ƏCZAÇILIQ TOKSİKOLOGİYASI FƏNNİ ÜZRƏ “KURİKULUM”

Fənnin məqsədi: Əczaçılıq təhsili sistemində ixtisas fənnlərindən biri kimi tələbələrdə həm əczaçılıq analizinin həm də kimyəvi-toksikoloji analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaqdır. Eyni  zamanda xidmət sahəsinin mütəxəssisi olan  kimyaçı-ekspertləri daha səriştəli hazırlanmasını təmin etməkdir.

Proqram: Əczaçılıq ixtisası üzrə bakalavr hazırlığı üçün “Toksikoloji kimya” fənni üzrə tədris proqramı Azərbaycan Respublikası təhsil nazirliyi elmi-metodik şuranın “Kimya və kimya texnologiyası” bölməsinin 18 aprel 2005-ci il tarixli  iclasının (protokol №14) qərarı ilə təsdiq edilmişdir. Tədris proqramı bir neçə bölmədən ibarətdir:

  1. Giriş.

Toksikoloji kimya fənni, vəzifələri.

Kimyəvi- toksikoloji analiz və növləri. Digər fənlərlə əlaqəsi. Kimyəvi-toksikoloji analizin obyektləri, xüsusiyyətləri.Tədqiqat obyektlərinin ilkin müayinəsi. Toksikoloji kimyada işlədilən reaktivlər və onların təmizliyinin yoxlanılması. Labarotoriyada işləmə qaydaları. Maddi sübutların kimyəvi-toksikoloji analizə göndərilməsi və qəbulu. Kimyəvi-toksikoloji analizin ilk sınaqları. Zəhərli maddələrin bioloji obyektlərdən təcridi,təmizlənməsi, aşkarı və təyin edilmə üsulları.Toksikoloji reaksiyaların spesifikliyi və həssaslığı. Xromogen reaksiyalar, xromatoqrafiya (NTX, YEMX, QMX), spektroskopik (UB-, İQ-, MS-, NMR-) və onların hibrid kombinasiyalarının (YEMX-MS, QMX-MS) analiz üsulları.

  1. Toksikoloji kimyanın nəzəri əsasları.

Kimyəvi-toksikoloji analiz üsulları. Zəhər və zəhərlənmə, növləri. Təsir edən amillər. 

Zəhərlərin bioloji materialdan təcridi yolları. Su buxarı ilə qovma üsulu. Turşulaşdırılmış su və turşulaşdırılmış spirtlə təcrid olunan zəhərli maddələr

qrupu. Tətbiq edilən üsulların xüsusiyyətləri.

Kramarenko üsulu. Barbitur turşusunun törəmələri.

Alkaloidlər, təmizləmə üsulları, çökdürmə və rəngli  reaksiyaları. Miqdari

təyinat üsulları. Təsnifatı.                              

3. Zəhərlər və analiz üsulları.

Sianid turşusu,xlor üzvi birləşmələr: xloroform, karbon 4-xlorid, xloralhidrat, dixloretan, etilxlorid, trixloretilen. Formaldehid , aseton, sirkə turşusu və anhidridi,  Alifatik spirtlər. Etanol, metanol, izoamil spirti. Etilenqlikol. Fenollar. Minerallaşma üsulu ilə təcrid olunan maddələr. Bioloji materialdan su ilə təcrid olunan maddələr.Mineral turşular.  Qələvi və duzların kimyəvi-toksikoloji analizi. Qaz şəkilli zəhərli maddələr. Barbituratlar, alkaloidlər, salisilatlar, pirazolon törəmələri, alkaloidlərin sintetik analoqları, fenotiazin və benzodiazepin törəmələri, ürək qlikozidləri, saponinlər, pestisidlər və onların kimyəvi-toksikoloji analizi.                                      

4. Təqvim-mövzu planı.

Tədris (mövzu) planı: Azərbaycan Tibb Universitetinin rektoru, akademik Ə.T. Əmiraslanov tərəfindən təsdiq edilmiş tədris planına əsasən kredit sistemi üzrə tədris aparılan əczaçılıq ixtisası üzrə toksikoloji kimya məcburi və ardıcıl fənn kimi 2 semestr ərzində (VI və VII semestrlər) tədris olunur;  VI semestrdə 45 saat (6 saat mühazirə və 39 saat məşğələ), IV semestrdə, həmçinin45 saat (6 saat mühazirə və 39 saat məşğələ) dərs keçilməsi nəzərdə tutulur. Hər iki semestr üzrə tədris müddəti 15 həftədir.

          Fənn üzrə mühazirə və məşğələ dərslərinin təqvim-mövzu planı tərtib olunmuş, fənn müəllimlərinə paylanmış, bir nüsxəsi isə kafedranın sənədləri siyahısında saxlanılır.

Metodik təminatı: Toksikoloji kimya fənni əczaçılıq təhsil sisteminin ixtisas fənni olduğundan digər ali məktəblərdə tədris olunmadığı üçün kafedramızın əməkdaşları tərəfindən tərtib edilmiş müvafiq dərsliklərdən, praktikumlardan, metodik vasitələrdən istifadə edilir. Məs: Orucova K.

Qarayev E.A. Qaz xromatoqrafiyası, analitik və toksikoloji kimyada tətbiqi (Azərbaycan və ingilis dilində), Tədris-metodik vəsait, Bakı, 2010, 50 s.

          Bəzi hallarda rus, ingilis və türk dillərində nəşr edilmiş dərsliklərdən istifadə edilir.

          Bunlarla yanaşı əczaçılıq ixtisasının spesifikliyini nəzərə alaraq toksikoloji kimyadan kafedra əməkdaşları aşağıdakı dərs vəsaitlərini nəşr etdirmişlər:

1. İskəndərov Q.B.Toksikoloji kimya, Bakı, 2012, 672 səh.

2. Qarayev E.A Fotometrik spektral analiz, Bakı, 2012, 101 səh.

          Kafedra əməkdaşları göstərilən dərs vəsaitlərini daha da təkmilləşdirmək və yeniləşdirmək sahəsində fəaliyyətlərini davam etdirirlər.

Texniki təchizat: Mühazirə aparılan geniş auditoriyada rəhbərlik tərəfindən verilmiş proyektor quraşdırılmış və bu mühazirələrin həm mühazirəçi tərəfindən oxunmasının səmərəliliyini artırır, həm də tələbələr tərəfindən yerindəcə materialın yaxşı mənimsənilməsinə zəmin yaradır. Bunun üçün kafedrada mühazirələrin və bəzi məşğələ dərslərinin əvvəlcədən elektron versiyaları hazırlanmış, müvafiq slayd şəklinə salınmış və tədris prosesində geniş istifadə olunur.

Klassik kimyəvi analiz üsullarını yerinə yetirmək üçün lazım gələn ləvazımatlar – kimyəvi birləşmələr, reaktivlər, həlledicilər, şüşə qab-qacaq, ölçü qabları və s. kafedrada vardır. Çox təəssüf ki, instrumental analiz üçün lazım olan nəinki mürəkkəb bahalı cihazlar, hətta sadə quruluşlu cihazlar: kolorimetr; fotokolorimetr, spektrofotometr, flyuorimetr, xromatoqraf yoxdur.

Qiymətləndirilən bacarıqların siyahısı:

payız semestri üçün:

1.  Barbituratların prototrop tautomeriyasına əsasən pH-dan asılı olaraq

ekstraksiya və reekstraksiyası.

2.  Barbituratların mikrokristalloskopik təyinatı.

3.  Barbituratların Co2+ ionları ilə təyini.

4.  Barbituratların Cu2+ ionları ilə təyini.

5.  Alkaloidlərin Dragendorf reaktivi ilə təyini.

6.  Fenotiazin törəmələrinin qatı turşularla (sulfat, nitrat, xlorid) rəngli reaksiyası.

7.  Alkaloidlərin NTX üsulu ilə təyini.

8.  Salisilatların FeCl3 ilə pH-ın müxtəlif ədədi qiymətlərində verdiyi rəngli

     reaksiyalar.

9.  Benzodiazepinlərin ninhidrinlə reaksiyası.

10. Saponinlərin köpük əmələ gətirmələrinə əsasən təyini.  

yaz semestri üçün:

  1. Rənginə görə kimyəvi-toksikoloji analizin tədqiqat obyektlərini ilkin müayinə etmə bacarığı.
  2. Qoxusuna görə kimyəvi-toksikoloji analizin tədqiqat obyektlərini ilkin müayinə etmə bacarığı. Sirkə turşusu, spirt, su.
  3. Kimyəvi-toksikoloji analizin tədqiqat obyektlərini həll olmasına görə ilkin müayinə etmə bacarığı. Xloroform + su, spirt + su, su və ya üzvi həlledici.
  4. Xarici görünüşünə görə tədqiqat obyektlərini ilkin müayinə etmə bacarığı, qida qalıqları, bioloji materialın dərman preparartı. 
  5. Tədqiqat obyektlərinin pH-ını müəyyən etmə bacarığı, indikatorla.
  6. Sianidlərin rodanid şəklində təyini.
  7. Kimyəvi-toksikoloji analizdə ekstraksiya prosesini yerinə yetirmə bacarığı.

 Ayırıcı qıf.

  1. Fenol və fenolyatların fərqləndirilməsi.
  2. Metal zəhərlərin (Cu+2, Zn+2, Mn+2, Bi+3, Cd+2) sulfidlərlə rəngli birləşmələr əmələ gətirmə reaksiyalarının yerinə yetirmə bacarığı.
  3.  Metal zəhərlərinin K2CrO4 ilə verdiyi birləşmələrinin rənginə görə fərqləndirilməsi.  

İstehsalat praktikası: nəzərdə tutulmur.

Qiymətləndirmə standartları: Fənn üzrə toplamaq üçün lazım gələn 100 balın toplanması aşağıda göstərilənlər əsasında aparılır:

          50 bal – imtahana qədər, tədris prosesinin göstəricilərinə görə. O cümlədən:

          10 bal – dərsə davamiyyət

          10 bal – sərbəst işlər

          10 bal – bacarıqlar

          20 bal – məşğələ və seminar dərslər.

Semestr ərzində 3 dəfə kollokvium keçirilir. Kollokviumda iştirak etmədikdə jurnalda O (sıfır) bal qeyd olunur. 50 bal – imtahanda toplanır. İmtahan test üsulu ilə virtual test mərkəzində keçirilir.

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır. İmtahanda və imtahana qədər toplanan ballar cəmləşir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A – “Əla” – 91 – 100 bal

B – “çox yaxşı” – 81 – 90 bal

C – “yaxşı” – 71 – 80 bal

D – “kafi” – 61 – 70 bal

E – “Qənaətbəxş” – 51– 60 bal 

          F – “Qeyri – kafi” – 51 baldan aşağı 

Tələbəyə və onun hazırlıq səviyyəsinə verilən tələblər: Tələbə ilk növbədə yuxarıda təqdim edilən bacarıqları tam mənimsəməli və lazım gəldikdə nümayiş etdirməlidir. Toksik maddənin kimyəvi quruluşunu nəzərə almaqla tələbə müvafiq analiz üsulu seçmək üçün möhkəm nəzəri biliyə malik olmalı, maddəni aşkar etmək, eynilik və miqdarını müəyyən etmək üçün qəti addım atmağa inamlı olmalıdır. Bunun üçün tələbə ayrı-ayrı funksional qrupların və molekulun nüvəsinin vacib analitik reaksiyalarını bilməli və yerinə yetirməyi bacarmalıdır. Tələbə müasir analiz üsullarınnın nəzəri hissəsini mənimsəməli və təcrübədə tətbiq etməyi bacarmalıdır. Tələbə, həmçinin zəhərlərin orqanizmdə taleyini, yəni sorulmasını,paylanmasını, eliminasiyasını, toksikokinetikasını, biotransformasiya-sını, ölüm əmələ gətirməsinin səbəblərini və s. prosesləri nəzəri cəhətdən bilməlidir. Bir sözlə tələbə kimyaçı-ekspert səviyyəsində fəaliyyət göstərmək üçün lazım gələn biliklərə və vərdişlərə nail olmalıdır.