Hesabat müddət ərzində kafedrada " Azərbaycanda psixi sağlamlığa kompleks şəkildə təsir edən bioloji, psixolojı,sosial və mədəni faktorların öyrənilməsi" mövzu üzərində elmi-tədqiqat iş aparılır.
Elmi rəhbər: kafedra müdüri,t.e.d.G.Ç.Gəraybəyli. Məhsul icraçı t.e.d. F.N.İsmayılov.icra müddəti 2010-2014 cü il.
İşin icra etməsində kafedranın bütün müəllim heyyəti iştirak edir.
Kafedranın elmi-tədqiqat işi çərçivəsində 6 elmi iş həyata keçirilir.Həmin işlər hər ilki perspektiv plana uyğun mərhələlər ilə həyata keçirilir.
Kafedrada "Müxtəlif ictimai dövrlərdə respublikada əhalinin psixi sağlamlığının klinik epidemolojı və profilaktik aspektləri" adlı doktorluq dissertasiyası icra olunur.Elmi rəhbər: t.e.d. G.Ç.Gəraybəyli. İcraçı: dos.Mehdiyeva L.H.
İş ilkin material toplama və onun təhlili mərhələsindədir.
Kafedrada 2 namizədlik işi icra olunur.
Ass.Eldarova N.N. "Şəxsiyyət pozuntuları zamanı aqressiv və autoaqressivdavranış"adlı işin icraçısıdır.Elmi rəhbər kafedra müdüri, t.e.d. G.Ç.Gəraybəylidir.
İş yekunlanma və nəticələrin hazırlanma mərhələsindədir.
Kafedranın assistenti A.A.Səmədov tərəfindən " Ağır psixi pozuntular zamanı suisidal davranışın kliniki psixipotologiyasının xüsusiyyətləri" adlı namizədlik dissertasiyası hazırlanır.Elmi rəhbər kafedra müdüri t.e.d. G.Ç.Gəraybəyli.
İş alınan nəticələrin analizi mərhələsindədir.
Prof.N.V.İsmayılovun rəhbərliyi altında 2 namizədlik dissertasiyasion iş hazırlanmışdır.
Respublikanın Baş Hərbi psixiatrı, hərbi hospitalın psixiatriya şöbəsinin müdiri Mehtiyev Elşad sabir oğlu tibb üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi almaq üçün elmi işini müdafiyə etmişdir və ali Assestasiya komissiyası tərəfindən təsdiq edilmişdir.Həşimova Nərgiz Firudin qızı fəlsəfə doktoru, alimlik dərəcəsi almaq üçün işini seminar səviyyəsində müdafiyə etmiş və işi Elmi Şuraya təqdim etmişdi.
Hesabat müddətində kafedra əməkdaşları konfranslarda iştirak ediblər.
2010-cu ilin 16-22 avqust ayında Pribaltikada Tallin şəhərində psixi pozuntuların müasir müalicə üsullarına həsr olunmuş ümumdünya simpozium keçirilmişdi.
İştirak ediblər: kafedra müdüri G.Ç.Gəraybəyli, dos Əliyev Z.N.ass.Hacıyev S.R.
2010-cu il 27 avqust - 2 sentyabr tarixində Hollandiyada Amsterdam şəhərində neyroformakologiya üzrə Avropa holdingin 23-cü konqressi işləyib.İştirak edib kafedra müdüri G.Ç.Gəraybəyli.
27 sentyabr tarixində ATU-nun 80 ilinə həsr olunmuş elmi konfrans keçirilmişdi.Həmin konfransda kaf müdüri t.e.d. G.Ç.Gəraybəyli ,dos Hacıyev R.E,dos Mehtiyeva L.H, ass Hacıyev S.R, ass Salmanzadə B.V.iştirak etmiş və elmi məqalələr təqdim etmişdilər.2010-cu ilin 17-18 sentyabrda" Baki təhsili" fondu tərəfindən təşkil olnumuş psixiatriya üzrə simpozium keçirilmişdi.Həmin simpoziumda dos.İsmayılov F.N, ass.Məmməd-zadə G, baş lobarant Hacıyeva N.R, ass.Zeynalov A.E, ass.Hacıyev S.R iştirak etmişdilər.Məruzə ilə dos İsmayılov F.N, Məmməd-zadə G, Hacıyev S.R çıxış etmişdilər.Bütün iştirakçılarv sertifikat almışdı.
18-22 sentyabr ayında uşaq psixiatriyası üzrə treninqlər keçirilmişdi.Həmin treninqdə ass Zeynalov Ə.E, baş laborant Hacıyeva N.R.iştirak ediblər.
30 sentyabr 2010-cu il tarixdə ass. Zeynalov Ə.E, ass Hacıyev S.R "Avropa" otelində keçirilən və "Stressam" preparatına həsr olunmuş konfransda iştirak ediblər.
19-25 sentyabr 2010-cu ildə Avstriyada Zalsburq şəhərində tibb seminarı keçirilmişdi.Ass. Məmməd-zadə G.məruzə ilə çıxış etmişdi.
08/ X-2010 cu ildə "Psixi sağlamlıq günü"-nə həsr edilmiş konfrans keçirilmişdi.Kafedranın bütün əməkdaşları həmin konfransda iştirak ediblər.08/X- 2010 cu ildə İctinai sağlamlıq və islahatlar institutu tərəfindən təşkil olunmuş elmi konfransda dos F.N.İsmayılov məruzə ilə çıxış etmişdi.
24-27/XI 2010 cu iltarixində Berlin şəhərində Psixiatriya üzrə alman konqressində, kaf müdüri G.Ç.Gəraybəyli, prof İsmayılov Z.N, ass Məmmıəd-zadə G,baş laborant Hacıyeva N.R,ass Zeynalov iştirak etmişdilər.
18/XII-2010 cu ildə Respublikanın Səhiyyə Nazirliyi və Azərbaycan psixiatrik Assosiasiya tərəfindən "Müasir psixiatriyanın problemləri" adlı konfrans keçirilmişdi.Kafedranın bütün əməkdaşları iştirak edib.
20/X-2010 cu ildə dos R.E.Hacıyev Qafqaz və orta Asiya psixiatrlar konfransının iştirakçısı olub.
17-18/IX 2010 cu ildə bakıda keçirilən ABŞ-nın professoru Maikl Saksin mühazirələrini kafedranın bütün əməkdaşları dinləmişdi.
17-18/IX 2011 ci ildə dos İsmayılov F.N. Açıq Tibb Universitetində keçirilən simpoziumda " Psixiatriyada təhsil problemləri" adlı məruzə ilə çıxış etmişdi.
13/I-2010 dos İsmayılov F.N.3-cü milli nevroloqların konfransında "Depressiyanın müalicəsi ilkin yardım sistemində" adlı məruzə ilə çıxış etmişdi.
12-15/III 2011-ci ildə Vena şəhərində (Avstriya) psixiatriya üzrə konqress keçirilmişdi.Həmin konqressdə prof İsmayılov N.V, dos Katibli S.Ə, dos İsmayılov F.N.iştirak etmişdilər və onların məruzələri konqressin məcməsində çap olunmuşdu.
7-13/III 2011-ci il Alsqeymer və Parkinson xəstəliklərinə həsr olunmuş beynəlxalq konqressbarselona şəhəri (İspaniya) keçirilmişdi.Kafedra müdüri G.Ç.Gəraybəyli,ass Z.F.Musabəyov, ass Eldarova N.N iştirak etmişdilər.
27/IV-2011 ci il ildə "Ambasador"otelində elmi-praktiki konfrans küçirilmişdi və orada akademik Smuleviç (Russiya, Moskva şəhəri)" Depressiyalar və onların müalicəsi" adlı mühazirə ilə çıxış etmişdi.
9-10/V 2011-ci il Kafedra müdüri G.Ç.Gəraybəyli psixi sağlamlıq üzrə Avropa strategiyasının təşkilində iş qrupunda iştirak etmişdi.Həmin tədbir Avropa Regional şöbəsi (Ü.S.T- UFRECHT,Hollandiya) tərəfindən hazırlanır.
26 may 2011-ci ildə "Hyatt"otelində prof S.H.Mosolovun iştirakı ilə "Depressiya teoriya və praktika" adlı elmi-praktiki konfrans keçirilmişdi.Kafedranın bütün əməkdaşları iştirak etmişdi.
31 may -2 iyun 2011-ci ildə Yuneskanın Beynəlxalq Bioetika komitəsinin 18-ci sesiyası keçirilmişdi.İştirak etmişdilər:kafedra müdüri: G.Ç.Gəraybəyli,dos.Musabəyov Z.F,ass.Məmməd-zadə G, ass.Hacıyev S.R,baş laborant.Hacıyeva N.R.
24 iyun 2011-ci ildə Bakıda "Landmark"biznes mərkəzində Respublika psixiatorlar syezdi keçiriləcək.
Təşkilat komiteti:prof N.V.İsmayılov, dos.S.Ə.Katibli,dos.Əliyev.Z.N,
ass Zeynalov Ə.E.Kafedranın bütün əməkdaşları iştirak edəcək.
2011-ci ilin avqust ayında İspaniyada Madrid şəhərində "Lundbeck"firması tərəfindəntəşkil olunacaq."Afipik neyroleptiklərin psixiatriyada istifadəsi" adlı elmi konfrans keçiriləcək.İştirak etmək üçün kafedra müdüri G.Ç.Gəraybəyli,ass.Eldarova N.N,ass.Hacıyev S.R dəvət olunublar.
18-22 sentyabrda 2011-ci ildə Argentinada Buyenos Ayres şəhəri 15-ci ümumdünya psixiatriya konqressi keçiriləcək.Gənc mütəxəssis kimi,ass.G.Məmməd-zadənin iştirakı planlaşdırılır.
Kafedranın əməkdaşları bır sıra problemlərin hazırlanmasında iştirak ediblər.
T.e.d Z.N.Əliyev metadon proqramların məqsədə uyğun istifadəsi haqqında hesabat hazırlanmışvə Azərbaycan Baş prokurorluğunun elmi-tədris mərkəzi tərəfindən təşkil edilmişkonfransda təqdim edilmişdir.Narkomaniya üzrə qanun ilə bağlı bir sıra təkliflər hazırlanmış və gələcəkdə Milli Məclisə təqdim olunması nəzərdə tutulur- proyekt.
Kafedranın assistenti S.R.Hacıyev,assistenti G.F.Məmməd-zadə Beynəlxalq "İDEA"lahiyəsinin iştirakçılarıdır.Lahiyyə pasiyentlərə göstərilən tibbi xidmətləri razı qalmaq dərəcəsini öyrənir-proyekt.
İDEA-inpotient Discharge:
Experiences and Analysic An İnternational Colloborative study.İDEA proekti bütün Dünya Psixiatry Assosiasiyası xətti üzrə aparılır.Bu proyektin işi bir çox Avropa ölkələrində Dünya Psixiatriya Assosiasiyasının əməkdaşları Norman Sortirius tərəfindən aparılır.
Baş laborant Hacıyev N.R.iş qrupunun üzvü olaraq diaqnostik cədvəllərin tərcüməsini və adaptasiyasını uşaqlar üzrə hazırlayır.
Kafedra müdüri G.Ç.Gəraybəyli, t.e.d F.N.İsmayılov, prof.N.V.İsmayılov,
ÜSR və Səhiyyə Nazirliyi birgə lahiyəsində iştirak edirlər.Lahiyə ilkin tibbi yardımının təşkilinə həsr olunub.Tədqiqat nəticəsində trening toplam ilkin mərhələ həkinlər üçün çap olunmuşdu.Səhiyyə Nazirliyinin tapşırığı ilə kafedra əməkdaşları:kafedra müdiri. G.Ç.Gəraybəyli, dos.F.N.İsmayılov,dos. Z.N.Əliyev, dos.A.Ə.Manuçeri, ass.Z.F.Musabəyov 1) rezidentura üzrə proqram hazırlamışlar, 2) psixiatriya üzrə sertifikasion testlər hazırlamışlar, rezidentura üzrə testlər hazırlamışlar.
Kafedranın assistenti Ə.E.zeynalov "Ketilept"adlı preparatın elmi öyrənilməsində iştirak edir.Proyektin təşkilatçısı "Egis"kompaniyasıdır. Kafedranın əməkdaşları pedaqoji və tədris-metodik proqramlarda iştirak edirlər.
Kafedra assistenti G.F.Məmməd-zadə və B.Salman-zadə "Təhsilin əsasları"adlı kursları keçmiş və sertifikat almışdılar.
Sentyabr ayında həmin kursları kafedranın assistenti S.R.Hacıyev keçəcək.
Kafedranın əməkdaşları dos.Mehdiyeva L, ass.Eldarova N, ass.Zeynalov Ə,dos.Manuçeri-Lalei A, ass.Hacıyev S, baş laborant Hacıyeva N, yeni tədris proqramın tərtibində iştirak etmişdilər.Həmçinin bir sıra tədris vəsaitləri təzələnmiş (cədvəl və plakatlar) və dos.Mehdiyeva L.tərəfindən tibbi psixologiya üzrə yeni tədris vəsaiti təqdim olunmuşdu.
Dos.İsmayılov F.N rəhbərliyi altında BDU tələbələri tərəfindən tibbi psixologiya üzrə 3 magistr disertasiyası müdafiyə olunmuşdu.
Kafedranın əməkdaşları səhiyyə təşkilatlarına elmi-praktiki və ekspert yardımı göstərirlər.
1) Kafedra müdüri G.Ç.Gəraybəyli psixi sağlamlıq üzrə milli koordinator olduqda, həmçinin sərhət qoşunlarının hospitalınkonsultantıdır.
2) Prof.İsmayılov N.V.
- Ümumdünya Psixiatriya Assosiyasının Plenumum və Avropa Psixiatriya Assosiyasiyasının üzvüdür.
- ABŞ Psixoterapiya Akademiyasının üzvüdür.
- Azərbaycan Psixiatriya Jurnalın Baş Redaktorudur.Bakı şəhəri RƏXD-n və " Psixosomatika şöbəsinin, Mərkəzi hərbi hospitalın və DİN-in daxili qoşunlar hospitalının- konsultantıdır.
3) Prof. t.e.d. Əsədov B.M-respublikanın baş məhkəmə ekspertidir.
4) Dos Manuçeri-Lalei - narkomaniya və alkoholizm tibbi təhsil üzrə ekspert və İctimai TV " Eksulap"verilişin daimi iştirakçısı və ekspertidir.
5) Dos t.e.n. Əliyev Z.N, dos t.e.n. Hacıyev R.E - "Psixiatriya və nevrologiya"ixtisaslı dessertasiyaların müdafiyəsi üzrə Elmi Şuranın üzvləridir.Dos Əliyev Z.N. ATU-nun aprobasiya şurasının üzvüdür.Dos. Əliyev Z.N. "Atlas" klinikasının və şəhər psixanevroloji dispanserin konsultantı, həkim- internaların kuratorudur.
6) Dos.t.e.n. Mehdiyeva L.H. ATU-nun nevrologiya kafedrasının kuratorudur.
7) Ass. Zeynalov Ə.E - Avropa psixiatorlar asssoasiyasının üzvü,Uşaq psixanevroloji xəstəxanasının konsultantı,həmçinin şəhər dəri- zöhrəvi dispanserin konsultantıdır.
Hesabat müddəti ərzində kafedranın əməkdaşları respublikanın bir sıra rayonlarında olmuşdular.kafedra müdüri t.e.d. G.Ç.Gəraybəyli 30 aprel 2011-ci ildə Lənkəran şəhərində psixiatrik yardıma həsr olunmuş respublikanın 7 rayonu üzrə iclas keçirmişdi.
14 may 2011-ci ildə Səlyan rayonunda 6 rayon üzrə eyni iclas keçirilmişdi. Professor İsmayılov N.V.psixiatriyada tibbi yardım üzrə mühazirələr oxumaq məqsədi ilə bir sıra regionlarda olmuşdu. Sumqayıt, Qusar, Lənkəran, Gəncə.
20-22 may 2011-ci il tarixdə dos.Manuçeri-Lalei Səhiyyə Nazirliyinin tapşırığı ilə Kürdəmirdə konsultativ yardım göstərmişdi.
Kafedranın əməkdaşları respublikanın mətbuatı və televiziyasında müntəzəm olaraq elmi-praktiki məlumat ilə çıxış edirlər.Kafedra müdüri G.Ç.Gəraybəyli dəfələrlə respublika televiziyasında ( "ANS", "ATV", "AZTV" ) çıxış etmişdi.
Professor İsmayılov N.V. radio ( "Azərbaycan", "Azadlıq") və TV
( "Xəzər", "AZTV", "Lider", "ANS", "Space" , "İctimai") dəfələrlə çıxış etmişdi.respublikanın mətbuatında bir çox məqalələri olmuşdu.
Dos. T.e.n. Manuçeri-Lalei A.A. " İctimai" kanalın verlişinin konsultantıdır.
Ass. Zeynalov Ə.E. "Bakı" adlı Moskvada dərc olunan jurnalda məqaləsi çap olunmuşdu.
Kafedrada T.E.Ç t.e.n. dos. S.katiblinin rəhbərliyi altında fəaliyyət göstərir.Universitetin konfransında psixiatriya fənni üzrə iş təqdim olunmuşdu.Həmin konfransda
1) Valeabova Mədinə IIMüalicə-prof fakultəsinin VI kurs tələbəsi tərəfindən hazırlanan "Sonsuzluğa düçar olmuş qadınlarda təşviş- depressiv pozuntuların öyrənilməsini" adlı elmi iş birinci yerə laiq görülmüşdü.Elmi rəhbər: prof. İsmayılov N.V, dos. Katibli S.Ə.
2) Hüseynov Teymur I Müalicə- profilaktika fak IV kurs tələbəsi tərəfindən " Tələbələrdə aqressiyanın ifadəsi " adlı elmi iş 2-ci yerə laiq görülmüşdü.Elmi rəhbər: Assş Məmməd-zadə G.F.
3) " Süd vəzin xərçəngi olan qadınların cərrahi əməliyyatdan sonraki dövrdə psixi durumu" adlı iş Həsənova Qumru və Musayeva Aydan II Müalicə profilaktika fakultəsinin IV kurs tələbələri tərəfindən hazırlanmış və 3- cü yerə laiq görülmüşdü.Elmi rəhbər: ass. Salman-zadə B.
4) "Azərbaycanda orta yaşlı qadınlarda depressiyanın mentalitar xüsusiyyətlər" adlı elmi iş Qurbanova Nigar və Məmmədova Nərgiz I Müalicə - profilaktikasının IV kurs tələbələri tərəfindən hazırlanmış və 4 -cü yerə laiq görülmüşdü.Elmi rəhbər: dos. S.Ə.Katibli.
I və II yerləri tutan iştirakçılara Azərbaycan psixiatrik assosiyasiyası tərəfindən 200 və 150 manat məbləğində mükafat verilmişdi.