Dərslik:
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev
Nitq mədəniyyətinin əsasları - Nadir Abdullayev
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (Dərslik) - Nadir Məmmədli
Məhbubə Qurbanova, Mətanət Abdullayeva - Azərbaycan dili (Dərs vəsaiti)
Gərayzadə M.Ə.- English (ATU-nun hazırlıq şöbəsinin xarici dinləyiciləri üçün dərs vəsaiti)
Bonk N.A., Q.A.Kotiy, N.A.Lukyanova - İngilis dili dərsliyi (1-ci hissə)
R.Həbibi - Azərbaycan dili
Khudazarov Telman Mirzoyevich - "Teach yourself Azeri" for English students.
Azərbaycan dili kafedrasında son illər tədris prosesi xeyli müsbət dəyişikliyə uğramışdır. Tədris olunan fənlər üzrə mövcud proqramlar elmi cəhətdən yenidən əsaslandırılmış və metodik baxımdan məqsədəuyğun formalarla zənginləşdirilmişdir. Kafedramızda 1-ci kurs tələbələri üçün "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya", hazırlıq qrupları üçün isə "Azərbaycan dili" fənninin tələbələr tərəfindən daha asan öyrənilməsi üçün kafedrada məşğələlərin təqvim-mövzu planları əsaslı şəkildə yenidən işlənib hazırlanmış, müvafiq olaraq ayrı-ayrı məşğələ dərsləri üçün tədris materialları, onların məzmunu və funksional quruluşu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, tədris-metodik işləmələr yenidən işlənib hazırlanmışdır. Kafedrada dərslərin gedişi, tələbələrin hazırladığı sərbəst işlərə aid slaydların nümayişi multimedia sisteminin köməkliyi ilə həyata keçirilir.
Kafedra "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninin praktiki tədrisi ilə məşğul olduğundan əməkdaşlar müəyyən mövzu üzrə araşdırmalar aparır, məqalələlər yazırlar. "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninin məqsədi ictimai həyatda səmərəli davranışları, şifahi və yazılı ünsiyyət vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüzar resurslardan istifadə etməklə ümumi nitq mədəniyyətini yüksəltmək, dilin zənginliklərindən, söz ehtiyatından səmərəli istifadə qaydalarını öyrətmək, tələbələrə işgüzar ünsiyyətin nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermək, onların gələcəkdə peşəkar fəaliyyətlərini bu istiqamətdə formalaşdırmaq, inkişaf etdirməkdir.