Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “OFTALMOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ” adlı ELMİ-PRAKTİK KONFRANSIN PROQRAMI. 7 aprel 2023-cü il.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş AZƏRBAYCAN TİBB TƏLƏBƏLƏRİ VƏ QƏNC ALİMLƏRİNİN BEYNƏLXALQ KONQRESİ, 13-14 aprel 2023-cü il.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN "TƏBABƏTİN AKTUAL PROBLEMLƏRİ" Beynəlxalq Elmi Praktiki Konqressin PROQRAMI. 3-6 may 2023-cü il.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN "TƏBABƏTİN AKTUAL PROBLEMLƏRİ" Beynəlxalq Elmi Praktiki Konqress. Tezislər toplusu. 3-6 may 2023-cü il.
Azərbaycan Tibb elmində müstəsna xidmətləri olan görkəmli alimlərin, həkim və pedaqoqların yubileylərinin keçirilməsi artıq universitetdə bir ənənəyə çevrilib.
2020-ci ildə aşağıda göstərilən yubiley elmi konfranslar keçirilmişdir.
- Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
- Əməkdar elm xadimi, tibb elmləri doktoru, RF TEA-nın akademiki, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik konfrans
2020-ci il Azərbaycan Tibb Universiteti üçün əlamətdar olmuşdur. 2020-ci il mayın 14-də ölkə Prezidenti İlham Əliyev ATU-nun 90 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalamışdır.Sərəncamı rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 01.09.2020-ci il tarixli 64 saylı əmri ilə təsdiq edilmiş tədbirlər planı hazırlamışdır. Yubiley çərçivəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır:
- Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi ilə bağlı təntənəli beynəlxalq mərasimin keçirilməsi
- ATU-nun tarixi haqqında kitabın hazırlanması və çap olunması,buklet çapının təşkili (azərbaycan və rus dillərində)
- “Azərbaycan Tibb Jurnalı”nın, “Sağlamlıq” Jurnalının, “Təbib” qazetinin yubileyə həsr olunmuş nömrələrin dərc edilməsi
- “Azərbaycan Tibb Universitetinin tarixi fotolarda” adlı xüsusi fotoalbomun hazırlanması və nəşr edilməsi
- Universitetin 90 illik yubileyi ilə əlaqədar yubiley medalının hazırlanması