (protokol №08) təsdiq olunub.
Nəticə: İşin məqsədi müxtəlif yaşlı qadın çanağının formalarının və konfiqurasiya xüsusiyyətlərinin aşkarlanması üçün hərtərəfli kompleks osteometrik qiymətləndirmə aparmaq; həmçinin, əldə olunan dəlillər nəzərə alınmaqla çanağın forması və osteometrik səciyyələri ilə birlikdə uşaqlığın və yumurtalıqların parametrlərinin dəyişkənliklərinin qarşılıqlı vəhdətdə öyrənilməsi olmuşdur.
Hesabat dövrü ərzində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün nəzərdə tutulan dissertasiya işi başa çatdırılmışdır. 23.09.2021-ci il tarixdə elmi seminarda aprobasiyadan keçmişdir. 17 dekabr 2021-ci il tarixdə ATU-un nəzdində fəaliyyət göstərən FD2.08 Dissertasiya şurasında müdafə olunması planlaşdırılır. Dissertasiya işinin mövzusu üzrə dərc olunan 21 işdən 11 elmi məqalə, 10-u konfrans materialı 1 tezisdir.
V elmi-tədqiqat işi: “İnsanın bətnxarici inkişafında ğöz yuvasının aşağı yarığının morfoloji və ölçü ğöstəricilərinin xüsusiyyətləri”
Elmi rəhbər: ə.e.x.,t.ü.e.d., prof.V.B.Şadlinski
İcraçı: ass. K.C.Quliyeva
Dissertasiya işinin mövzusu və iddiaçının elmi rəhbəri ATU-un I müalicə-profilaktika fakültəsinin 20 may 2016-cı il tarixli iclasında (protokol №8) təsdiq olunub.
Nəticə: Postnatal ostntogenezin müxtəlif mərhələlərində insan kəllələrinin qanadabənzər-əng yarığının formalarının kəllənin beyin və üz hissəsinin kraniotipləri ilə qarşılıqlı əlaqəsi, eləcə də həmin yarıqla ona qonşu anatomik strukturlar (Girdə dəlik, əsas-damaq dəliyi, almacıq qövsü, böyük damaq kanalının yuxarı dəliyi, göz yuvasının aşağı-bayır bucağı) arasındakı qarşılıqlı əlaqə öyrənilmişdir.
Qarşıya qoyulan məqsəd tam yerinə yetirilmişdir. 30.06.2021-ci il tarixdə dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.08 Dissertasiya şurasının elmi seminarında müzakirə olunmuş və 17 dekabr 2021-ci il tarixdə həmin şuranın iclasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiənin keçirilməsi planlaşdırılmışdır. Dissertasiya işi üzrə 8 elmi məqalə, 10 konfrans materialı, 3 tezis çap olunmuşdur.
2016-2020- ci il hesabat dövrü ərzində t.e.d. elmi dərəcəsinə namizəd olan elmi işlər:
I elmi iş: Normada insanda və eksperiment yolu ilə yoğun bağırsağın vegetativ sinir təchizatının quruluş təşkilinin öyrənilməsi
Elmi məsləhətçilər: t.e.d, professor İ.İ. Markov,
t.e.d., professor B.M. Hüseynov
İddiaçı: t.ü.f.d., ass. Babayeva R.E.
Elmi Şurada təsdiq olunma tarixi: Dissertasiya işinin mövzusu və iddiaçının elmi məsləhətçiləri Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının 25 dekabr 2018-ci il tarixli iclasında təsdiq olunub.
İşin aktuallığı onunla müəyyən olunur ki, yoğun bağırsağın vegetativ innervasiyasının struktur təşkilinin öyrənilməsi yalnız onun funksiyasının reflektor tənzimi prinsiplərinini anlamaq üçün deyil, eyni zamanda bir sıra patoloji dəyişikliklərin mexanizminin dəqiqləşdirilməsi üçün də vacibdir.
Tədqiqatın məqsədi normada insanda və eksperimentdə heyvanlarda yoğun bağırsağın vegetativ sinir təchizatının təşkilinin qanunauyğunluqlarının aşkar olunmasıdır.
Tədqiqatın materialı. İnsanın bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 80 meyitindən götürülmüş yoğun bağırsağın müxtəlif hissələri; Yoğun bağırsağın cərrahi müdaxilələr nəticəsində əldə olunmuş 50 ədəd rezeksiya və biopsiya materialı; 30 növü bəlli olmayan, cinsi yetişkənlik dövrünə çatmış siçovuldan alınmış yoğun bağırsağın müxtəlif hissələri.
Tədqiqatın metodları. Tədqiqatda argirofil strukturların aşkar edilməsi üçün gümüş duzlarının və barium məhlulunun damardaxili və damarxarici yeridilməsinə əsaslanan universal impreqnasiya və elektron mikroskop üsullarından istifadə edilir. Tədqiqat nəticəsində alınacaq rəqəm göstəricilərinin hesablamaları “MS EXCEL-2016” и “SPSS-22” statistik paket proqramlarında istifadə etməklə, variasion statistik üsulu ilə aparılır.
Nəticə: 2021-ci ildə İlk dəfə olaraq həm işıq və həm də elektron mikroskopik səviyyədə yoğun bağırsağın sinir düyünlərində neyrohemal əlaqələrin olması aşkarlanmışdır. Sinir düyünlərində neyrositlərin sinsitial əlaqələri barədə dəqiq məlumatlar əldə olunmuşdur. Hal-hazırda dissertasiya üzərində işlər təqvim planına uyğun olaraq davam etdirilir. Belə ki, dissertasiya mövzusu üzrə elmi ədəbiyyatda rast gəlinən məlumatlar, meyit və biopsiya materialları toplanmışdır. Dissertasiyanın «Alınmış nəticələrin müzakirəsi» fəsli və «Nəticələr» bölməsi üzərində işlər tamamlanmaq üzrədir. Ədəbiyyat siyahısının son variantı hazırlanır. 2022-ci ildə İnsan anatomiyası kafedrasının iclasında və kafedralararası elmi konfransda dissertasiya işinin ilkin müzakirəsinin keçirilməsi və edilən irad və təklifləri nəzərə almaqla onun son variantının hazırlanması planlaşdırılır.
2016-2020- ci il hesabat dövrü ərzində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə idiia edilən elmi işlər:
I elmi-tədqiqat işi: “Normada 16-20 yaşlı qızların bədən quruluşu tiplərinin anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri”
Elmi rəhbərlər: professor.M.Q.Allahverdiyev,
İcraçı: ass. Ə.K.Kəsəmənli
Dissertasiya işinin mövzusu və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 15 dekabr 2017-ci il tarixli iclasında təsdiq olunub.
İşin əhəmiyyəti və aktuallığı: Hazırda anatomo-antropometrik profilli elmi-tədqiqat işlərinin sayının kifayət qədər çox olmasına baxmayaraq, müxtəlif yaş və cins qrupları nümayəndələrinin, xüsusilə də keçid yaşı dövründə orqanizmi daha çox zəifləmiş qızların bədən quruluşunun konstitusional xüsusiyyətləri müasir elmi ədəbiyyatda öz əksini lazımi dərəcədə tapmayıb.
İşin məqsədi: İşin məqsədi 16-20 yaş dövrünə aid qızların somatotiplər üzrə bədən qurulyşlarının hansı somatotipə mənsubluğunun anatomik xüsusiyyətlərini müəyyənləşdirməkdən, eləcə də onların fiziki inkişafının antropometrik göstəricilərinin əldə olunmasından və təhlil edilib qiymətləndirilməsindən ibarətdir.
İşin tədqiqat obyekti: Bakı şəhərində yaşayan və təhsil alan 16-20 yaşlı qızlar.
İşin metodları: Kompleks antropometriya üsulu ilə (24) 16-20 yaşlı qadın və qızlarda fiziki inkişafı səciyyələndirən geniş spektrli antropometrik parametrləri müəyyənləşdirmək planlaşdırılır. Bu baxımdan onların boyu (bədəninin uzunluğu) səhər saatlarında boyölçənlə, bədənin kütləsi – tibbi tərəzi (РП – 150 МГ) ilə təyin ediləcək. Bədənin və onun hissələrinin boylama, köndələn və dairəvi ölçülərini təyin etmək üçün böyük yoğun və sürüşən pərgarların, parça-ölçü lentlərinin vasitəsilə В.В.Бунак üsulundan (1925; 1941) istifadə etməklə aparılır. Bədənin komponent tərkibinin təhlili zamanı “АБ – 01 Медасс” cihazından istifadə edərək bioimpedansometriya üsulu ilə sümük, əzələ və piy toxumalarının mütləq (kq-larla) və faiz (bədənin ümumi kütləsinə olan nisbəti üzrə) miqdarları təyin edilir.
Dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyat məlumatları və tədqiqatın ilkin materialları toplanılmışdır. Mövzuya dair tədqiqat nəticəsində əldə olunmuş məlumatlara əsasən məqalə və tezislər şəklində çapa təqdim edilmişdir.
BEYNƏLXALQ ƏLAQƏLƏR, MÜQAVİLƏYƏ ƏSASƏN GÖRÜLƏN İŞLƏR (tələbə və mütəxəssis mübadiləsi)
ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının dünyanın bir sıra qabaqcıl tibb müəssislərinin morfologiya mərkəzləri, o cümlədən ABŞ-ın Atlanta Universiteti, İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universiteti, Rusiya Federasiyası - Samara Tibb İnstitutu, Ufa, Dağıstan Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrası (Maxaçqala); Gürcüstan - Tbilisi Tibb Universiteti; Morfologiya İnstitutu; Dövlət Tibb Universitetinin anatomiya departamenti, Türkiyənin bir sıra universitetlərinin tibb fakültələrinin anatomiya kafedraları ilə sıx elmi əməkdaşlıq əlaqələri vardır və hal-hazırda bu əlaqələr davam etdirilir.
II. 2022-ci ildə kafedranın elmi pedaqoji kadr hazırlığının hesabatı.
1. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının asistenti, t.ü.f.d. R.E. Babayevanın tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün nəzərdə tutulan «Yoğun bağırsağın vegetativ sinir təchizatının quruluş təşkilinin normada insanda və eksperiment yolu ilə öyrənilməsi» adlı dissertasiya işinin (elmi məsləhətçilər: t.e.d., professor Markov İ.İ., t.e.d., professor Hüseynov B.M.) mövzusu, təqvim planı və elmi məsləhətçilər 05.12.2018-ci il tarixində Azərbaycan Tibb Universitetinin Elmi Şurasında təsdiq olunmuşdur.
İşin aktuallığı onunla müəyyən olunur ki, yoğun bağırsağın vegetativ innervasiyasının struktur təşkilinin öyrənilməsi yalnız onun funksiyasının reflektor tənzimi prinsiplərinini anlamaq üçün deyil, eyni zamanda bir sıra patoloji dəyişikliklərin mexanizminin dəqiqləşdirilməsi üçün də vacibdir.
Tədqiqatın məqsədi normada insanda və eksperimentdə heyvanlarda yoğun bağırsağın vegetativ sinir təchizatının təşkilinin qanunauyğunluqlarının aşkar olunmasıdır.
Tədqiqatın materialı. İnsanın bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 61 meyitdən götürülmüş yoğun bağirsağın müxtəlif hissələri, həmin orqanın üzərində aparılan cərrahi müdaxilələr nəticəsində əldə olunmuş 64 ədəd rezeksiya və biopsiya materialı təşkil etmişdir; 30 növü bəlli olmayan, cinsi yetişkənlik dövrünə çatmış siçovuldan alınmış yoğun bağırsağın müxtəlif hissələri.
Eksperimentlərin bir hissəsi 3-4 aylıq, çəkisi 180-320qr olan cinsi xətti məlum olmayan 60 siçovuldan (əsas qrupda 30, nəzarət qrupunda 30) götürülmüş materiallar üzərində Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində aparılmışdır.
Eksperimentlərin digər hissəsi çəkisi 10,0kq-la 18,0kq arasında olan hər iki cinsə aid Samara “Drug” Baytarlıq Klinikasının vivariumunda saxlanılan 12 it (əsas qrupda 9, nəzarət qrupunda 3) üzərində “Reaviz” Samara Tibb Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında 1 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, Samara “Reaviz” Tibb Universitetinin Morfoloji Problemlər üzrə Elmi-Tədqiqat Laboratoriyasında aparılıb.
Tədqiqatın metodları. Yoğun bağırsağın sinir kələfi qanqlionlarının quruluşunu öyrənmək üçün mikroskopik preparatlar hematoksilin-eozinlə, metilen abısı ilə, Van Gizon metodları ilə boyadılmışdır. Bundan başqa tədqiqatda gümüş duzları ilə impreqnasiya (Ranvye-Qoyer və Bilşovski-Qross metodları), argirofil strukturların elektiv aşkarlanmasının universal impreqnasiya, elektron-mikroskopik və sinir hüceyrələrinin 3D modelində onların morfometrik göstəricilərinin və eksperimentdə yoğun bağırsağın divarında qan və limfa axınının öyrənilməsi metodlarından istifadə edilmişdir. Preparatlarda qanqlionlar hesablanmış, mikrodamarların diametrləri, uzunluqları, 1mm2 sahədə sıxlıqları, köndələn kəsiyinin sahələri, həcmləri ölçülmüş, arteriolo-venulyar anastomozların miqdarı müəyyən edilmişdir.
Alınmış rəqəm göstəricilərinin IBM Statistics SPSS-26 proqramında variasiya və dipersiya üsullarının tətbiqi ilə hesablanması aparılmışdır.
Tədqiqatda alınmış nəticələr: Həm işıq və həm də elektron səviyyədə yoğun bağırsağın sinir düyünlərində neyrositlərin sinsitial əlaqələri barədə dəqiq məlumatlar alınışdır. Yoğun bağırsağın sinir düyünlərində ikinüvəli neyrositlərin yaranması ilə nəticələnən sitoplazmatik sinsitial qovuşmanın müxtəlif mərhələləri tədqiq olunmuşdur. İlk dəfə olaraq yoğun bağırsağın sinir düyünlərində hemato-gangliion bariyeri barədə konsepsiyanı təkzib etməyə imkan verən hemato-neyron və limfo-neyron əlaqələr müəyyən edilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqatdan alınacaq nəticələr yoğun bağırsağın vegetativ innervasiyasına dair bilikləri daha da zənginləşdirəcək və genişləndirəcəkdir. Alınmış məlumatlar yoğun bağırsağın motor funksiyasının pozulması ilə müşayiət edilən bir sıra patologiyaların yaranma mexanizmlərinin tam öyrənilməsinə imkan yaradacaqdır. Tədqiqat nəticəsində argirofil strukturların aşkar edilməsi üçün gümüş duzlarının və barium məhlulunun damardaxili və damarxarici yeridilməsinə əsaslanan universal impreqnasiya üsulu hazırlanacaqdır. Tədqiqatın nəticələrindən insan anatomiyası, histologiya, cərrahiyyə, daxili xəstəliklər kafedralarında keçirilən mühazirələrdə və təcrübə məşğələlərində, həmçinin həkimlər və rezidentlər üçün rəhbərliklərin hazırlanmasında istifadə edilə bilinər.
Başa çatdırılmış işlər. Hal-hazırda dissertasiyanın üzərində işlər tamamlandırılmış, onun ilkin materialları və sənədləri ATU-nun rektoru professor G.Ç.Gəraybəylinin 26.09.2019-cu il tarixli 387 saylı əmrinə əsasən təşkil edilmiş komissiya tərəfindən yoxlanılmışdır. Dissertasiya işinin Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya, Sitologiya, embriologiya və histologiya, Normal fiziologiya, Tibbi biologiya və genetika kafedralarının, Elmi-tədqiqat Mərkəzinin, Samara “Reaviz” Tibb Universitetinin Morfoloji Problemlər üzrə Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşlarının birgə iclasında (24.10.2022-ci il, protokol №1) ilkin müzakirəsi keçirilmiş və dissertasiya işinin rəsmi müdafiə üçün Dissertasiya şurasına təqdim edilməsi tövsiyə olunmuşdur.
Hesabat dövrü ərzində əldə olunmuş məlumatlar əsasında 3 elmi məqalə, 2 konfrans materialı dərc olunmuş, 22.05.2022-ci il tarixində Moskva şəhərində keçirilən «Морфологические школы сегодня» mövzusunda Beynəlxalq Praktiki Konfransda çıxış etmişdir (on line).
2. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün nəzərdə tutulan “Normada 16-20 yaşlı qızların bədən quruluşu tiplərinin anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri” adlı dissertasiya işinin (elmi məsləhətçi: t.e.d., professor M.Q.Allahverdiyev) mövzusu, təqvim planı və elmi məsləhətçisi Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 15 dekabr 2017-ci il tarixli iclasında təsdiq olunub. İcraçı: ass. Ə.K.Kəsəmənli
İşin əhəmiyyəti və aktuallığı: Hazırda anatomo-antropometrik profilli elmi-tədqiqat işlərinin sayının kifayət qədər çox olmasına baxmayaraq, müxtəlif yaş və cins qrupları nümayəndələrinin, xüsusilə də keçid yaşı dövründə orqanizmi daha çox zəifləmiş qızların bədən quruluşunun konstitusional xüsusiyyətləri müasir elmi ədəbiyyatda öz əksini lazımi dərəcədə tapmayıb.
İşin məqsədi: İşin məqsədi 16-20 yaş dövrünə aid qızların somatotiplər üzrə bədən qurulyşlarının hansı somatotipə mənsubluğunun anatomik xüsusiyyətlərini müəyyənləşdirməkdən, eləcə də onların fiziki inkişafının antropometrik göstəricilərinin əldə olunmasından və təhlil edilib qiymətləndirilməsindən ibarətdir.
İşin tədqiqat obyekti: Bakı şəhərində yaşayan və təhsil alan 16-20 yaşlı qızlar.
İşin metodları: Kompleks antropometriya üsulu ilə (24) 16-20 yaşlı qadın və qızlarda fiziki inkişafı səciyyələndirən geniş spektrli antropometrik parametrləri müəyyənləşdirmək planlaşdırılır. Bu baxımdan onların boyu (bədəninin uzunluğu) səhər saatlarında boyölçənlə, bədənin kütləsi – tibbi tərəzi (РП – 150 МГ) ilə təyin ediləcək. Bədənin və onun hissələrinin boylama, köndələn və dairəvi ölçülərini təyin etmək üçün böyük yoğun və sürüşən pərgarların, parça-ölçü lentlərinin vasitəsilə В.В.Бунак üsulundan istifadə etməklə aparılır. Bədənin komponent tərkibinin təhlili zamanı “АБ – 01 Медасс” cihazından istifadə edərək bioimpedansometriya üsulu ilə sümük, əzələ və piy toxumalarının mütləq (kq-larla) və faiz (bədənin ümumi kütləsinə olan nisbəti üzrə) miqdarları təyin edilir.
Dissertasiya işinin kafedralararası ilkin müzakirəsi ATU-un rektoru professor G.Ç.Gəraybəylinin əmrinə əsasən 2022-ci ilin 18 mart tarixində keçirilmişdir. 2022-ci il sentyabrın 21-də ATU-da fəaliyyət göstərən FD 2.08 Dissertasiya şurası nəzdindəki Elmi seminarın iclasında müzakirə olunmuşdur və iclasın qərarına əsasən dissertasiya işi rəsmi müdafiəyə tövsiyə olunmuşdur.
3.Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 03.06.2022 tarixli qərarı ilə kafedranın assistenti Səbinə Aydın qızı Əliyevaya 3241.01- İnsan anatomiyası istisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. “İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyası” mövzusunda dissertasiya işi (elmi rəhbər REA-ın akademiki, ə.e.x., t.e.d., professor V.B.Şadlinski) 19.10.2021-ci il tarixdə ATU-un FD 2.08 Dissertasiya şurasında müdafiə olunmuşdur.
2022-ci ildə Kafedrada yerİnə yetİrİlən elmİ tədqİqat İşlərİ haqqında məlumat.
1. Bəzi yaş dövrlərində insan kəlləsinin və üzün yumşaq toxumalarının fərdi və cinsi xüsusiyyətləri. Tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün nəzərdə tutulmuş dissertasiya işi. İcraçı: t.ü.f.d., insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent A.S.Abdullayev. Elmi məsləhətçi: əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru V.B. Şadlinski.
İşin əhəmiyyəti və aktuallığı.
Kəllə mürəkkəb anatomik törəmə olub baş beyni mühafizə edən beyin kəlləsindən və üz skeletini əmələ gətirmiş üz kəlləsindən ibarətdir. Hal-hazırda uşaqlarda kəllə deformasiyaları ilə onun inkişaf ləngiməsi arasındakı əlaqə müzakirə edilir. Beyin kəlləsinin hissələri olan kəllə əsasının və qapağının böyüməsi sinir borusunun kranial hissəsinin böyüməsi ilə eyni trayektoriyada, müştərək surətdə baş verərək yüksək dərəcədə inteqrasiya olunmuş morfoloji vahid – neyro-bazikranial kompleks (NBK) formalaşdırır. Bu inteqrasiya olunmuş böyümə prosesi bir sıra proseslər – tikişlərin genişlənməsi, sinxondrozların depozisiyası və kəllə əsasının əyilməsidir. Kəllə əsasının 3ölçülü anatomiyası barəsində biliklərin detallaşdırılması və modulyar konsepsiya əsasında baxışın formalaşdırılması transkranial və endoskopik müdaxilə üçün əhəmiyyət daşıyır.
Kəllə əsasının əyilməsi kəllə boşluğu həcminin beyinə uyğunlaşmasına xidmət etmişdir. Bu əyilmənin və onun nəticəsi olaraq bazilyar (əsas) bucağın formalaşmasının anatomik əsaslarından olan əsas-ənsə sinxondrozu nəinki kəllə əsasının, həmçinin kəllə qapağının ön-arxa istiqamətdə böyüməsinə təsir göstərir. Kəllə əsasının ön və orta hissələrinin orta strukturlarının anatomik xüsusiyyətlərini səciyyələndirən əsas cəhət onların variasiyaya həddən artıq meylli olmasıdır. Kəllənin ön, orta və arxa çuxurlarının kranioskopik əlamətlərinin (xəlbir səfhənin forması, kəllənin ön və orta çuxurlarının lateral hissələrinin ifadəliliyi, türk yəhərinin forması, kəllənin orta çuxurunda daimi olmayan venoz dəliyin mövcudluğu, üçlü sinir basıqlığının və qövsü hündülüyün ifadəliliyi, köndələn və “S”-ə bənzər cib şırımlarının dərinliyi, böyük ənsə dəliyinin forması) tədqiqi göstərir ki, bu təsviri əlamətlərin forma variantlarının və ifadəlilik dərəcəsinin kəllənin cinsi və tip mənsubiyyətindən asılılığı statistik cəhətdən əhəmiyyət daşımır. Kəllənin arxa çuxurunun kranioskopik və kraniometrik əlamətlərinin əksəriyyəti kəllənin cinsi və tip mənsubiyyətindən asılılıq nümayiş etdirmir, bununla belə, videoendoskopik müdaxilələrin aparılması zamanı ən vacib və əhəmiyyətli əlamətlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bununla yanaşı, vurğulamaq lazımdır ki, kəllədaxili strukturlara müdaxilə etmək üçün klassik metodlar müasir tələblərə cavab vermir. Kəllənin endoskopik makro`` və mikrotopoqrafiyası biliklərinin səviyyəsi və anatomik dəyişkənliklərinin fərdi diapazonu haqqında təsəvvürlər kafi deyil.
Kəllə əsasının patologiyaları zamanı diaqnostikasının effektivliyi müvafiq nahiyə barəsində anatomik biliklərin hərtərəfli olmasından çox asılıdır. Bu nahiyənin anatomiyası olduqca mürəkkəbdir; belə ki, damar-sinir strukturları üçün kanal rolunu oynayan dəliklərlə zənginliyi, bu dəliklərin və onların vasitəsilə keçən törəmələrin vizualizasiya problemini də meydana çıxarır.
Kəllə qapağı sümükləri endesmal (intramembranoz) üsulla sümükləşir. Beyin və beyincik yarımkürələri böyüdükcə kəllə qapağı sümüklərini beyin qişalarını aralayaraq genişləndirir; beyin qişalarının xarici qatı osteogendir və kəllə qapağını əmələ gətirmiş yastı sümüklərin daxili səfhəsinin əmələ gəlməsində iştirak edir. Beyin qişalarının xarici qatı çox sıx lifli quruluşa malikdir və kəllə qapağı sümüklərinin daxili səfhəsinə söykənərək sümüküstlüyü vəzifəsini daşıyır.
Hal-hazırda tarixi bir fakt olan kəllənin süni (məqsədli) deformasiyasına aid preparatları əksər anatomiya muzeylərinin kranioloji kolleksiyalarında müəyyən etmək mümkündür. Ədəbiyyat materiallarında vurğulanır ki, deformasiyaedici apparat və ya qurğu daxili böyümənin ölçüsünü deyil, onun istiqamətini dəyişir. Kəllə qapağı sümükləri, sərt qişa və xarici sümüküstlüyü rüşeymi neyrokranial kapsulun törəmələri olub funksional vahid əmələ gətirir. Ümumən kəllə tikişlərinin formalaşması sərt qişanın əsas çıxıntılarına uyğundur. Nəzərə alınsa ki, hər bir tikiş skeletin yaşının müəyyən olunmasında əhəmiyyətə malikdir, bununla tikişlərin unikal törəmə olduğu aydınlaşır.
Belə bir fikir var ki, sərt qişa yalnız tikişlərin əmələ gəlmə mərhələsində rol oynayır. Buna baxmayaraq tikiş sümükləri və ya Vormi sümüklərinin formalaşmasına sərt qişanın təsiri ədəbiyyatda qeyd olunsa da, kəlləni fərdi cəhətdən xarakterizə edən və bəzi patoloji proseslərin diaqnostikasında əhəmiyyəti olan Vormi sümükləri kompleks surətdə öyrənilməmişdir; onların kəllə əsasındakı anatomik variasiyalarla müştərək rast gəlinməsi, ümumiyyətlə, tədqiq edilməmişdir.
Kəllə əsasının və qapağının anatomik variantları barədə olan ədəbiyyat zəngindir, lakin sistematik deyil, müəlliflər əsasən variantların təsviri, kəmiyyət parametrlərinin tədqiqi ilə məşğul olmuşlar. Kompleks yanaşmanın geniş imkanlarından kəllə qapağı və əsasında müşahidə edilən anatomik variantların (metopik və digər qeyri-müntəzəm tikişlərin, Vormi sümüklərinin rastgəlmə tezliyinin, qarşılıqlı topoqrafiyasının, kəllə əsasındakı variasiyalarla kombinə olunmasının, kəllə əsasında əlavə dəliklərin mövcudluğunun/əsas dəliklərin yoxluğunun, kəllə əsasında sərt qişa törəmələrinin sümükləşməsi nəticəsində əmələ gələn dəlik və sümük körpülərin (məsələn, yuxu-maili dəliklər, uni– və ya bilateral mail çıxıntılararası körpü)) tədqiqatında istifadə edilməmişdir. Əldə edilən məlumatlar nəinki nəzəri təbabət üçün əhəmiyyətlidir, eləcə də onlar neyrocərrahiyyə, ortodontiya, plastik və rekonstruktiv cərrahiyyədə bilavasitə tətbiq edilə bilər.
Həmçinin üz skeletinin tikişləri morfoloji və funksional cəhətdən beyin kəlləsinin tikişlərinə identik olsalar da, onların sərt qişa ilə təmasdan məhrum olması üzün hansı toxumalarının müvafiq tikişlərin formalaşmasında iştirakı da naməlum qalır. Bu baxımdan üzün yumşaq toxumalarının öyrənilməsində USM metodu ən perspektiv üsullardan hesab olunur. Qeyd olunmalıdır ki, üzün yumşaq toxumalarının USM metodu ilə kompleks surətdə, fərdi və cinsi xüsusiyyətləri nəzərə alınmaqla tədqiqi, aparılmamışdır.
İşin məqsədi. Bəzi yaş dövrlərində kəllə əsası və qapağında, həmçinin üz skeletində rast gəlinən fərdi xüsusiyyətlərin müəyyən edilmə qanunauyğunluqlarının aydınlaşdıraraq onların sistemləşdirilməsi, yaşa və cinsə görə bu qanunauyğunluqların dəqiqləşdirilməsi və detallaşdırılması, üzün yumşaq toxumalarının USM və doppleroqrafiya üsulları ilə tədqiq edilərək həmin törəmələrin anatomik təhlilinin formalaşdırılması.
Tədqiqat obyekti və üsulları. Tədqiqat obyektinin kranioloji hissəsini gənclik, I,II yetkinlik dövrünə və ahıl dövrə aid, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında saxlanılan 200 kəllə, eləcə də deformasiyaların beyin və üz kəlləsinin qarşılıqlı formalaşmasına təsirini tədqiq etmək üçün süni (məqsədli) deformasiya edilmiş 40 kəllə təşkil edəcəkdir.
Dayaq-hərəkət aparatının, o cümlədən skeletin cinsi dimorfizmi yeniyetmə dövründə formalaşdığından daha erkən yaş dövrlərinə (erkən uşaqlıq, birinci, ikinci uşaqlıq və yeniyetmə) aid 30 beyin kəlləsi (kəllə qapağı və kəllə əsası) tədqiq ediləcəkdir.
Qocalıq və uzunömürlülər dövrlərində kəllə qapağı tikişləri sinostozlaşmağa uğradığından və üz kəlləsində atrofik proseslərin üstünlüyü səbəbindən bu dövrlərə aid kəllələr tədqiq olunmayacaqdır. Kəllələrin yaş üzrə qruplara bölünməsi ümümi qəbul edilmiş yaş təsnifatına əsasən aparılacaqdır [1]. Kranioloji tədqiqat hissəsində kraniometrik, kranioskopik, kompyuter tomoqrafiyası və endoskopiya üsullarından istifadə ediləcəkdir.
Üzün yumşaq toxumalarının fərdi və cinsi xüsusiyyətləri, topoqrafiyası gənclik, I və II yetkinlik dövrünə aid 300 insan üzərində Clarius-Model L20HD3 aparatı vasitəsilə ultrasəs və doppleroqrafiya metodları ilə öyrəniləcəkdir. Eyni zamanda kəllə əsasının bucaq əlamətlərini müəyyən etmək üçün kəllələr üzərində aparılmış kraniometrik və kompyuter tomoqrafiya üsullarına əlavə olaraq 50 insan üzərində sefalometriya metodundan istifadə olunacaqdır.
2022-ci il üçün mərhələ: dissertasiya mövzusunun təsdiqi, ədəbiyyatın, tədqiqat materiallarının toplanması, tədqiqat metodlarının mənimsənilməsi. Hesabat ilində alınmış nəticələr öz əksini çap olunmuş məqalə və tezislərdə tapmışdır, xarici və yerli elmi konfranslarda məruzə edilmişdir.
2. İnsanın postnatal ontogenezində üz sinirinin kəllədaxili hissəsinin və onun kanalının topoqrafik, morfometrik xüsusiyyətləri. Tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün nəzərdə tutulmuş dissertasiya işi. İcraçı: t.ü.f.d., insan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti G.E.Kərimzadə. Elmi məsləhətçi: tibb elmləri doktoru, insan anatomiyası və tibbi terminologiya kafedrasının professoru N.T.Mövsümov.
İşin əhəmiyyəti və aktuallığı.
Bildiyimiz kimi, üz siniri eyni adlı kanalda uzun və əyri yola malikdir. Son illərdə mikrocərrahiyyənin inkişafı orta və daxili qulaqda, məməyəbənzər çıxıntıda, qulaqaltı vəzində, üz kanalı divarının müxtəlif yerlərində və üz sinirinin özündə kompleks cərrahi müdaxilələrin aparılmasına imkan verir. Bu baxımdan üz sinirinin eyni adlı kanalda quruluş xüsusiyyətlərinin öyrənilməsi və kanalının tədqiqi, onun müxtəlif hissələrində (seqmentlərində), əyriliklərində (dizçikərdə) bucaqlarının, uzunluğunun, diametrinin, en kəsiyi sahəsinin normativ morfometrik parametrlərinin müəyyən edilməsi aktuallaşıb. Üz kanalının anatomiyasını və onun variasiyalarını dərindən bilmək nevropatoloqlar üçün müəyyən patologiyaların diaqnostikasında, eləcə də otorinolarinqoloqlar üçün bu həyati strukturun zədələnməməsi və əməliyyatın təhlükəsizliyini təmin etmək üçün vacibdir.
Son illərdə elmi ədəbiyyatda üz kanalının anatomiyası və onun xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı çoxlu tədqiqatlar aparılmışdır. Bununla belə, bu məsələnin daha dərindən öyrənilməsini tələb edən bir çox ziddiyyətli məlumatlar da var. Əsas ziddiyyətlər metodoloji yanaşmalarla bağlı yaranır. Bir sıra tədqiqatçılar cəsəd materialı üzərində üz kanalının kəsilməsi texnikasına riayət edirlər (klassik yanaşma), digərləri isə şüa diaqnostikası metodlarından (KT, MRT) istifadə etməklə (canlı insanda) kanalın təsvirini əsas hesab edirlər. Qeyd etmək lazımdır ki, son illərdə şüa diaqnostika avadanlıqlarının inkişafı və imkanlarının genişləndirilməsi bu cür tədqiqatları daha dərin, praktiki baxımdan daha əhəmiyyətli edir.
Bundan əlavə, elmi ədəbiyyatda müxtəlif kəllə indeksləri olan pasientlərdə belə tədqiqatlar olduqca azdir. Həmçinin üz kanalının yaş və cinsi xüsusiyyətləri demək olar ki, öyrənilməmişdir.
İşin məqsədi. Tədqiqat işinin məqsədi insan postnatal ontogenezinin müxtəlif yaş dövrlərində üz sinirinin və onun kanalının topoqrafiyasını, morfometrik parametrlərini öyrənməkdir.
Tədqiqat obyekti və üsulları. Tədqiqatın obyekti aşağidaki yaş qrupları üzrə bölünəcəkdir: uşaqlıq, yeniyetmə, gənclik dövrü, I yetkinlik, II yetkinlik, qocalıq dövrləri. Üz sinirinin mikroskopik quruluşu histoloji metodlarla (kəsiklərin Veygert-Pal, Krutsay metodu və Van Gisonun ümumi histoloji metodları ilə boyanması) öyrəniləcəkdir. Üz kanalının müayinəsi canlılarda kompyuter-tomoqramma kəsiklərinin retrospektiv müayinəsi zamanı və insan anatomiyası və tibbi terminologiya kafedrasının muzeyində saxlanılan kəllələrdə aparılacaqdır. Kraniometrik ölçmələrlə kəllərdə en və hündürlük indekslərinin təyin olunması da planlaşdırılır.
2022-ci il üçün mərhələ: Tədqiqatın ilkin materiallarının toplanması. Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar əsasında məqalə və tezislərin dərc olunması. Mövzu üzrə elmi ədəbiyyat məlumatlarının toplanması üzrə işin başa çatdırılması. Tədqiqatda alınmış nəticələr barədə yerli və xarici elmi toplantılarda məruzələr edilməsi.
3. Normada insanın və eksperimentdə heyvanın qaraciyərdaxili öd axacaqlarının limfoid törəmələrinin morfoloji xüsusiyyətləri. Tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün nəzərdə tutulmuş dissertasiya işi. İcraçı: t.ü.f.d., doktorant N.H.Əliyeva. Elmi məsləhətçi: tibb elmləri doktoru, insan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti S.V.Şadlinskaya.
İşin əhəmiyyəti və aktuallığı. Müasir zamanda xroniki qaraciyər xəstəlikləri, o cümlədən sirroz və hepatoselulyar karsinoma hər il 1 milyondan çox insanın ölümünə səbəb olur. Yer kürəsi əhalisinin hər on sakinindən biri qaraciyər və öd çıxarıcı yolların xəstəliklərindən əziyyət çəkir ki, bu da erkən adekvat diaqnozun qoyulmasının vacibliyini göstərir. Buna görə də qaraciyər təkcə cərrah və terapevtlərin deyil, morfoloqların da diqqət mərkəzində olmaqda davam edir.
Orqan mənsubiyyətindən asılı olmayaraq orqanların limfoid törəmələri bir çox xəstəliklərin mənbəyi hesab olunur. Son illərdə əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, professor V.B.Şadlinskinin elmi məktəbinin nümayəndələri bu elmi problemin həllinə yönəlmiş çoxsaylı tədqiqat işləri aparmışlar.
Vəzlər həzm proseslərinin tam dəyərli iştirakçıları hesab olunurlar və limfoid toxuma ilə birlikdə yerli immun müdafiə mexanizmlərinin formalaşmasında iştirak edirlər.
Müxtəlif orqanların limfoid strukturları eyni dərəcədə geniş tədqiq edilməmişdir. Elmi ədəbiyyatda öd kisəsinin, öd kisəsi axacağının, ümumi qaraciyər və ümumi öd axacaqlarının limfoid törəmələrinin anatomiyası və topoqrafiyası haqqında məlumatlara rast gəlinir. Lakin, qaraciyərdaxili öd axacaqlarının limfoid strukturlar az öyrənilmişdir. Qeyd edilən strukturlar haqqında rast gəlinən məlumatlar isə çox qısa və fraqmentardır, müasir tələblərə cavab vermir və alınan nəticələrin düzgün kəmiyyətcə qiymətləndirilməsi aparılmamışdır.
Həmçinin anatomik nöqteyi-nəzərdən qaraciyərdaxili öd axacaqlarının limfoid aparatı patologiyalar zamanı faktiki olaraq öyrənilməmişdir. Belə ki, elmi ədəbiyyatda qaraciyərin müxtəlif hissələrində bu axacaqların limfoid strukturlarının quruluşu və ölçüləri, yaş xüsusiyyətləri, onlarla vəzlər arasında morfofunksional əlaqələr haqqında məlumat demək olar ki, yoxdur.
Müasir zamanda anatomik strukturların makro-mikroskopik quruluşunu və histotopoqrafiyasını ətraflı öyrənən "mikrocərrahi anatomiya" adlı yeni bir elmi istiqamət meydana çıxmışdır. Bu baxımdan orqan və toxumalar təkcə mikroskopik deyil, eyni zamanda ultramikroskopik səviyyədə də tədqiq olunurlar. Qaraciyərin strukturlarının elektron mikroskopu ilə tədqiqi eksperimentdə yeni modellər yaratmağa və mövcud modelləri təkmilləşdirməyə imkan verir.
Qaraciyərdaxili öd çıxarıcı yolların limfoid törəmələrinin morfologiyası haqqında etibarlı elmi biliklərin olmaması qaraciyərin bu strukturlarla əlaqədar yaranan müxtəlif patologiyalarının diaqnozunu və müalicəsini çətinləşdirir. Bu səbəbdən eksperimentdə yaradılan qaraciyər patologiyalarının modellərində qaraciyərdaxili öd çıxarıcı yolların quruluş xüsusiyyətlərinin öyrənilməsinin nəinki nəzəri, eyni zamanda praktiki əhəmiyyəti vardır.
Öd çıxarıcı yollarda baş verən bir çox patoloji proseslər qaraciyərin daxili damarlarında artan hidrostatik təzyiq səbəbindən onun parenximasında öd komponentlərinin toplanması və epitel hüceyrələrinin zədələnməsi ilə xarakterizə olunan xolestaz ilə əlaqələndirilir. Xolestaz zamanı durğun öd komponentlərinin çıxarılmasını təmin edən qara ciyərin drenaj strukturları funksional baxımdan böyük əhəmiyyət kəsb edirlər. Buna görə də, öd çıxarıcı yolların struktur komponentlərinin morfologiyası haqqında dəqiq məlumatlar təkcə müxtəlif yaş dövrlərində bu yolların fəaliyyətini düzgün başa düşmək üçün deyil, həm də öd çıxarıcı yolların patologiyaları zamanı da lazımdır.
Yuxarıda qeyd edilənlər bu işin həyata keçirilməsini planlaşdırmağa zəmin yaratmışdır.
İşin məqsədi. İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində normada və eksperimentdə ümumi qara ciyər axacağının mexaniki blokadasından sonra heyvanların qaraciyərdaxili öd axacaqlarının limfoid törəmələrinin quruluş və morfometrik xüsusiyyətlərini aydınlaşdırmaq.
Tədqiqat obyekti və üsulları. Tədqiqat obyektini müxtəlif yaşlı, hər iki cinsə aid 140 insan meyitindən götürülmüş qaraciyərdaxili öd axacaqlarının limfoid strukturları təşkil edəcək. İnsan meyitlərinin ümumi qəbul edilmiş yaş təsnifatına [3] əsasən qruplara görə bölgüsü aparılacaq.
Meyit materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin və Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının meyitxanalarından götürüləcək.
İşin eksperiment 30 cinsi xətti məlum olmayan cinsi xətti məlum olmayan dovşan (əsas qrupda 15, nəzarət qrupunda 15) üzərində aparılacaq.
Heyvanların saxlanılması və onların evtanaziyası Avropa Şurasının “Eksperimental və elmi məqsədlər üçün istifadə olunan heyvanların müdafiəsi haqqında” Direktivinə (86/609 AŞ) müvafiq olaraq həyata keçiriləcək.
Həm insan meyitlərindən, həm də heyvanlardan götürülmüş qaraciyərdaxili öd cıxarıcı axacaqların limfoid törəmələrinin total preparatları T. Hellman metodu ilə tədqiq olunacaqdır.
Limfoid strukturların mikroanatomiyası və mikrosintopiyası mikroskopik preparatlarda öyrəniləcək. Mikroskopik preparatlar Van Gizon metodu ilə, hematoksilin-eozinlə, metilen abısı ilə, total preparatlar isə Hellman T metodu ilə boyadılmışdır.
Meyitlərdən və heyvanlardan götürülmüş materiallar həm də ultramikroskopik səviyyədə tədqiq olunacaqdır.
2022-ci il üçün mərhələ: Dissertasiya mövzusunun təsdiqi, ədəbiyyatın toplanması, tədqiqat materiallarının toplanması, tədqiqat metodlarının mənimsənilməsi
Tədqiqatda alınmış nəticələr barədə yerli və xarici elmi toplantılarda məruzələr edilməsi.
ATU-un İnsan anatomiyası və tibbi
terminalogiya kafedrasının müdiri,
dosent: A.S.ABDULLAYEV