Son illər kafedra əməkdaşları 100-dən çox elmi əsər nəşr etdirmiş, 17 patent almışdır. Elmi əsərlərin müəyyən hissəsi digər ölkələrdə nəşr olunan yüksək impakt faktorlu və “Web of Science, “Scopus”, “PubMed” və s. elmi bazalarına daxil olmuş nüfuzlu jurnallarda çap olunmuşdur. Məs.: “Химия растительного сырья”, Украинский биофармацевтический журнал”, “Химический журнал Казакстана”, “Фармация Казакстана”, Фармацевтический журнал Узбекистана”, “Chemistry of Natural Compounds”, “Trace Elements in Medicine and Biology” “European Journal of Technical and Natural Sciences”, “Bratislava Medical Journal” və s.
Elmi məqalələrin bir hissəsi Azərbaycanda nəşr olunan jurnallarda çap olunmuşdur: Məs.: “Химические проблемы”, “Azərbaycan Tibb jurnalı”, “Azərbaycan Kimya jurnalı”, “Azərbaycan Sağlamlıq Jurnalı”, “Azərbaycan metabolizm jurnalı”, “Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı” və s.
Elmi əsərlər sırasında dərslik və dərs vəsaitləri xüsusi yer tutur. Kafedra əməkdaşları tərəfindən son illərdə aşağıdakı dərslik, dərs vəsaitləri və monoqrafiya nəşr edilmişdir:
1) İskəndərov Q.B. Toksikoloji kimya / Dərslik, Bakı, 2012, 671 s.
2) Rəsulov N. Bəzi mono-, poli- və heterofunksional üzvi birləşmələr / Dərs vəsaiti, Bakı, 2013. 134 s.
3) Əhmədov E.L. d elementlər kimyası / Dərs vəsaiti, Bakı, 2014, 325 s.
4) Əhmədov E.L. Kompleks birləşmələr / Dərs vəsaiti, Bakı, 2014, 209 s.
5) Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi / Dərslik, Bakı, 2015. 307 s.
6) Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi-toksikoloji analizi / Dərslik, Bakı, 2017. 325 səh.
7) Qarayev E.A. Spektroskopik analiz üsulları / Dərslik, Bakı, 2018. 491 s.
8) Əhmədov E.L., Hüseynquliyeva K. Ümumi kimyadan mühazirələr / Dərs vəsaiti, Bakı, 2018, 147 s.
9) Həsənov F. Üzvi kimya / Dərslik, II cild, Bakı, 2018, 541 s.
10) Rəsulov N., Bədəlova K. Üzvi kimyadan laboratoriya işləri, 1-ci hissə / Dərs vəsaiti, Bakı, 2019. 107 s.
11) Acalova G.İ. “Iki valentli palladiumun qarışıqliqandlı kompleksləri”, monoqrafiya, Bakı, 2019. 111 səh.
12) Qarayev E.A., Paşayeva S.A. Toksikoloji kimyadan dərs vəsaiti / Dərs vəsaiti, Bakı, 2019, 164 s.
13) Аcalova G.İ., Həsənov X.İ. Termodinamika və bioenergetika / Dərs vəsaiti, Bakı, 2021, 191 s.
14) Qarayev E.A., Qarayev E.E. Xromatoqrafik analiz / Dərslik. Bakı, “Təbib”, 2021, 424 s.