Yarandığı ilk dövrlərdə farmakologiya kafedrasında elmi-tədqiqat işləri, əsasən, aşağıdakı istiqamətlərdə aparılmışdır:
1. Azərbaycanın bitki xammalının öyrənilməsi
2. Azərbaycanın təbii müalicə vasitələrinin öyrənilməsi.
3. Yüksək toksikliyə malik olan alkoloidli birləşmələrin və sintetik maddələrin öyrənilməsi
4. 1980-ı illərdən başlıyaraq «Təbii və sintetik mənşəli bioloji fəal maddələrin alınması və öyrənilməsi» ümumi elmi istiqamət kimi qəbul olunmuşdur. Bu istiqamətdə kafedrada «Müxtəlif kimyəvi qruplara aid, neyrotrop aktivliyi, antioksidant və membranoprotektor xüsusiyyətləri ehtimal olunan təbii və sintetik birləşmələrin tədqiqi, antipsixotik maddələrin əlavə effektlərinin farmakoloji korreksiyası və eksperimental terapiyası metodlarının işlənib hazırlanması» mövzusunda elmi-tədqiqat işləri yerinə yetirilir.
Kafedrada aparılan elmi-tədqiqatların nəticələrinin farmakologiya elminə gətirdiyi yeniliklər içərisində aşağıdakılar xüsusilə qeyd olunmalıdır:
- Respublikmızın ərazisində bitən 300-dən artıq bitki növünün tədqiqi və onlardan 26 bitki növünün tərkibində alkaloidli birləşmələrin olduğunun müəyyən edilməsi.
- Azərbaycan Elmlər Akademiyası ET polimerlər institutunda alınmış və əsasını endogen nikotinamid təşkil edən preparat- nikomorfolinin neyrotrop və kardiotrop effektlərinin tədqiqi sahəsində alınan elmi nəticələr.
- Neyrotrop maddələr qrupunun psixomotor stimulyatorlar, antipsixotik maddələr və antioksidantlar kimi nümayəndələrinin təsir mexanizmlərinin tədqiqinin nəticələri.
a) psixostimulyatorların təsir mexanizmində beyinin katexolaminergik və aminturşu mediatorları sistemlərinin müqayisəli rolunun öyrənilməsi.
b) antipsixotik maddələrin tipik və atipik təsirli nümayəndələrinin təsir mexanizmində müxtəlif lokalizasiyalı dofamin reseptorlarının, aminturşu mediatorlarınıın, lipidlərin oksidləşmə-reduksiya proseslərinin rolunun öyrənilməsi və onların neyrokimyəvi autorequlyator dofaminergik proseslərə fərqli təsirlərinin müəyyən edilməsi.
c) Antioksidantlar qrupunun nümayəndəsi meksidolun klinikaya qədərki tədqiqatının nəticələri, eləcədə bu prepararın müxtəlif eksperimental vəziyyətlərin korreksiyasında potensial aktiv birləşmə olduğunun müəyyən edilməsi.
d) kalsium kanalı antaqonistlərinin neyrotrop fəallığa malik olmasının müəyyən edilməsi və onların antipsixotik maddələrin əlavə effektlərinin effektiv korrektoru olduğunu təstiqləyən eksperimental tədqiqatların nəticəsi.