Ortopedik stomatologiya kafedrasında diş-çənə sistemində yaranan qüsur və deformasiyaların etiologiyası, patogenezi, diaqnostikası, klinikası, profilaktikası və müasir üsullarla ortopedik müalicəsi probleminə dair elmi tədqiqatlar aparılır.
Stomatoloji patologiyaların ortopedik müalicəsində yeni üsullarının yaradılmasına, o cümlədən mövcud üsulların təkmilləşdirilməsinə mühüm yer ayrılır. Bütün bunlar da kafedrada yerinə yetirilmiş, eləcə də hal-hazırda da davam etdirilən elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarında, həmçinin çoxsaylı səmərələşdirici təkliflərdə, monoqrafiyalarda, tədris-metodik tövsiyələrdə və elmi məqalələrdə öz əksini tapmışdır.