m”
“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə Rəhbəri-
Rektor _______________ prof. G.Ç.Gəraybəyli
“ 05 ” yanvar 2017-ci il.
MM qüvvələrinin şəxsi heyəti ilə keçiriləcək
8 saylı məşğələnin
PLAN-KONSPEKTİ
Mövzu: Obyektdə Mülki Müdafiə üzrə normativlərin yerinə yetirilməsi və qəbulunun təşkili
Tədrisin məqsədi: Dinləyicilərə Fərdi Mühafizə vasitələrindən istifadənin öyrədilməsi.
Keçirildiyi yer:  Tədris sinfi
Vaxt:2 saat.
Tədris sualları və təxmini vaxt bölgüsü.
Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.
1-ci tədris sualı: Normativlərin aid edildiyi Fərdi Mühafizə Vasitələri haqqında qısa
                           məlumatlar - 40dəq.
2-ci tədris sualı: Normativlərin yerinə yetirilməsi və qəbulunun təşkili - 40 dəq.
Məşğələyə yekün vurulması - 5 dəq.
Ədəbiyyat: 1) Musayev A.H.-“Mülki Müdafiənin Tibb Xidmətinin təşkili”
                        Bakı-2011-ci il.
                   2) Нормативы по практическому обучению населения защите от
                       оружия массового поражения
Əyani vəsait: Videoproyektor,  stendlər.
1-ci tədris sualı: Normativlərin aid edildiyi Fərdi Mühafizə
Vasitələri haqqında
Fərdi mühafizə vasitələri
Əhalinin kütləvi qırğın silahlarından mühafizə olunmasında sığınacaqlarda yerləşdirmə, seyrəldilmə və şəhərkənarı əraziyə təxliyyəsi ilə yanaşı fərdi mühafizə vasitələrindən də düzgün və vaxtında istifadə olunmanın müstəsna əhəmiyyəti vardır.
Fərdi mühafizə vasitələri funksiyalarına görə 3 qrupa bölünür:
           1.tənəffüs üzvlərinin mühafizəsi vasitələri
           2.dərinin mühafizə vasitələri
           3.fərdi tibbi mühafizə vasitələri
Tənəffüs üzvlərinin mühafizə vasitələri
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqaz, respirator və əhalinin özü hazırladığı vasitələri misal göstərmək olar.
Əleyhqazlar tənəffüs üzvləri və gözləri buxar, damcı - maye, qaz şəkilli ZM, radiaktiv maddə, patogen mikrob və toksinlərdən yüksək mühafizə xüsusiyyətləri və istismar göstəricilərinə görə digər vasitələrdən fərqlənir.
Əleyhqazlar süzgəcli-uducu və izoləedici olmaqla 2 cür olur:
1.Süzgəcli-uducu əleyhqazlarda çirkli havanı təmizləmək tərkibində kömür yerləşdirilmiş süzücü-uducu qutu və tüstü əleyhinə süzgəc vardır. Hal-hazırda aşağıda göstərilən əleyhqazlardan istifadə olunur.
QP-5, QP-5 m, QP-7.
2. Uşaqlar üçün:
          A )bir yaşa qədər- Uşaq Mühafizə Kamerası (KZD).
           b) məktəbə qədər-QP-6 m, DP-6, PDF-7, PDF - D, məktəb yaşlı-PDF- Ş (6-17 yaş).
Hər bir əleyhqazın çantası, çantanın içində polietilen tərləməyən ehtiyat gözlüklər və tərləməyə qarşı karandaş vardır. Əleyhqazlar 4 ölçüdə olur. Ölçü kimi baş ilə çənə nahiyəsinin ölçüsü götürülür.
l.İzoləedici əleyhqazlar
İzoləedici əleyhqazlar tənəffüs orqanlarını xarici mühitdən tam təcrid edir və şəxsi oksigen balonundan verilən hava ilə tənəffüs edir. Aşağıda göstərilən izoləedici əheyhqazlar vardır:
I qrup: İR-4, İP-46, İP-46 m,
II qrup: KİP-5, KİP-7, KİP-8.
Respirator
Tənəffüs üzvlərini RM və ZM hissəciklərindən, zəhərli tüstülərdən qorunmaq üçün nəzərdə tutulub. Respirator 2 cür olur:
1. R-2 - böyüklər üçün;
2. R-2 d - uşaqlar üçün;
R-2 respirator süzgəcli yarımmaskadan ibarətdir və 12 saat fasiləsiz istifadə etmək olar. R-2 d kiçik ölçüdədir və 4 saat fasiləsiz istifadə etmək olar.
Tənəffüs üzvlərini yad təsirlərdən qorumaq üçün hər bir şəxs 3-4 qatdan ibarət tənzif-pambıq sarğı və digər qoruyucu sadə vasitələrdən istifadə edə bilər. Bu vasitələr iş yerləri və mənzillərdə olmalıdır

 

Dərinin mühafizə vasitələri.
Dərinin mühafizə vasitələrinin əsas vəzifəsi dərinın açıq sahələrini, geyim, ayaqqabı və ləvazimatları damcı - maye ZM, radioaktiv toz, bakterial agentlər və qismən işıq şüalanmasından qorunmaqdır. Dərinin mühafizə vasitələri tabel və əlaltı vasitələr olmaqla 2 yerə ayrılır. Tabel vasitələri də təsir prinsipinə görə 2 yerə ayrılır:
1.Süzgəcli (hava keçirən)
2.İzoləedici (hava keçirməyən)
Süzgəcli mühafizəedici vasitələrə ZFO - 58 aiddir. ZFO - 58 kimyəvi adsorbsiya xassəli maddə ilə hazırlanmışdır və ZM buxarlarını tutub saxlayır. Bu geyimlər kombinzon formada olub, ölçüsü 160 sm-ə, 170 sm-ə və 170 sm-dən böyük olmaqla 3 cür olur. Dərinin izoləedici mühafizə vasitələrinə OZK və L-1 göstərmək olar. Bu geyimlərdən hava keçmir. Dərini əsasən ZM-lərin damcı-maye və buxar təsirindən qoruyur. Bu vasitələrdən istifadə müddəti havanın temperaturundan asılıdır.
Fərdi tibbi mühafizə vasitələri
Bu vasitələrdən profilaktika və kütləvi qırğın silahlarının zədələnmələrində ilk tibbi yardımın göstərilməsi üçün istifadə olunur.
Fərdi mühafizə vasitələri 3 komponentdən ibarətdir:
        1.fərdi sarğı paketi;
        2.kimyəvi silan əleyhinə paket;
        3.fərdi aptekçə;
        4.suyun zərərsizləşdirilməsi vasitələri: akvasid və pantasid.
1. Fərdi sarğı paketinin içində 10 metr bint və 2 yastıqça var. Yastıqçalardan biri fıkcə olunmuş, digəri isə hərəkətlidir. Bu sarğı paketi yaralanmalar, yanıqlar və bəzi növ qanaxmaların dayandırılmasında, habelə pnevmatorakslarda okkulizion sarğı kimi də istifadə oluna bilər.
2. Kimyəvi silah əleyhinə paket gözə və selikli qişalara düşməmək şərti ilə dərinin açıq hissələri və geyimlərin üzərinə düşmüş damcı-maye, buxar şəkilli ZM, RM və bakterial vasitələrdən natamam sanitar təmizlənməsi üçün nəzərdə tutulub. Paketin şüşə qabında universal deqazasiya xassəli 200 me maye və 4 tənzif parça vardır. Natamam sanitar təmizlənmə zədələnmədən 5 dəqiqədən gec olmayaraq aparılmalıdır.
3. Fərdi aptekçə (FA-2) (şək. 4).
 Fərdi aptekçə profilaktika və ya ilk tibbi yardım, eyni zaman da ZM, RM və BS-ların təsirini aradan qaldırmaq və ya təsirini azaltmaq üçün istifadə olunur. Plastik futlyar 7 yuvacıqdan ibarətdir. 1-ci yuvacıqda ağrı və yanıq şokuna qarşı profilaktik məqsədlə 1 ml - 2% - li promedol məhlulu şpris-tubikdə yerləşdirilib. Şpris-tubikin köməyi ilə promedol əzələ daxili və ya dərialtı vurulur. 2-ci yuvarlıqda FÜM-ə qarşı həb şəkilində taren yerləşdirilib. Böyüklər üçün 1 həb qəbul edilir və təkrar qəbul 3-5 saatdan sonra l həb qəbul etməsi nəzərdə tutulub. 3-cü yuvacıqda penalın tərkibinə 15 həb olan sulfadimetoksin vardır. Şüalanmadaıı sonra mədə-bağırsaq pozğunluqlarında antibakterial vasitə kimi sxem üzrə qəbul edilir 1-ci dəfə zərbə dozasında 7 həb, sonrakı 2-ci sutkada səhər 2 həb və axşam 2 həb qəbul edilir. 4-cü yuvacıqda ionlaşdırıcı şüalanmalarda orqanizmin rezistentliyini qaldırmaq üçün radiasiyaəleyhinə vasitə kimi 2 penal və hərəsində 6 həb olmaqla sistamin yerləşdirilib.

Bu vasitə şüalanmaya qədər 30 dəqiqə ərzində 6 həb qəbul edilir. 4-5 saatdan sonra şüalanma davam etsə təkrar 6 həb qəbul edilməlidir. 5-cı yuvacıqda tərkibində antibakterial vasitə kimi poliantiobiotik olan oksitetrasklin var. Bu vasitə hərəsində 5 həb olan 2 penalda yerləşdirilib. Antibakterial vasitə kimi təkcə təcili qeyri-spessifik profilaktika üçün yox, eyni zamanda yara və yanıq infeksiyalarının profilaktikası üçün tətbiq edilir. Bir dəfəyə 5 həb, sonrakı 6-8 saat- dan sonra növbəti 5 həb qəbul edilir. 6-cı yuvacıqda universal radioprotektor kimi kalium-yodiddən istifadə olunur. Həblər profilaktika məqsədilə aşağıdakı sxemlə qəbul edilir:
-böyüklər üçün gündə 1∕2 həb 10 gün müddətində;
-3-14 yaş arasında uşaqlar gündə l/4 həb 10 gün müddətində;
- 3 yaşa qədər uşaqlar üçün gündə l/4 həb 2 gün müddətində.
7-ci yuvacıqda kəskin şüa xəstəliyinin ilkin reaksiyanı aradan götürmək üçün etaperazin vardır. Bu vasitə qusma və qıcolma əleyhinə vasitə kimi gündə 3-4 dəfə 1 həb qəbul edilir. Etapezin kəllə-beyin travmalarında də qəbul edilə bilər.
Suyun zərərsizləşdirilməsi üçün akvosid və pantosid nəzərdə tutulmuşdur. İstifadə zamanı 1 həb 1 litr suya atılır və əridikdən sonra çalxalamaq lazımdır. Yalnız çalxaladıqdan 1 saat sonra suyun içilməsi məsləhət görülür.
Fərdi mühafizə vasitələri üçün konkret saxlama müddətləri müəyyən olunub:
-uşaq əleyhqazları üçün 10 il;
-İP-46 və İP-5 əleyhqazlan üçün 5 il;
-dərinin mühafizə vasitələri və respiratorlar üçün 3 il;
-fərdi aptekçələr üçün 4 il;
  Bütün ehtiyatların saxlama müddətlərinə laboratoriya vasitəsilə nəzarət olunur.
 Əhalinin bütün kateqoriyalarına fərdi mühafizə vasitələri düşmən hücumu təhlükəsi elan olunmaqla paylanır. Paylanma istehsalatda, yaşayış yerləri və tədris müəssisələrində həyata keçirilir

2-ci tədris sualı: Normativlərin yerinə yetirilməsi və
qəbulunun təşkili haqqında
Dinləyicilərə çatdırılır ki, qərargahda Azərbaycan dilində Fərdi Mühavizə Vasitələrin istifadəsi haqqında normaların olmaması üçün, 1985-ci ildə Rus dilində nəşr edilmiş “нормативы по практическому обучению населения защите от оружия массового поражения” vəsaitdən istifadə etmək olar.
Lakin Fərdi Mühafizə vasitələri olmağından əməli olaraq normativlərin yerinə yetirilməsi mümkün deyil.
Buna baxmayaraq dinləyicilərə əlavə olunmuş “vəsaitə” uyğun olar 13 normativ haqqında məlumat verilir.