Tədris proqramı

Terapevtik stomatologiyanın propedevtikası

Dişlər haqqında ümumi biliklər.Diş-çənə sistemi. Müvəqqəti və daimi dişlərin inkişafı və çıxma vaxtları. Daxili və xarici mühit amillərinin onlara təsiri. Dişlər haqqında təməl biliklər: dişlərin anatomiyası, fiziologiyası, histologiyası və sərt toxumaların biokimyəvi tərkibləri. Anatomo-fizioloji biliklərin klinikada əhəmiyyəti.

Kariyes boşluqları, onların preparasiyası (fantom üzərində).Kariyes boşluqlarının Blekə görə təsnifatı.Blek təsnifatı əsasında ayrı-ayrı – I, II, III, IV, V, VI sinif boşluqların preparasiyası (fantom və ya müxtəlif səbəblərdən çəkilmiş dişlər üzərində).Preparasiyanın əsas prinsipləri və mərhələləri.

Dişlərin sərt toxumalarının preparasiyası üçün istifadə edilən alətlər və avadanlıq.Stomatoloji qurğular.Turbin və mexaniki ucluqlar.Burğaclar, onların fırlanma sürəti və təzyiqin diş toxumalarına təsiri.

          Plomb materialları və adgeziv sistemlər.Dişlərin birbaşa plomblanması üçün materiallar: Müvəqqəti plomb materialları;  Araqatlar (müalicəvi, izoləedici araqatlar); Dişlərin daimi plomblanması üçün materiallar: sementlər (mineral və polimer); metallik plomb materialları (amalqamalar); polimer plomb materialları (kompozitlər, kompomerlər, ormokerlər).

Dişlərin dolayı plomblanması üçün materiallar (taxmalar, vinirlər): Metallik; Keramik; Polimer.

Kök kanallarının plomblanması  üçün materiallar:  Kanalları müvəqqəti doldurmaq üçün plomb materialları; Kanalları daimi doldurmaq üçün materialları. Pasta-hermetiklər və  bərkiyən kök doldurucuları

Səthi hermetiklər: Fissurlar üçün olan hermetiklər; Kök üçün olan hermetiklər; Plomblamaq üçün olan hermetiklər.

Adgeziv sistemlər: Özü bərkiyən və ya kimyəvi; İşıqla bərkiyən.

Plomb materiallarına olan tələblər. Onların fiziki-kimyəvi xassələri və dişin sərt toxumalarına və pulpaya təsirləri.

Dişlərin plomblanması (fantom üzərində).Ayrı-ayrı qrup plomb materiallarının tətbiqinə dair göstərişlər. Plomb materialının plomblanmaya hazırlanması. Blek təsnifatına əsasən boşluqlara uyğun daimi plomb materiallarının seçimi. Kariyes boşluqların plomblanma xüsusiyyətləri. Kontakt (təmas) nöqtələrin fizioloji əhəmiyyəti, plomblanma zamanı təmas nöqtəsinin yaradılması və ya bərpası. Plomblanma əməliyyatında matrislərin rolu. Boşluqların plomblanması və qoyulmuş plombun cilalanması, pardaxlanması. Cilalanma və pardaxlanmanın rolu. Kariyesin müalicəsi zamanı buraxılan səhvlər.

Klinikaönü endodontiya.Diş boşluqlarının və kök kanallarının anatomiyası və topoqrafiyası: kəsici, köpək, premolyar və molyar dişlər.

Endodontiyada istifadə edilən cihazlar (endodontik mikroskop, səs və ultrasəs sistemləri, lazer sistemləri, endomotor, apeks-lokator), fırlanan endodontik alətlər (endodontik ucluqlar və onlara uyğun fayllar, kanaldoldurucular, profayllar və s., kök zirvəsini rezeksiya etmək üçün ucluqlar), üç əsas endodontik alət (K-rimerlər, K-fayllar, H-fayllar).İSO standartları.Endodontik materiallar.Kök kanallarının maşın və manual işlənməsi.

Diş boşluğunun açılması metodikası: istifadə edilən alətlər.

Kök kanallarının girişinin genişləndirilməsi: istifadə edilən alətlər.

Kök kanallarının rahat keçidinin təmin edilməsi: istifadə edilən alətlər.

Kök kanallarının genişləndirilməsi: istifadə edilən alətlər.

Kök kanallarının ölçülərinin təyin edilməsi: istifadə edilən alətlər.

          Kök kanallarının kimyəvi və medikamentoz işlənməsi.Kanalların qurudulması (kağız absorbsiyaedici ştiftlər – pinlər).Kök kanallarının plomblanması. Kök kanallarının obturasiya üsulları: bir (mərkəzi) ştiftlə, quttaperça ilə, depoforezlə. Endodontik müalicənin gedişində buraxılan səhvlər.

Stomatoloji xidmətin təşkili.Stomatoloji poliklinikaların quruluş və funksiyaları, terapevtik stomatoloji şöbələrin tərkibi və təşkili. Bazar iqtisadiyyatı şəraitində stomatoloji xidmətin təşkili. Stomatoloji kabinetin təchizatı. Stomatoloji şöbə və kabinetlərin təşkilinə qoyulan sanitar-gigiyenik tələblər. Erqonomika, onun əsas məsələləri. «Dörd əl ilə» müasir stomatoloji qəbulun təşkili. Aseptika, antiseptika və sterilizasiya. Sterilizasiyanın növləri. Dezinfeksiya, sterilizasiyaönü təmizləmə və sterilizasiya. Həkimin, assistentin (tibb bacısının) və sanitarların vəzifələri.

Həkimlik etikası və tibbi deontologiya: həkim-xəstə, həkim-xəstənin yaxınları, həkim-həkim (tibbi personal), həkim sirri, həkim səhvi.

Xəstənin müayinə metodları.Kliniki müayinə metodları: (anamnez, baxış, perkussiya, palpasiya, termodiaqnostika, stomatoloji indekslər, -sınaqlar və -testlər).

Fiziki müayinə metodları: (elektroodontometriya, biomikroskopiya, transillyüminasiya, reoqrafiya, polyaroqrafiya, elektromioqrafiya, diş rəngini təyin etmək üçün kolorimetriya və ya spektrofotometriya üsulları və s.).

Rentgenoloji müayinə metodları: (kompüterlə dental rentgenoqrafiya (KDR), panoram rentgenoqrafiya, panoram tomoqrafiya və ya ortopantomoqrafiya (OPQ), telerentgenoqrafiya (TRQ), sialoqrafiya, kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT).

Laborator müayinə metodları: ağız suyunun,  qanın və digər fizioloji mayelərin kliniki və biokimyəvi göstəriciləri. Mikroskopik, mikrobioloji, immunobioloji və allerqoloji tədqiqatlar.

Stomatoloji xəstənin tibbi vərəqəsinin doldurulma qaydası. «Elektron sağlamlıq kartı». Diş formulları, müvəqqəti və daimi dişlərin qeydiyyat xüsusiyyətləri. Tibbi kartalar – tibbi və hüquqi əhəmiyyətli sənəd kimi. Elmi tədqiqat işlərində onlardan istifadə.

Həkim-stomatoloqun gündəlik işinin hesabat vərəqəsi: forma № 0.37/4. Ağız boşluğuna profilaktik baxış üçün hesabat jurnalı: forma № 0.49/f. Həkim-stomatoloqun işinin hesabat gündəliyi: forma № 0,39/-2/4. Gündəlik praktikada istifadə edilən stomatoloji sənədlər: resept blankları, göndərişlər, xəstəlik vərəqələri. Onların doldurulma qaydaları.

 

Dişlərin sərt toxumalarinin xəstəlikləri

Qeyri-kariyes mənşəli xəstəliklər.Dişlərin say çoxluğu, dişlərin ölçülərinin və formalarının anomaliyaları (makrodentiya, mikrodentiya, Getçinson, Pflüger və Furnye dişləri və s., çilli dişlər (dişlərin endemik flüorozu), dişlərin formalaşma pozğunluqları (hipoplaziya, tetrasiklin dişlər, odontodisplaziya,hiperplaziya),  dişinstrukturunun digər sərlövhələrdə təsnif edilməmiş irsi pozğunluqları (natamam dentinogenez, natamam amelogenez, natamam osteogenez, Steyton-Kapdepon sindromu), dişlərin çıxma pozğunluqları.

Etiologiya. Patogenez. Kliniki təzahürü və differensial diaqnostika. Müalicə və profilaktika.

Diş çıxdıqdan sonra əmələ gələn qeyri-kariyes mənşəli xəstəliklər: hiperesteziya, dişin sərt toxumasının patoloji sürtülməsi, pazabənzər qüsur, dişlərin sərt toxumasının eroziyası və turşu nekrozu. Etiologiya. Kliniki təzahürləri və differensial diaqnostika. Müalicə və profilaktika.

Dişlərin  travması. Klinikası differensial diaqnostika və müalicəsi.  

Diş rənginin korreksiyası.

Kariyes. Ümumi məsələlər.Kariyesin göstəriciləri: yayılması (%),  intensivlik (KPÇ), kariyeslə xəstələnmə.Müxtəlif qrup dişlərin zədələnmə tezliyi və karies boşluqların lokalizasiyası.

Kariyesin etiologiya və patogenez haqqında klassik nəzəriyyələr (Müller, D.V.Entin və s.).Müasir təsəvvürlər. Ümumi və yerli faktorlar.

Ağız suyu. Ağız mayesi və ya tüpürcək.  Tərkibi, bufer sistemləri, onların əhəmiyyəti. Minanın keçiriciliyi. Kariyes  əmələ gəlməsində karbohidratların və mikroorqanizmlərin rolu. Diş yastıqcığı, kariyesin inkişafında onun əhəmiyyəti.

Kariyesin klinikası, morfologiyası. Profilaktika. Kariyes prosesinin inkişafının müxtəlif mərhələlərində diş toxumalarının morfoloji dəyişiklikləri (ləkə mərhələsi, səthi, orta, dərin), işıq, elektron, polyarizasiya mikroskopunun şəkilləri əsasında ÜST təsnifatı.

Kariyesin ayrı-ayrı formalarının klinikası (minanın, dentinin, sementin kariyesi, dayanmış (səngimiş) kariyes, residivləşən kariyes) və  differensial diaqnostikası.

Dişlərin kariyesinin profilaktikası.

Kariyesin birincili profilaktikası: kariyesogen şəraiti aradan qaldırmaq üçün stomatoloji maarifləndirmə və flüorlu preparatların tətbiqi.

Kariyesin ikincili profilaktikası: reminerallaşdırıcı terapiya və fissurların hermetikləşdirilməsi.

Kariyesin üçüncülü profilaktikası: minimal invaziv terapiya (M.İ.-terapiya).

Dispanserləşdirmə. Ağız boşluğunun sanasiyası.

Kariyesinin müalicəsi.Kariyesin invaziv və ya «cərrahi» müalicəsi. Preparasiya. Preparasiyaya olan universal tələblər, preparasiyanın mərhələləri.

Kariyes boşluqlarında mövcud olan divarlarının adları. Blek təsnifatı əsasında I – VI sinif boşluqların preparasiyası və plomblanmaya hazırlanması. Preparasiya aparmaq məqsədilə aparılan premedikasiya və yerli anesteziya üsulları. Müalicəvi və izoləedici araqatların tətbiqinə göstərişlər və qoyulma qaydaları. Kariyes boşluqlarına plombların seçilməsi və qoyulması qaydaları. Dişlərin rənginin təyini və müasir estetik restavrasiya. Vinirlər, vinir altına yonulma qaydası. Restavrasiyada tunel metodu, «Sendviç» texnologiyası. Preparasiya və plomblamanın gedişində buraxılan səhvlər (yatrogen səhvlər) və ağırlaşmaları.

 

Dişlərin iltihabi xəstəlikləri

Pulpanın xəstəlikləri və müalicəsi.Diş pulpasının anatomo-topoqrafik xüsusiyyətləri, histologiya və fiziologiyası.

Dişlərin pulpasında yaş dəyişikləri. Pulpitin etiologiya və patogenezi. Təsnifat – ÜST, MTSİ.

Pulpitin müxtəlif formalarının patoloji histologiyası. Klinika, differensial diaqnostika. Pulpitin müalicə üsulları. Ağrısızlaşdırma. Kəskin ağrılar və travma zamanı təxirə salınmaz tədbirlər.

Pulpanın tam saxlanma metodu. Göstəriş, əks göstəriş, metodika, dərman preparatları. Pulpanın vital amputasiya üsulu – göstəriş, əks göstərişləri, metodika, dərman preparatları. Pulpanın vital ekstripasiya üsulu   (pulpanın tam çıxarılması) - göstəriş, metodika, dərman preparatları. Devital ekstirpasiya üsulu  – göstəriş, tətbiq üsulu. Devital amputasiya - göstərişlər. Kombinəedilmiş müalicə üsulu.

Mis-kalsium hidroksidlə depoforez üsulu. Kök kanallarının obturasiyası: lateral kondensasiya, termokondensasiya, termofil sistemi.

Bu üsulların müqayisəli qiymətləndirilməsi, səhvlər və ağırlaşmalar. Onların qarşısının alınması və aradan qaldırılması.

Periodontit və müalicəsi. Periodontun anatomo-fizioloji xüsusiyətləri. Periodontitin patogenezi və etiologiyası (infeksion, travmatik, medikamentoz).

Periodontitlərin təsnifatı (Patoanatomik, kliniki, ÜST). Müxtəlif formalı periodontitlərin patoloji histologiyası. Kəskin, xroniki və kəskinləşmiş xroniki periodontitlərin klinikası. Periodontitlərin ayrı-ayrı formaları, diaqnostikası və differensial diaqnostikası. Rentgenoloji müayinə və elektroodontometriya. Kəskin periodontitlər zamanı təxirəsalınmaz yardım. Periodontitlərin endodontik müalicəsi: keçilən və çətin keçilən kök kanallarının müxtəlif formalarla müalicəsi. Fiziki üsullarla müalicə. (Kalium yodid elektroforezi, tripsin-elektroforez, anod-qalvanizasiya, ultrayüksəktezlikli cərəyan – ÜYT və s.). Konservativ-cərrahi üsullar.

Periodontitlərin müalicəsi zamanı ağırlaşmalar və onların aradan qaldırılması.

  

Parodont  xəstəlikləri

Parodontun anatomo-fiziloji xüsusiyyətləri.Parodontun anatomo-fizioloji xüsusiyyətləri. Diş əti mayesi, parodontun patologiyası zamanı onun tərkibinin kəmiyyət və keyfiyyətcə dəyişilməsi.

Parodont xəstəliklərinin müayinə metodları və diaqnostikası. Kliniki müayinə metodları: anamnez, baxış (yerli  risk amillərinin aşkar edilməsi, patoloji laxlama və dişlərin yerdəyişməsi),diş əti ciblərinin dərinliyinin ölçülməsi Parodontun vəziyyətinin qiymətləndirmə kriteriyası: gigiyenik və parodontal indekslər, PMA, CPİTN, OHI-s indeksi (Greene, Vermillion) və s.

 Ağızdaxili kontakt rentgenoqrafiya, panoram rentgenoqrafiya, ortopantomoqrafiya, polyaroqrafiya, kapilyarskopiya, reoparodontoqrafiya, fotopletizmoqrafiya, biomikroskopiya, exoosteometriya, pH-ın təyini, leykositlərin miqrasiyası, mikrobioloji və histoloji müayinələr. Xəstənin terapevt-, ortoped-, cərrah-stomatoloq və digər ixtisas həkimlərinin kompleks müayinəsinin mahiyyəti.

Gingivit. Kataral, hipertrofik və xoralı formaları. Etiologiya və patogenezləri. Gingivitin etiologiyasında yerli və ümumi faktorların rolu. Yayılması, klinikası, diferensial diaqnostikası. Gingivitlərin  müxtəlif kliniki formalarının müalicəsi.

Parodontit: Kəskin, xroniki, kəskinləşmiş xroniki, remissiya mərhələsi, lokal və yayılmış formaları. Etiologiya, patogenez, patomorfologiya.

Parodontitin atipik formaları. Yüngül, orta və ağır dərəcəli, lokal və genarilizə olunmuş  formaları. Kompleks müalicənin prinsipləri (medikamentoz, cərrahi, ortodontik, ortopedik müalicə). Parodontitin ağırlıq dərəcəsindən asılı olaraq yerli və ya ümumi müalicənin aparılmasına göstəriş. Kompleks müalicə zamanı fiziki üsuldan istifadə edilməsi

Parodontoz və parodontun idiopatik xəstəlikləri (parodontoliz), parodontomalar. Etiologiyaları, patogenezləri, patomorfologiyaları. Parodontozun klinikası, diferensial diaqnostikası. Ümumi və yerli müalicə üsulları.

Parodontoliz və ya parodontun idiopatik xəstəlikləri; parodont toxumasında təzahür edən simptom və sindromlar.

Parodontomalar (diş ətinin fibromatozu, epulis və parodontal kista).

Parodont xəstəliklərinin profilaktikası. Parodont xəstəliklərinin müalicəsi və profilaktikasında ağız boşluğunun gigiyenasının əhəmiyyəti. Parodont xəstəliyi olan insanlara müalicə-profilaktika yardımının əhəmiyyəti və təşkili. Dispanserləşdirmə.

                    

Ağız  boşluğunun  selikli  qişa  xəstəlikləri

Ağız boşluğu selikli qişasının (ABSQ) və doda­ğın qırmızı haşiyəsinin anatomo-fizioloji və histoloji xüsusiyyətləri. Ağız suyunun əhəmiyyəti. Selikli qişada gedən patoloji proseslər: akantoz, akantoliz, hiperkeratoz və s. Birincili və ikincili zədələnmə elementləri. ABSQ. Patoloji prosesin inkişafında şəraitin, ümumi və yerli faktorların əhəmiyyəti.

Selikli qişa xəstəlikləri zamanı xəstələrin müayinə üsulları. Laborator tədqiqat və funksional sınaqlar. Ağız boşluğu selikli qişa xəstəliklərinin təsnifatı.

ABSQ-nin travmaları: Mexaniki, kimyəvi, fiziki zədələnmələr. Leykoplagiya.

ABSQ  xəstəlikləri: Sadə herpes, kəmərləyici dəmrov, dabaq, herpangina.

Bakterial infeksiyalar: xoralı-nekrotik gingivostomatit (Vensan). İrinli xəstəliklər: impetiqo, piogen qranuloma və s.

Spesifik infeksiyalar: Vərəm, sifilis, QİÇS. Xəstələrin qəbulu zamanı bu qrup xəstlərlə davranış qaydaları. Göbələk zədələnmələri: kandidoz. Etiologiya və risk qrupları. Təsnifat,.kliniki təzahür, differensial diaqnostika. Müalicə və profilaktika.

Allergik xəstəliklər: Anafilaktik şok; Kvinke ödemi: patogenez, klinika-differensial diaqnostika və təcili yardım. Medikamentoz stomatitlər. Çoxformalı eksudativ eritem, xroniki residivləşən aftoz stomatit.

Ekzogen intoksikasiyalar (civə, vismut və b.).

Sistem xəstəliklə­rinin təzahürü: Sistem xəstəlikləri zamanı (hipo- və avitaminoz, endokrin, mədə-bağırsaq traktı, ürək-damar sistemi, qanyaradıcı sistemi, sinir sistemi xəstəlikləri, kollagenozlar)  ağız boşluğu selikli qişasının dəyişiklikləri.

Dermatozlar zamanı selikli qişanın dəyişikləri (akantolitik pemfiqus, qeyri-akantolitik pemfiqus, qırmızı yastı dəmrov, qırmızı qurdeşənəyi və s.).

Dodağın xəstə­li­k­ləri və dil xəstəlikləri.  Dilin anomaliyaları və xəstəlikləri. Coğrafi dil, rombabənzər, büküşlü dil, xovlu dil (tüklü və ya qara).   

Dodağın xəstəlikləri: eksfoliativ, ekzematoz, atopik qlandulyar, aktinik, meteroloji xeylitlər. Dodağın xronik çatları.

ABSQ-nin və dodaqın qırmızı haşiyəsinin xərçəngönü xəstəlikləri.

ABSQ-nin obliqat xərçəngönü xəstəlikləri.

ABSQ-nin fakultativ xərçəngönü xəstəlikləri.

Dodağın qırmızı haşiyəsinin obliqat xərçəngönü xəstəlikləri.

Dodağın qırmızı haşiyəsinin fakultativ xərçəngönü xəstəlikləri.

 

 

Endodontiya

 

Endodontiyada müayinə üsulları. Endodontik  alətlər. Kanalın işci uzunluğunun təyini. Manual endodontik alətlər,onların növləri. Maşınla işləyən endodontik alətlər.

Pulpitlər və peridontitlər. Diaqnostikası, endodontik müalicəyə göstərişlər. Pulpanı nekrozlaşdırmaq üçün preparatlar və istifadə qaydaları. Pulpanın tam və qismən çıxarılması. Kanalların medikamentoz işlənməsi və  dezinfeksiyası. Perapikal abseslər və kök kistaları. Differensial diaqnostika və kəskin proseslərdə ilk yardım.

Endodontik müalicədə buraxılan səhvlər və ağırlaşmalar. Keyfiyyətsiz anesteziya, tapılmayan kanallar. Kanalları yarımcıq doldurma. Qeyri-qənaətbəxş dezinfeksiya, kanallarda  alətlərin sındırlamsı. Perforasiya.

 

Periodontologiya

Parodont xəstəlikləri. Təsnifatı. Xəstəliklərin diqnostikası. Gigiyenik və parodontal indekslər. Parodont xəstəlikləri zamanı dişətinin patomorfologiyası.

Gingivit. Parodontit. Parodontoz. Təsnifatı. Differensial diaqnostikası. Müasir metodlarla müalicəsi. Ağız boşluğunun professional gigiyenası. Parodont xəstəliklərinin cərrahi müalicəsi. Paradont xəstəliklərinin müalicəsi zamanı istifadə olunan fizioterapevtik metodlar.

 

 

Stomatologiya fakültəsinin II kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən mühazirələrin mövzu planı payız (III semestr)

Mövzunun adı

Saat

1

İxtisasa giriş. Azərbaycanda terapevtik stomatologiyanın inkişaf mərhələləri. Stomatoloji xidmətin təşkili. Həkimlik etikası, həkimin hüquq və vəzifələri. Tibbi deontologiya. 

2

2

Erqonomika və texniki təhlükəsizlik. Stomatoloji kabinetin təchizatı. Burğac maşınları və kəsici alətlər, onların istismar qaydaları. Tətbiqinin optimal rejimləri. Stomatologiyada aseptika və antiseptika problemləri. Sterilizasiya.

2

3

Dişlərin inkişafı. Diş toxumalarının histogenezi. Dişlərin anatomiyası. Dişləm. Stomatologiyada dişləmin əhəmiyyəti.

2

4

Kariyes. Kariyes boşluqlarının təsnifatı. Boşluqların preparasiyasının ümumi qaydaları.

2

5

Kariyes boşluqların yerləşməsindən asılı olaraq preparasiyasının prinsip və mərhələləri.

2

                                                                                                                     Cəmi: 10 saat

 

 

Stomatologiya fakültəsinin II kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən təcrübələrin mövzu planı payız (III semestr)

Mövzunun adı

Saat

1

İxtisasa giriş.

2

2

Stomatoloji kabinet, avadanlıqlar (burğac maşınları, ucluqlar. burğaclar); Stomatologiyada erqonomikanın məsələləri.

2

3

Stomatoloji alətlər.

2

4

Stomatoloji alətlərin sterilizasiyası. Aseptika, antiseptika. Tibb bacısının vəzifələri.

2

5

Dişlərin embriogenezi. Dişlərin sərt toxumalarının histoloji quruluşu və kimyəvi  tərkibi.

2

6

Yuxarı çənənin daimi kəsici və köpək dişlərinin kliniki anatomiyası. Dişlərin modelləşdirilməsi (plastilin, sabun), çıxma dövrləri.

2

7

Yuxarı çənənin daimi kiçik azı dişlərinin kliniki anatomiyası. Dişlərin modelləşdirilməsi (plastilin, sabun), çıxma dövrləri.

2

8

Yuxarı çənənin daimi böyük azı dişlərinin kliniki anatomiyası. Dişlərin modellədirilməsi (plastilin, sabun), çıxma dövrləri.

2

9

Aşağı çənənin daimi kəsici və köpək dişlərinin kliniki anatomiyası. Dişlərin modelləşdirilməsi (plastilin, sabun), çıxma dövrləri.

2

10

Aşağı çənənin daimi kiçik azı dişlərinin kliniki anatomiyası. Dişlərin modelləşdirilməsi (plastilin, sabun). Çıxma dövrləri.

2

11

Aşağı çənənin daimi böyük azı dişlərinin kliniki anatomiyası. Dişlərin modelləşdirilməsi (plastilin, sabun), çıxma dövrləri.

2

12

Kariyes haqqında anlayış. Diş boşluqlarının hazırlanması üsulları və mərhələləri. Hər bir mərhələnin yerinə yetirilməsinə qoyulan tələblər. Kariyes boşluqlarının Blekə görə təsnifatı.

2

13

Böyük azı və kiçik azı dişlərinin fissur nahiyəsinin preparasiyası (I sinif).

2

14

Çeynəmə və ön dişlərin kor çuxur nahiyyəsinin preparasiyası (I sinif).

2

15

Böyük azı dişlərinin aproksimal səthlərinin preparasiyası (II sinif).

2

16

Kiçik azı dişlərinin aproksimal səthlərinin preparasiyası (II sinif).

2

17

Mərkəzi kəsici dişlərin aproksimal səthlərinin preparasiyası (III sinif).

2

18

Yan kəsici və köpək dişlərinin aproksimal səthlərinin preparasiyası (III sinif).

2

19

Yuxarı çənənin ön dişlərinin tacının kəsici kənarı zədələnməklə aproksimal səthinin preparasiyası (IV sinif).

2

20

Aşağı çənənin ön dişlərinin tacının kənarı zədələnməklə aproksimal səthinin preparasiyası (IV sinif).

2

21

Yuxarı çənənin dişlərinin boyun nahiyyəsində yerləşən boşluqların preparasiyası (V sinif).

2

22

Aşağı çənənin dişlərinin boyun nahiyəsində yerləşən boşluqların preparasiyası (V sinif).

2

23

Ön dişlərin kəsici kənarında yerləşən boşluqların preparasiyası (VI sinif).

2

24

Çeynəmə dişlərinin qabarında yerləşən boşluqların preparasiyası (VI sinif).

2

25

Diş boşluqlarının preparasiyasında buraxılan səhvlər və ağırlaşmalar.

2

Cəmi: 50

 

Stomatologiya fakültəsinin II kurs tələbələri üçün “Terapevtik stomatologiya”

fənnindən mühazirələrin mövzu planı yaz (IV semestr)

Mövzunun adı

Saat

1

Stomatoloji plomb materialları: qeyri-adheziv plomb materialları.

 

2

2

Stomatoloji plomb materialları: adheziv plomb materialları (kompozitlər və adheziv sistemlər).

2

3

Sərt toxuma defektlərinin adheziv plomb materialları ilə bərpa prinsipləri

2

4

Endodontiya haqqında anlayış. Kök kanallarının preparasiyasının metod və mərhələləri.

2

5

Endodontiya. Endodontik alətlər. Kök kanallarının irriqasiya və obturasiya prinsipləri.

2

Cəmi: 10

Stomatologiya fakültəsinin II kurs tələbələri üçün “Terapevtik stomatologiya”

fənnindən təcrübələrin mövzu planı yaz (IV semestr)

Mövzunun adı

Saat 

1

Plomb materiallarının təsnifatı.

2

2

Dişlərin plomblanmasında və plombun işlənməsində istifadə olunan materiallar və alətlər.

2

3

Müvəqqəti plomb materialları, tətbiqi üsulu.

2

4

Müalicəvi və izoləedici araqatlar istifadəsinə göstərişlər. Tətbiqi üsulları.

2

5

Mineral və polimer stomatoloji sementlər. İstifadəsinə göstərişlər, tətbiqi üsulu.

2

6

Metal plomb materialları (amalqam, Qallodent-M). Isitifadəsinə göstərişlər, tətbiqi üsulu.

2

7

Kimyəvi bərkiyən kompozit plomb materialları. İstifadəsinə göstərişlər, tətbiqi üsulu.

2

8

İşıqla bərkiyən kompozit plomb materialları. İstifadəsinə göstərişlər, tətbiqi üsulu.

2

9

I sinif kariyes boşluqlarının plomblanması.

2

10

II sinif kariyes boşluqlarının plomblanması. Matrisanın tətbiqi.

2

11

III sinif kariyes boşluqlarının plomblanması. Matrisanın tətbiqi.

2

12

IV sinif kariyes boşluqlarının plomblanması. Matrisanın tətbiqi.

2

13

V sinif kariyes boşluqlarının plomblanması.

2

14

VI sinif kariyes boşluqların plomblanması.

2

15

Dişlərin tac boşluğunun və kök kanallarının kliniki-topoqrafik quruluşunun xüsusiyyətləri.

2

16

Boşluqların açılması və genişləndirilməsi üsulu.

2

17

Kanalların apikal-koronar və koronar-apikal üsulu ilə işlənməsi.

2

18

Kök kanalları üçün müvəqqəti plomb materialları.

2

19

Kök kanalları üçün daimi plomb materialları.

2

20

Kök kanallarının pasta və bir ştift üsulu ilə plomblanması (master ştiftlə).

2

21

Kök kanallarının lateral kondensasiya üsulu ilə plomblanması.

2

22

Kök kanallarının “Termofil” sistemi ilə plomblanması.

2

23

İmpreqnasiya üsulu. Istifadəsinə göstərişlər, tətbiqi üsulu.

2

24

Elektroforez, depoforez. İstifafəsinə göstərişlər, tətbiqi üsulu.

2

25

Kök kanallarının işlənməsində və plomblanmasında buraxılan səhvlər və ağırlaşmalar.

2

Cəmi: 50

 

Stomatologiya fakültəsinin III kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən mühazirələrin mövzu planı payız (V semestr)

            

Mövzunun adı

Saat 

 1

Stomatoloji xəstəliklərin müaynə üsulları. Əsas və əlavə üsullar. Tibbi sənədlər, doldurulma qaydaları.

2

 2

Kariyesin əmələ gəlməsi haqqında müasir təsəvvürlər. Kariyesin təsnifatı, patoloji anatomiya, klinika, differensial diaqnostika, müaıicə prinsipləri.

2

 3

Dişlərin kariyesinin müalicəsi. Müxtəlif müasir üsullar və materialların tətbiqi.

2

 4

Kariyesin müalicəsi zamanı buraxılan səhvlər və ağırlaşmalar. Kariyesin profilaktikası.

2

5

Dişlərin inkişafı dövründə və inkişafından sonrakı dövrdə yaranan  qeyri-kariyes xəstəliklər. Patoloji anatomiya, klinika, differensial diaqnostika. Müalicə prinsipləri.

2

                                                                                                                                                     Cəmi: 10

 

Stomatologiya fakültəsinin III kurs tələbələri üçün “Terapevtik stomatologiya”

fənnindən təcrübələrin mövzu planı payız (V semestr)

Mövzunun adı

Saat

1

Stomatoloji xəstələrin müayinəsi. Xəstəlik tarixinin hazırlanması. Stomatoloji kabinetin sənədləri.

2

2

Diş daşlarının növləri. Onların ətraf toxumalara təsiri. Diş daşlarının təmizlənməsi.

2

3

Qeyri-kariyoz mənşəli xəstəliklərin təsnifatı.

2

4

Flüoroz. Etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika.

2

5

Hipoplaziya. Hiperplaziya. Etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika.

2

6

İrsi zədələnmələr (mərmər xəstəliyi, Steynton-Kapdepon sindromu, natamam amelogenez («qar dişləri»)). Etiologiya, klinika, diaqnostika, müalicə.

2

7

Patoloji sürtülmə. Etiopatogenez, klinika, diaqnostika, müalicə. 

2

8

Pazabənzər qüsur. Etiopatogenez, klinika, diaqnostika, müalicə.

2

9

Sərt toxumaların eroziyası. Etiopatogenez, klinika, diaqnostika, müalicə

2

10

Nekroz. Etiopatogenez, klinika, diaqnostika, müalicə.

2

11

Hiperesteziya, diskoloritlər. Etiopatogenez, klinika, diaqnostika, müalicə.

2

12

Dişlərin travması. Təsnifatlar, klinika, diaqnostika, müalicə.

2

13

Kariyesin təsnifatları (topoqrafik, ÜST, anatomik, Blek).

2

14

Qeyri-kariyoz mənşəli xəstəliklərin differensial diaqnostikası.

2

15

Dişlərin kariyesi. Kariyesin yayılması. Karioz prosesinin inkişafının əsas etioloji faktorları və patogenetik mexanizmləri. Dişlərdə kariyesin əmələ gəlməsinin müasir nəzəriyyələri.

2

16

Kariyesin ləkə mərhələsi: patoanatomiya, klinika, diaqnostika,müalicə.

2

17

Səthi kariyes. Patoanatomiya, klinika, diaqnostika, müalicə.

2

18

Orta kariyes. Patoanatomiya, klinika, diaqnostika, müalicə.

2

19

Dərin kariyes. Patoanatomiya, klinika, diaqnostika,müalicə.

2

20

Digər xəstəliklərdən kariyesin differensial diaqnostikası.

2

21

Kariyesin цmumi mцalicяsi.

2

22

Kariyesin profilaktikası.

2

23

Kariyesin müalicə və diaqnostikası zamanı buraxılan səhvlər və ağırlaşmalar. Onların profilaktikası və müalicəsi.

2

24

Kariyesin müalicəsi zamanı anesteziya üsulları.

2

25

Kariyesin müalicəsində istifadə olunan anesteziyalar zamanı buraxılan səhvlər və ağırlaşmalar.

2

                                                                                                                      Cəmi: 50

  

Stomatologiya fakültəsinin III kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən mühazirələrin mövzu planı yaz (VI semestr)

Mövzunun adı

Saat

1

Pulpanın quruluşunun anatomik fizioloji xüsusiyyətləri. Pulpanın iltihabı. Pulpitin etiologiyası, patogenezi və patoloji anatomiyası. Kəskin və xronik pulpitin klinikası.

2

2

Pulpanın həyat qabiliyyəti saxlanılmaqla pulpitin müalicəsi. Pulpitlərin vital və devital müalicə üsulları. Göstəriş və əks göstərişlər. Kök kanallarının preparasiyasının prinsipləri, metodları və obturasiyası.

2

3

Periodontun anatomik fizioloji xüsusiyyətləri. Periodontun funksiyasıları. Zirvə periodontiti etiologiyası, patogenezi və təsnifatı. Kəskin zirvə periodontitinin klinikası, diaqnostikası və differensial diaqnostikası.

2

4

 Xronik zirvə periodontitinin klinikası, diaqnostikası və differensial diaqnostikası. Xronik periodontit kəskinləşmə mərhələsində. Konservativ müalicə metodlarına göstərişlər və əks göstərişlər. Kəskin və xronik zirvə periodontitinin müalicə etapları.

2

5

Periodontitlərin müalicəsində fizioterapevtik metodlar. Pulpit və periodontitlərin müalicəsi zamanı buraxılan səhvlər və ağırlaşmalar. Ağırlaşmaların aradan qaldırılması üsulları.

2

                                                                                                                   Cəmi: 10

 

Stomatologiya fakültəsinin III kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən təcrübələrin mövzu planı yaz (VI semestr)

Mövzunun adı

Saat

1

Pulpanın anatomik-fizioloji xüsusiyyətləri. Pulpit, etiologiya, patogenez.

2

2

Pulpitin kəskin formaları. Patoanatomiya, klinika, diaqnostika, differensial diaqnostika.

2

3

Xroniki fibroz pulpit. Patoanatomiya, klinika, diaqnostika, differensial diaqnostika.

2

4

Xroniki qanqrenoz pulpit. Patoanatomiya, klinika, diaqnostika, differensial diaqnostika.

2

5

Xroniki hipertrofik pulpit. Patoanatomiya, klinika, diaqnostika, differensial diaqnostika.

2

6

Kəskinləşmiş xroniki pulpit. Klinika, diaqnostika, differensial diaqnostika.

2

7

Pulpitlərin müalicə üsulları. Bioloji üsul. Göstəriş, yerinə yetirilmə qaydaları, effektivliyinin qiymətləndirilməsi.

2

8

Pulpitlərin vital-amputasiya üsulu ilə müalicəsi. Göstəriş, işləmə qaydaları, effektivliyinin qiymətləndirilməsi.

2

9

Pulpitlərin vital-ekstripasiya üsulu ilə müalicəsi. Pulpitin birgəlişli müalicəsi Göstərişlər, müalicə qaydaları.

2

10

Pulpitin devital müalicə üsulu ilə müalicəsi. Devital ekstripasiya, göstərişlər, müalicə qaydaları.

2

11

Pulpitlərin devital amputasiya və kombinə olunmuş üsulla müalicə qaydaları. Göstərişlər. Pulpa xəstəlikləri zamanı fizioterapiya.

2

12

Pulpitlərin diaqnoz və müalicəsində buraxılan səhvlər və ağırlaşmalar.

2

13

Periodontun anatomik-fizioloji xüsusiyyətləri.

2

14

Periodontit. Etiologiya, patogenez, təsnifat.

2

15

Kəskin zirvə periodontiti. Klinika, diaqnostika, differensial diaqnostika.

2

16

Xroniki zirvə periodontiti. Klinika, diaqnostika, differensial diaqnostika.

2

17

Xroniki zirvə periodontitinin kəskinləşməsi. Klinika, diaqnostika, differensial diaqnostika.

2

18

Apikal abseslər, radikulyar kistalar.

2

19

Endodontik müalicənin əsas mərhələləri. Kök kanallarının preparasiyası, irriqasiyası və dezinfeksiyası. Plomb materialının seçilməsi və kanalın obturasiyası.

2

20

Zirvə periodontitinin müalicəsi. Konservativ müalicəyə göstəriş və əks göstəriş. Kəskin zirvə periodontitinin müalicəsi.

2

21

Kök kanalları yaxşı keçilən dişlərdə xroniki zirvə periodontitinin müalicəsi. Birgəlişli müalicə üsulu. Göstəriş və əksgöstərişlər.

2

22

Kök kanalları çətin keçilən dişlərdə xroniki zirvə periodontitinin müalicəsi. Xroniki zirvə periodontitinin kəskinləşmə mərhələsinin müalicə xüsusiyyətləri.

2

23

Zirvə periodontitinin kompleks müalicəsi. Fizioterapiyanın rolu (əhəmiyyəti).

2

24

Periodontitlərin diaqnostika və müalicəsində buraxılan səhvlər və ağırlaşmalar.

2

25

Pulpitlərin və periodontitlərin müalicəsi zamanı buraxılan səhvlərin və ağırlaşmaların profilaktikası.

2

Cəmi:  50

  

Stomatologiya fakültəsinin IV kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən mühazirələrin mövzu planı payız (VII semestr)

Mövzunun adı

Saat

1

Parodontun anatomik-fizioloji xüsusiyyətləri.

2

2

Parodont xəstəliklərinin  etio- patogenezi.

2

3

Parodont xəstəliklərinin təsnifatı. Gingivitlərin klinikası.

2

4

Parodontit. Parodontoz. Parodontun idiopatik xəstəlikləri.

2

5

Parodont xəstəliklərinin müalicəsi. Parodontoloji yardımın təşkili.

2

Cəmi 10

   

Stomatologiya fakültəsinin IV kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən təcrübələrin mövzu planı payız (VII semestr)

            

Mövzunun adı

Saat

1

Parodont toxumaların morfo-funksional xarakteristikası.

2

2

Parodont patologiyası olan xəstələrin müayinəsi.

2

3

Kataral gingivit. Kliniki mənzərə.

2

4

Xoralı-nekrotik gingivit. Kliniki mənzərə. 

2

5

Hipertrofik gingivit. Kliniki mənzərə.

2

6

Gingivitlərin differensial diaqnostikası.

2

7

Parodontitin yüngül ağırlıq dərəcəsi. Kliniki mənzərə.

2

8

Parodontitin orta ağırlıq dərəcəsi. Kliniki mənzərə.

2

9

Parodontitin ağır dərəcəli forması. Kliniki mənzərə.

2

10

Parodontitin kəskinləşməsi. Parodontal abses.

2

11

Parodontitlərin differensial diaqnostikası.

2

12

Parodontoz. Kliniki mənzərə.

2

13

Parodontun idiopatik xəstəlikləri.

2

14

Parodont xəstəliklərinin differensial diaqnostikası.

2

15

Kataral gingivitin müalicəsi.

2

16

Xoralı-nekrotik gingivitin müalicəsi.

2

17

Hipertrofik gingivitin müalicəsi.

2

18

Parodontitin yerli konservativ müalicəsi.

2

19

Parodont xəstəlikləri zamanı müvəqqəti şinləmə.

2

20

Parodontitin cərrahi müalicəsi (küretaj, açıq küretaj və s.)

2

21

Parodontitin ümumi müalicəsi.

2

22

Parodontozun müalicəsi.

2

23

Parodontun idiopatik xəstəlikəri zamanı stomatoloqun taktikası.

2

24

Parodont xəstəliklərinin profilaktikası.

2

25

Parodont patologiyası olan xəstələrin dispanserizasiyası.

2

                                                                                                          Cəmi:  50

 

Stomatologiya fakültəsinin IV kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən mühazirələrin mövzu planı yaz (VIII semestr)

Mövzunun adı

Saat

1

Ağız boşluğunun selikli qişa xəstəliklərinin təsnifatı. Mexaniki, kimyəvi zədələnmələr. Leykoplakiya.

2

2

Ağız boşluğunun selikli qişasının infeksion xəstəlikləri (Virus xəstəlikləri, Vensan stomatiti, kandidoz,vərəm, sifilis, QİÇS).

2

3

Allergik xəstəliklər: anafilaktik şok, Kvinke ödemi. Çoxformalı eksudativ eritema, xroniki aftoz stomatit.

2

4

Sistem xəstəlikləri (mədə-bağırsaq, ürək-damar, endokrin patologiyalar. Qanyaradıcı orqanların xəstəlikləri: polisetemiya, trombositopeniya, anemiyalar). Leykozlar.         

2

5

Dermatozlar. Qlossalgiya. Xeylitlər – dodağın qırmızı haşiyəsinin xəstəlikləri.     Xərçəngönü xəstəliklər.

2

                                                                                                                          Cəmi: 10

 

Stomatologiya fakültəsinin IV kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən təcrübərələrin mövzu planı yaz (VIII semestr)

Mövzunun adı

Saat

1

Ağız  boşluğu selikli qişasının anatomik-fizioloji xüsusiyyətləri.

2

2

Ağız boşluğunun selikli qişa xəstəliklərinin müayinə metodları. Zədələnmə elementləri.

2

3

Ağız boşluğu selikli qişasının mexaniki və kimyəvi zədələnmələri.

2

4

Ağız boşluğu selikli qişasının fiziki travmaları.

2

5

Şüa xəstəliyi zamanı ABSQ-da dəyişikliklər.

2

6

Leykoplakiya.Klinika, diaqnostika və müalicəsi.

2

7

Virus xəstəlikləri. Adi herpes, xroniki residivləşən herpes.

2

8

Kəmərləyici herpes.

2

9

Herpangina. Dabaq. Kəskin respirator xəstəlikləri.                                                                                                     

2

10

QİÇS xəstəlikləri zamanı ağız boşluğunun    selikli qişasında  olan dəyişikliklər.

2

11

Vensanın xoralı-nektorik stomatiti.

2

12

ABSQ-da vərəmin təzahürü. ABSQ-da sifilisin təzahürü.

2

13

ABSQ-da kandidozun təzahürü.

2

14

Çoxformalı eksudativ eritema.

2

15

Xroniki residivləşən avtoz stomatit.

2

16

Mədə-bağırsaq sistem patologiyası zamanı ABSQ-da dəyişikliklər.

2

17

Endokrin patologiya (şəkərli diabet, qalxanvari vəzin xəstəlikləri və s.)  zamanı ABSQ-da dəyişikliklər.

2

18

Qanyaradıcı sistemin xəstəliklərinin ağızda təzahürləri.                                                           

2

19

Sinir sistemi xəstəlikləri zamanı ABSQ-da dəyişikliklər. Qlossalgiya.

2

20

Qırmızı yastı dəmrov.

2

21

Pemfiqus vulqaris. Pemfiqoid.

2

22

Dilin xəstəlikləri.

2

23

Dodağın qırmızı haşiyəsinin xəstəlikləri. Xeylitlər.

2

24

Ağız boşluğunda selikli qişada obliqat xərçəngönü xəstəliklərin təzahürü.

2

25

Ağız boşluğunda selikli qişada fakultətiv xərçəngönü xəstəliklərin təzahürü.

2

                     Cəmi 50

 

Stomatologiya fakültəsinin V kurs tələbələri üçün “Terapevtik stomatologiya”

fənnindən mühazirələrin mövzu planı payız (IX semestr)

Mövzunun adı

Saat

 1

Dişlərin iltihabi xəstəliklərinin (pulpit, periodontit) endodontik müalicəsinin müasir aspektləri.         

2

 2

Endodontik alətlər, onların növləri. Kanalların endodontik işləmə və doldurulma üsulları, istifadə olunan plomb materialları       

2

 3

Endodontik müalicədə buraxılan səhvlər və ağırlaşmalar. Onların profilaktikası

2

 4

Parodont xəstəliklərinin təsnifatı, etiologiyası, patomorfologiyası, klinikası və differensial diaqnostikası.

2

 5

Parodont xəstəliklərinin müalicə metodları.

2

        Cəmi: 10

  

Stomatologiya fakültəsinin V kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən mühazirələrin mövzu planı yaz (X semestr)

Mövzunun adı

Saat

1

Kariyesin müasir nəzəriyyələri.

2

2

Kariyes. Klinika və müalicəsi.

2

3

Pulpit. Etiologiya və patogenez

2

4

Pulpit . Klinika və müalicəsi.

2

5

Periodontit. Etiologiya və patogenez.

2

6

Periodontit. Klinika və müalicəsi.

2

7

Parodontit, parodontoz. Parodontun idiopatik xəstəlikləri. Klinikası, differensial diaqnostikası.

2

8

Parodont xəstəliklərinin müalicəsi və profilaktikası.

2

9

Selikli qişa xəstəliklərinin etiologiya və patogenezi (patogen faktorlar, ağız boşluğunun müdafiə faktorları – qeyri-spesifik, spesifik). Zədələnmə elementləri və təsnifat. 

2

10

Ağız boşluğu selikli qişasında təzahür edən əsas xəstəliklər: infeksion, allergik, sistem. ABSQ və dodağın qırmızı haşiyəsinin xərçəngönü xəstəlikləri və onların müalicə prinsipləri. 

2

        Cəmi: 20

  

Stomatologiya fakültəsinin V kurs tələbələri üçün “Terapevtik stomatologiya”

 fənnindən təcrübələrin mövzu planı yaz (X semestr)

Mövzunun adı

Saat 

1

Dişin inkişaf dövründə əmələ gələn qeyri kariyoz xəstəliklər. Müalicə xüsusiyyətləri. Dişlər çıxdıqdan sonra əmələ gələn qeyri kariyoz zədələnmələr. Müalicə xüsusiyyətləri.

7

2

Kariyes. Klinika, differensial diaqnostika, profilaktika.

7

3

Kariyesin müalicəsi. Müasir plomb materialları, adgeziv sistemlər.

7

4

Pulpitin müasir təsnifatları, klinikası, differensial diaqnostikası.

7

5

Periodontitlərin müasir təsnifatları. Klinika, differensial diaqnostika.

7

6

Müasir endodontik alətlər, cihazlar və işləmə prinsipləri. Pulpit və periodontitlərin müalicə prinsipləri.

7

7

Parodont xəstəliklərinin təsnifatları. Gingivit: formaları, klinikası, differensial diaqnostikası. Ümumi və yerli müalicə prinsipləri.

7

8

Parodontitin klinikası, differensial diaqnostikası. Ümumi və yerli müalicə prinsipləri.

7

9

Parodontoz: klinikası, differensial diaqnostikası. Ümumi və yerli müalicə prinsipləri. Parodontun idiopatik xəstəlikləri və parodontomalar.

7

10

QİÇS: təzahürləri və profilaktikası.

7

11

Buynuzlaşma ilə müşayət edilən xəstəliklərin ABSQ-da təzahürü (qırmızı yastı dəmirov, leykoplakiya,  qurd eşənəyi )

7

12

Qovuğun əmələ gəlməsi ilə müşayət edilən xəstəliklərin ABSQ-da təzahürü. Pemfiqus.

7

13

Xərçəngönü xəstəliklərin təsnifatı. ABSQ-nin obliqat prekanserozları. ABSQ-nin fakultativ prekanserozları.

7

14

Dodağın qırmızı haşiyəsinin obliqat prekanserozları. Dodağın qırmızı haşiyəsinin fakultətiv prekanserozları

7

                                                                                                                                               Cəmi: 100

 

METODİKİ   TƏMİNAT:

1. A.M. Səfərov, F.Y. Məmmədov, Ş.R. Yusubova «Therapeutic dentistry», dərs vəsaiti (ingilis dilində), Bakı – 2012, 279 s.

2. E.Q. Tariverdiyeva, F.Ə. Musayev, G.V. Hüseynova «Ağızın selikli qişa xəstəlikləri», Dərs vəsaiti, Bakı, 2013, 187 s.

3. F.Y. Məmmədov, A.M. Səfərov «Dental Caries», dərs vəsaiti, Bakı-2010, 115 s.

4. R.M. Məmmədov, B.M. Həmzəyev, «Parodont xəstəlikləri», dərs vəsaiti, Bakı-2012, 135 s.

5. R.M. Məmmədov, R.K. Qasımov, K.L. Aslanov, Q.X. Əliyev, Z.O. İbrahimov, M.X. İbrahimov «Terapevtik stomatologiyanın propedevtikası», dərs vəsaiti, Bakı-2011, 293 s.

6. R.M. Məmmədov, A.Ç. Paşayev, B.M. Həmzəyev, V.M. Həsənov, «Terapevtik stomatologiya», Dərslik, Bakı-2017, 665 s.

7. V.M. Həsənov «Terapevtik stomatologiya» (Təməl biliklər). Dərs vəsaiti. Bakı -2010, 448 s.

8. V.M. Həsənov «Terapevtik stomatologiya» (Dişin sərt toxumalarının xəstəlikləri), Bakı -2012, 376 s.

9. А.И. Николаев, Л.М. Цепов Практическая Терапевтическая Стоматология, Москва, «Медпресс-информ», 2014, 928 с.

10. В.С. Иванов «Заболевания пародонта», Москва -1989, 277 с.

11. «Терапевтическая стоматология» под редакцией В.В. Боровского, Москва -2003, 840 с.

 

TEXNİKİ  TƏCHİZAT:

 Tədris mərkəzinin təhcizatları, stomatoloji avadanlıq, avtoklav, stomatoloji alətlər, fantom dişlər, burqaclar, plomb materialları, fayllar