Avropa Kredit Transfer Sistemi üzrə təhsil alan tələbələrin biliyi çoxballı şkala üzrə qiymətləndirilir. Tələbə fənn üzrə maksimum 100 bal toplaya bilər. Bu balların 50-si tələbənin semestr ərzindəki fəaliyyətinə, 50-si isə yekun imtahanın nəticələrinə görə toplanır.
Semestr ərzində tələbənin fəaliyyətinə verilən 50 bal aşağıdakıları nəzərə almaqla müəyyənləşdirilir:
- Dərsə davamiyyətə görə -10 bal
- Sərbəst işlərə görə -10 bal
- Gündəlik sorğuların (nəzəri biliklərin və bacarıqların) nəticələrinə görə - 30 bal
Gündəlik (cari) qiymətləndirməni təkmilləşdirmək məqsədilə 2018/19-cu tədris ilindən etibarən I kursdan başlayaraq tələbələrin biliyinin aralıq qiymətləndirilməsi tətbiq edilir. Buna əsasən gündəlik (cari) qiymətləndirmənin yeni Qaydaları tətbiq olunur.
Fənnin semestrdəki mövzu planı məntiqi olaraq 3 hissəyə bölünür, hər hissənin sonunda sorğu məşğələ (kollokvium) əlavə edilir. Tələbələrin hər bir fənn üzrə nəzəri biliklərdən semestr ərzində topladığı bal (maksimum 30 bal) 1-ci, 2-ci və 3-cü sorğuların (kollokviumların) qiymətləri cəmindən ibarət olmaqla xüsusi qaydada hesablanır:
1-ci və 3-cü sorğu (kollokvium) qrup müəllimi tərəfindən ənənəvi qaydada 10 ballıq sistemlə qiymətləndirilir, müəllimin dərs jurnalında və elektron jurnalda qeyd edilir.
2-ci sorğu (aralıq qiymətləndirilmə) mərkəzləşdirilmiş qaydada İmtahan Mərkəzində semestrin 10-cu həftəsində keçirililir. Bura həm də 1-ci sorğuya aid materiallar da daxil edilir. Tələbələr hər bir fənn üzrə 1-ci və 2-ci sorğuya (kollokviuma) aid materiallar üzrə 20 test tapşırığına 30 dəq müddətində cavab verir. Hər bir test tapşırığı 1 balla qiymətləndirilir, beləliklə, aralıq qiymətləndirmə nəticəsində tələbələr maksimum 20 bal toplaya bilər. Səhv cavablar duzgun cavabların sayına təsir etmir.
Tələbələrin hər bir fənn üzrə nəzəri biliklərdən semestr ərzində topladığı bal aşağıdakı qaydada hesablanır: 1-ci və 3-cü sorğudan alınmış ballar toplanılaraq ikiyə bölünür və tələbənin aralıq qiymətləndirmə nəticəsində əldə etdiyi bala əlavə olunur.
2018/19-cu tədris ilindən etibarən tələbələrin fənn üzrə dərsə davamiyyətinə görə balların hesablanması aşağıdakı cədvələ müvafiq aparılır:
Kreditlər |
Saat |
10 bal |
9 bal 10%-ə qədər |
8 bal 20%-ə qədər |
İmtahana buraxılmır |
2 |
30 saat |
0 saat |
1-3 saat |
4-6 saat |
7 saat və çox |
3 |
45 saat |
0 saat |
1-5 saat |
6-9 saat |
10 saat və çox |
4 |
60 saat |
0 saat |
1-6 saat |
7-12 saat |
13 saat və çox |
5 |
75 saat |
0 saat |
1-8 saat |
9-15 saat |
16 saat və çox |
6 |
90 saat |
0 saat |
1-9 saat |
10-18 saat |
19 saat və çox |
7 |
105 saat |
0 saat |
1-11 saat |
12-21 saat |
22 saat və çox |
8 |
120 saat |
0 saat |
1-12 saat |
13-24 saat |
25 saat və çox |
9 |
135 saat |
0 saat |
1-14 saat |
15-27 saat |
28 saat və çox |
10 |
150 saat |
0 saat |
1-15 saat |
16-30 saat |
31 saat və çox |
2018/19-cu tədris ilindən etibarən mühazirələrin 40%-dən çoxunda iştirak etməyən tələbə (təcrübi, yaxud seminar məşğələlərə davamiyyətdən asılı olmayaraq) həmin fənndən imtahana buraxılmır. Mühazirələrdən buraxılan dərslərin həmin faizinin hesablanması aşağıdakı cədvələ müvafiq aparılır:
Mühazirələrin sayı
|
Mühazirələrə ayrılan ümumi saatlar
|
İmtahana buraxılmır (mühazirələrdən buraxılan saatlar) |
2 |
4 saat |
2 saat və çox |
3 |
6 saat |
3 saat və çox |
4 |
8 saat |
4 saat və çox |
5 |
10 saat |
5 saat və çox |
6 |
12 saat |
5 saat və çox |
7 |
14 saat |
6 saat və çox |
8 |
16 saat |
7 saat və çox |
9 |
18 saat |
8 saat və çox |
10 |
20 saat |
9 saat və çox |
15 |
30 saat |
13 saat və çox |