“Təsdiq edirəm” Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol məhlulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tübikvasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə şprıs- tübik aptekçədən çıxarılıb ayrı saxlanılır). Fosforlu-üzvi maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bır həbini “Kimyəvi həyəcan” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır. Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakteriya əleyhinə 2 №-li dərman-sulfadimetoksin (15 həb) yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verərkən qəbul edirlər. İonlaşdıncı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə l №-li dərman (sistamin) işlədilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birində 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər. Budərmanlarınsəmərəliliyi 50% təşkiledir. 5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə l №-li dərman- tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu dərmanı bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təciliqeyri- spesifıkprofilaktikvasitəolaraq, habelə yara və yanıq yoluxmalarının profilaktikası məqsədilə). 6-Cı bölmədə radiasiya əleyhinə 2 №-lidərman (kalium- yodid) penalıyerləşir. Bu dərman radioaktiv çöküntülər düşərkən, xüsusən radioakttiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən 10 günərzində, gündə 1 həb qəbul edilir. Orqanizm şüalanmasının, ürəkbulanması və qusma ilə meydana çıxan ilk reaksiyasını aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman 7-ci bölmədəki göy rəngli penalda yerləşir. Fərdi kimyəvi paket (ИПП - 8) - dəri səthinin ZM damcıları və ya dumanı ilə, habelə radioaktiv maddə və bakterialojı vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək (təmizləmək) üçündür. Bu paket içərisində hər cür ZM-ni zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir (şəkil 2.) Bir sıra ZM, xüsusən fosforlu üzvi maddələr, hətta fiziki zədələnməsi olmayan dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi bilavasitə zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması müddətindən asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5 dəqiqə müddətində keçirilsə, onda təmizlənmə son dərəcədə səmərəli olacaqdır. Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ qanaxmaları dayandırmaq üçün işlədilir (şəkil 3.) |