Mövzu: «Diş və diş-çənə qüsurlarının etiologiyası, patogenezi, klinikası, profilaktikası və ortopedik müalicəsi»
Elmi rəhbər: t.ü.e.d, professor N.A.Pənahov
İcraçılar: Kafedranın bütün əməkdaşları, o cümlədən:
2 nəfər - tibb üzrə elmlər doktoru, professor;
1 nəfər - tibb üzrə elmlər doktoru, dosent;
7 nəfər - tibb üzrə fəlsəfə doktoru, dosent;
13 nəfər - tibb üzrə fəlsəfə doktoru, assistent;
12 nəfər – elmi dərəcəsi olmayan assistent.
Kafedrada diş və diş-çənə qüsurlarının etiologiyası və patogenezinə dair məsələlər araşdırılır. Eyni zamanda, diş və diş-çənə qüsurlarının diaqnostikası, klinikası və ortopedik stomatoloji müalicəsi aparılaraq, bu problemə dair bir sıra uğurlu nəticələr əldə edilmişdir.
Elmi tədqiqatların mövzuları ortopedik stomatologiyanın müasir aktual problemlərinin öyrənilməsinə yönəldilmişdir. Ortopedik müalicə üsullarının təkmilləşdirilməsinə mühüm yer ayrılır ki, bu da öz əksini elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarında, çoxsaylı səmərələşdirici təkliflərdə, monoqrafiyalarda, tədris-metodik tövsiyələrdə tapmışdır.
Kafedra əməkdaşları tərəfindən respublikanın, yaxın və uzaq xarici ölkə jurnallarının səhifələrində 1000-dən artıq elmi məqalə və çoxsaylı tədris-metodik vəsaitlər nəşr edilmişdir. Kafedra əməkdaşları bir çox beynəlxalq stomatoloji konfrans və simpoziumlarda uğurla iştirak etmişlər.
Yarandığı gündən bəri kafedrada 50-dən artıq tibb üzrə elmlər doktorluğu və fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün dissertasiyalar uğurla müdafiə edilmişdir.
Hazırda da ortopedik stomatologiya kafedrasında doktorantura, dissertantura və iddiaçılıq yolu ilə müxtəlif mövzularda dissertasiyalar yerinə yetirilir.