Təhsilin Keyfiyyətinin Təminatı haqqında Bəyannamə

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

TƏHSILIN KEYFIYYƏTININ TƏMINATI SISTEMI

BƏYANNAMƏ
Bəyannamə Azərbaycan Tibb Universitetinin Elmi
Şurasının 27 fevral 2017-ci il tarixli qərarı və
Mərkəzi Metodik Komissiyanın 15 fevral 2017-ci il tarixli qərarı
(protokol № 2) ilə qəbul edilmişdiR

BAKI – 2017

Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı haqqında bəyannamə Avropa Ali Təhsil Məkanında (EHEA) Keyfiyyətin Təminatı (ENQA) prinsipləri əsasında hazırlanmışdır. Bəyannamə 7 bənddən ibarətdir.
1. Təhsilin keyfiyyəti sahəsində siyasət
2. Tədris prosesinin və təhsil proqramlarının keyfiyyət təminatı
3. Tələbələrin qiymətləndirilməsinin keyfiyyət təminatı
4. Müəllim heyətinin keyfiyyət təminatı
5. Təlim resursları və tələbələrə dəstək mexanizmləri
6. Məlumat (informasiya) sistemləri
7. Məlumatların ictimaiyyətə çatdırılması
 
1. Təhsilin keyfiyyəti sahəsində siyasət
Azərbaycan Tibb Universitetinin təhsilin keyfiyyəti sahəsində siyasəti cəmiyyətin və dövlətin bu günkü tələblərinə uyğun yaradıcı düşüncəyə malik, tibbin ayrı-ayrı sahələri üzrə inkişafını planlaşdıra, onu reallaşdıra və inlişaf etdirə bilən, gələcəkdə yüksək ixtisaslı mütəxəsis kimi fəaliyyət göstərə biləcək həkim və əczaçı kadrlarının səmərli hazırlanma sisteminin yaradılması və təşkilindən ibarətdir. Təhsilin keyfiyyəti sahəsində siyasət, onun strategiyası və prosedurları rəsmi statusa malikdir və hamı üçün açıqdır, tələbələr və digər maraqlı tərəflərin bu siyasətdə iştirakı təmin olunur.
Təhsilin keyfiyyəti sahəsində siyasət aşağıdakı prinsiplərlə reallaşır:
    Keyfiyyətin təminatı sisteminin (KTS) təşkili
    Universitetin keyfiyyət və standartlarının strategiyasının müəyyənləşdirilməsi
    Universitetdə təhsilinin elmi axtarışlarla qarşılıqlı əlaqəsinin təmin edilməsi
    Fakultələrin, kafedraların və digər təşkilat vahidlərinin, eləcə də ayrı-ayrı fərdlərin keyfiyyətin təminatı üçün məsuliyyət daşıması
    Keyfiyyətin təminatına tələbələrin cəlb edilməsi
    Təhsilin keyfiyyəti siyasətinin yerinə yetirilməsi, onun üzərində nəzarət və onun yoxlanılması yollarının müəyyənləşdirilməsi
2. Tədris prosesinin və təhsil proqramlarının keyfiyyət təminatı
Standart. Təhsil müəsisəsi təhsil proqramlarının təsdiqi, dövrü olaraq nəzarət edilməsi və yoxlanılması üçün mexanizmlərə malik olmalıdır.
Təlimatlar:
Tələbələrin və digər maraqlı tərəflərin ali təhsilə etibarını qazanmaq üçün təhsil proqramları dəqiq planlaşdırılmalı, dövrü olaraq nəzarət edilməli və yeniləşdirilməlidir. Təhsil proqramlarının keyfiyyət təminatı üçün aşağıdakılar nəzərdə tutulur:
    Mükəmməl planlaşdırılmış təlim nəticələrinin hazırlanması.
    Kurikulum və proqramların dəqiq layihələndirilməsi.
    Proqramlarının dövrü olaraq yoxlanılması
    Tədris prosesinin layihələndirilməsi, planlaşdırılması və həyata keçirilməsi
    Tələbələrin inkişaf və nailiyyətlərinin monitorinqi
    Tədris prosesinə dair tələbələrin fikirlərinin monitorinqi
    Oxşar təhsil müəsisələrinin müvafiq mütəxəssislərindən proqramlara müntəzəm olaraq rəy alınması
    İşə götürənlər və aidiyyatı olan digər qrumlardan rəylərin alinması
3. Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin keyfiyyət təminatı
Standart. Tələbələrin bilik və bacarıqları bəyan edilmiş (dərc olunmuş) meyarlarla obyektiv, ardıcıl və müntəzəm qiymətləndirilməlidir.
Təlimatlar:
Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi ali təhsilin ən lazımlı elemetlərindən biridir, onların gələcək karyerasını müəyyənləşdirən mühüm ünsürdür, həmçinin təhsilin effektivliyi haqqında mühüm məlumatların alınmasını təmin edir. Tələbələrin qiymətləndirilməsində aşağıdakı prinsiplərə əməl edilir:
    Qiymətləndirilmə meyarları qarşıya qoyulmuş təlim nəticələrinə və digər proqram məqsədlərinə nə dərəcədə nail olunmasını yoxlamaq üçün hazırlanır;
    Prinsipləri aydın və bəyan edilmiş (dərc olunmuş) qiymətləndirmə üsullarından istifadə edilir
    Qiymətləndirmə üsulları təlim nəticələrinin əldə olunması və peşə hazırlığı üçün tələbələrin lazımi bilik və bacarıqlarının olmasını müıəyyənləşdirir;
    Qiymətləndirilmə zamanı bilik və bacarıqlar diaqnostik, formativ (kreativ) və summativ (bütün detalları nəzərə almaqla) qiymətləndirilir;
    Qiymətləndirmə zamanı ancaq imtahan vasitəsilə mühakimə yürüdülmür. İstifadə edilən bütün ölçmə-dəyərləndirmə üsullarının nəticələri ümumiləşdirilir. Yekun qiymət tələbələrin imtahan qiymətləri, gündəlik sorğuların (bacarıqların) qiymətləndirilməsinin nəticələri, sərbəst işlər və davamiyyətə görə verilən balların cəmindən ibarət olur.
    Tələbənin xəstələndiyi, yaxud onun imtahanda iştirak edə bilmədiyi dıgər hallarda və şəraitlərdə təkrar imtahan aparılması xüsusi Qaydalarla tənzimlənir və tələbələrin nəzərinə çatdırılır;
4. Müəllim heyətinin keyfiyyət təminatı  
Standart. Təhsil müəsisəsi  özünü peşəkar və kompetent müəllim heyəti ilə təmin etmək üçün müəyyən yollara və üsullara malik olmalıdır. Müəllim bütün tələbələr üçün əlçatan olan öyrənmə mənbəyi olmaqla tədris etdiyi sahədə mükəmməl bilik və bacarığa malik olmalı, bunları tələbələrə öyrətməyi, tələbələrin əldə etdikləri bilikləri və bacarıqları qiymətləndirməyi bacarmalıdır.
Təlimatlar:
    Universitet tədris prosesini həyata keçirmək üçün tədris heyətinə malikdir. Bura müəllimlər, eləcə də yardımçı heyət (baş laborant, laborant, preparator və s.) daxildir.
    Müəllim heyəti ilə təminat (müəllimlərin işə qəbulu) prosedurları onların minimum lazımi kompetensiyaları nəzərə alınmaqla aparılır.
    Universitet müəllimləri müsabiqə yolu ilə seçki əsasında hər 5 idən bir seçilir. Müsabiqənin vaxtı və şərtləri universitet qəzetində və saytında 1 ay əvvəl elan edilir.
    Universitetin müəllim heyəti kompetensiyaları necə yerinə yetirməsindən asılı olaraq reytinq balları ilə qiymətləndirilir. Müəllimlərin qiymətləndirilməsi qəbul edilmiş Əsasnamə üzrə xüsusi Komissiya təfindən aparılır. Reytinq ballarına müəllimlərin tələbələr tərəfindən anket sorğusu vasitəsilə qiymətləndirilməsinin nəticələri də daxil edilmişdir.
    Müəllim heyəti müəllimlik kompetensiyalarını daim inkişaf etdirir və genişləndirir. Öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən müəllimlər xüsusi qaydada mükafatlandırılır.
    Universitet zəif müəllimləri öz kompetensiyalarını lazımi səviyyəyə yüksəltmək imkanları ilə təmin edir.
    Universitet öz vəzifələrini lazıminca yerinə yetirə bilməyən və kompetensiyalarını yaxşılaşdırmağa səy göstərməyən müəllimləri vəzifəsindən kənar etmə hüququna malikdir.
5. Təlim resursları və tələbələrə dəstək mexanizmləri
Standart. Təhsil müəsisəsi təhsil prosesində tələbələri müvafiq resurslarla və dəstək mexanizmləri ilə təmin etməlidir.
Təlimatlar:
    Universitet tələbələri öyrənməyə yardımçı olan digər resurslarla (kitabxanalar, təlim mərkəzləri, laboratoriyalar, kompyuterlər və s.) da təmin edir.
    Tələbələrə dəstək mexanizmlərinin insan resurslarına məsləhət və tütor xidmətləri daxildir.
    Təlim resursları və tələbələrə digər dəstək xidmətləri tələbələrin ehtiyaclarına görə planlaşdırılır və hər bir tələbə üçün əlçatandır.
    Universitet tələbələrə dəstək xidmətlərinin effektivliyinə və əlyetərli olmasına dövrü olaraq nəzarət edir, yoxlayir və təkmilləşdirir
6. Məlumat (informasiya) sistemləri
Standart. Təhsil müəsisəsi təhsil proqramlarının və digər fəaliyyətlərin effektli idarə edilməsi üçün müvafiq məlumatların toplanması, onların təhlili və istifadəsini təmin etməlidir.
Təlimatlar:
Universitetin özünütəhlili, yəni özü haqındakı məlumatları təhlil etməsi effektli keyfiyyət təminatının əsasıdır. Universitetin öz fəaliyyəti haqqındakı məlumatların toplanması və təhlili mexanizmlərinə malik olması zəruridir. Bu olmadan nə yaxşı işləyir?, nəyə diqqət yetirilməlidir? kimi suallara cavab vermək, eləcə də innovativ islahatların nəticəsi haqqında məlumat almaq mümkün deyil. Universitetin keyfiyyətlə bağlı məlumat sistemi aşağıdakı məlumatların cəmindən ibarətdir:
    Tələbələrin proqresi və müvəffəqiyyət göstəriciləri
    Tələbələrin təhsil proqramlarından razılığı (məmnunluğu)
    Tədrisin effektivliyi
    Tələbə populyasiyasının profili
    Təlim resurslarının əldə edilməsi və onlara çəkilən xərclər
    Məzunların işlə təminatı
    Universitetin özünü Avropa Ali Təhsil Məkanında (EHEA) olan oxşar universitetlə müqayisə etməsinin nəticələri. Bu, universitetin fəaliyyətinin yaxşılaşdırilmasına hesablanmış bir müqayisədir.
7. Məlumatların ictimaiyyətə çatdırılması
Standart. Təhsil müəsisəsi bütün proqram və qərarlarını, eləcə də digər fəaliyyət sahələrində kəmiyyət və keyfiyyət göstəriciləri haqqında obyektiv məlumatları dərc etməli və onu dövrü olaraq yeniləşdirməlidir.
Təlimatlar:
    İctimai rolunu həyata keçirərkən unuversitet təhsil proqramı, nəzərdə tutulmuş təlim nəticələri, verilən ixtisaslar, öyrətmə, öyrənmə və qiymətləndirmə prosedurları haqqında məlumatların əlçatan olmasına məsuliyyət daşıyir.
    Dərc edilmiş məlumatlarda həmçinin universitet məzunlarının hazırda işlədikləri yerlər, eləcə də hazırkı tələbə populyasiyasının profili göstərilə bilər.