Azərbaycan Tibb Universiteti
“TƏSDİQ EDİRƏM”
“Qulaq, burun, boğaz xəstəlikləri”
QULAQ, BURUN VƏ BOGAZ kafedrasının müdiri
XƏSTƏLİKLƏRİ prof.V.M.Pənahian
fənni üzrə
İŞÇİ TƏDRİS PROQRAMI _____________________
(SİLLABUS)
FƏNNİN KODU:
FƏNNİN NÖVÜ: Məcburi
FƏNNİN TƏDRİS SEMESTRİ: Müalicə-profilaktika, hərbi-tibbi fakültə 9-cu semestr, ictimai səhiyyə 8-ci semestr, stomatologiya 8-ci, hərbi feldşer 4-cü semestr.
FƏNNİN KREDİTİ: Müalicə-profilaktika (60s.), hərbi-tibbi fakültə (60s.) – 4 kredit, ictimai səhiyyə fakültəsində (47 s.) – 3 kredit, stomatologiya fakültəsində (60 s.) – 4 kredit, hərbi feldşer (45 s.) – 3 kredit.
FƏNNİN TƏDRİS FORMASI: Əyanı
FƏNNİN TƏDRİS DİLİ: Azərbaycan, rus və ingilis
FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR: Prof.V.M.Pənahian
Prof.Talışinskiy Ə.M (konsultant)
Prof.Xudiyev A.M.
Dos.Cəlilov C.S.
Dos.Qasımov C.L
Ass.Qasımov A.V.
Ass.Quvalov Ş.İ.
Ass.Talışinskiy R.Ş.
Ass.Əzizov A.Ə.
Ass.Qurbanov R.Y
Ass.Abbasova A.A.
Ass.Hüseynova M.Ə.
Ass.Hacıyev Y.N.
Ass.Kazımova M.Ə
Ass.Şıxlinskiy N.A
Ass.İbrahimova N.M
Ass.Şadlinskaya A.A
Ass.Ağalar S.A
Ass.Əbilova F.A.
KAFEDRANIN ƏLAQƏ
NÖMRƏLƏRİ: 449 8254 + 1206
E-MAİL: [email protected]
PREREKVİZİTLƏR:
Normal anatomiya, normal və patoloji fiziologiya, histologiya, mikrobiologiya, farmakologiya, nevrologiya, ftiziatriya, rentgenologiya, oftalmologiya, anesteziologiya
KOREKVİZİTLƏR:
Bn fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
KURSUN TƏSVİRİ:
Bu fənndə qulaq, burun, udlaq və qırtlağın klinik anatomiyası, fiziologiyası, müayinə metodları – otoskopiya, rinoskopiya, farinqoskopiya, larinqoskopiya, iybilmə, tənəffüs etmə qabiliyyəti, eşitmənin pıçıltı danışığı, kamertonal və audiometrik müayinəsi, OAE və BERA eşitmənin pozulmalarının əlamətləri, vestibulyar aparatın funksional müayinəsi şəhr olunur və mənimsənilir. Yeni açılmış temporal laborator mikroskoplar ilə gicgah sümüklərində əməliyyatlar aparılır.
Otorinolaronqoloji avadanlıqlardan və alətlərdən – qulaq qıfı, burun güzgüsü, şpadel, qırtlaq güzgüsü və alın reflektorundan və endoskopdan istifadə etməklə qulağın, burunun, boğazın və qırtlağın müayinəsinə, anatomik vəziyyətinin qiymətləndirilməsinə, funksiyasındakı dəyişikliklərin olub-olmamasına yiyələnilir. Kamertonal, audioloji müayinələr və ekspermental vestibulyar sınaqlar aparmaqla eşitmə və müvazinət orqanındakı pozulmalar dəqiqləşdirilir.
Proqram üzrə yayılmış otorinolarinqoloji xəstəliklərin etiologiyası, potogenezi, klinik simptomları, diaqnostikası və differensial diaqnostikası öyrənilir. Xəstəliklərin diaqnostikasında otorinolarinqoloji metodikalar, rentgenoloji və digər yardımcı müayinələr tətbiq olunur və həmin metodların diaqnostik əhəmiyyəti qiymətləndirilir. Xəstəliklərin müalicəsində tətbiq olunan cərrahi üsullar, medikamentoz müalicə şəhr olunur. Plan üzrə operasiyalar nümayiş etdirilir. Burun, udlaq, qırtlaq və qulaqdan yaxmanın götürülməsi, onlara dərman maddələrinin sürtülməsi, qulaq, burun və udlaqdan yad cisimlərin çıxarılması, burun qanaxmaları zamanı qanın saxlanılma metodları, qırtlaq stenozları zamanı təxirəsalınmaz yardımın aparılma metodları – traxeotomiya, konservativ müalicə metodları mənimsənilir. Qulaq və burun mənşəli kəllədaxili və orbital ağırlaşmaların diaqnostikası, müalicə taktikası şəhr olunur.
KURSUN MƏQSƏDİ:
Əsas otorinolarinqoloji xəstəliklər haqqında gələcək mütəxəssisləri məlumatlandırmaq, onların diaqnostika və müalicəsinin prinsiplərini öyrətmək, bəzi yayılmış manipulyasiyaların icrasını aşılamaqdır.
KURSUN NƏTİCƏLƏRİ:
Bu fənn tədris olunub qurtardıqdan sonra tələbələr burun, udlaq, qırtlaq və qulağın, eşitmə və müvazinət orqanlarının klinik (xəstəliklərin baş verməsi) baxımından anatomiyasını, fiziologiyasını, müayinə metodikasını, yayılmış xəstəliklərin diaqnostikasını, otorinolarinqologiyada təxirə salınmaz yardım tələb olunan xəstələrin müalicə prinsiplərini bilməlidir. Rinoskopiya, larinqoskopiya, farinqoskopyia, otoskopiya, akumetriya, LOR–oprqanların funksiyasının yoxlanılması, rentgenoqramların oxunması, LOR–orqanlara dərman çəkmə, yaxma götürmə, burun tamponadası, yayılmış LOR xəstəliklərin diaqnozunu qoymağı, LOR xəstəliklərin ağırlaşmaları zamanı cərrahi taktikanı, LOR xəstəlikləri zamanı ən çox istifadə olunan dərmanlardan resept yazmağı, kompress qoymağı bacarmalıdır.
FƏNİN MÖVZULARI:
1. Xarici və orta qulağın klinik anatomiyası, fiziologiyası və müayinə metodları. Koxlear aparatın anatomiyası, fiziologiyası və müayinə metodları. Eşitmənin kamertonal müayinəsi. Audioloji müyinələr.
2.Vestibulyar analizatorun klinik anatomiyası, fiziologiyası və müayinə metodları.Vestibulyar aparatın müayinəsində çalışmalar.
3. Burun və burunətrafı ciblərin klinik anatomiyası, fiziologiyası və müayinə metodları
4. Udlağın və qırtlağın klinik anatomiyası, fiziologiyası və müayinə metodları. Qida borusu, traxeya və bronxların klinik anatomiyası, fiziologiyası və müayinə metodları
5. Burun və burunətrafı ciblərin kəskin və xronik xəstəlikləri. Burun sümüklərinin sınıqları. Burun qanaxmaları. Burun çəpərinin hematoma və absesi. Burun qanaxmalarının saxlanılma metodları. Əng cibində əməliyyatın növləri.
6. Orta qulağın kəskin irinli iltihabı, uşaqlarda orta qulağın iltihabı xəstəliklərinin gediş xüsusiyyətləri, mastoidit və onun formaları.
7. Xronik irinli orta otit. Otogen və rinosinusogen kəllədaxili ağırlaşmalar, stasionarda iş (operasiya və cərrahi manipulyasiyaların nümayişi). Gicgah sümüyündə radikal operasiya, sadə trepanasiya.
8. Ambulator operasiyalar (adenotomiya, tonzillektomiya, konxotomiya, əng cibinin punksiyası, alın cibinin trepanopunksiyası). Xronik tonzillit. Kataral, lakunar, follikulyar angina. Paratonzilyar abses və onun ağırlaşmaları. Uşaqlarda adenoidlər.
9. Kəskin stenozlaşdırıcı larinqotraxeobronxit, qırtlaq ödemi. Qırtlağın xondroperixondriti. Qırtlaq difteriyası. Qırtlağın xoş və bədxassəli şişləri. Traxeostomiya, larinqofissura, larinqostoma.
10.LOR-orqanların yad cismləri. Xəstələrə təxirə salınmaz yardımın təşkili, endoskopiya (fibroendoskopiya, ezofaqoskopiya). Qida borusunun yanıqları və çapıqlı daralmaları. Bronxo-ezofaqoskopiya.
FƏNNİN MÜHAZİRƏ MƏTİNLƏRİ:
Fənnin bütün mövzuları üzrə mühazirə materialları və nümunəvi testləri elektron formada hazırlanıb Universitetin “Virtual Universitet”də yerləşdirilmişdir.
Virtual Universitetin ünvanı: __________________________________________
Fənn üzrə testlər bu mətinlərdən tərtib edilib.
QİYMƏTLƏNDİRİLMƏ:
Fənn üzrə kerditi toplamaq üçün lazım olan 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal – imtahana qədər
O cümlədən:
10 bal – sərbəst iş
10 bal – bacarıq
20 bal – seminar dərslərindən toplanacaq ballar
10 bal – dərsə davamiyyət
Semestr ərzində 3 dəfə kollokvum (sorğu) keçiriləcəkdir (minimum 3).
Kollokvumda iştirak etmədikdə jurnalda o (sıfır) bal qeyd olunacaqdır.
50 bal – imtahanda toplanacaq
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olcaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düsgün cavablanan sualların balını silir.
Qeyd: imtahanda minumum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq, imtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarda aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” 91-100
B – “Çox yaxşı” 81-90
C – “Yaxşı” 71-80
D – “Kafi” 61-70
E – “Qənaətbaxş” 51-60
F – “Qeyri-kafi” 51 baldan aşagı
SƏRBƏST İŞ:
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst iş yazılı formada, word fayl formasında, həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiatı yol verilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI
№ |
Mövzular |
Son tarix |
1 |
Həkim və xəstələrin edndoskopiya apararkən oturuş vəziyyəti |
4-cü həftə |
2 |
Məməvarı çıxıntının cərrahi və kliniki anatomiyası |
5-ci həftə |
3 |
Eşitmə itiliyinin təyini |
6-cı həftə |
4 |
Vestubulyar aparatın məkəzi hissəsi, nüvələr və aparıcı yolları |
7-ci həftə |
5 |
Vestibulyar pozğunluq zamanı müvazinət pozğunluğunun beyincik pozğunluğu ilə differensiasiyası |
8-ci həftə |
6 |
Parasentezə göstərişlər, aparılma texnikası |
9-cu həftə |
7 |
Xarici burunun venoz sisteminin kəllə boşluğu və boyunun dərin venaları ilə əlaqəli xüsusiyyətləri |
10-cu həftə |
8 |
Udlağın ağız hissəsinin anatomiyası |
11-ci həftə |
9 |
Qırtlaq əzələlərinin innervasiyası |
12-ci həftə |
10 |
Vasitəli larinqoskopiya zamanı görünən şəkil |
13-cü həftə |
VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq. Sərbəst işlərin nəticələri jurnalda qerd olunur.
Ədəbiyyat və materiallar
1. В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин Оториноларингология М., 2011
2. М.Р.Богомильский, В.Р.Чисякова Детская оториноларингология
3. Y.Ə.Qasımov Qulaq, burun və boğaz xəstəlikləri Bakı – 1980
4. Ю.М.Овчинников Оториноларингология М., 2005
5. Ə.M.Talışinski Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis Tələbələr üçün dərs vəsaiti Bakı – 1998
6. Ə.M.Talışinski Müalicə-profilaktika, stomatologiya fakültələrinin tələbələri üçün otorinolarinqologiyadan təcrübə dərslərinə metodik göstərişlər Bakı – 2006
7. Behrbohm, Kaschke, Nawka. 3rd Edition Ear, Nose and Throat Diseases wiht head and neck surgery 2009 Thieme
8. Rza Pasha, Plural Publishing 3 ed Edition Otolaryngology – Head and Neck Surgery Clinical Reference Guide. 2010
9. Orhan Yılmaz, İrfan Yorulmaz (Editörlər) KBB və Baş-Boyun Cerrahisi El Kitabı, 3-cü baskı
10. Qulaq, burun, boğaz xəstəlikləri fənnindən test və situasion məsələlər Dərs vəsaiti, Bakı -2015
11. Situasion məsələlər və proqramlaşdırılmış yoxlama Metodik göstərişlər. bakı – 2006. (səh.34-52)
12. Prof.Dr.Nihat Çakir Otorinolarinqoloji. Baş-boyun cərrahisi
13. Mühazirə materialları
GİRİŞ
Qulaq, burun, boğaz xəstəlikləri fənnində qulaq, burun, udlaq və qırtlağın klinik anatomiyası, fiziologiyası, müayinə metodları ̶ otoskopiya, rinoskopiya, farinqoskopiya, larinqoskopiya, iybilmə, tənəffüs etmə qabiliyyəti, eşitmənin pıçıltı, danışıq, kamertonal və audiometrik müayinəsi, müvazinət pozulmalarının əlamətləri, vestibulyar aparatın funksional müayinəsi şərh olunur və mənimsənilir, terminal (mikroskoplar, gicgah sümükləri) və vestibulyar laboratoriya.
Otorinolaronqoloji avadanlıqlardan və alətlərdən qulaq qıfı, burun güzgüsü, şpatel, qırtlaq güzgüsü və alın reflektorundan istifadə etməklə qulağın, burunun, boğazın və qırtlağın müayinəsinə yiyələnilir, anatomik vəziyyətindəki və funksiyasındakı dəyişikliklər qiymətləndirilir. Kamertonal, audiometrik müayinələr və eksperimental vestibulyar sınaqlar aparmaqla eşitmə və müvazinət orqanındakı pozulmalar dəqiqləşdirilir.
Proqram üzrə yayılmış otorinolarinqoloji xəstəliklərin etiologiyası, patogenezi, klinik simptomları, diaqnostikası və differensial diaqnostikası öyrənilir.
Xəstəliklərin diaqnostikasında otorinolarinqoloji metodikalar, rentgenoloji və digər yardımçı müayinələr tətbiq olunur və həmin metodların diaqnostik əhəmiyyəti qiymətləndirilir. Xəstəliklərin müalicəsində tətbiq olunan cərrahi metodlar, medikamentoz müalicə şərh olunur. Plan üzrə operasiyalar nümayiş etdirilir.Burun, udlaq, qırtlaq və qulaqdan yaxmanın götürülməsi, onlara dərman maddələrinin sürtülməsi, qulaq, burun və udlaqdan yad cismlərin çıxarılması, burun qanaxmaları zamanı qanın saxlanılma metodları, qırtlaq stenozları zamanı təxirəsalınmaz yardımın aparılma metodları - traxeotomiya, konservativ müalicə metodları mənimsənilir. Qulaq və burun mənşəli kəllədaxili və orbital ağırlaşmaların diaqnostikası, müalicə taktikası şərh olunur.
Fənnin məqsədi və vəzifələri
Qulaq, burun, boğaz xəstəlikləri fənni tibbi fənlər içərisində xüsusi yer tutur, belə ki, tibb müəssisələrinə müraciət edən xəstələrin 15%-i LOR-xəstələrin hesabına düşür. Bəzi LOR xəstəlikləri böyük sosial əhəmiyyət kəsb edir, bəziləri isə insan həyatı üçün təhlükəli ağırlaşmalar törədir.
Qulaq, burun, boğaz xəstəlikləri fənninin tədrisində əsas məqsəd və vəzifə:
1. Ümumi patologiyada LOR-xəstəliklərin tutduğu yeri, onların vaxtında aşkar olunmasının, profilaktikasının, dispanserizasiyasının və aradan qaldırılmasının vacibliyini tələbələrə vurğulamaq;
2. LOR-orqanların endoskopik və funksional müayinəsini tələbələrə öyrətmək;
3. LOR-xəstəliklərin etiologiyası, patogenezi, klinikası və bu zaman aparılan təcili yardım ilə tələbələri tanış etmək;
Tədrisin propedevtik kursunda tələbələr LOR-orqanların endoskopik və funksional müayinə metodikasını bilməlidir.
Klinik hissədə çox yayılmış, təcili yardım tələb edən və həyat üçün təhlükəli ağırlaşma törədən xəstəliklərə diqqət yetirmək. Stasionar və poliklinik məşğələlərdə tələbələri praktik vərdişlərə və bəzi manipulyasiyalara yiyələndirmək. Cərrahi və sarğı otaqlarının işi və tipik operasiyaların metodları ilə onları tanış etmək.
Qulaq, burun, boğaz xəstəlikləri fənni üzrə kurs keçən tələbə aşağıdaki praktiki vərdişləri
BİLMƏLİDİR:
• LOR orqanlarda endoskopiya;
• Yenidoğulmuşlarda və uşaqlarda eşitmənin müayinəsi. Otoakustik emissiya, qısalatentli yaradılmış eşitmə potensiallarının qeydi (BERA);
• Eşitmənin protezləşdirilməsi. Surdoloqopediya;
• Vestibulometriya;
• Burun boşluğundan, udlaqdan, qulaqdan, yemək borusundan, qırtlaqdan, traxeya və bronxlardan yad cismlərin çıxarılması;
• LOR-orqanların zədələnməsi zamanı ilkin cərrahi əməliyyatlar;
• Əng ciblərinin punksiyası, alın cibinin trepanopunksiyası;
• Təbil pərdəsinin parasentezi, təbil boşluğunun şuntlanması;
• Eşitmə borusunun kateterizasiyası;
• Burun polipotomiyası;
• Burun arakəsməsi absesinin yarılması;
• Xarici burunda və burun boşluğunda plastik və endoskopik əməliyyatları;
• Burunətrafı ciblərdə endoskopik və funksional əməliyyatları;
• Udlaqda və qırtlaqda endoskopik əməliyyatları;
• Antromastoidotomiyanı;
• Qulaqda ümumi boşluq operasiyası;
• Xarici və orta qulaqda mikrocərrahi əməliyyatlar (timpanoplastika);
• Vazotomiya;
• Burun balıqqulaqlarında qişaaltı rezeksiya və digər operasiyalar;
• Burun arakəsməsinin qişaaltı rezeksiyası;
• Burun sümükləri sınıqlarının repozisiyzsı;
• Adenotomiya;
• Paratonzillar və udlaqarxası absesin yarılması;
• Tonzillektomiya;
• Traxeotomiya;
• Haymorotomiya, etmoidotomiya, frontotomiya, burun polipotomiyası;
• Süni tənəffüsü və ürəyin massajını;
• Traxeotomiya, intubasiya;
• LOR-orqanların iltihabı, digər xəstəlikləri və şişləri zamanı müalicənin
prinsiplərini
BACARMALIDIR:
• LOR orqanların funksiyasının yoxlanılmasi metodikalarını
• Otoskopiya, mikrootoskopiya;
• Qulaq zondunun hazırlanması;
• Qulağın tualeti və qulaqdan yaxmanın ğötürülməsi;
• Dərman maddələrinin qulağa insuflyasiyası;
• Qulağın yuyulması: qulaq kiri tıxacının və yad cismin xaric edilməsi;
• Eşitmə borusunun keçiriciliyinin təyini;
• Qulağın üfürülməsi;
• Qulağa isidici kompresin qoyulması;
• Ön və arxa rinoskopiya;
• Farinqoskopiya;
• Larinqoskopiya;
• LOR-üzvlərinin endoskopik müayinəsi;
• Burun tənəffüsünün müayinəsi;
• Burun zondunun hazırlanması;
• Burundan yaxmanın ğötürülməsi;
• Burun boşluğunun selikli qişasına dərman maddələrinin yaxılması və buruna piltənin yeridilməsi;
• Burun boşluğuna dərmanların insuflyasiyası;
• Səpəndvari sarğının qoyulması;
• Burunun ön və arxa tamponajı;
• Udlaq zondunun hazırlanması;
• Udlaqdan yaxmanın götürülməsi;
• Dərman maddələtinin udlağa yaxılması;
• Dərman maddələrinin udlağa insuflyasiyası;
• Boyuna isidici kompresin qoyulması;
• Traxeo-kanyula ilə rəftar ;
• Akumetriya;
• Rentqenoqramların və tomoqramların oxunması;
• Yayılmış LOR-xəstəliklərin diaqnozunu qoymağı;
• LOR xəstəliklərinin ağırlaşmaları zamanı cərrahi taktikanı;
• LOR xəstəlikləri zamanı ən çox istifadə olunan dərmanlardan resept yazmağı
YİYƏLƏNMƏLİDİR:
•Qulaq, burun, boğaz və qırtlağın müayinəsi metodlarına;
•Yayılmış xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası
prinsiplərinə.
Yeni proqram bütün fakültələr üçün eyni olub, müalicə-profilaktika, hərbi-tibb, stomatologiya və ictimai səhiyyə fakültələrində həkim hazırlığı üçün otorinolarinqologiya kursunun əsas bölmələrini əhatə edir. Bununla yanaşı müxtəlif fakültələrdə otorinolarinqologiyanın tədris olunmasında
profilə müvafiq olan xüsusiyyətləri də nəzərə almaq lazımdır
Aşağıda hər bir fakültə üzrə tədris proqramına uyğun tədrisin spesifikliyi, saatların miqdarı nəzərə alınmaqla keçirilən mühazirə və təcrübə məşğələlərinin müvzu planı, eyni zamanda otorinolarinqologiya kursunu öyrənən tələbələrin əldə etdiyi biliyin və praktik vərdişlərin ardıcıllığı verilmişdir.
Müalicə-profilaktika fakültəsi
Müalicə-profilaktika üzrə ixtisas kodu
(ixtisasın adı vənömrəsi)
Kurs V
Semestr IX
Fənn üzrə kredit 4 kredit
Fənnin tədris dili Azərbaycan, rus, ingilis
Mühazirə 10 saat
Təcrübə
məşğələləri 50 saat
İmtahan IX semestr
Cəmi : 60 saat
PREREKVİZİTLƏR
Normal anatomiya, normal və patoloji fiziologiya, histologiya, mikrobiologiya,
farmakologiya, nevropatologiya, ftiziatriya, rentgenologiya, oftalmologiya, anesteziologiya
KOREKVİZİTLƏR
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
FƏNNİN HƏCMİ VƏTƏDRİSİN NÖVLƏRİ
Semestr |
Mühazirə (saat) |
Məşğələ (saat) |
Cəmi (saat) |
IX |
10 |
50 |
60 |
MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİNDƏ
MÜHAZİRƏLƏRİN MÖVZU PLANI
1 mühazirə. Otorinolarinqologiyaya giriş, onun məzmunu və qarşısında duran məsələlər. Otorinolarinqologiyanın tarixi və inkişaf yolları. Otorinolarinqologiyada profilaktika və dispanserizasiya. Eşitmə və müvazinət aparatının quruluşu və funksiyası haqda ümumi təsəvvürlər. Eşitmə nəzəriyyələri. Otolit aparatın və yarımdairəvi kanalların fiziologiyası, onların kosmik uçuşda rolu. Daxili qulağın müvazinət hissəsinin patologiyasının ümumi məsələləri.
Xarici və orta qulağın inkişafının anadangəlmə anomaliyaları, onların korreksiya prinsipləri. Orta qulağın kəskin iltihabı. Ümumi infeksion xəstəliklər zamanı kəskin otitlərin gediş xüsusiyyətləri. Antrit, mastoidit; mastoiditlərin formaları, konservativ, cərrahi müalicə metodları. Antromastoidotomiya.
Böyüklərdə və uşaqlarda orta qulağın xronik irinli iltihabı. Xronik irinli orta otitin etiologiyası, patogenezi, təsnifatı. Müalicə. Qulaqda radikal operasiyası, göstərişlər. Radikal operasiyanın növləri ̶ qulaqarxası, qulaqdaxili, eşitməni mühafizəedici. Timpanoplastika, onun növləri.
2 mühazirə. Otogen kəllədaxili ağırlaşmalar, inkişaf mexanizmi, təsnifatı. Ekstradural və subdural abseslər, leptomeningit. Otogen, epidemik və vərəm mənşəli meningitlərin diferensial diaqnostikası və müalicə prinsipləri. Beyin və beyinciyin otogen absesləri. “S”-əbənzər, köndələn sinusların və daxili vidaci venanın tromboflebitinin klinikası, diaqnostikası və müalicəsi. Otogen sepsis, patogenizi, klinik formaları, diaqnostikası və diferensial diaqnostikası, müalicə prinsipləri.
Orta qulağın qeyri-irinli xəstəlikləri. Orta qulağın kəskin və xronik katarı. Onların yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqəsi. Eksudativ otit. Timpanoskleroz. Eşitmə borusunun keçiriciliyinin müayinə metodları, qulaq monometriyası. Eşitmə borusunun keçiriciliyinin uçuş və eniş xidmətində əhəmiyyəti. Otoskleroz, etiologiyası, klinikası, diaqnostika və müalicəsinin müasir metodları. Menyer xəstəliyi. Daxili qulağın xəstəlikləri. Labirintitlər, etiologiyası və inkişaf mexanizmi. Labirintitlərin müxtəlif formalarının (məhdud, diffuz) simptomları, fəsadları. Konservativ və cərrahi müalicəsi.
Koxlear nevritlər – professional, medikamentoz, infeksion-toksiki. Kontuziyon koxlear nevritlər. İstehsalat küylərinin, silkələnmələrin (vibrasiya) sensonevral ağıreşitmənin inkişafında rolu. Ototoksiki antibiotiklər. Koxlear nevritlərin profilaktikası, klinikası, diaqnostikası və müalicəsi. Ağıreşitmə və karlıq zamanı eşitmənin protezləşdirilməsi. Surdoloqopedik kabinetlər.
3 mühazirə. Yuxarı tənəffüs yollarının fiziologiya və patofiziologiyası. Tənəffüs yollarının xəstəliklərinin profilaktikasında normal burun tənəffüsünün əhəmiyyəti. Böyüklərdə və südəmər uşaqlarda kəskin rinit. Burun, udlaq və qırtlaq difteriyası. Xarici burunun travmaları (sınıqlar). Xarici burunun defektləri və deformasiyaları. Burun arakəsməsinin əyriliyi, hematoması və absesi. Yuxarı tənəffüs yollarının xronik qeyri-spesifik iltihabı xəstəlikləri. Xronik sadə hipertrofik, atrofik və allergik rinitlər, faringitlər, laringitlər. Vazomotor rinitlər, etiologiyası, patogenezi, klinikası, profilaktikası və müalicəsi. Özena.
Burun qanaxmaları. Burunətrafı ciblərin kəskin və xronik iltihabı xəstəliklərinin etiologiyası və patogenezi. Rinogen, stomatogen və hematogen sinusitlər, onların klinikası, diaqnostikası və müalicəsi. Rinogen, orbital və kəllədaxili ağırlaşmalar. Orbital ağırlaşmaların inkişafında anatomik zəmin və kliniki xüsusiyyətlər.
4 mühazirə. Udlaq limfadenoid həlqəsinin fiziologiyası və patofiziologiyası. Damaq badamcıqlarının hipertrofiyası və adenoid. Udlaq limfadenoid halqasının patologiyasının böyüklərin və uşaqların orqanizminə təsiri. Anginalar, klinik formaları (kataral, lakunar, follikulyar). Simanovski-Plaut-Vensanın anginası.
Qan xəstəlikləri və uşaq infeksion xəstəlikləri (qızılca, skarlatin və digərləri) zamanı anginalar. Fleqmonoz angina və paratonzilyar abses ̶ etiologiya, patogenez, klinika və müalicə. Tonzillogen sepsis. Uşaqlarda və böyüklərdə udlaqarxası və parafaringeal abseslər. Xronik tonzillit: etiologiyası, patogenezi, klinik simptomları (yerli və ümumi), təsnifatı, orqanizmin digər xəstəlikləri ilə qarşılıqlı əlaqəsi.
5 mühazirə. Qırtlağın struktur xüsusiyyətləri və funksiyaları. Səs yaranmanın mexanizmi. Müğənni səsləri. Uşaqlarda səsin mutasiyası. Qırtlağın kəskin və xronik iltihabı xəstəlikləri. Uşaqlarda kəskin respirator virus infeksiyası zamanı larinqotraxeit simptomları. Qırtlağın kəskin və xronik stenozları. Konservativ və cərrahi müalicə. İntubasiya, traxeotomiya, larinqofissura.
Qırtlağın xoş və bəd xassəli şişləri, larinqektomiya. Qırtlağın, traxeyanın, bronxların və qida borusunun yad cismləri. Qida borusunun yanıqları. Fibroendoskopiya, ezofaqoskopiya və endoskopiya.
Cəmi: 10 saat
Müalicə-profilaktika fakültəsində təcrübə məşğələlərinin mövzu planı
1 məşğələ. Xarici və orta qulağın klinik anatomiyası, fiziologiyası və müayinə metodları. Koxlear aparatın anatomiyası, fiziologiyası və müayinə metodları. Eşitmənin kamertonal müayinəsi. Audioloji müyinələr.
2 məşğələ. Vestibulyar analizatorun klinik anatomiyası, fiziologiyası və müayinə metodları.Vestibulyar aparatın müayinəsində çalışmalar.
3 məşğələ. Burunv və burunətrafı ciblərin klinik anatomiyası, fiziologiyası və müayinə metodları
4 məşğələ. Udlağın və qırtlağın klinik anatomiyası, fiziologiyası və müayinə metodları. Qida borusu, traxeya və bronxların klinik anatomiyası, fiziologiyası və müayinə metodları
5 məşğələ. Burun və burunətrafı ciblərin kəskin və xronik xəstəlikləri. Burun sümüklərinin sınıqları. Burun qanaxmaları. Burun çəpərinin hematoma və absesi. Burun qanaxmalarının saxlanılma metodları. Əng cibində əməliyyatın növləri.
6 məşğələ. Orta qulağın kəskin irinli iltihabı, uşaqlarda orta qulağın iltihabı xəstəliklərinin gediş xüsusiyyətləri, mastoidit və onun formaları.
7 məşğələ. Xronik irinli orta otit. Otogen və rinosinusogen kəllədaxili ağırlaşmalar, stasionarda iş (operasiya və cərrahi manipulyasiyaların nümayişi). Gicgah sümüyündə radikal operasiya, sadə trepanasiya
8 məşğələ. Ambulator operasiyalar (adenotomiya, tonzillektomiya, konxotomiya, əng cibinin punksiyası, alın cibinin trepanopunksiyası). Xronik tonzillit. Kataral, lakunar, follikulyar angina. Paratonzilyar abses və onun ağırlaşmaları. Uşaqlarda adenoidlər
9 məşğələ. Kəskin stenozlaşdırıcı larinqotraxeobronxit, qırtlaq ödemi. Qırtlağın xondro-perixondriti. Qırtlaq difteriyası. Qırtlağın xoş və bədxassəli şişləri. Traxeostomiya, larinqofissura, larinqostoma
10 məşğələ. LOR-orqanların yad cismləri. Xəstələrə təxirə salınmaz yardımın təşkili, endoskopiya (fibroendoskopiya, ezofaqoskopiya). Qida borusunun yanıqları və çapıqlı daralmaları. Bronxo-ezofaqoskopiya.
Cəmi: 50 saat
Hərbi -Tibbi fakültə
Hərbi-tibb üzrə ixtisas kodu
(ixtisasın adı vənömrəsi)
Kurs V
Semestr IX
Fənn üzrə kredit 4 kredit
Fənnin tədris dili Azərbaycan
Mühazirə 16 saat
Təcrübə
məşğələləri 44 saat
İmtahan IX semestr
Cəmi : 60 saat
PREREKVİZİTLƏR
Normal anatomiya, normal və patoloji fiziologiya, histologiya, mikrobiologiya,
farmakologiya, nevropatologiya, ftiziatriya, rentgenologiya, oftalmologiya, anesteziologiya
KOREKVİZİTLƏR
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
FƏNNİN HƏCMİ VƏ TƏDRİSİN NÖVLƏRİ
Semestr |
Mühazirə (saat) |
Məşğələ (saat) |
Cəmi (saat) |
IX |
16 |
44 |
60 |
HƏRBİ-TİBBİ FAKÜLTƏDƏ
MÜHAZİRƏLƏRİN MÖVZU PLANI
1 mühazirə Otorinolarinqologiyaya giriş, onun məzmunu, məqsədi və inkişaf yolları. Hərbi otorinolarinqologiyanın tarixindən səhifələr. Eşitmə və müvazinət aparatının quruluşu və funksiyaları haqda ümumi təsəvvürlər. Otolit aparatın, yarımdairəvi kanalların uçuş və paraşut xidmətində əhəmiyyəti.
Orta qulağın kəskin iltihabı. Mastoiditlər, formaları. Konservativ və cərrahi müalicə üsulları. Antromastoidotomiya.
2 mühazirə Orta qulağın xroniki irinli iltihabı, yayılması, sosial və kliniki əhəmiyyəti. Əsgəri xidmətə çağrılanlar arasında ekspertizanın əhəmiyəti. Qulağın radikal operasiyasına göstərişlər. Radikal operasiyanın növləri (qulaqarxası, qulaqdaxili, eşitməni mühafizə. Timpanoplastika.
3 mühazirə Otogen kəllədaxili ağırlaşmalar, inkişaf mexanizmi, təsnifatı. Ekstradural və subdural abseslər, leptomeningit. Otogen, epidemik və vərəm mənşəli meningitlərin differensial diaqnostikası və müalicə prinsipləri. Beyin və beyincik otogen absesləri.
“S”-ə bənzər, köndələn sinusların və daxili vidaci venanın tromboflebiti. Otogen sepsis, patogenezi, klinikası, diaqnostikası və müalicəsi. Otogen sepsis, patogenizi, kliniki formaları, diaqnostikası və müalicə prinsipləri.
4 mühazirə Ortra qulağın qeyri-irinli xəstəlikləri. Orta qulağın kəskin və xroniki katarı, onların yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqəsi. Ekssudativ otit. Timpanoskleroz.
Eşitmə borusunun keçiriciliyinin müayinə üsulları, qulaq monometriyası, eşitmə borusunun keçiriciliyinin vəziyyətinin hərbi-tibbi ekspertiza əhəmiyyəti. Otosklerozun klinikası, müasir diaqnostika və müalicə üsulları. Menyer xəstəliyi və kəskin koxleovestibulyar pozğunluqlar, diaqnostikası və müalicəsi. Daxili qulağın xəstəlikləri. Daxili qulağın bilavasitə və dolayı yolla zədələnmələri. Daxili qulağın iltihabı, labirintitlərin formaları.
Eşitmə sinirnin xəstəlikləri. Sensonevral ağıreşitmənin klinikası və müalicəsi. İnfeksion, toksiki, professional və travmatik ağıreşitmə, müalicəsinin etaplarla təşkili. Ototoksiki antibiotiklər. Ağıreşitmə və karlıq.
5 mühazirə Yuxarı tənəffüs yollarının fiziologiya və patofiziologiyası. Normal burun tənəffüsünün tənəffüs yollarının xəstəliklərinin profilaktikasında rolu. Kəskin rinit, burun difteriyası. Xarici burunun travmaları (sınıqlar), defektləri və deformasiyaları. Burun arakəsməsinin əyriliyi, hematoması və absesi. Yuxarı tənəffüs yollarının qeyri-spesifik iltihabi xəstəlikləri: xroniki sadə, hipertrofik və allergik rinitlər. Özena. Allergik rinitlər, faringitlər, laringitlər. Etiologiyası, patogenezi, klinikası, profilaktikası və müalicəsi. Vazomator rinit. Burun qanaxmaları.
Burun və burunətrafı ciblərin kəskin və xroniki iltihabı: etiologiyası və patogenezi. Rinogen, travmatik, stomatogen və hematogen sinusitlər, onların klinikası, diaqnostikası və müalicəsi. Burunətrafı ciblərin odlu silahla yaralanmaları. Rinogen göz yuvası və kəllədaxili ağırlaşmalar, onların onların inkişafının anatomik zəmini və kliniki xüsusiyyətləri.
6 mühazirə Udlaq limfoid həlqəsinin fiziologiyası və patofiziologiyası. Damaq badamcıqlarının hipertrofiyası. Adenoid. Birincili anginaların epidemiologiyası, onun klinik formaları (kataral, lakunar, follikulyar). Simanovski – Plaut –Vensan anginası. İnfeksion (qızılca, skarlatina, qrip) və qan xəstəlikləri zamanı müşahidə olunan ikincili anginalar.
Əsnək difteriyasının yayılması, diaqnostikası və müalicəsi. Fleqmanoz angina və ya paratonzilyar abses. Etiologiyası, patogenezi, klinikası və müalicəsi. Tonzillogen sepsis. Udlaqyanı və udlaqarxası abseslər. Udlağın açıq və qapalı travmaları.
7 mühazirə Xroniki tonzillit. Etiologiyası, patogenezi, kliniki simptomları (yerli və ümumi). Xroniki tonzillitin orqanizmin digər ümumi xəstəlikləri ilə əlaqəsi, tonzillit ilə bağlı (əlaqədar) xəstəliklər. Xroniki tonzillitin təsnifatı, konservativ və cərrahi müalicəsi.
8 mühazirə Qırtlağın struktur xüsusiyyətləri və funksiyaları. Səsin əmələgəlmə mexanizmi. Müğənni səsləri, uşaqlarda səsin mutasiyası. Qırtrtlağın və traxeyanın yaralanmaları, kəskin və xroniki stenozları. Yardımın etapları. Konservativ müalicə, intubasiya və traxeotomiya. Larinqofissura.
Qırtlağın xoş və bəd xassəli şişləri. Larinqektomiya. Qırtlağın, traxeyanın, bronxların və qida borusunun yad cisimləri, endoskopiya (fibroendoskopiya və ezofaqoskopiya).
Cəmi: 16 saat
Hərbi-tibbi fakültədə təcrübə məşğələlərin mövzu planı
1 məşğələ LOR üzvlərin endoskopik müayinə üsulları. Xarici və orta qulağın klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Otoskopiya. Eşitmə borusunun keçiriciliyinin yoxlanılma üsulları və onun hərbi ekspertiza əhəmiyyəti.
2 məşğələ Eşitmə analizatorunun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Vestibulyar analizatorun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları.
3 məşğələ Burun və burunətrafı ciblərin klinik anatomiyası, fiziologiyası və müayinə üsulları.Udlağın klinik anatomiyası, fiziologiyası və müayinə üsulları.
4 məşğələ Qırtlağın, traxeya, bronxların və qida borusunun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları.Qulaq xəstəlikləri: xarici otit (xarici qulaq keçəcəyinin furunkulu və diffuz iltihabı), qulaq kiri tıxacı. Orta qulağın kəskin iltihabı. Antrit, mastoidit. Poliklinik qəbulu. Xarici qulaq keçəcəyinin yuyulması
5 məşğələ Qulaq xəstəlikləri: orta qulağın xroniki irinli iltihabi (mezotimpanit, epitimpanit). Xroniki irinli ortra otitin hərbi tibbi ekspertiza əhəmiyyəti. Otogen kəllədaxili ağırlaşmalar (meningit, beyin absesi, otogen sepsis). Daxili qulağın xəstəlikləri. Poliklinik xəstə qəbulu (attikin yuyulmasının nümayişi).
6 məşğələ Orta qulağın qeyri-irinli iltihabı xəstəlikləri: təbil boşluğunun və eşitmə borusunun katarı, timpanoskleroz. Eşitmə sinirinin xəstəlikləri, koxlear nevritlər (infeksion, toksiki, professional, travmatik). Ototoksiki antibiotiklər və dərmanlar. Koxleovestibulyar pozğunluqlar. Otolarinqologiyada hərbi ekspertiza. Sənətə görə seçmə və konsultasiya. Eşitmənin simulyasiyası və aqravasiyası (Qovseyev, Lombart, Lyuse və Kupetov sınaqları). Poliklinik xəstə qəbulu.
7 məşğələ Burun və burunətrafı ciblərin xəstəlikləri. Kəskin və xroniki rinitlər. Burun çəpərinin absesi, hematoması və əyriliyi. Burun qanaxmaları. Burunun ön və arxa tamponadası.Burun ətrafi ciblərin xəstəlikləri. Sinusitlər (kəskin və xroniki). Burun və burun ərtafı ciblərin odlu silah və məişət yaralanmaları. Rinogen, orbital və kəllədaxili ağırlaşmalar. Burun xəstəliklərinin hərbi tibbi ekspertizası. Haymor cibinin punksiyasının nümayişi.
8 məşğələ Udlaq xəstəlikləri: kəskin və xroniki farinqit və farinqomikoz. Anginalar. Udlaq limfoid həlqəsinin hipertrofiyası. Adenoid. Xroniki tonzillitin təsnifatı. Orqanizimdə xroniki tonzillitlə bağlı xəstəliklər, müalicə üsuları. Adenotomiya və tonzillektomiya. Udlaq xəstəliklərinin hərbi-tibbi ekspertizası.
9 məşğələ Qırtlaq xəstəlikləri: kəskin və xroniki larinqitlər. Qırtlağın kəskin və xroniki stenozları. Qırtlaq əzələlərinin parezi və iflici. Yuxarı tənəffüs yollarının infeksion qranulomaları və şişləri. Qırtlaq və traxeyanın məişət və odlu silah yaralanmaları, xəstələrə etaplı yardımın təşkili. Burun, qulaq, udlaq, qırtlaq, traxeya, bronxlar və yemək borusunun yad cisimləri, yardımın təşkili. Qırtlaq xəstəliklərinin hərbi-tibbi ekspertizası.
Cəmi: 44 saat
Stomatologiya fakültəsi
Stomatologiya üzrə ixtisas kodu
(ixtisasın adı və nömrəsi)
Kurs IV
Semestr VIII
Fənn üzrə kredit 4 kredit
Fənnin tədris dili Azərbaycan, rus, ingilis
Mühazirə 10 saat
Təcrübə
məşğələləri 50 saat
İmtahan VIII semestr
Cəmi : 60 saat
PREREKVİZİTLƏR
Normal anatomiya, normal və patoloji fiziologiya, histologiya, mikrobiologiya, farmakologiya, nevropatologiya, ftiziatriya, rentgenologiya, oftalmologiya, anesteziologiya
KOREKVİZİTLƏR
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
FƏNNİN HƏCMİ VƏ TƏDRİSİN NÖVLƏRİ
Semestr |
Mühazirə (saat) |
Məşğələ (saat) |
Cəmi (saat) |
VIII |
10 |
50 |
60 |
STOMATOLOGİYA FAKÜLTƏSİNDƏ MÜHAZİRƏLƏRİN
MÖVZU PLANI
1 mühazirə. Otorinolarinqologiyaya giriş, onun məzmunu və qarşısında duran məsələlər. Otorinolarinqologiyanın tarixi və inkişaf yolları. Otorinolarinqologiyada profilaktika və dispanserizasiya. Eşitmə və müvazinət aparatının quruluşu və funksiyası haqda ümumi təsəvvürlər. Eşitmə nəzəriyyələri. Otolit aparatın və yarımdairəvi kanalların fiziologiyası, onların kosmik uçuşda rolu. Daxili qulağın müvazinət hissəsinin patologiyasının ümumi məsələləri.
Xarici və orta qulağın inkişafının anadangəlmə anomaliyaları, onların korreksiya prinsipləri. Orta qulağın kəskin iltihabı. Ümumi infeksion xəstəliklər zamanı kəskin otitlərin gediş xüsusiyyətləri. Antrit, mastoidit; mastoiditlərin formaları, konservativ, cərrahi müalicə metodları. Antromastoidotomiya.
Böyüklərdə və uşaqlarda orta qulağın xronik irinli iltihabı. Xronik irinli orta otitin etiologiyası, patogenezi, təsnifatı. Müalicə. Qulaqda radikal operasiyası, göstərişlər. Radikal operasiyanın növləri ̶ qulaqarxası, qulaqdaxili, eşitməni mühafizəedici. Timpanoplastika, onun növləri.
2 mühazirə. Otogen kəllədaxili ağırlaşmalar, inkişaf mexanizmi, təsnifatı. Ekstradural və subdural abseslər, leptomeningit. Otogen, epidemik və vərəm mənşəli meningitlərin diferensial diaqnostikası və müalicə prinsipləri. Beyin və beyinciyin otogen absesləri. “S”-əbənzər, köndələn sinusların və daxili vidaci venanın tromboflebitinin klinikası, diaqnostikası və müalicəsi. Otogen sepsis, patogenizi, klinik formaları, diaqnostikası və diferensial diaqnostikası, müalicə prinsipləri.
Orta qulağın qeyri-irinli xəstəlikləri. Orta qulağın kəskin və xronik katarı. Onların yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqəsi. Eksudativ otit. Timpanoskleroz. Eşitmə borusunun keçiriciliyinin müayinə metodları, qulaq monometriyası. Eşitmə borusunun keçiriciliyinin uçuş və eniş xidmətində əhəmiyyəti. Otoskleroz, etiologiyası, klinikası, diaqnostika və müalicəsinin müasir metodları. Menyer xəstəliyi. Daxili qulağın xəstəlikləri. Labirintitlər, etiologiyası və inkişaf mexanizmi. Labirintitlərin müxtəlif formalarının (məhdud, diffuz) simptomları, fəsadları. Konservativ və cərrahi müalicəsi.
Koxlear nevritlər – professional, medikamentoz, infeksion-toksiki. Kontuziyon koxlear nevritlər. İstehsalat küylərinin, silkələnmələrin (vibrasiya) sensonevral ağıreşitmənin inkişafında rolu. Ototoksiki antibiotiklər. Koxlear nevritlərin profilaktikası, klinikası, diaqnostikası və müalicəsi. Ağıreşitmə və karlıq zamanı eşitmənin protezləşdirilməsi. Surdoloqopedik kabinetlər.
3 mühazirə. Yuxarı tənəffüs yollarının fiziologiya və patofiziologiyası. Tənəffüs yollarının xəstəliklərinin profilaktikasında normal burun tənəffüsünün əhəmiyyəti. Böyüklərdə və südəmər uşaqlarda kəskin rinit. Burun, udlaq və qırtlaq difteriyası. Xarici burunun travmaları (sınıqlar). Xarici burunun defektləri və deformasiyaları. Burun arakəsməsinin əyriliyi, hematoması və absesi. Yuxarı tənəffüs yollarının xronik qeyri-spesifik iltihabı xəstəlikləri. Xronik sadə hipertrofik, atrofik və allergik rinitlər, faringitlər, laringitlər. Vazomotor rinitlər, etiologiyası, patogenezi, klinikası, profilaktikası və müalicəsi. Özena.
Burun qanaxmaları. Burunətrafı ciblərin kəskin və xronik iltihabı xəstəliklərinin etiologiyası və patogenezi. Rinogen, stomatogen və hematogen sinusitlər, onların klinikası, diaqnostikası və müalicəsi. Rinogen, orbital və kəllədaxili ağırlaşmalar. Orbital ağırlaşmaların inkişafında anatomik zəmin və kliniki xüsusiyyətlər.
4 mühazirə. Udlaq limfadenoid həlqəsinin fiziologiyası və patofiziologiyası. Damaq badamcıqlarının hipertrofiyası və adenoid. Udlaq limfadenoid halqasının patologiyasının böyüklərin və uşaqların orqanizminə təsiri. Anginalar, klinik formaları (kataral, lakunar, follikulyar). Simanovski-Plaut-Vensanın anginası.
Qan xəstəlikləri və uşaq infeksion xəstəlikləri (qızılca, skarlatin və digərləri) zamanı anginalar. Fleqmonoz angina və paratonzilyar abses ̶ etiologiya, patogenez, klinika və müalicə. Tonzillogen sepsis. Uşaqlarda və böyüklərdə udlaqarxası və parafaringeal abseslər. Xronik tonzillit: etiologiyası, patogenezi, klinik simptomları (yerli və ümumi), təsnifatı, orqanizmin digər xəstəlikləri ilə qarşılıqlı əlaqəsi.
5 mühazirə. Qırtlağın struktur xüsusiyyətləri və funksiyaları. Səs yaranmanın mexanizmi. Müğənni səsləri. Uşaqlarda səsin mutasiyası. Qırtlağın kəskin və xronik iltihabı xəstəlikləri. Uşaqlarda kəskin respirator virus infeksiyası zamanı larinqotraxeit simptomları. Qırtlağın kəskin və xronik stenozları. Konservativ və cərrahi müalicə. İntubasiya, traxeotomiya, larinqofissura.
Qırtlağın xoş və bəd xassəli şişləri, larinqektomiya. Qırtlağın, traxeyanın, bronxların və qida borusunun yad cismləri. Qida borusunun yanıqları. Fibroendoskopiya, ezofaqoskopiya və endoskopiya.
Cəmi: 10 saat
Stomatologiya fakültəsində təcrübə məşğələlərinin mövzu planı
1 məşğələ. Xarici və orta qulağın klinik anatomiyası, fiziologiyası və müayinə metodları. Koxlear aparatın anatomiyası, fiziologiyası və müayinə metodları. Eşitmənin kamertonal müayinəsi. Audioloji müyinələr.
2 məşğələ. Vestibulyar analizatorun klinik anatomiyası, fiziologiyası və müayinə metodları.Vestibulyar aparatın müayinəsində çalışmalar.
3 məşğələ. Burunv və burunətrafı ciblərin klinik anatomiyası, fiziologiyası və müayinə metodları
4 məşğələ. Udlağın və qırtlağın klinik anatomiyası, fiziologiyası və müayinə metodları. Qida borusu, traxeya və bronxların klinik anatomiyası, fiziologiyası və müayinə metodları
5 məşğələ. Burun və burunətrafı ciblərin kəskin və xronik xəstəlikləri. Burun sümüklərinin sınıqları. Burun qanaxmaları. Burun çəpərinin hematoma və absesi. Burun qanaxmalarının saxlanılma metodları. Əng cibində əməliyyatın növləri.
6 məşğələ. Orta qulağın kəskin irinli iltihabı, uşaqlarda orta qulağın iltihabı xəstəliklərinin gediş xüsusiyyətləri, mastoidit və onun formaları.
7 məşğələ. Xronik irinli orta otit. Otogen və rinosinusogen kəllədaxili ağırlaşmalar, stasionarda iş (operasiya və cərrahi manipulyasiyaların nümayişi). Gicgah sümüyündə radikal operasiya, sadə trepanasiya
8 məşğələ. Ambulator operasiyalar (adenotomiya, tonzillektomiya, konxotomiya, əng cibinin punksiyası, alın cibinin trepanopunksiyası). Xronik tonzillit. Kataral, lakunar, follikulyar angina. Paratonzilyar abses və onun ağırlaşmaları. Uşaqlarda adenoidlər
9 məşğələ. Kəskin stenozlaşdırıcı larinqotraxeobronxit, qırtlaq ödemi. Qırtlağın xondro-perixondriti. Qırtlaq difteriyası. Qırtlağın xoş və bədxassəli şişləri. Traxeostomiya, larinqofissura, larinqostoma
10 məşğələ. LOR-orqanların yad cismləri. Xəstələrə təxirə salınmaz yardımın təşkili, endoskopiya (fibroendoskopiya, ezofaqoskopiya). Qida borusunun yanıqları və çapıqlı daralmaları. Bronxo-ezofaqoskopiya.
Cəmi: 50 saat
İctimai səhiyyə fakültəsi
İctimai səhiyyə üzrə ixtisas kodu
(ixtisasın adı vənömrəsi)
Kurs IV
Semestr VIII
Fənn üzrə kredit 3 kredit
Fənnin tədris dili Azərbaycan, rus
Mühazirə 14 saat
Təcrübə
məşğələləri 31 saat
İmtahan VIII semestr
Cəmi : 45 saat
PREREKVİZİTLƏR
Normal anatomiya, normal və patoloji fiziologiya, histologiya, mikrobiologiya,
farmakologiya, nevropatologiya, ftiziatriya, rentgenologiya, oftalmologiya, anesteziologiya
KOREKVİZİTLƏR
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
FƏNNİN HƏCMİ VƏ TƏDRİSİN NÖVLƏRİ
Semestr |
Mühazirə (saat) |
Məşğələ (saat) |
Cəmi (saat) |
VIII |
14 |
31 |
45 |
İCTİMAİ SƏHİYYƏ FAKÜLTƏSİNDƏ
MÜHAZİRƏLƏRİN MÖVZU PLANI
1 mühazirə. Otorinolarinqologiyaya giriş, onun məzmunu və qarşısında duran məsələlər. İxtisasın sanitar-gigiyenik aspektləri. Otorinolarinqologiyada profilaktika və dispanserizasiya. Eşitmə və müvazinət aparatının quruluşu haqqında ümumi məlumat, onların kosmik uçuşda rolu. Daxili qulağın eşitmə orqanının patologiyasının ümumi məsələləri.
Xarici və orta qulağın inkişafının anadangəlmə anomaliyaları, onların korreksiya prinsipləri. Orta qulağın kəskin iltihabı. Ümumi infeksion xəstəliklər zamanı kəskin otitlərin gediş xüsusiyyətləri.
Antrit, mastoidit; mastoiditlərin formaları. Konservativ və cərrahi müalicə üsulları. Antromastoidotomiya.
2 mühazirə. Böyüklərdə və uşaqlarda orta qulagın xroniki irinli iltihabı. Xroniki irinli orta otitin etiologiyası, patogenezi, təsnifatı. Müalicə. Qulağın radikal operasiyası, ğöstərişlər. Radikal operasiyanın növləri ̶ qulaqarxası, qulaqdaxili, eşitməni mühafizə. Timpanoplastika, onun növləri
Otogen kəllədaxili ağırlaşmalar, inkişaf mexanizmi, təsnifatı. Ekstradural və subdural abseslər, leptomeningit. Otogen, epidemik və vərəm mənşəli meningitlərin diferensial diaqnostikası və müalicə prinsipləri. Beyin və beyinciyin otogen absesləri, klinikası, diaqnostikası və müalicəsi.
“S”-ə bənzər, köndələn sinusların və daxili vidaci venanın tromboflebiti. Otogen sepsis, patogenizi, kliniki formaları, diaqnostikası və differensial diaqnostikası, müalicə prinsipləri.
3 mühazirə. Otra qulağın qeyri-irinli xəstəlikləri. Orta qulağın kəskin və xroniki katarı. Onların yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqəsi. Ekssudativ otit. Timpanoskleroz. Eşitmə borusunun keçiriciliyinin müayinə üsulları, qulaq monometriyası. Eşitmə borusunun keçiriciliyinin uçuş və eniş xidmətində əhəmiyyəti. Otoskleroz, etiologiyası, klinikası, diaqnostika və müalicəsinin müasir üsullrı. Menyer xəsstəliyi.
Daxili qulağın xəstəlikləri. Labirintitlər, etiologiyası və inkişaf mexanizmi. Labirintitlərin müxtəlif formalarının (məhdud, diffuz) simptomları, fəsadları. Konservativ və cərrahi müalicəsi. Qulağın peşə xəstəlikləri. Sensonevral ağıreşitmə – professional, medikamentoz, infeksion, toksiki. Kontuziyon sensonevral ağıreşitmə. İstehsalat küylərinin, silkələnmələrin (vibrasiya) koxlear nevritlərin inkişafında rolu. Ototoksik antibiotiklər. Koxlear nevritlərin klinikası, diaqnostikası, müalicəsi və profilaktikası. Karlıq və ağıreşitmə zamanı eşitmənin protezləşdirilməsi. Surdoloqopedik kabinetlər. Koxlear implantasiya.
4 mühazirə. Yuxarı tənəffüs yollarının fiziologiya və patofiziologiyası. Tənəffüs yollarının xəstəliklərinin profilaktikasında normal burun tənəffüsünün əhəmiyyəti. Böyüklərdə və südəmər uşaqlarda kəskin rinit. Burun, udlaq və qırtlaq difteriyası. Xarici burunun travmaları (sınıqlar). Burun arakəsməsinin əyriliyi, hematoması və absesi.
Kimya sənayesi və yüksək tozlu şəraitdə istehsalatlarda işləyənlərin yuxarı tənəffüs yollarının peşə xəstəlikləri və allergik faktorların onların genezində rolu. Yuxarı tənəffüs yollarının xroniki qeyri-spesifik iltihabi xəstəlikləri. Xroniki sadə, hipertrofik, atrofik və allergik rinitlər. Vazomator rinitlər. Etiologiyası, patogenezi, klinikası, profilaktikası və müalicəsi. Özena. Burun qanaxmaları.
5 mühazirə. Burunətrafı ciblərin kəskin və xroniki iltihabi xəstəliklərinin etiologiyası və patogenezi: rinogen, stomatogen və hematogen sinusitlər, onların klinikası, diaqnostikası və müalicəsi. Rinogen göz yuvası və kəllədaxili ağırlaşmalar. Göz yuvası ağırlaşmaların inkişafında anatomik zəmin və kliniki xüsusiyyətlər.
6 mühazirə. Udlaq limfadenoid həlqəsinin fiziologiyası və patofiziologiyası. Damaq badamcıqlarının hipertrofiyası və adenoid. Udlaq limfadenoid həlqəsinin patologiyasının orqanizə təsiri. Angina, kliniki formaları (kataral, lakunar, follikulyar). Simanovski-Plaut-Vensanın anginası.
Qan xəstəlikləri və uşaq infeksion xəstəlikləri zamanı (qızılca, skarlatin və digərləri) anginalar. Fleqmonoz angina və paratonzilyar abses. Etiologiya, patogenez, klinika və müalicə. Tonzillogen sepsis. Uşaqlarda və böyüklərdə udlaqarxası və parafaringeal abseslər.
Xroniki tonzillit. Etiologiyası, patogenezi, kliniki simptomları (yerli və ümumi), təsnifatı, orqanizmin digər xəstəlikləri ilə qarşılıqlı əlaqəsi. Xroniki tonzillitlə bağlı xəstəliklər. Klassifikasiya. Konservativ və cərrahi müalicə.
7 mühazirə. Qırtlağın struktur xüsusiyyətləri və funksiyaları. Səs əmələgəlmənin mexanizmi. Müğənni səsləri. Uşaqlarda səsin mutasiyası. Qırtlağın kəskin və xroniki iltihabi xəstəlikəri. Uşaqlarda kəkin respirator virus infeksiyası zamanı larinqotraxeit sindromu.
Qırtlağın kəskin və xroniki stenozları. Konservativ və cərrahi müalicə. İntubasiya, traxeotomiya, larinqofissura. Qırtlağın xoş və bəd xassəli şişləri. Larinqektomiya. Qırtlağın, traxeyanın, bronxların və yemək borusunun yad cisimləri. Qida borusunun yanıqları. LOR üzvlərin endoskopiyasi (fibroendoskopiya və ezofaqoskopiya).
Cəmi:14 saat
İctimai səhiyyə fakültəsində praktiki
məşğələlərin mövzu planı
1 məşğələ. Xarici və orta qulağın klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Koxlear aparatın anatomiyası, fiziologiyası və müayinə üsulları. Eşitmənin kamertonal müayinəsi. Audioloji müyinələr.
2 məşğələ. Vestibulyar analizatorun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Vestibulyar aparatın müayinəsində çalışmalar. LOR orqanların rentgenoloji müayinə metodlarının öyrənilməsi. Burun, burunətrafı ciblərin klinik anatomiyası, fiziologiyası və müayinə üsulları
3 məşğələ. Udlağın klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Qırtlağın anatomiyası, fiziologiyası və müayinə üsulları. LOR – reseptura
4 məşğələ. Burun və burunətrafı ciblərin kəskin və xroniki xəstəlikləri. Burun sümüklərinin sınıqları. Burun qanaxmaları. Burun çəpərinin hematoma və absesi. Burun qanaxmalarının saxlanılma metodları. Rinogen, orbital və kəllədaxili ağırlaºmalar. Xəstələrin poliklinik qəbulu.
5 məşğələ Orta qulağın kəskin və xroniki irinli iltihabı, uşaqlarda orta qulağın iltihabı xəstəliklərinin gediş xüsusiyyətləri, mastoidit və onun formaları. Otogen kəllədaxili ağırlaşmalar. Orta qulqğın qeyri-irinli iltihabi xəstəlikləri: təbil boşluğunun və eşitmə borusunun kəskin və xroniki katarı. Peşə xəstəlikləri. Sensonevral ağıreşitmə (peşə, medikamentoz, infeksion, toksiki nevritlər). Sensonevral ağıreşitmənin əmələ gəlməsində istehsal küyünün və vibrasiyanın rolu.
6 məşğələ. Udlaq xəstəlikləri. Angina və əsnək difteriyası. Xroniki tonzillit və xroniki farinqiti olan xəstələrin sənətə görə seçilməsi və əmək ekspertiziyası. Tonzillektomiya və adenotomiyanın nümayişi.
Qırtlaq difteriyası. Qırtlağın kəskin və xroniki stenozları. Uşaqlarda stenozlaşdırıcı larinqotraxeobronxit sindromu. Yuxarı tənəffüs yollarının şişləri və infeksion qranulomaları. Qırtlaq patologiyası olan xəstələrin sənətə görə seçilməsi və əmək ekspertizası.
Qırtlaq, traxeya, bronxların və qida bousunun yad cisimləri. Xəstələrə təxirəsalınmaz yardımın təşkili endoskopiya (fibroendoskopiya, ezofaqoskopiya). Qida borusunun yanıqları və çapıqlı daralmaları.
Cəmi: 31 saat
Hərbi-tibbi feldşer fakültəsi
Hərbi-tibbi feldşer üzrə ixtisas kodu
(ixtisasın adı və nömrəsi)
Kurs II
Semestr IV
Fənn üzrə kredit 3 kredit
Fənnin tədris dili Azərbaycan
Mühazirə 10 saat
Təcrübə
məşğələləri 30 saat
İmtahan IV semestr
Cəmi: 40 saat
PREREKVİZİTLƏR
Normal anatomiya, normal və patoloji fiziologiya, histologiya, mikrobiologiya,
farmakologiya, nevropatologiya, ftiziatriya, rentgenologiya, oftalmologiya, anesteziologiya
KOREKVİZİTLƏR
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
FƏNNİN HƏCMİ VƏTƏDRİSİNNÖVLƏRİ
Semestr |
Mühazirə (saat) |
Məşğələ (saat) |
Cəmi (saat) |
IV |
10 |
30 |
40 |
HƏRBİ-TİBBİ FELDŞER FAKÜLTƏSİNDƏ MÜHAZİRƏLƏRİN
MÖVZU PLANI
1 mühazirə. Otorinolarinqologiyaya giriş, onun məzmunu, məqsədi və inkişaf yolları. Hərbi otorinolarinqologiyanın tarixindən səhifələr. Eşitmə və müvazinət aparatının quruluşu və funksiyaları haqda ümumi təsəvvürlər. Otolit aparatın, yarımdairəvi kanalların uçuş və paraşut xidmətində əhəmiyyəti.
Orta qulağın kəskin iltihabı. Mastoiditlər, formaları. Konservativ və cərrahi müalicə üsulları. Antromastoidotomiya. Orta qulağın xroniki irinli iltihabı, yayılması, sosial və kliniki əhəmiyyəti. Əsgəri xidmətə çağrılanlar arasında ekspertizanın əhəmiyəti. Qulağın radikal operasiyası, göstərişlər. Radikal operasiyanın növləri (qulaqarxası, qulaqdaxili, eşitməni mühafizə. Timpanoplastika.
Otogen kəllədaxili ağırlaşmalar, inkişaf mexanizmi, təsnifatı. Ekstradural və subdural abseslər, leptomeningit. Otogen, epidemik və vərəm mənşəli meningitlərin diferensial diaqnostikası və müalicə prinsipləri. Beyin və beyincik otogen absesləri.
“S”-ə bənzər, köndələn sinusların və daxili vidaci venanın tromboflebiti. Otogen sepsis, patogenizi, kliniki formaları, diaqnostikası və müalicə prinsipləri
2 mühazirə. Ortra qulağın qeyri-irinli xəstəlikləri. Orta qulağın kəskin və xroniki katarı, onların yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqəsi. Ekssudativ otit. Timpanoskleroz.
Eşitmə borusunun keçiriciliyinin müayinə üsulları, qulaq monometriyası, eşitmə borusunun keçiriciliyinin vəziyyətinin hərbi-tibbi ekspertiza əhəmiyyəti. Otoskleroz, klinikası, müasir diaqnostika və müalicə üsulları. Menyer xəstəliyi və kəskin koxleovestibulyar pozğunluqlar, diaqnostikası və müalicəsi. Daxili qulağın xəstəlikləri. Daxili qulağın bilavasitə və dolayı yolla zədələnmələri. Daxili qulağın iltihabı, labirintitlərin formaları.
Eşitmə sinirnin xəstəlikləri. Sensonevral ağıreşitmənin klinikası və müalicəsi. İnfeksion, toksiki, professional və travmatik ağıreşitmə, müalicəsinin etapları, təşkili. Ototoksiki antibiotiklər. Ağıreşitmə və karlığın profilaktikası.
3 mühazirə. Yuxarı tənəffüs yollarının fiziologiya və patofiziologiyası. Normal burun tənəffüsünün tənəffüs yollarının xəstəliklərinin profilaktikasında rolu. Kəskin rinit, burun difteriyası. Xarici burunun travmaları (sınıqlar), defektləri və deformasiyaları. Burun arakəsməsinin əyriliyi, hematoması və absesi.
Yuxarı tənəffüs yollarının qeyri-spesifik iltihabi xəstəlikləri: xroniki sadə, hipertrofik və atrofik rinitlər. Özena. Allergik rinitlər, faringitlər, laringitlər. Etiologiyası, patogenezi, klinikası, profilaktikası və müalicəsi. Vazomator rinit. Burun qanaxmaları.
Burunətrafı ciblərin kəskin və xroniki iltihabı: etiologiyası və patogenezi. Rinogen, travmatik, stomatogen və hematogen sinusitlər, onların klinikası, diaqnostikası və müalicəsi. Burunətrafı ciblərin odlu silahla yaralanmaları. Rinogen göz yuvası və kəllədaxili ağırlaşmalar, onların inkişafının anatomik zəmini və kliniki xüsusiyyətləri.
4 mühazirə. Udlaq limfadenoid həlqəsinin fiziologiyası və patofiziologiyası. Damaq badamcıqlarının hipertrofiyası. Adenoid. Birincili anginaların epidemiologiyası, onun klinik formaları (kataral, lakunar, follikulyar). Simanovski-Plaut-Vensan anginası. İnfeksion (qızılca, skarlatin, qrip) və qan xəstəlikləri zamanı müşahidə olunan ikincili anginalar.
Əsnək difteriyasının yayılması, diaqnostikası və müalicəsi. Fleqmanoz angina və ya paratonzilyar abses. Etiologiyası, patogenezi, klinikası və müalicəsi. Tonzillogen sepsis. Udlaqyanı və udlaqarxası abseslər. Udlağın açıq və qapalı travmaları.
Xroniki tonzillit. Etiologiyası, patogenezi, kliniki simptomları (yerli və ümumi). Xroniki tonzillitin orqanizmin digər ümumi xəstəlikləri ilə əlaqəsi, tonzillit ilə bağlı (əlaqədar) xəstəliklər. Xroniki tonzillitin təsnifatı, konservativ və cərrahi müalicəsi.
5 mühazirə. Qırtlağın struktur xüsusiyyətləri və funksiyaları. Səs əmələgəlmənin mexanizmi. Müğənni səsləri, uşaqlarda səsin mutasiyası. Qırtrtlağın və traxeyanın yaralanmaları, kəskin və xroniki stenozları. Yardımın etapları. Konservativ müalicə, intubasiya və traxeotomiya. Larinqofissura.
Qırtlağın xoş və bədxassəli şişləri. Larinqektomiya. Qırtlağın, traxeyanın, bronxların və qida borusunun yad cisimləri, endoskopiya (fibroendoskopiya və ezofaqoskopiya).
Cəmi: 10 saat
Hərbi-tibbi feldşer fakültəsində təcrübə
məşğələlərinin mövzu planı
1 məşğələ LOR üzvlərin endoskopik müayinə üsulları. Xarici və orta qulağın klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Otoskopiya. Eşitmə borusunun keçiriciliyinin yoxlanılma üsulları və onun hərbi ekspertiza əhəmiyyəti. Eşitmə analizatorunun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Vestibulyar analizatorun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları.
2 məşğələ Burun və burunətrafı ciblərin klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Udlağın klinik anatomiyası, fiziologiyası və müayinə üsulları. Qırtlağın, traxeya, bronxların və qida borusunun klinik anatomiyası, fiziologiyası və müayinə üsulları.
3 məşğələ Qulaq xəstəlikləri: xarici otit (xarici qulaq keçəcəyinin furunkulu və diffuz iltihabı), qulaq kiri tıxacı. Orta qulağın kəskin irinli iltihabı. Antrit, mastoidit. Poliklinik xəstə qəbulu. Xarici qulaq keçəcəyinin yuyulması.
Qulaq xəstəlikləri: orta qulağın xroniki irinli iltihabi (mezotimpanit, epitimpanit). Xroniki irinli ortra otitin hərbi tibbi ekspertiza əhəmiyyəti. Otogen kəllədaxili ağırlaşmalar (meningit, beyin absesi, otogen sepsis). Daxili qulağın xəstəlikləri. Poliklinik xəstə qəbulu (attikin yuyulmasının nümayişi).
Orta qulağın qeyri-irinli iltihabı xəstəlikləri: təbil boşluğunun və eşitmə borusunun katarı, timpanoskleroz. Eşitmə sinirinin xəstəlikləri, sensonevral ağıreşitmə (infeksion, toksiki, professional, travmatik). Ototoksiki antibiotiklər və dərmanlar. Koxleovestibulyar pozğunluqlar. Otolarinqologiyada hərbi ekspertiza. Sənətə görə seçmə və konsultasiya. Eşitmənin simulyasiyası və aqravasiyası (Qovseyev, Lombart, Lyuse və Kupetov sınaqları). Poliklinik xəstə qəbulu.
4 məşğələ Burun və burunətrafı ciblərin xəstəlikləri. Kəskin və xroniki rinitlər. Burun çəpərinin absesi, hematoması və əyriliyi. Burun qanaxmaları. Burunun ön və arxa tamponadası.Burun ətrafi ciblərin xəstəlikləri. Sinusitlər (kəskin və xroniki). Burun və burun ərtafı ciblərin odlu silah və məişət yaralanmaları. Rinogen, orbital və kəllədaxili ağırlaşmalar. Burun xəstəliklərinin hərbi tibbi ekspertizası. Haymor cibinin punksiyasının nümayişi.
5 məşğələ Udlaq xəstəlikləri: kəskin və xroniki farinqitlər və farinqomikoz. Anginalar. Udlaq limfoid həlqəsinin hipertrofiyası. Adenoid. Xroniki tonzillitin təsnifatı. Orqanizimdə xroniki tonzillitlə bağlı xəstəliklər, müalicə üsuları. Adenotomiya, tonzillotomiya və tonzillektomiya. Udlaq xəstəliklərinin hərbi-tibbi ekspertizası.
Qırtlaq xəstəlikləri: kəskin və xroniki larinqitlər. Qırtlağın kəskin və xroniki stenozları. Qırtlaq əzələlərinin parezi və iflici. Yuxarı tənəffüs yollarının infeksion qranulomaları və şişləri. Qırtlaq və traxeyanın məişət və odlu silah yaralanmaları, xəstələrə etaplı yardımın təşkili. Burun, qulaq, udlaq, qırtlaq, traxeya, bronxlar və qida borusunun yad cisimləri, yardımın təşkili. Qırtlaq xəstəliklərinin hərbi-tibbi ekspertizası.
Cəmi: 30 saat
Fənn üzrə keçirilən mövzular
MƏŞĞƏLƏ 1
Məşğələnin mövzusu
Xarici və orta qulağın anatomiyası, fiziologiya və müayinə metodları
Koxlear aparatın anatomiyası, fiziologiyası və müayinə üsulları
Eşitmənin kamertonal müayinəsi. Audioloji müayinələr.
Məşğələnin məqsədi
Xarici, orta qulağın və ilbizin klinik anatomiyasını öyrənmək. Qulağın ətraf orqanlarla anatomo-fizioloji əlaqələri, eşitmə analizatorunun müasir müayinə metodlarıhaqda təsəvvür yaratmaq. Otoskopiyanı öyrənmək. Səsi nəql edən və səsi qəbul edən sistemin funksiyasını müayinə etmək və eşitmə pasportu hazırlayıb onu analiz etmək
Metodik göstərişlər
Tələbənin məşğələyə hazırlanması zamanı xarici və orta qulağın klinik anatomiyası, onların qan təchizatı və innervasiyasına dair biliklərini zənginləşdirmək lazımdır.
Otogen kəllədaxili ağırlaşmalara, üz sinirinin iflicinə, “S”-ə bənzər sinusun tromboflebitinə şərait yaradan anatomik zəminə xüsusi diqqət verilməlidir. Məşğələ zamanı tələbə təbil pərdəsinin normal mənzərəsini təsvir etməyi bacarmalıdır. İlbizin anatomiyası və fiziologiyasına dair bilikləri bərpa etmək, səskeçirmənin və qəbul etmənin mexanizmini öyrənmək, eşitmə analizatorunun aparıcı yollarını və eşitmə nəzəriyyələrini bilmək. Tələbə qulaq kiri tıxacını xaric etmək üsulları ilə tanış olmalı, eşitmənin və eşitmə borusunun funksiyalarının müayinə metodikasına yiyələnməlidir.
Əyani vəsaitlər
Gicgah sümüyü, qulağın 3 hissəsinin mulyajı, təbil boşluğunun mulyajı, məməvari çıxıntının, normal təbil pərdəsinin şəkli. Qulaq qıfı dəsti, zond, eşitmə borusu üçün katetr, Politser balonu, pnevmatik qıf, otoskop, qulaq manometri, qulaq sümükcükləri, mikroskop.
MƏŞĞƏLƏ 2
Məşğələnin mövzusu
Vestibulyar analizatorun anatomiya, fiziologiya və müayinə metodları. Vestibulyar aparatın müayinəsində çalışmalar. LOR-orqanlarının rentgenoloji KT və MRT müayinə metodlarının öyrənilməsi
Məşğələnin məqsədi
Tələbələrin vestibulyar analizatorun anatomiya və fiziologiyasına dair biliklərini təkmilləşdirmək. Vestibulyar aparatın mərkəzi və periferik sinir sistemi ilə əlaqəsinə xüsusi fikir vermək.
Tələbələrin vestibulyar aparatın müayinə metodlarının öyrənilməsinə nail olmaq. Vestibulyar pozulmaları aşkar etməyi bacarmaq. Labirint mənşəli vestibulyar pozulmaları, beyinciyin funksiyasının pozulmaları zamanı meydana çıxan simptomlarla diferensasıya etmək.
LOR-orqanlarının xəstəlikləri zamanı tətbiq olunan rentgenoloji müayinə metodlarını öyrənmək və rentgenoqramları təhlil etməyi bacarmaq. LOR-orqanlarının xəstəliklərinin rentgenoloji diaqnostikasına yiyələnmək.
Metodik göstərişlər
Tələbələri məşğələyə hazırlamaq üçün vestibulyar analizatorun anatomiyasının öyrənilməsinə fikir vermək lazımdır. Vestibulyar analizatorun fiziologiyasının mənimsənilməsi zamanı yarımdairəvikanallar və dəhlizin adekvat qıcıqlandırıcılarını, həmçinin onların qıcıqlanması zamanı meydana çıxan reaksiyaları bilmək lazımdır. Yarımdairəvi kanalların adekvat qıcıqlandırıcısı bucaq təcilləri fırlanmadır. Yarımdairəvi kanalların qıcıqlanması zamanı 3 növ reaksiya baş verir:
1. Sensor: başgicəllənmə, bədənin yerdəyişməsi - fırlanma illuziyası.
2. Somatik: gözlərdə spontan nistaqm, barmaq-burun, daban-diz şəhadət sınaqlarında hədəfdən kənar keçmə, yerişin dəyişməsi,səndələmə
3. Vegetativ: tənəffüs və ürək-damar sistemi, mədə-bağırsaq traktı və digər orqanların funksiyasında dəyişikliklər.
Nistaqmın əsas qanunauyğunluqları (Evald qanunu, İ.Voyacekin dəmir qanunları).
Evaldın qanunları:
1. Horizontal yarımdairəvi kanalda endolimfanın sadə ayaqcıqdan ampulaya doğru hərəkəti nistaqmı qıcıqlanan qulağa tərəf törədir. Endolimfanın ampuladan hamar ayaqcığa doğru hərəkəti nistaqmı qıcıqlanmayan qulaq tərəfə törədir.
2. Horizontal kanal üçün endolimfanın ampulaya doğru hərəkəti (ampulopetal axın) ampulofuqal (sadə ayaqcığa doğru) axından daha güclü qıcıqlandırıcıdır. Vertikal kanallar üçün bu qanunlar əksinədir.
V.İ.Voyaçekin «Dəmir» qanunları:
1. Nistaqm həmişə fırlanma müstəvisində baş verir.
2. Nistaqm həmişə endolimfanın hərəkətinin əksi istiqamətində olur.
Vestibulyar Pasport |
||
Sağ tərəf |
Testlər |
Sol tərəf |
Subyektiv əlamətlər |
||
Romberq vəziyyəti |
||
Düz və çiyinlər istiqamətində yeriş |
||
Spontan nistaqm |
||
Fırlanmadan sonrakı nistaqm |
||
Pressor nistaqm |
||
Otolit reaksiyası |
Burun sümüklərinin sınıqları, burunətrafı ciblərin iltihabı xəstəlikləri, şişləri, kistaları, burun-udlağın angiofıbroması zamanı tətbiq olunan KT, rentgenoloji proyeksiyaları öyrənmək. İrinli orta otit və gicgah sümüklərinin digər xəstəlikləri zamanı Şüller, Mayer, Stenvens, transorbital rentgenoloji və kompyuter tomoqrafik (KT) metodları bilmək. Alınan rentgenoqramları təhlil etməyi bacarmaq. Qırtlaq şişləri, yemək borusunun, traxeya və bronxların yad cismlərinin rentgenoloji və endoskopik diaqnostikasını öyrənmək.
Əyani vəsaitlər
Mulyajlar, sxemlər, cədvəllər: qulağın 3 hissəsi, sümük və zarlı labirint. Evald təcrübəsi, vestibülyar analizatorun aparıcı yolları, Barani kürküsü, Jane şprisi, Esmarx fincanı. Burun sümüklərinin sınıqları, burunətrafı ciblərin xəstəlikləri, şişləri, kistaları, burun udlağın angiofibroması zamanı müxtəlif proyeksiyalarda aparılan rentgenoqrammalar, xroniki irinli orta otit zamanı Şüller, Mayer üsulu ilə aparılan rentgenoqramma və KT-lər. Qırtlaq şişləri, yemək borusunun və bronxların yad cisimlərin rentgenoloji və KT şəkilləri. Yemək borusunun çapıqlı daralmaları
MƏŞĞƏLƏ 3
Məşğələnin mövzusu
Burun, burunətrafı ciblərin və udlağın anatomiyası, fiziologiyası və müayinə metodları.
Məşğələnin məqsədi
Tələbələrin burun, burunətrafı ciblərin və udlağın klinik anatomiyasına və fiziologiyasına dair biliklərini təkmilləşdirmək. Onlarda burun, burunətrafı ciblərin digər orqanlar və baş-beyin ilə anatomo-topoqrafik əlaqəsinə dair bilikləri zənginləşdirmək. Tələbələri burunun və udlağın endoskopik müayinə metodlarına
yiyələndirmək.
Metodik göstərişlər
Tələbələri məşğələyə hazırlamaq üçün burun və burunətrafı ciblərin klinik anatomiyasını öyrətmək lazımdır. Burun və burun ətrafı ciblərin topoqrafik anatomiyasına, onların orbita, görmə orqanı, gözyaşı yolları, mərkəzi sinir sistemi ilə əlaqələrinə xüsusi diqqət verilməlidir.
Xarici burunun və burun boşluğunun qan təchizatını, baş-beyin damarları, kavernoz sinus ilə anastomoz əlaqələri öyrənmək lazımdır. Rinosinusogen kəllədaxili ağırlaşmaların, xüsusənkavernoz sinusun trombozunun baş verməsinə şərait yaradan anatomik quruluşa diqqət vermək lazımdır.
Diaqnostik manipulyasiya və cərrahi əməliyyatlar tələb edən burunətrafı ciblərin topoqrafik anatomiyasına dair bilikləri zənginləşdirmək. Udlağın klinik anatomiyası, fiziologiyası, topoqrafiyasına, qonşu orqanlarlaqarşılıqlı əlaqəsinə fikir verməli, boyunun toxuma sahələrini, ara divar ilə anatomik əlaqələrini təkrarlamaq.
Udlağın limfadenoid həlqəsinin quruluşunu, funksiyasını, yaş xüsusiyyətlərini, yuxarı tənəffüs yollarının və bütün orqanizmin patalogiyasında damaq badamcıqlarının rolunu öyrənmək.
Əyani vəsaitlər
Kəllənin horizontal, frontal, sagital kəsiyi. Burun və burunətrafı ciblərin mulyajı, alın reflektoru, burun güzgüsü, burun-udlaq güzgüsü, burun zondları, şpadel, salfetka, pambıq, olfaktometrik dəst.
MƏŞĞƏLƏ 4
Məşğələnin mövzusu
Qırtlağın anatomiya, fiziologiya və müayinə metodları. Qida borusu, traxeya və bronxların anatomiya, fiziologiya və müayinə metodları. LOR-reseptura
Məşğələnin məqsədi
Tələbələrin qırtlağın, qidaborusu, traxeya və bronxların klinik anatomiyasına dair biliklərini təkmilləşdirmək. Qırtlağın, qida borusunun, traxeya və bronxların boyunda, ara divarda anatomo-topoqrafik əlaqəsinə dair məlumatları zənginləşdirmək. Tələbələri qırtlağın, qida borusunun, traxeya və bronxların müayinə üsullarına yiyələndirmək.
Bu məşğələdə tələbə qarşısında aşağıdakılar durur:
1. Qırtlağın klinik anatomiyasına dair biliklərinizənginləşdirmək
2. Qida borusu, traxeya və bronxların klinik anatomiyasını öyrənmək
3. Vasitəli larinqoskopiya metodunu mənimsəmək. Vasitəsiz larinqoskopiyaya göstərişləri və onun aparılma texnikasını bilmək
4. Yemək borusu, traxeya və bronxların müayinə metodlarını
bilmək
5. LOR-orqanların xəstəlikləri zamanı əsas dərman preparatları və onların istifadə qaydalarıilə tanış olmaq. Resept yazmağı öyrənmək.
Metodik göstərişlər
Qırtlağın klinik anatomiyası öyrənilir. Qırtlağın qığirdaqları, bağ aparatları qeyd olunur. Onun vaskulyarizasiyası, limfa sistemi və innervasiyasına xüsusi fikir verilir. Qırtlağın iflicində onun innervasiya sisteminin xüsusiyyətinin əhəmiyyəti, limfa axınının xüsusiyyətinin bəd xassəli şişlərin metazlaşmasında roluna diqqət verilir. Qırtlağın mərtəbələrinin klinik əhəmiyyətinə, qırtlağın daxili qrup əzələlərinin funksional prinsipdə bölünməsinə fikir verilir. Səstelialtı şöbənin selikli qişaaltı nahiyəsinin quruluşu, onun ödemin əmələ gəlməsinda rolu vurğulanır. Qida borusu, traxeya və bronxların quruluş xüsusiyyətləri, qida borusunun daralmalarının topikası, onların yad cismlər və yanıqlar zamanı praktiki roluna diqqət yetirilir. Traxeyanın quruluşu, ondan sağ və sol bronxun ayrılma xüsusiyyəti, bifurkuasiya (karina) refleksogen zonasının əhəmiyyəti göstərilir. Qıda borusunun boyunun, onun toxuma sahələri və döş boşluğu orqanları ilə sıx əlaqəsi, ara divar orqanlarına münasibəti və onların praktiki əhəmiyyəti öyrənilir.
Dərs zamanı otorinolarinqologiyada ən çox tətbiq olunan dərman maddələrinin istifadə qaydaları öyrəniləcəkdir: qulaq və burun dərmanları, onların istifadə prinsipləri – inyeksiya, damla, piltə ilə istifadə, sürtmək, məlhəmlə aplikasiya, yumaq və s.
Əyani vəsaitlər
Qırtlaq qığırdaqlarının mulyajı, qırtlağın sagital və frontal kəsikdə mulyajı, şəkil. Qırtlağın boyun üzvləri və əlaqəsinin şəkli. Qırtlağın nəfəsalma və fonasiya zamanı vasitəli larinqoskopiyada klinik mənzərəsinin şəkli. Vasitəsiz larinqoskopiya zamanı şpadelin 3 etapda qırtlağa yeridilməsinə aid şəkil. Qırtlaq əzələlərinin anatomik preparatı, alın reflektoru, müxtəlif ölçülərdə qırtlaq güzgüləri, spirt lampası və ya menzurkada isti su, larinqoskop, tənzif salfetkalar, yemək borusunun şəkli, endoskop, ezofaqoskop, traxeobronxoskop, LOR reseptura.
MƏŞĞƏLƏ 5
Məşğələnin mövzusu
Burun və burunətrafı ciblərin kəskin və xronik xəstəlikləri. Odontogen haymorit. Burun sümüklərinin sınıqları. Burun qanaxmaları. Burun çəpərinin hematoma və absesi. Burun qanaxmasının saxlanılma metodları. Otorinolarinqologiyada rentgenoloji müayinələr. Xəstələrin poliklinik qəbulu, ambulator kartın doldurulması sxemi.
Məşğələnin məqsədi
Burun, burunətrafı ciblərin iltihabı xəstəliklərinin diaqnostikasını öyrənmək, onların konservativ müalicə prinsipləri haqda təsəvvür, yaratmaq. Xəstəliklərin klinikasını bilmək (burun çəpərinin hematoma və absesi, furunkul, rinit, sinusit). Burun qanaxmasının etiologiyası, klinikası, diaqnostika və müalicəsinin prinsiplərini öyrənmək.
Metodik göstərişlər
Burun boşluğunun xəstəliklərinin diaqnostikasına diqqətlə hazırlaşmaq lazımdır. Tələbələr xronik rinitlərin təsnifatını, əsas əlamətlərini və müalicə prinsiplərini bilməlidirlər. Xronik rinitlər zamanı aşağı burun balıqqulaqlarına qalvanokaustikanın, kriodestruksiyanın, ultrasəsin, RFTA və lazerlə vaporizasiyanın təsirinin effektivliyinə diqqət yetirmək lazımdır. Burun çəpərinin absesinin vaxtında açılmasının, xarici burunun deformasiyası və intrakranial ağırlaşmaların profilaktikası üçün vacibliyini qeyd etmək lazımdır. Kəskin və xronik sinusitlərin klinikası, burun qanaxmalarının səbəbləri və müalicəsi prinsipləri öyrənilir.
Əyani vəsaitlər
Reflektor, qalvanokauter, LOR alətlərin dəsti, sinusitlər üçün qrofoloji cədvəl, burunun ön və arxa tamponadası üçün dəst, başın fatomu, burun və burunətrafı ciblərin topoqrafoanatomik xüsusiyyətləri üzrə cədvəllə, slaydlar, mövzu üzrə situasion məsələlər.
MƏŞĞƏLƏ 6
Məşğələnin mövzusu
Orta qulağın kəskin irinli iltihabı, uşaqlarda orta qulağın iltihabı xəstəliklərinin gediş xüsusiyyətləri, mastoidit və formaları.
Məşğələnin məqsədi
Orta qulağın kəskin irinli iltihabının etiologiya və patogenezini öyrənmək.
Metodik göstərişlər
Tələbələri məşğələyə hazırlayarkən kəskin irinli otitin əmələ gəlməsinə şərait yaradan anatomik zəminə, otitin residivləşməsində allergik komponentin roluna xüsusi diqqət vermək lazımdır. Parasentezə göstəriş, aparılma texnikası və ağırlaşmaları öyrənmək. Mastoiditlərin səbəbləri, formaları, onların ağırlaşmalarını və müalicə prinsiplərini öyrənməli. Tələbələr xəstələrə baxan zaman və onların kliniki araşdırılması zamanı təcrübə vərdişləri qazanırlar, xəstəlik tarixi yazırlar.
Əyani vəsaitlər
Mulyajlar, sümük preparatlar, cədvəllər (kəskin otit, mastoidit), LOR alətlər, parasentez iynəsi, pnevmatik qıf, Politser balonu, otoskop, Qartmanın qulaq alətləri dəsti.
MƏŞĞƏLƏ 7
Məşğələnin mövzusu
Xronik irinli orta otit. Attikin yuyulması. Xəstələrin poliklinik qəbulu
Məşğələnin məqsədi
Xronik irinli orta otitin etiologiyası, patogenezi, klinikası və müalicəsini öyrənmək. Qulaqda aparılan manipulyasiya və operasiyalar ilə tanışlıq (polıp və qranulyasiyanın xaric edilməsi, təbilüstü boşluğun - attikin yuyulması).
Metodik göstərişlər
Dərsə hazırlıq üçün xronik irinli orta otitin etiologiyasını, patogenezini və klinikasını öyrənməli. Xronik irinli orta otitin yayılmasına və həyat üçün təhlükə törədən fəsadlarına fikir verməli. Xronik irinli orta otitin əsas formalarının ( mezotimpanit,
epitimpanit) gedişatına, qranulyasiyanın, polipin, kariyesin, xolesteatomanın diaqnostik əhəmiyyətinə diqqət yetirməli.
Əyani vəsaitlər
Mulyajlar, sümük preparatları, cədvəllər (mezo- və epitimpanit), qranulyasiyanın qulaqdan xaric edilməsi, attikin yuyulması, xəstə qəbulu üçün LOR alətlər.
MƏŞĞƏLƏ 8
Məşğələnin mövzusu
Otogen və rinosinusogen kəllədaxili ağırlaşmalar, stasionarda iş (operasiya və cərrahi manipulyasiyanın nümayişi). Əng cibinin radikal operasiyası. Gicgah sümüyündə radikal operasiya, sadə trepanasiya. Tonzillektomiya. Endoskopik əməliyyatlar.
Məşğələnin məqsədi
Otogen və rinosinusogen intrakranial və orbital ağırlaşmaların diaqnostikasını öyrənmək: yardım taktikasını düzgün seçmək.
Stasionarda yuxarı tənəffüs yolları və qulaqda cərrahi əməliyyatların xüsusiyyətləri ilə tanışlıq.
Metodik göstərişlər
Bu dərsdə tələbələr əsas vaxtı klinikanın cərrahi otağında və endoskopik kabinetdə keçirirlər. Operasiyadan qabaq tələbələrlə aparılacaq əməliyyat araşdırılır.
Cədvəllərdən, mulyaj və preparatlardan istifadə olunur. Əməliyyatdan qabaq hazırlıq, əməliyyata göstəriş və əks göstərişlər öyrənilir. Tələbələr həmçinin otorinolarinqologiyada ağrısızlaşdırma metodları ilə tanış olurlar.
Əng cibində radikal operasiya, tonzillektomiya, bronxoskopiya və ezofaqoskopiya nümayiş etdirilir.
Əyani vəsaitlər
Tonzillektomiyanın etaplarla aparılmasının şəkli. Əng cibində radikal əməliyyatın, bronxoskopiyanın şəkli. Bronxo- və ezofaqoskopiya üçün alətlər, yemək borusunun bujlamaq üçün millər, larinqoskop.
MƏŞĞƏLƏ 9
Məşğələnin mövzusu
Ambulator operasiyalar (adenotomiya, tonzillotomiya, konxotomiya, əng cibinin punksiyası, alın cibinin trepanopunksiyası). Xronik tonzillit. Kataral, lakunar, follikulyar angina. Paratonzilyar abses və onun ağırlaşmaları. Uşaqlarda adenoidlər.
Məşğələnin məqsədi
Farinğit, angina, xronik tonzillit, paratonzillit, adenoidlərin diaqnostikasını öyrənmək. Bu xəstəliklərin ağırlaşmalarına nəzər yetirmək, onların müalicə prinsipləri və profilaktikasını öyrənmək. Yuxarı tənəffüs yollarında ambulator cərrahi əməliyyatların texnikasını mənimsəmək.
Metodik göstərişlər
Udlağın limfadenoid həlqəsinin anatomo-fızioloji əsaslarını təkrarlamaq, anginalarınəmələ gəlməsi və onların xronik formaya keçmə səbəblərini öyrənmək. Xronik faringitin təsnifatı, klinika, diaqnostika və müalicə metodlarını öyrənmək. Xronik tonzillitin təsnifatı və cərrahi müalicəsinə göstərişləri bilmək. Anginaların müxtəlif formalarının və udlaq difteriyasının diferensial diaqnostikasınıbilmək. Bu məqsədlə tələbələr ambulator operasiyalarda iştirak etməlidirlər (adenotomiya, əng cibinin punksiyası, konxotomiya və s).
Əyani vəsaitlər
LOR-baxış üçün alətlər, ambulator əməliyyatlar üçün alətlər (adenatom, tonzillatom, Kulikovski iynəsi, alın trepanı), cədvəllər, slaydlar, diaproyektor.
MƏŞĞƏLƏ 10
Məşğələnin mövzusu
Kəskin stenozlaşdırıcı larinqo-traxeo-bronxit, uşaqlarda xüsusiyyətləri, qırtlaq ödemi. Qırtlağın xondro-perixondriti. Qırtlaq difteriyası. Qırtlağın xoş və bəd xassəli şişləri, traxeostomiya, larinqofissura, larinqostoma. Xəstələrin poliklinik qəbulu.
Məşğələnin məqsədi
Qırtlağın iltihabı xəstəliklərinin və şişlərinin etiologiyasını, patogenezini, klinikası və cərrahi əməliyyatların texnikasını öyrənmək.
Metodik göstərişlər
Tələbələr məşğələyə hazırlaşarkən kəskin və xronik laringit, qırtlaq anginası, fleqmonoz larinqit və qırtlağın xondroperixondritinin etiologiyası, patogenezi, klinikası və müalicəsi prinsiplərini öyrənməlidirlər. Uşaqlarda kəskin larinqo-traxeitin gediş xüsusiyyətlərini və müalicə prinsiplərini Y.V.Mitinin təsnifatından istifadə edərək öyrənməlidirlər.
I. Kəskin respirator virus infeksiyasının (KRVİ) növü
II.Forma və kliniki variantı
Birinci forma. Residivləşən forma.
1-ci variant - KRVİ simptomları olmadan qəflətən başlanan
2-ci variant - KRVİ fonunda qəflətən başlanan
3-cü variant - KRVİ fonunda simptomların tədricən artması
III. Gedışatı
1. Fasiləsiz.
2. Dalğavari
IV. Qırtlağın kəskin stenozunun mərhələləri:
1.Kompensasiya olunmuş
2.Natamam kompensasiya
3.Dekompensasiya olunmuş
4.Terminal
Xronik larinqitin səbəblərini, klinikasını, diaqnostikasını və müalicəsini öyrənməli. Həmçinin qırtlağın xoş və bəd xassəli şişlərinin diaqnostikasını, klinikasını və müalicə prinsiplərini bilməli.
Əyani vəsaitlər
Traxeotomik və intubasion dəst, qırtlaq şprisi, qırtlaq maşası, cədvəllər (yalançı inaq, qırtlaq defteriyası, qırtlaq polipi və papilloması, qırtlaq xərçəngi), xəstələrin qəbulu üçün LOR alətlərin dəsti
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL
VERİLMƏSİNİN SON TARİXİ
№ |
Mövzular |
Son tarix |
1 |
Həkim və xəstələrin endoskopiya apararkən oturuş vəziyyəti |
4-cü həftə |
2 |
Məməvari çıxıntının cərrahi və kliniki anatomiyası |
5-ci həftə |
3 |
Eşitmə itiliyinin təyini |
6-cı həftə |
4 |
Vestibulyar aparatın mərkəzi hissəsi, nüvələri və aparıcı yolları |
7-ci həftə |
5 |
Vestibulyar pozulmalar zamanı müvazinət pozulmalarının beyincik pozulmaları ilə diferensiasiyası |
8-ci həftə |
6 |
Parasentezə göstərişlər, aparılma texnikası |
9-cu həftə |
7 |
Xarici burunun venoz sisteminin kəllə boşluğu və boyunun dərin venaları ilə əlaqələri |
10-cu həftə |
8 |
Udlağın ağız hissəsinin anatomiyası |
11-ci həftə |
9 |
Qırtlaq əzələlərinin innervasiyası |
12-ci həftə |
10 |
Vasitəli larinqoskopiya zamanı görünən şəkil |
13-cü həftə |
QULAQ, BURUN, BOĞAZ XƏSTƏLİKLƏRİ FƏNNİ ÜZRƏ TƏDRİS-İŞÇİ PROQRAMA ƏLAVƏLƏR
1.Müəllimlər üçün metodik təlimat
Bu fənnin tədrisində elmi metodlardan: təhlil, sintez, induksiya, deduksiya, eksperiment metodlarından istifadə olunur. Müalicə-profilaktika, Hərbi-tibbi, Stomatologiya, Tibbi-profilaktika və Hərbi-tibbi feldşer fakültələrinin tələbələri üçün otorinolaringologiya üzrə təcrübə dərslərinə metodik göstərişlər yazılmışdır. Tədris prosesində sərbəst işlərdən, auditoriya işlərindən, referatlardan, məruzələrdən də istifadə olunur. Material-texniki təchizatlara cədvəllər, slaydlar, stendlər, kompüter proqramları, videofilmlər, texniki vəsaitlər (alətlər, avadanlıqlar, sarğı materialı, dərmanlar) aiddir.
2.Aralıq və yekun attestasiyanı tətbiq etmək üçün istifadə olunan materiallar.
Ali təhsil müəssisələrinin tələbatına uyğun olan təlimat əasaında aralıq və yekun attestasiya aparılır. Hər bir praktik məşğələdə proqramlaşdırılmış nəzarət tətbiq edilir. Bunun əsasında tələbənin fərdi hazırlığı qiymətləndirilir. Yekun dərslərdə isə keçirilən bütün mövzular üzrə suallar verilir (situasiya məsələsi və testlər şəklində).
Otorinolarinqologiya kafedrasında tələbənin aralıq və yekun biliklərini yoxlamaq üçün bütün mövzular üzrə test sualları və situasiya məsələləri tərtib edilmişdir. Tələbənin biliyinin qiymətləndirilməsi semestrin yekununa görə hesablanır.
3.Otorinolarinqologiya kafedrasında tətbiq edilən innovasiya metodları
Mühazirələrə hazırlıq və onun oxunması
3.1. Mühazirələri hazırlamaq üçün kafedranın müəllimləri vətən və xarici ölkə ədəbiyyatlarında nəşr olunmuş kitablardan, məqalələrdən, kafedranın apardığı elmi-tətqiqat işlərinin materiallarından istifadə etməlidirlər. Mühazirələr oxunan zaman multimedia proyektorlardan istifadə olunmalı, əlavə olaraq, cədvəllər və sxemlər verməklə, mühazirəçi bunların izahatını verməlidir.
3.2. Otorinolarinqologiya kafedrasında praktik məşğələni keyfiyyətli aparmaq üçün müxtəlif şəkillərdən, sxemlərdən, cədvəllərdən əlavə material kimi istifadə olunmalıdır. Məşğələnin mövzusuna uyğun olan videofilmlər göstərilməli, xəstələrə baxılmalı, onların müayinəsinin nəticəsi analiz olunmalı, diaqnozu əsaslandırılmalı, müalicə planı tərtib olunmalıdır.
Tələbənin biliyinin qiymətləndirilməsi
Fənn üzrə krediti toplamaq üçün lazım olan 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal – imtahana qədər
Onlardan:
10 bal – sərbəst iş
10 bal – təcrübi bacarıq
20 bal – nəzəri bilik
10 bal – dərsə davamiyyət
Semestr ərzində ən azı 3 kollokvium keçirilir. Tələbə kollokvium zamanı dərsə gəlmədikdə, jurnala 0 (sıfır) bal qeyd olunur.
Tələbə imtahan zamanı da 50 bal toplamalıdır. İmtahan test üsulu ilə keçirilir. Test 50 sualdan ibarət olur. Hər bir sual 1 bal ilə qiymətləndirilir. Səhv cavablanan suallar düzgün cavablanan sualların balını silir.
Qeyd: Əgər tələbə imtahan vaxtı 17 bal toplaya bilməzsə, onda imtahana qədər topladığı ballar hesablanmır.
İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarda aşağıdakı kimi qiymətləndirilir:
A - “Əla”91-100 bal
B- “Çox yaxşı” 81-90 bal
C - “Yaxşı” 71-80 bal
D- “Kafi” 61-70 bal
E - “Orta kafi” 51 -60 bal
F - “Qeyri-kafi” 51 baldan aşağı
SƏRBƏST İŞ:
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst iş yazılı formada, Word fayl formasında, həcmi 1-2 səhifə, şrift 12 olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiatçılıq yol verilməzdir. Və ya power point slayd prezentasiya şəklində 2 sərbəst işin yerinə.
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.
MATERİAL-TEXNİKİ TƏCHİZATIN SİYAHISI
- dərs otaqları, xəstəyə baxış otağı, sarğı otağı, operasiya otağı, endoskopiya otağı, poliklinik LOR-kabinet, audiometriya otağı;
- tədrisə aid olan filmlər;
- otorinolarinqologiyaya aid olan atlas, kompyüter testləri;
- cədvəllər, sxemlər;
- mulyajlar, sümük və digər preparatlar
- otorinolarinqoloji alətlər
- hər məşğələnin aparılması üçün kafedranın metodik göstərişlərində və proqramda qeyd olunan əyani vəsaitlər.
ƏDƏBİYYAT VƏ MATERİALLAR
1. В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин «Оториноларингология» М., 2011 г.
2. М.Р.Богомильский, В.Р.Чистякова «Детская оториноларингология» М., 2001 г.
3. Y.Ə.Qasımov «Qulaq, burun və boğaz xəstəlikləri» Bakı - 1980 il.
4. Ю.М.Овчинников «Оториноларингология» М., 2005 г.
5. Ə.M.Talışinskiy «Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis. Tələbələr üçün dərs vəsaiti» Bakı, 1998 il
5. Ə.M.Talışinskiy «Müalicə-profilaktika, stomatologiya fakültələrinin tələbələri üçün otorinolarinqologiyadan təcrübə dərslərinə metodik göstərişlər» Bakı- 2006 il
6. Ear, Nose and Throat Diseases With Head and Neck Surgery Behrbohm, Kaschke, Nawka. 3rd Edition 2009 Thieme
8. Otolaryngology – Head and Neck Surgery Clinical Reference Guide. Rza Pasha, Plural Publishing, 3rd Edition 2010
9. KBB və Baş Boyun Cerrahisi El Kitabı
Orhan Yılmaz, İrfan Yorulmaz (Editörlər), 3-cü baskı Akademisyen Tıp kitabevi 2013
10. “Qulaq, burun, boğaz xəstəlikləri fənnindən test və situasiya məsələləri. Dərs vəsaiti”, Bakı -2015
11. Situasion məsələlər və proqramlaşdırılmış yoxlama. Metodik göstərişlər. Bakı -2006 il (səh.34-52)
12. Prof.Nihat Çakir “Otorinolarinqoloji. Baş-boyun cərrahiyyəsi” 2008-2001
13. Mühazirə materialları