“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə Rəhbəri-
Rektor _______________ prof. G.Ç.Gəraybəyli
“ 05 ” yanvar 2017-ci il.

MM rəhbər heyəti ilə keçiriləcək
10 saylı məşğələnin
PLAN-KONSPEKTİ
Mövzu: Mülki Müdafiə üzrə obyektdə komandir-qərargah təlimin, obyekt məşqin, kompleks təlimlərin keçirilməsi metodikası və təşkili.
Tədrisin məqsədi: Mülki Müdafiə təlimlərinin və məşqlərinin keçirilməsində hansı sənədlərdən istifadə etmək, mülki müdafiəyə rəhbərlik  qaydalarını əyani olaraq öyrətmək, əmək kollektivlərinə özünü  müdafiə bilikləri aşılamaq, MM təlim və məşqlərində bütün əhalini MM tədbirlərinə hazırlamaq.
Keçirildiyi yer: Tədris sinfi
Vaxt: 1 saat.
Tədris sualları və təxmini vaxt bölgüsü:
Dinləyicilərin məşğələyə hazırlığının yoxlanması – 5 dəq.

1-ci tədris sualı: Mülki müdafiə təlimlərinin (məşqlərinin) əhəmiyyəti, növləri və məqsədləri –10 dəq;
2-ci tədris sualı: Mülki müdafiə təlimlərinin hazırlanması qaydası –10 dəq.
3-cü tədris sualı: Mülki müdafiə təlimlərinin keçirilməsi qaydası –10 dəq.
4-cü tədris sualı: Tədris-metodiki baza – 10 dəq.
Məşğələyə yekün vurulması 5 dəq.

Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu
                   2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-cı il tarixli 193 saylı qərarı
Əyani vəsait:Videoproyektor, prezentasiyalar, stendlər.
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Mülki müdafiənin təmin edilməsi barədə» 25 sentyabr 1998-cı il tarixli 193 saylı qərarın II hissəsinin «Mülki müdafiənin əməli məşğələləri, təlimləri və məşqləri haqqında» 2-2.7 maddələrinə müvafiq olaraq, təşkil olunub, keçirilir.
     Belə ki, obyektlərdə keçirilən əməli məşğələlərin, MM təlimləri və məşqlərinin əsas növləri bunlardır:
2.1    MM normativlərinin yerinə yetirilməsi – normativlər adətən ayda bir dəfə MM məşğələsi zamanı öyrədilir;
2.2    Rəhbər heyətin MM məşğələləri–ildə bir dəfə keçirilir və belə məşqlər zamanı rəhbər heyət obyektin mülki müdafiə planına əsasən özünün xidməti vəzifələrini dəqiq öyrənir; məşqə obyektin MM qərargahı MM xidmətinin rəhbər heyətləri və hərbiləşməmiş dəstələrin komandir-rəis heyəti cəlb edilir;
2.3    Kompleks MM təlimləri – hər üç ildən bir 2-3 gün ərzində aşağıdakı obyektlərdə keçirilir; işçilərin sayından asılı olmayaraq MM üzrə dərəcəli obyektlərdə və kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə; işçilərinin sayı 300 nəfərdən artıq olan dərəcəsiz obyektlərdə; çarpayılarını sayı 200-dən artıq müalicə – profilaktika müəssəsələrində, təlimə obyektin rəhbər, komandir-rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyəti, dəstələrə cəlb olunmayan işçilər cəlb edilir, habelə obyektin ətrafında yaşayan əhali də təlimlərə cəlb edilə bilər.
2.4    Qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumtəhsil məktəbəlri, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər məktəblərdən başqa) üç ildən bir 8-10 saat davam edən obyekt MM məşqləri keçirilir. Məşqlərə obyektin rəis-komandir heyətləri hərbiləşdirilməmiş MM dəstələri cəlb olunmayan işçilər və təhvil alan gəncəlr cəlb edilir;
2.5   Hərbiləşdirilməmiş MM dəstələri ilə əməli məşğələlər – yüksək hazırlıqlı dəstələrlə ildə bir dəfə, qalan dəstələr üç ildən bir kompleks təlim və obyekt məşqi 8 saat həcmində keçirilir;
2.6   Ümumtəhsil məktəbəlrində, texniki peşə, orta ixtisas məktəblərində və onlara bərabər tutulan digər təhsil ocaqlarında isə hər il «Mülki müdafiə» günü keçirilir və bu tədbir həmin məktəblərin illik tədris planlarında da nəzərdə tutulur;
2.7   Hər il hərbiləşdirilməmiş MM dəstələri ilə xəbərdarlıq toplanış üzrə məşq ildə iki dəfə keçirilir.
 
1-ci tədris sualı: Mülki Müdafiə təlimlərinin (məşqlərinin)
əhəmiyyəti, növləri və məqsədləri
       Mülki müdafiənin nə dərəcədə hazır olmasını müəyyənləşdirməyin ən etibarlı üsulu vaxtaşırı MM məşqlərinin və təlimlərinin keçirilməsidir. Belə tədbirlər zamanı ərazi və sahə orqanları başçılarına mülki müdafiəyə rəhbərlik qaydaları əyani olaraq öyrədilir, əmək kollektivlərinə özünü müdafiə bilikləri aşılanır və yerlərdə MM-ə hazırlığın bütün sahələri barədə tam düzgün təsəvvür yaranır. Belə tədbirlər zamanı şəxsi heyətin hazırlıq səviyyəsi yoxlanılır, qarşıda çıxan əgərəskik aradan qaldırılır.
       MM məşqləri və təlimləri müxtəlif miqyaslarda (şəhər, rayon, idarə, müəssisə və s.) və müxtəlif mövzularda keçirilir. MM məşqlərinin metod və təyinatı müxtəlifdir. Əməli məşğələlər, MM təlimləri və məşqləri – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsinə bütün əhali qruplarının hazırlanmasının əsas forması hesab edilir.
       Tədris ilində MM üzrə tədbirlərin təqvim planı yazılır və cədvəl şəklində tərtib olunur. MM qərargahının rəisi tərəfindən imzalanır və yuxarı (şəhər, rayon) MM qərargahı və ya regional şöbələrinin rəisləri tərəfindən razılaşdırıldıqdan sonra obyektin MM rəhbəri tərəfindən təsdiq edilir.
       Bu planın «Keçiriləcək tədbirlərin adları və hazırlanacaq heyətlər», «İşçilərin icra müddəti» (ay və tarix göstərilməklə), «Tədbiri kim keçirir», «Kimlər cəlb olunur» qrafalarında müvafiq bölmələr üzrə: yuxarı təşkilatlar (rayon, regional şöbə, nazirlik) tərəfindən planlaşdırılan tədbirlər və kimlər cəlb olunacağı, obyektdə görüləcək işlər, o cümlədən rəhbər heyətin, MM dəstələrinin, qalan işçilərin təlimdə iştirakı, həmçinin təlim və məşqlərin növləri, dicər MM tədbirlərinin adları və icra müddətləri konkret olaraq nəzərdə tutulur. Planda qısa təlimlərin və məşqlərin mövzuları yazılır.
       Təlim hazırlıq dövründə və onun gedişində bir sıra səmərəli təsərrüfat işləri görülür. Məsələn, su örtüyü qurğusunda olan xırda nasazlıq aradan qaldırılır və tam hazır vəziyyətə gətirilir.
       Obyektlərdə MM-nin öyrədilməsi işləri tədris qruplarında məşğələ aparmaq mühafizə məsələlərini müstəqil öyrənmək üsulları ilə və son nəticədə məşq və təlimlər keçirməklə nəticələnir.
       Əməli məşğələlər, MM təlimləri və məşqləri – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsinə bütün əhali qruplarının hazırlığının əsas forması hesab edilir.
 
2-ci tədris sualı: Mülki Müdafiə təlimlərinin hazırlanması qaydası
       Obyektlərdə keçirilən əməli məşğələlərin, MM təlimləri və məşqlərinin əsas növləri bunlardır:
       Kompleks təlim – dinc və müharibə şəraitində obyektin MM idarəetmə orqanının, mülki müdafiə dəstələrinin, və bütün əhalinin tədrisinin ən yüksək və hərsahəli hazırlıq formasıdır. Belə tədbirlər zamanı şəxsi heyətin hazırlıq səviyyəsi əyani olaraq yoxlanılır, qarşıya çıxan çatışmamazlıqlar, əyər-əskik aradan qaldırılır. Kompleks təlim bir neçə mərhələdə ola bilər. Məsələn, birinci mərhələdə – qəza təhlükəsi yaranarkən mühafizəyə hazırlıq tədbirləri. İkinci mərhələdə – mühafizə tədbirlərinin həyata keçirilməsinə rəhbərlik. Üçüncü mərhələdə – qəza nəticələrinin aradan qaldırılması üçün xilasetmə işlərinin yerinə yetirilməsi.
       Təlimin məqsədi:
- müdafiə tədbirlərinin keyfiyyətli və hərtərəfli həll etmək;
- mürəkkəb MM tədbirlərinin həyata keçirmək üçün əhalini hazırlamaq;
- KRH-nin idarəetmə vərdişlərini təkmilləşdirmək;
- Obyektin MM planının reallığını yoxlamaq;
- İstehsalat prosesinin müharibə şəraitində fasiləsiz işini artırmaq.
       Təlimlər rəhbər heyəti, dəstələri və əhalini mülki müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlaşdırmağın ən yüksək və aktiv formasıdır. Burada nəzəri məşğələlər zamanı əldə edilmiş biliklər əməli surətdə icra edilir, təlim iştirakçılarına texnikanı, cihazları, mühafizə vasitələrini işlətmək, o cümlədən də rəhbər və komandir heyətlərinə tabeliyindəkiləri idarə etmək üzrə vərdişlər aşılanır. Yəni hər bir iştirakçı mülki müdafiə üzrə öz vəzifələrini yerinə yetirir. Müasir tələblər səviyyəsində keçirilən təlimlər həmçinin dinc və müharibə dövrləri üçün müvafiq MM planlarının reallığın yoxlamaq, təlimə cəlb edilən dəstələrin, obyekt təlimləri və məşqlərində isə bütünlükdə obyektin fövqəladə hallarda MM vəzifələrini yerinə yetirməyə hazırlıq dərəcəsinin müəyyən edib qiymətləndirməyə, eləcə də ekstremal şəraitdə inamla fəaliyyət göstərmək üçün şəxsi heyətlərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər tərbiyə olunmasına imkan yaradır. Qarşıya qoyulan məqsəddən, vəzifələrdən, keçirilmə metodundan və iştirakçılarının tərkibindən asılı olaraq obyektlərində MM təlimlərinin və məşqlərinin bu əsas növrlərindən istifadə edilir.
       Kompleks MM təlimi – son üç ildə bütövlükdə obyektin Mülki Müdafiəyə hazırlanmasını yekunlaşdırmaq və hazırlığın dərəcəsini müəyyən edib qiymətləndirmək məqsədilə keçirilir.
       Kompleks təlimin mahiyyəti bundan ibarətdir ki, təlimə obyektin bütün heyətləri (rəhbər, komandir-rəis heyətləri, bütün MM xidmətləri və dəstələri, dəstələrə cəlb olunmamış işçilər) cəlb olunur və onlar eyni bir taktiki şəraitdə və eyni zamanda fəaliyyət göstərməklə obyektin MM planında nəzərdə tutulan bütün tədbirləri kompleks halında yerinə yetirirlər. Belə təlim, eyni vaxtda vahid plan əsasında keçirilən rəhbər heyətin komandir–qərargah təlimindən – MM dəstələrinin taktiki – ixtisas təlimindən, qalan fəhlə və qulluqçuların isə siqnal və göstərişlər üzrə öz vəzifələrini əməli yerinə yetirməsindən ibarətdir. Təlimdə əsasən obyektin FH-da fəaliyyət planının reallığı yoxlanılır, habelə müdafiə tədbirlərini həyata keçirməyə, düşmən basqının, yaxud təbii fəlakət və qəzanın nəticələrini aradan qaldırmağa, hərbi dövlət istehsalını fasiləsizliyini təmin etməklə obyektin hazırlıq dərəcəsi müəyyən edilir.
       Kompleks təlimin hazırlanması və keçirilməsi xeyli vaxt və zəhmət tələb edir.
       Ona obyektin MM rəhbəri, bəzi hallarda yuxarı MM orqanının rəhbəri başçılıq edir. Kompleks təlimin mövzusu olaraq bütün MM tədbirlərini əhatə edən kompleks məsələ götürülür və onun keçirilməsinə 3 gün vaxt ayrılır.
       Təlim vaxtı obyektdə istehsalat və digər iş prosesi dayandırılmır. Bu məqsədlə MM dəstələri və müxtəlif sexlərin, bölmələrin işçiləri təlimə, onun keçirilməsi planı əsasında növbə üzrə cəlb edilir: rəhbər heyət və qərargah işçiləri isə bütün təlim dövründə ona fasiləsiz rəhbərlik edirlər.
       Təlim və məşqlərin hazırlanması onların keyfiyyətli və səmərəli keçirilməsini təmin edən ən əsas şərtlərdən biridir. Bu hazırlıq: təlimin təşkili və keçirilməsini təmin edən ən əsas şərtlərdən biridir, yəni sənədlərin tərtib edilməsindən; təlimə rəhbərlik edəcək qrupun hazırlanmasından; təlim iştirakçılarının hazırlanmasından; maddi-texniki təchizat və tə’lim yerinin hazırlanmasından ibarət olur. Təlim üçün bu sənədlər tərtib olunur:
-   Təlim keçirilməsi haqqında obyekt MM rəhbərinin əmri (təşkilatı göstərişlər).
Burada: təlimin mövzusu, məqsədi və keçirilməsi müddəti, təlimə rəhbərlik qrupunun, təlim iştirakçılarının heyəti və onların təlimə hazırlanması qaydası; təlimin maddi-texniki təchizatı məsələləri; təlim vaxtı təhlükəsizlik qaydaları; bütün bu işlərin icrasında məsul şəxslər müəyyən edilir. Əmr, təşkilatı göstərişlər təlimin başlanmasına ən azı ay yarım qalmış icraçılara çatdırılır. Təlimə hazırlıq üzrə qalan bütün sənədlərin tərtibi və işlərin icrası bu əmr əsasında kompleks və komandir-qərargah təlimlərində və obyekt məşqlərində, obyektin MM qərargahı tərəfindən; dəstələrin əməli isə hazırlıq qrupu tərəfindən təşkil edilir.
-                                                   Təlimə hazırlığın təqvim planı.
Bu plan cədvəl formasında yazılır, müvafiq qrafalarda tə’limə hazırlıq üzrə konkret olaraq bütün tədbirlər, onların icra müddətləri və məsul icraçılar göstərilir.
-                                                   Təlimin keçirilməsi planı.
       Bu plan təlimin gedişini, mərhələlər üzrə hər bir tədris məsələsinin öyrədilməsi qaydasını və ardıcıllığını müəyyən edən əsas sənəddir. Planda əvvəlcə təlimin mövzusu; təlimin iştirakçıları: təlimin mərhələləri (yalnız kompleks və komandir-qərargah təlimlərində) və tədris məsələlərində, onların öyrədilməsi müddətləri; təlimdə yaradılan şərti vəziyyət; təlimin sona çatdırılması və təhlil keçirilməsi vaxtı bəndlər üzrə göstərilir. Bundan sonra təlimin gedişi aşağıdakı qrafalardan ibarət cədvəl formasında tərtib edilir: vaxt, tədris məsələsi, şərti vəziyyət. Təlim rəhbərinin və onun köməkçilərinin fəaliyyəti. Təlim iştirrakçılarının gözlənilən fəaliyyəti.
       Təlimə rəhbərlik qrupunun heyəti kompleks təlimdə – təlimin rəhbərindən başqa, adətən onun müavinindən, köməkçilərindən və ya vasitəçilərdən (imitasiya üzrə, müxtəlif xidmətlər, sahələr üzrə) ibarət olur. Vasitəçilər təlim iştirakçılarının fəaliyyətinə nəzərət etmək və onlara yardım göstərmək üçün təlimin rəhbəri tərəfindən təyin edilmiş şəxslərdir.
       Təlimə rəhbərlik qrupunun hazırlanması məqsədilə bu qrupun heyətilə təlimin mövzusu üzrə əlavə nəzəri və əməli məşğələlər keçirilir, onlara obyektin MM planına əsasən tədbirlərin icrası qaydaları öyrədilir. Təlimin gedişi üzrə fəaliyyət qaydaları məşq etdirilir, təlim rəhbərinin köməkçiləri özlərinin xüsusi fəaliyyət planlarını da tərtib edirlər.
       II. Rəhbər heyətin MM məşqi.
       Rəhbər heyətin MM məşqi – obyektin (rayonun, nazirliyin və s.) MM qərargahları, RŞ-ri və fövqəladə hallar (FH) komissiyasının işçiləri ilə keçirilir; bu təlimə, həmçinin obyekt rəhbərlərinin müavinləri, FH komissiyasının bütün heyəti, xidmət rəisləri və digər rəhbər şəxslər cəlb olunurlar. Məşqdə başlıca məqsəd – fövqəladə hallarda obyektdə mülki müdafiənin müvafiq planına uyğun etibarlı idarə edilməsi üzrə rəhbər heyətin nəzəri bilik və əməli vərdişlərinin tə milləşdirilməsidir.                 
       Bu zaman xidmətlər, dəstələr FH komissiyası arasında və qonşu obyektlərlə qarşılıqlı fəaliyyət, təminat və s. məsələlərin rəhbər heyətə öyrədilməsi üçün bu təlimə bəzi MM bölmələri də (kəşfiyyat, rabitə, tibb və digər manqalar) cəlb oluna bilər.
       Məşqin mövzusu sülh və müharibə dövrlərdə obyektdə MM-in idarə edilməsi üzrə ümumi məsələlərə həsr edilir və müvafiq taktiki fonda adətən 1-2 gün ərzində keçirilir. Məşqə MM rəhbəri başçılıq edir.
       III. Obyekt MM məşqi.
       Obyekt MM məşqi – kiçik obyektləri, idarə və təşkilatları hər cür fövqəladə hallarda fəaliyyətə hazırlamağın əsas formasıdır. Belə məşqlərdə obyektin müvafiq MM planında nəzərdə tutulan əsas əməli işlərin icrası qaydaları öyrədilir və onların nə dərəcədə real olduğu praktikada yoxlanıb dəqiqləşdirilir.
       Obyekt MM məşqinə bu müəssisənin, idarənin, təşkilatın, təhsil ocaqların bütün heyətləri – rəhbər heyət, MM dəstələri, digər fəhlələr, qulluqçular, tələbələr cəlb olunurlar. Məşqin məqsədi – iştirakçılardan hər birinə fövqəladə hallarda mühafizə işləri və digər MM tədbirləri heyata keçirilərkən fəaliyyət qaydalarını əməli surətdə öyrətməkdir. Məşqə obyektin MM rəhbəri başçılıq edir, onun keçirilməsinə 8 saat vaxt ayrılır.
       Rəhbər heyətin  və obyekt MM məşqində rəhbərlik qrupu heyətinin lazımi tərkibi təlim və məşqin xüsusiyyətlərindən asılı olaraq təlimin rəhbəri tərəfindən dəqiqləşdirilir.
       Təlimə cəlb edilən heyətlərin hazırlanması üsün komandir-rəis və sıravi heyətlərlə, digər təlim iştirakçıları ilə əməli məşğələlər, məşqlər təşkil edilir; MM dəstələri şəxsi heyətlə tam komplektləşdirilir, mühafizə vasitələri ilə təchiz olunur.
       Maddi-texniki təchizat və təlim yerləri təlimə hazırlanarkən bütün MM avadanlıqlarının sazlığı yoxlanılıb səhmana salınır, təlimdə imitasiya yerlərinin (imitasiya planında) dağıntı, zəhərlənmə, yanğın və s. vasitələrinin hazırlanmasına diqqət yetirilir.
 
3-cü tədris sualı: Mülki Müdafiə təlimlərinin keçirilməsi qaydası.
       Kompleks təlim və komandir-qərərgah təlimi (rəhbər heyətin MM məşqi) adətən obyektdə mülki müdafiənin hazır vəziyyətə gətirmək haqqında yuxarı MM orqanları rəhbərlərinin verdiyi sərəncamın təlim (obyekt) rəhbərinə çatdırılması və obyektdə MM rəhbər heyətinin plan üzrə xəbərdar edilib toplanması barədə göstərişlə başlanır. Bu zaman təlim rəhbəri özünün müavin və köməkçiləri ilə birlikdə bu işin planda müəyyən olunan müddətdə icrasına göz qoyur, onun reallığını qiymətləndirir.
       Obyektdə müvafiq fövqəladə hal üzrə MM planının (məs. sülh dövründə obyektdə FH-nın qarşısının alınması və aradan qaldırılması üzrə fəaliyyət planının) həyata keçirilməsi barədə sərəncam verdikdən sonra təlim rəhbəri, onun müavini və köməkçiləri obyektdə mühafizə tədbirlərinin yerinə yetirilməsi barədə MM qərargahı rəisinin, xidmət rəislərinin və digər rəhbər işçilərin öz tabeçiliyindəki heyətlərə verdikləri göstərişləri dinləyib onların dəqiqliyini qiymətləndirir.
       MM planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət edirlər. Bu zaman, xüsusən diqqət aşağıdakı cəhətlərə yetirilməlidir: Rəhbər heyətin MM məşqində – mühafizə tədbirlərinin rəhbər heyət tərəfindən təşkil edilməsinə; kompleks təlim, əməli və obyekt məşqlərində isə – daldalanma yerlərinin, hazırlanması, işçilərin daldalanması və ya təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi mühafizə vasitələrinin paylanması, obyektdə sabit işin təmin edilməsi, xilasetmə işləri aparılması və s. kimi tədbirlərin fəhlələr, qulluqçular, MM dəstələri tərəfindən əməli surətdə icra edilməsinə.
       Müharibə dövrü üçün MM planı üzrə keçirilən kompleks təlim və obyekt MM məşqi çox vaxt düşmənin «qəflətən basqını» ilə əlaqədardır, «Hamının diqqətinə» siqnalı verilməsi ilə başlanır. Bu zaman müvafiq tədbirlər (adamların daldalanması, obyektdə işin qəzasız dayandırılması və s.) elan edildikdən sonra MM planında nəzərdə tutulan digər tədbirlər ardıcıllıqla heyata keçirilir.
əməli məşğələ (MM dəstələrinin məşqi) adətən iştirakçıların toplanması və hazırlığının yoxlanması ilə başlanır. Sonra təlimin rəhbəri dəstə komandirlərini yaradılmış vəziyyətlə tanış edib iş tapşırığı (əmr) verir və özünün köməkçilərini də cəlb etməklə komandirlərin tapşırığının necə təşkil etdiyinə və onların tabeliyindəki heyətlərin əməli işlərinə nəzarət edir, qiymət verir.
       İşin gedişində icraçılara yuxarı rəhbələrin əlavə sərəncamları, kəşfiyyat məlumatları çatdırılır, bunlar da komandirləri yeni qərarlar qəbul etməyə, qətiyyətlə fəaliyyət göstərməyə sövq etdirməlidir. Kompleks təlimlərdə, taktiki – ixtisas təlimlərinə və obyekt məşqlərində təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə, imitasiya zamanı və əməli işlər yerinə yetirilərkən bədbəxt hadisələrin qarşısının alınmasına diqqət yetirilməlidir. Bu məqsədlə: şəxsi heyəti bu iş üçün avadanlığı olmayan yük maşınlarında aparmaq; yüksəkvoltlu elektrik xətləri altında və bu xətlərdən ən azı 100 m yaxında radiostansiyaları işə salmaq; adamlar və tezalışan maddələr olan yerlərdən 50 m yaxında imitasiya üçün tüstü şaşkalarını yandırmaq; fuqaslar partlatmaq; maye yanacaq və GTZM tutumları, ot-küləş tayaları, yetişmiş taxıl zəmiləri yaxınlığında və digər belə yerlərdə «yanğın ocağı» imitasiya etdirmək, təlim qurtardıqdan sonra imitasiya vasitələrini və yerlərini yığışdırıb səhmana salmadan çıxıb getmək qadağandır.
       Hər bir təlim onun təhlili ilə başa çatdırılır. Təhlil təlimin vacib mərhələlərindən biridir: burada iştirakçıların fəaliyyəti qiymətləndirilir, buraxılmış səhvlər, nöqsanlar aydınlaşdırılır, müsbət cəhətlər qeyd edilir
       Təlimin təhlilini rəhbərlik keçirir və təlimin gedişində özünün müavinlərinin, köməkçilərinin (vasitəçilərin) topladığı materialları misallar göstərməklə təlimin nətəcələrini və onun iştirakçılarının fəaliyyəti qiymətləndirilir.
       Kompleks təlimin keçirilməsindəki, ümumiyyətlə tə’limlərin keçirilməsi üçün yuxarıda sadaladığımız sənədlərlə yanaşı, aşağıdakı sənədlər də işlənib hazırlanmalıdır:
-         Xəritə (sxem) və onun üzərində təlimin məqsədi;
-         Arayış məlumatı;
-         Təlimə hazırlığın təqvim planı;
-         Təlimin keçirilməsi planı;
-         İmitasiya planı;
-         Təlimin mövzusu.
       Təlimin ümumi nəticəsi «Kompleks təlimin qiymətləndirilməsi şərtləri» əsasında qiymətləndirilir.
       Təlimin nəticələri barədə obyekt üzrə əmr verilir. Əmrdə təlimin ümumi yekunları göstərilir, fərqlənən şəxslər həvəsləndirilir, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilir. Keçirilmiş təlim barədə yuxarı MM orqanına müvafiq yekun məlumatı təqdim edilir.
 
4-cü tədris sualı:Tədris-metodiki baza.
      MM tədbirlərini müfəvvəqiyyətlə və keyfiyyətlə yerinə yetirmək üçün, bütün qrupları MM hazırlamaq üçün obyktin tədris bazası olmalıdır.
Tədris bazası deyəndə: şəhərciklər, tədris sahələri və məntəqələri, MM sinifləri, tədris əyani vasitələri, MM dəstələrini təmin etmək üçün tabel üzrə vasitələr və s. nəzərdə tutulur.
       Tədris-metodiki baza hansı tələblərə cavab verməlidir?
- müasir nəzəriyyəyə tam uyğun olmalı;
- mövcud proqrama uyğun nəzəri və əməli məşğələlərin keçirilməsini təmin etmək;
- əyani, sadə və tez başa düşülən olmalı;
- bütün qrupların mənəvi, psixoloji cəhətdən hazırlanmasına təminat verməli.
      Tədris-metodik bazanın əsasını tədris şəhərcikləri təşkil edir. Bu şəhərciklər əsas bu sahələrdən ibarətdir:
- şəhərciyin başlanğıc sahəsi;
- xilasetmə işlərinin aparılması sahəsi;
- təxirəsalınmaz qəza-bərpa işlərinin aparılması sahəsi;
- sanitar təmizliyinin keçirilməsi və texnikanın zəhərsizləşdirilməsi sahəsi.
      Ərazisi az olan obyektlərdə tədris şəhərciyi əvəzinə kiçik tədris sahələri düzəldilir ki, bu da Azərbaycan Silahlı qüvvələri haqqında əhalinin mühafizəsi məsələləri, kollektiv mühafizə vasitələri, FMV, əhalinin köçürülməsi məsələləri və s. əhatə olunur.
       Həmin tədris sahəsində adi qırğın silahlarından, eləcə də bakterioloji silahlardan mühafizə, obyektin müharibə şəraitində fasiləsiz işini təmin edən üsulları, idarəetmə orqanları MM siqnallarında və düşmən basqını zamanı fəaliyyəti, ərzağın, suyun, k/t heyvanların, bitkilərinin otun, yemin mühafizə və nəhayət təbii fəlakət, istehsalat qəzaları baş verdikdə MM qüvvələrinin fəaliyyəti və s. göstərilir.
       Tədris-metodiki bazadan daha da səmərəli istifadə etmək üçün obyektdə illik və aylıq iş planı hazırlanır.

NƏTİCƏ
       Əhalinin MM-yə ümumi hazırlığı müasir şəraitdən irəli gələn zərurətdir.
Nə qədər ki, hərbi münaqişələr var, torpağımızın 20%-i zəbt edilib, habelə istehsalat qəzaları, təbii fəlakətlər ehtimalı mövcuddur, əhali müdafiə qaydalarını bilməli, lazım gəldikdə mühafizə olunmağı bacarmalıdır.