2021-2025-ci illər üçün yeni elmi tədqiqat işi planlaşdırılmışdır.
Mövzu – "Tələbə və idmançı gənclərin qidalanma statusu və sağlamlığının tətqiqi və gigiyenik qiymətləndirilməsi"
Elmi rəhbər – dos. Əhmədov İ.R.
Məsul icraçılar – prof. M.A. Kazımov, dos. Ş.X. Səmədov
İcraçılar – dos. Q.M. Hacıyeva, dos. S.F. Fətullayeva, dos. A.A. Abdullayeva, dos. F.M. Əli, dos. Q.S. Qəniyeva, b/m. N.V. Əliyeva, ass. A.B. Vəlibəyova, ass. İ.F. İslamzadə, ass. V.M. Kazımova
Sağlamlıq hər bir şəxsin və ümumilikdə götürdükdə cəmiyyətin heç bir ölçü vahidi ilə dəyərinin qiymətləndirilməsi mümkün olmayan varidatı, bədən tərbiyəsi və idman isə saysız-hesabsız xəstəliklərin ən effektiv profilaktikası tədbirlərindən biri olmaqla bərabər həm də şəxsiyyətin formalaşmasında aparıcı təsir göstərən amillərdəndir.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilir, nəinki paytaxtda və iri şəhərlərimizdə, həmçinin ən ucqar regionlarda belə müxtəlif idman qurğuları, olimpiya kompleksləri inşa olunmuş, respublikamız müxtəlif Beynəlxalq idman yarışlarına ev sahibliyi edir, idmançılarımızın Dünya və Avropa çempionatlarında müvəffəqiyyətləri ilbəil artır, onların rəşadəti sayəsində üçrəngli bayrağımız dünyanın nüfuzlu yarışlarında dalğalandırılır, himnimiz səsləndirilir.
Bədən tərbiyəsi və idman insanın çətinlikləri asanlıqla aradan qaldırmasına kömək edir, bizim müxtəlif həyatı məsələləri həll etməyimizə, nəzərəçarpan gərginlikləri aradan qaldırmağımıza imkanı yaradır, insanın fəal uzunömürlülüyümü təmin edir.
Idman və sağlam həyat tərzi bir-biri ilə sıxı surətdə əlaqəlidir. Təsadüfi deyildir ki, Beynəlxalq Səhiyyə Təşkilatı sağlamlığı tam fiziki, mənəvi və sosial xöşbəxtlik kimi qiymətləndirir. Bunu “Sağlam bədəndə sağlam ruh olar” məhşur el misalı bir daha təsdiq edir.
İşin məqsədi – Əsasən həyat tərzində hipokineziya və yüksək psixiki-emosional stress təsirinə məruz, I və II fiziki fəallıq-yüngül fiziki əmək qruplarına mənsub əhali (Universitet tələbələri), həmçinin yüksək enerji itkisinə və stress təsirinə məruz əhali qrupuna mənsub bir qisim insanların (idmançılar) orqanizminin faktiki qidalanma göstəriciləri, qidalanma vərdişləri, qidalanma və mikronutrient statuslarını, qidalanma ilə əlaqədar sağlamlıq vəziyyətini əks etdirən bəzi göstəriciləri öyrənmək, rasionlarının məhsul toplusunun, faktiki qida rasionlarının kimyəvi tərkibi və qida dəyərinin orta göstəricilərini hesablayıb təhlil etmək, qidalanmaları ilə enerji sərfinin adekvatlıq səviyyəsini müqayisəli qiymətləndirmək olmuşdur.
Tədqiqat obyekti – tələbələr, idmançı gənclər.
İcra müddəti – 2021-2025 ci il.
Fəaliyyət 2 istiqamətdə planlaşdırılmışdır:
Iş I. Tələbə və idmançı gənclərin qidalanması və sağlamlığının gigiyenik müayinəsi və qiymətləndirilməsi
Mərhələ 1. Mövzuya aid ədəbiyyat məlumatların toplanması və təhlili
Mərhələ 2. Mövzuya aid tətqiqat üsullarının seçilməsi və aprobasiyası
Mərhələ 3. Tələbə və idmançı gənclərin qidalanmasının adekvatlığının tətqiqi
Mərhələ 4. Tələbə və idmançı gənclərin qidalanması ilə əlaqədar sağlamlıq vəziyyətinin tətqiqi
Mərhələ 5. Müayinə olunan kontingentin qidalanma statusu və sağlamlıq göstəriciləri arasında əlaqələrin müəyyən olunması və gigiyenik qiymətləndirilməsi
Iş II. Müayinə olunan kontingentin mineral maddələrlə təminatının gigiyenik müayinəsi və qiymətləndirilməsi
Mərhələ 1. Mövzuya aid ədəbiyyat məlumatların toplanması və təhlili
Mərhələ 2. Mövzuya aid tətqiqat üsullarının seçilməsi və aprobasiyası
Mərhələ 3. Bakı şəhəri və Bakı ətrafı yaşayış məntəqələrində yaşayan tələbə və idmançı gənclərin orqanizminin qidalanma və içməli su vasitəsilə mineral maddələrlə təminatının tətqiqi
Mərhələ 4. Bakı şəhəri və Bakı ətrafı yaşayış məntəqələrində yaşayan tələbə və idmançı gənclərin mineral maddələrlə təminatı ilə əlaqədar sağlamlıq vəziyyətinin tətqiqi
Mərhələ 5. Müayinə olunan kontingentin mineral maddələrlə təminatı və sağlamlıq göstəriciləri arasında əlaqələrin müəyyən olunması və gigiyenik qiymətləndirilməsi. Mövzuya aid yəkun hesabatın hazırlanması və təqdimatı
Kafedrada aparılan elmi-tədqiqat işləri
2001-2005-ci illərdə – "Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları arasında alimentar patologiyaların inkişafında qidalanmanın rolu və və müasir şəraitdə profilaktika yolları" (mikronutrientlər çatışmazlığı: YÇX, DDA və A vitamin)
2006-2010-cu illərdə – "Müxtəlif əhali qrupları arasında yod defisitinin səviyyəsinə duzun universal yodlaşdırılması proqrammı tətbiqinin effektivliyinin qiymətləndirilməsi"
2011-2015-ci illərdə – “Müxtəlif peşə qruplarından olan qadınların faktiki qidalanmalarının və mikronutrient statusunun öyrənilməsi”
2015-2020-ci illərdə – "Bəzi əhali qruplarının (zehni əmək işçiləri və idmançılar) enerji sərfi və qidalanmalarının öyrənilməsi, Milli qidalanma normalarının işlənməsi"