Kafedranın dosenti Hüseynova Nazilə Sadıx qızı 2018-ci ildə kimya üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və diplom almışdır.
Kafedranın baş müəllimi Paşayeva Sara Ağakişi qızı 2021-ci ildə əczaçılıq üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və diplom almışdır..
Kafedranın baş müəllimi Hüseynquliyeva Könül Fəda qızı əczaçılıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyası ilkin aprobasiyadan keçmiş və sənədləri Ali Attestasiya Komissiyasına göndərilib ki, bir dəfəlik elmi şurada müdafiə olunmasına icazə verilsin. İşin mövzu və planı əczaçılıq fakültəsinin elmi şurasında təsdiq edilmişdir.
Hazırda kafedranın 4 əməkdaşı, xüsusən elmə həvəsi və qabiliyyəti olan cavan və gənc müəllimləri dissertant kimi və 3 doktorant fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində uğurla çalışır, eksperiment tədqiqatlar yerinə yetirirlər. Assistentlər-dissertantlar Bədəlova K.K., Əkbərova S.Ş, Sadıqova A.İ., Quliyeva Ş.İ. və doktorantlar: Vəliyeva A.K., Nəsibova T.A., Nəsirli İ. elmi-tədqiqat işlərinin nəticələrini nüfuzlu jurnallarda nəşr etdirir, Beynəlxalq elmi konfranslarda iştirak edir və müxtəlif poster və oral məruzələrlə təqdimat edirlər, patent layihələri hazırlayırlar. Artıq 7 Avrasiya və 5 yerli Patent alınmıdır.