Elmi-pedaqoji kadr hazırlığı

1.    Kafedranın dosenti t.ü.f.d. S.Q.Xanməmmədova “Uşaqlarda metabolik sindromun klinik – metabolik aspektləri və ürəyin remodelləşməsinin xüsusiyyətləri” mövzusunda tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi yerinə yetirir (elmi məsləhətçi prof. İ.İ.İsayev).
2.    Kafedranın assistenti t.ü.f.d. M.M. Fətəliyeva “Ürəyin kicik inkişaf anomaliyası olan uşaqlarda kardioritmlərin variabelliyinin, miokardın funksional və elektrofizioloji remodelləşməsinin vəziyyəti və onların korreksiyası” mövzusunda tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi yerinə yetirir (elmi məsləhətçi prof. İ.İ.İsayev).
3.    Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Rzayeva Rəna Əzizağa qızının “Комплексное изучение морфо-функционального состояния сосудистой стенки магистральных сосудов артериального русла у больных сахарным диабетом 2 типа с метаболическим синдромом и без него с оптимизацией фармакологической терапии” movzusunda tibb elmləri doktoru dərəcəsi almaq üçün dissertasiya işi üzərində işləyir (elmi məsləhətçi  t.e.d., prof. Y.Z.Qurbanov
4.    Kafedranin baş laboranti Sultanovava Ləman Bəxtiyar qızı “Şəkərli diabet tip 1 li uşaqlarda ürək ritminin variabelliyinin və miokardın elektrofizioloji remodelləşmə xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya işi üzərində işləyir (elmi rəhbər prof. İ.İ.İsayev).
5.    Kafedranin baş laboranti Abdullayeva Aynur Əli qızı “Hiss dəstəsinin sağ ayaqcığının idiopatik blokdası olan uşaqlarda ürək ritminin variabelliyinin və mədəciklərinin elektrik sabitliyinin vəziyyəti” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya işi üzərində işləyir (elmi rəhbər prof. İ.İ.İsayev). 


Kafedrada hazırlanan dissertantlar və doktorantlar:

1.    Kafedranın doktorantı Süleyman Nigar Zeyqəm qızı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qastrointestinal şikayətləri olan şəxslərdə endoskopik və histo-morfoloji müayinələrin nəticələrinin müqayisəli qiymətləndirilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya işi başa çatdırılıb. Elmi iş ED 2.27 Dissertasiya şurasında rəsmi müdafiə  olunub və AAK 3205.01 – “Daxili xəstəliklər” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermək haqqında vəsadət qaldırılıb və  iddiaçının sənədləri göndərilib (elmi rəhbər  t.e.d., prof. Y.Z.Qurbanov).
2.    Kafedranin dissertantı Məmmədova Zərifə İsbəndiyar qızı “Ürək ritminin pozğunluğu olan uşaqlarda miokardın bioelektrik fəallığının homogenliyinin və sol mədəciyin remodelləşmə” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya işini tamamlamışdır və kafedralararası iclasda  ilkin müzakirəsı aparılıb (elmi rəhbər prof. İ.İ.İsayev). 
3.    Kafedrasının doktorantı Mehriban Ağakişi qızı İsgəndər tibb üzrə fəlsəfə  doktoru elmi dərəcəsi almaq üçün “Prediabet və şəkərli diabet tip 2 zamanı arterial hipertenziyanın rastgəlmə tezliyi və kardiovaskulyar riskin qiymətləndirilməsi” dissertasiya movzusu üzərində işləyir (Elmi rəhbərlər:  t.e.d., professor Y.Z.Qurbanov və  t.e.d.V.A.Mirzəzadə).
4.    Kafedranın doktorantı t.ü.f.d. Alməmmədov Fazil Çoban oğlu tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Kardiorenal sindromlu xəstələrin klinik-epidemioloji xarakteristikası, müayinə və müalicə tədbirlərinin təkmilləşdirilməsi” dissertasiya movzusu üzərində işləyir.