Mövzu: «Əhalinin müxtəlif qrupları arasında stomatoloji patologiyaların yayılma xüsusiyyətlərinin öyrənilməsi və müalicə-profilaktika vasitə və metodlarının təkmilləşdirilməsi»
Elmi rəhbər: t.ü.e.d., professor A.Ç. Paşayev
İcraçılar: Kafedranın bütün əməkdaşları, o cümlədən
2 nəfər –tibb üzrə elmlər doktoru, professor
9 nəfər –tibb üzrə fəlsəfə doktoru, dosent
22 nəfər –tibb üzrə fəlsəfə doktoru, assistent
8 nəfər –elmi dərəcəsi olmayan assistent
Terapevtik stomatologiya kafedrasında diş, dişətrafı toxumalar və ağız boşluğu selikli qişa xəstəliklərinin yayılma xüsusiyyətləri, etiologiyası, patogenezi və müalicə məsələləri araşdırılır. Bu problemlərə dair bir sıra uğurlu nəticələr əldə edilmişdir.
Elmi tədqiqatın mövzuları terapevtik stomatologiyanın müasir aktual problemlərinin öyrənilməsinə yönəlmişdir.Yeni müalicə üsullarının yaradılmasına və mövcud üsulların təkmilləşdirilməsinə mühüm yer ayrılır ki, bu da öz əksini elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarında, tədris-metodik təvsiyyələrdə, dərsliklərdə tapmışdır.
Terapevtik stomatologiya kafedra əməkdaşları tərəfindən respublika və xarici jurnallarda çoxsaylı elmi məqalə nəşr etdirilmişdir. Kafedra əməkdaşları bir çox beynəlxalq stomatoloji kurslarda, konfrans və konqreslərdə iştirak etmişlər.
Kafedrada 40-dan artıq tibb üzrə elmlər doktorluğu və fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün dissertasiyalar uğurla müdafiə edilmişdir.
Terapevtik stomatologiya kafedrasında bugün də doktorantura və iddiaçılıq yolu ilə müxtəlif mövzularda dissertasiyalar yerinə yetirilir.