“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə Rəhbəri-
Rektor _______________ prof. G.Ç.Gəraybəyli
“ 05 ” yanvar 2017-ci il.
MM rəhbər heyəti ilə keçiriləcək
1 saylı məşğələnin
PLAN-KONSPEKTİ
Mövzu: Obyektdə rəhbər şəxslərin MM üzrə xidməti vəzifələri. Fövqəladə hallarda əhaliyə təcili tibbi yardımın təşkilində obyektin rolu və vəzifələri
Tədrisin məqsədi: Mülki Müdafiə sistemi haqqında dinləyicilərə məlumat vermək, Mülki Müdafiənin qarşısında duran məqsədləri açıqlamaq və Mülki Müdafiənin təşkil edilmə prinsiplərini müəyyənləşdirmək.
Tədris sualları: 1. Mülki Müdafiə haqqında anlayış.
2. Mülki Müdafiənin Təşkil edilmə prinsipləri.
3. Rəhbər şəxslərin MM üzrə xidməti vəzifələri haqqında.
4. FH-da əhaliyə təcili yardımın təşkilində obyektin rolu və vəzifələri.
Davametmə müddəti: 2 saat
Keçirilmə yeri: İnzibati bina
Keçirilmə üsulu: Mühazirə
Dərsin gedişi: Giriş – 5 dəqiqə
Mühazirə - 80 dəqiqə
Yekun – 5 dəqiqə
Ədəbiyyat: Mülki Müdafiə haqqında qanun, Səhiyyə Nazirliyinin MM haqqında təlimatı
1-ci tədris sualı: Mülki Müdafiə haqqında anlayış.
Mülki Müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalini (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su, və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Fövqəladə hadisə - inan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, tibbi və ya dəgər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azadılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azadılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması – insanların həyatının xilas edilməsinə və sağlamlığın qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azadılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə təxirəsalınmaz işlərdir. Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
“Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının qanununa, “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Müdafiə Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Mülki Müdafiə üzrə zonalar bu qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir. Mülki Müdafiə üzrə şəhərlərin üç qrupu (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup), şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.
Ən mühüm təsərrüfat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli (XƏ), birinci dərəcəli (I dərəcəli) və ikinci dərəcəli (II dərəcəli) obyektlər. Təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələrin verilməsi bu qaydalara 4 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.
Mülki Müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər: fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənayə, nəqliyyat, energetika və rabitə müəssisəsinə; xüsusi konstruktor bürolarına: neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş lsun.
Özlərinin iqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.
Nazirliklərin, komtələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin zazılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir. Layihələndirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.
Şəhərlərin mülki müdafiə üzrə qruplara aid edilməsi və təsərrüfat obyektlərinə dərəcələr verilməsi, yaxud əvvəllər verilmiş dərəcənin yüksəldilməsi üçün sənədlər təqdim edilərkən bu qaydalar rəhbər tutulmalıdır. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biridir.
2-ci tədris sualı: Mülki Müdafiənin təşkiledilmə prinsipləri.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
ərazi prinsipi (mülki müdafiə tədbirlərinin AZərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi);
qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
3-cü tədris sualı: Rəhbər şəxslərin MM üzrə xidməti vəzifələri haqqında
Mülki Müdafiə rəhbərinin funksional vəzifələri
Mülki Müdafiə rəhbəri “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki Müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarının və digər rəhbər sənədlərin tələbələrinin Azərbaycan Tibb Universitetində yerinə yetirilməsinə, Mülki Müdafiənin təşkilinə, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, ehtimal olunan və baş verə biləcək irimiqyaslı fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə ümumi rəhbərliyi həyata keçirir.
Mülki Müdafiə rəhbərinin aşağıdakı vəzifələri vardır:
- Azərbaycan Tibb Universitetində ehtimal olunan və ya baş vermiş irimiqyaslı təbii fəlakətlərdən, istehsalat qəzalarından və insan həyatı üçün təhlükə törədən digər fövqəladə hadisələrdən işçilərin və dövlət əmlakının mühafizəsinə kompleks şəkildə rəhbərlik edilməsi;
- ehtimal olunan fövqəladə hadisələrin və onalrın nəticələrinin proqnozlaşdırılması və qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi (Beşillik “Mülki Müdafiə planı”);
- Mülki Müdafiə tədbirlərinin planlaşdırılmasına, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə rəhbərlik (illik “Mülki Müdafiə tədbirləri planı”);
- Azrbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən planlaşdırılmış Mülki Müdafiə tədbirlərinin (kompleks Mülki Müdafiə təliminin, rəhbər heyətin Mülki Müdafiə məşqinin və rəhbər heyətin Mülki Müdafiəyə hazırlığı üzrə məşğələlərin) keçirilməsinə rəhbərlik etmək;
- fövqəladə hadisələrdən müdafiə sahəsində rəhbər heyətin və işçilərin hazırlığının təmin edilməsi;
- ehtimal olunan və ya baş vermiş fövqəladə hadisələr barədə rəhbər heyətin və işçilərin vaxtında xəbərdar edilməsi və idarəetmənin təşkili məqsədilə Azərbaycan Tibb Universitetinin xəbərdarıq və rabitə sisteminin yaradılmasına rəhbərlik edilməsi;
- dinc və müharibə dövrlərindəki fövqəladə hallarda (ərazinin kimyəvi zəhərlənməsindən, radioaktiv şüalanmadan və radioaktiv tozlardan, zərbə dalğasından və eləcə də düşmən hücumundan) işçilərin kollektiv mühafizə qurğularında (sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərdə) mühafizəni təşkil etmək məqsədilə mühafizə qurğularının hazır vəziyyətə gətirilməsinin maliyyəşdirilməsi;
- işçilərin radioaktiv və kimyəvi zəhərlənmədən mühafizəsinin təmin edilməsi məqsədilə fərdi mühafizə vasitələri (əlehqaz, respirator, mühafizə geymi və s.), dozimetrik nəzarət cihazları və digər Mülki Müdafiə avadanlığı ehtiyatları fondunun yaradılmasına rəhbərlik etmək;
- baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, ilkin qəza-xilasetmə işlərinin və digər təxirəsalınmaz işlərin təşkili və həyata keçirilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin Mülki Müdafiə qüvvələrinin yaradılması və təchizatının təmin edilməsinə rəhbərlik etmək;
- qəza və dağıntılar zamanı xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə tibbi mühafizənin rəhbərlik edilməsi (tibb qüvvələri, tibbi əmlak və cihazlar);
- irimiqyaslı fövqəladə hadisələr zamanı işçilərin qəza zonasından (zərurət yaranarsa0 çıxarılmasına (köçürülməsinə) və bu məqsədlə nəqliyyat vasitələrinin ayrılmasına sərəncam verilməsi;
- Mülki Müdafiə qüvvələrinin və işçilərin fövqəladə hadisələrdən müdafiəyə hazırlanması məqsədilə Mülki Müdafiə üzrə maddi-texniki bazanın yaradılmasına rəhbərlik edilməsi;
- dinc və müharibə dövrlərindəki hallarda Azərbaycan Tibb Universitetində işin sabitliyinin artırılması yönəldilmiş tədbirlərin (mühəndis-texniki, sosial, təhlükəsizlik və xüsusi Mülki Müdafiə tədbirlərinin) təşkilinə rəhbərlik edilməsi;
- Azərbaycan Tibb Universitetində irimiqyaslı fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən aparılan qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə rəhbərlik edilməsi.
4-cü tədris sualı: FH-da əhaliyə təcili tibbi yardımın təşkilində
obyektin rolu və vəzifələri
Obyektdə ərazi tibb xidmətləri yaradılmışdır, lakin Azərbaycan Tibb Universiteti səhiyyə təşkilatı olduğuna görə fövqəladə hadisə baş verdikdə yaxınlıqda yaşayan əhaliyə təcili tibbi yardımın göstərilməsində iştirak edə bilər.