Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında “Qulağın iltihabı və qeyri iltihabı xəstəliklərinin insanların həyat keyfiyyətinə təsirinin öyrənilməsi”nə dair elmi tədqiqat aparılır.
İlk dəfə olaraq müasir şəraitdə qulağın iltihabı xəstəliklərinin etioloji və yayılma faktorları öyrəniləcəkdir. Mövcud müalicə-diaqnostik tədbirlərinin təkmilləşdirilməsi həyata keçirilməklə qulaq xəstəlikləri zamanı vestibulokoxlear patologiyaların müasir diaqnostika, reabilitasiya və profilaktika yolları araşdırılacaqdır. Qulaq patolgiyasıyası olan xəstələrin həyat keyfiyyətinə təsiri öyrəniləcəkdir.
Qulağin iltihabi və qeyri iltihabi xəstəliklərinin müalicə-profilaktik tədbirlərinin təkmilləşdirilməsi. Diaqnostik metodların təkmilləşməsi fəsadların profilaktikasına xidmət edəcəkdir.