Respublikanın beynəlxalq miqyasda artan nüfuzun və marağın nəticəsidir ki, universitetdə bir çox Beynəlxalq konqress və konfranslar, müxtəlif görüşlər keçirilir. 

2020-ci ildə universitetdə keçirilən beynəlxalq tədbirlər:

  • Xroniki yaraların menecmenti üzrə təlim kursu
  • Revmatoloji xəstəliklərin menecmenti üzrə təlim kursu
  • Pediatrik revmatologiya və ümumi pediatriya üzrə intensiv təlim kursu
  • İnsult menecmenti üzrə intensiv təlim kursu (1,2 modullar)
  • İnsult menecmenti üzrə intensiv təlim kursu (3,4,5 modullar)
  • Nevrologiyanın aktual məsələləri mövzusunda regional konfrans
  • “İnsan genetikası və genetik xəstəliklər” mövzusunda 1-ci beynəlxalq elmi konfrans
  • “Covid-19 Pandemiyası zamanı uşaq sağlamlığı” adlı beynəlxalq elmi konfrans
  • Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konqress
  • ATU-nun Rezidentlərinin 8-ci Elmi təcrübi konfransı (ATUREK-8)
  • Tibb Tələbələrinin və Gənc alimlərin Beynəlxalq konfransı
  • “ COVİD-19 və qaraciyər xəstəlikləri” mövzusunda beynəlxalq elmi konfrans

Konqresdə 185 yerli və beynəlxalq tibb mütəxəssisləri məruzəçi qismində 18 simpoziumda iştirak etmişlər. Keçirilən simpoziumlar tibb sahəsinin aktual problemlərini əhatə etmişdir (COVİD-19 pandemiyası, Ürək-damar xəstəlikləri, Uşaq xəstəlikləri və.s).Eyni zamanda Türkiyə, ABŞ, Rusiya, Almaniya, İsrail, İran, Qazaxıstan, İspaniya, Belçika və Fransa kimi 42 xarici ölkələrdən tanınmış tibb alimlərinin çıxışları baş tutmuşdur.

Universitetimiz 90 il ərzində şərəfli inkişaf yolu keçmiş, xalqımızın sağlamlığı keşiyində dayanan ali təhsilli həkimlər yetirmişlər. Yubiley konqresi çərçivəsində ATUREK-8 və Tibb Tələbələrin və Gənc alimlərin beynəlxalq konfransı keçirilmişdir.

Universitetin rezidentlərinin ATUREK-8 adlı konfransında 27 ixtisas üzrə 128 elmi iş təqdim edilmişdir. Seçilən işləri məqalə şəklində dərc edilmişdir.

Tibb Tələbələrin və Gənc alimlərin beynəlxalq konfransında isə 17 çıxış (Türkiyə Cümhuriyyəti-1, Rusiya-3, Almaniya-2,  Özbəkistan-2, Tacikistan-1, Qazaxıstan-1, Azərbaycan-7) keçirilmişdir