Nəşrlər:
1) Əczaçılıq kimyası. I hissə, H.M. Əliyev, SSRİ Səhiyə Nazirliyi tərəfindən təsdiq olunmuş dərslik, azərbaycan dilində, Bakı, «Maarif», 1979, 22,5 ç.v.
2) Əczaçılıq kimyası. II hissə, H.M. Əliyev, SSRİ Səhiyə Nazirliyi tərəfindən təsdiq olunmuş dərslik, azərbaycan dilində, Bakı, «Maarif», 1982, 22 ç.v.
3) Əczaçılıq kimyası. Test tapşırıqları. I hissə, Bakı, 2015, 629 səh. Dərs vəsaiti. Prof. T.A.Süleymanovun redaktorluğu ilə.
4) Əczaçılıq kimyasından laboratoriya məşğələlərinə rəhbərlik. H.M. Əliyev, N.Ə. Babayev, azərbaycan dilində, Bakı, «Maarif», 1996, 23 ç.v. Dərs vəsaiti.
5) «B» qrupu vitaminləri. H.M. Əliyev, rus dilində, Bakı, «Azərnəşr», 1971, 10 ç.v. (monoqrafiya)
6) Dərmanların kompleksonometriya ilə analizi. H.M. Əliyev, azərbaycan dilində, Bakı, «Azərnəşr», 1973, 7,0 ç.v. (monoqrafiya)
7) Əczaçılıq analizində polimetin boyalarının əmələgəlmə reaksiyasının tətbiqi. A.S. Beysenbəyov, H.M. Əliyev, rus dilində, Alma-Ata, 1987, 6,0 ç.v. Dərs vəsaiti.
8) Merkuriondan istifadə etməklə civənin qeyri-üzvü dərman preparatlarının vəsfi və miqdarı analizi üzrə metodik göstərişlər. H.M. Əliyev, A.F. Ələkbərov, rus dilində, Bakı, «Azərnəşr», 1979, 0,8 ç.v.
9) Optik üsullarla dərmanların analizinə aid metodik göstərişlər, H.M. Əliyev, N.Ə. Babayev, 1984, azərbaycan və rus dillərində, 3,5 ç.v.
10) Teofillidin və piridoksinin metil efiri azoboyalarının civə-kompleks əmələgətirmə reaksiyalarının dərmanların kompleksonometriya, merkurimetriya və fototmetriya ilə analizində istifadəsi. H.M. Əliyev, B.M. Hüseynov, rus dilində , Bakı, 1984, 2,0 ç.v.
11) Dərman preparatlarının nitritometriya ilə analizi. Bakı, A.F. Ələkbərov rus dilində, 1984, 2,0 ç.v.
12) Əczaçılıq kimyası üzrə istehsalat təcrübəsi (proqram və metodik göstərişlər). H.M.Əliyev, F.M. Əhmədova, V.H.İsgəndərov, Bakı, 1986, azərbaycan və rus dillərində, 1,5 ç.v.
13) Müstəqil məşğələlərə aid metodik göstərişlər (III kurs tələbələri üçün): Bölmə – Benzolsulfonilamidlər və onların törəmələri. F.R. Kərimova, Bakı, azərbaycan və rus dillərində, 1989, 1,5 ç.v.
14) Okesifenilalkilaminlər və onların törəmələri qrupundan olan dərman preparatlarının (adrenomimetiklər, dofamin, metildofa, levodopa) fotometriya ilə təyini. H.M. Əliyev, C.Y. Yusifova, rus dilində, Bakı, 1993, 1,0 ç.v.
15) Bioloji obyektlərdə və dərman formalarında 1,4-benzodiazepin törəmələrinin fotometriya ilə təyini. H.M. Əliyev, E.A. Qarayev, rus dilində, Bakı, 1994, 1,25 ç.v.
16) Kollokviumlara aid metodik göstərişlər. III kurs tələbələri üçün vəsait. İ.S. Mövsumov, azərbaycan və rus dillərində, Bakı, 1995, 5,25 ç.v.
17) Karbohidratlar, aminturşular, polimerlər və duzlar əsasında infuzion məhlullar (tədris-metodiki vəsait). H.M. Əliyev, C.Y. Yusifova, azərbaycan dilində, Bakı, 1998, 1,8 ç.v.
18) Tələbələrin müstəqil məşğələlərinə aid tədris-metodiki vəsait (IV kurs VII semestr). H.M.Əliyev, E.A.Qarayev, V.H.İsgəndərov, azərbaycan dilində, Bakı, 1998, 1,5 ç.v.
19) Kimyəvi dərman maddələri, onların analizi və işlənməsi. Hafiz Əliyev, Nizami Babayev, Vaqif İsgəndərov, azərbaycan dilində, Bakı, «Təbib», 2006. 17 ç.v., Dərs vəsaiti.
20) Юсифова Д.Ю. Метаболиты некоторых лекарственных веществ производных ароматических соединений и фенотиазина, методы их определения, rus dilində, Bakı, 2007, 4,6 ç.v.
21) Prof H.M. Əliyevin redaktorluğu ilə aşağıdakı toplular nəşr olunmuşdur:
a) Azərbaycan əczaçılarının I qurultayı, Bakı, 1976, 236 səh., (rus dilində)
b) Azərbaycan əczaçılarının II qurultayı, Bakı, 1983, 247 səh., (rus dilində).
c) Azərbaycanda ali əczaçılıq təhsilinin 60 illiyinə həsr edilmiş yübiley-konfransın materialları» Bakı, 1999, 238 səh. (rus və azərbaycan dilində).
Kafedranın əməkdaşları: 10 nəfər, onların - 2 əczaçlıq elmləri doktoru, professor - 8 əczaçlıq elmləri namizədi (4 dosent, 3 baş müəllim, 1 assistent) Kafedrada 5 doktorluq dissertasiyası, 28 namizədlik dissertasiyası müdafiə olun-muşdur. 600-dən yuxarı məqalə çap edilmişdir.
Kafedranın əməkdaşları tərəfindən 22 müəlliflik şəhadətnaməsi və patentlər alınmışdır.
Dərman maddələrinə aid səciyyəvi xromogen reaksiyaların yaradılması və onların əsasında keyfiyyətə nəzarət üzrə yeni prinsip əsaslandırılmışdır: «dərman maddəsi (farmakofor, liqand, azokomponent) ® onun azotöərəməsi ® azotörəmənin metal-kompleksi ® səciyyəvi xromogen reaksiya». H.M. Əliyev tərəfindən təklif edilmiş və təcrübədə öz təsdiqini tapmış bu prinsip əsasında bir neçə qrupa aid dərman maddələri üçün (3-oksipiridin və imidazol törəmələri, oksifenilalkilaminlər) yeni səciyyəvi xromogen reaksiyalar aşkar edilmişdir. Bunlardan piriditol və onun sintezinin aralıq məhsulları, teofillin və teofillidin, simetidin və dakarbazin üçün olan reaksiyaları göstərmək olar.
İlk dəfə olaraq B6 qrupu vitaminlərinin (piridoksin, piridoksal, piridoksamin) onların bənzərləri və imidazol törəmələrinin azobirləşmələrinin müəyyən pH-da bəzi metal ionları ilə səciyyəvi rəngli, suda həll olan sabit kompleks əmələgətirmə reaksiya-ları aşkar olunmuş və onların kimyası tədqiq edilmişdir.
Hazırda da qüvvədə olan SSRİ Dövlət Framakopeyasının (DF) «Dərman formalarında vitaminlərin miqdarı təyini» adlı ümumi məqaləsinə, kafedra tərəfindən təklif olunmuş və polimetin birləşmənin əmələ gəlməsinə əsaslanan nikotinamidin təyini üsulu daxil edilmişdir (DF XI, hissə 2, Moskva, 1990).
Kafedrada sintez olunan piridoksin azotörəmələri (merkurionlar) bizim müstəqil müraciətimiz, sifarişimiz əsasında CAS (Chemical Abstracts Service, ABŞ) beynəlxalq təşkilatda 2005-ci ildə ekspertizadan keçirilərək, qeydiyyata alınmışdır. Beləliklə, uzun illərdən bəri bu sahədəki tədqiqatların prioritetinin məhz bizə, Azərbaycan alimlərinə məxsusluğu beynəlxalq miqyasda öz hüquqi təsdiqini tapmışdır. Bu qeydiyyat həmin maddələrin kimyəvi toplulara salınması, istehsalı və digər ölkələrə ixracı üçün imkan yaradır. Bu beynəlxalq təşkilatda Azərbaycan Respublikasında sintez edilmiş kimyəvi maddələrin sifarişlə qeydiyyatı ilk dəfə həyata keçirilir.
“Fagolin” məlhəmində dexpantenolun YEMX ilə miqdari təyinat üsulunun validasiya qiymətləndirilməsi aparılmış, spesifiklik, düzgünlük, dəqiqlik, xəttilik və dayanıqlıq təyin edilmişdir. Tədqiq edilən üsul qənaətbəxş spesifiklik, düzgünlük, dəqiqlik, xəttilik və dayanıqlıq göstəricilərinə malikdir və “Fagolin” məlhəminin istehsalı, eləcə də satışı mərhələlərində keyfiyyətə analitik nəzarəti həyata keçirməyə imkan verir.
“Kalinol plus”şərbətində timolun YEMX ilə miqdari təyinat üsulunun validasiyasına aid bəzi göstəricilər yoxlanılmış, spesifiklik, düzgünlük, dəqiqlik, xəttilik və sistem uyğunluğu təyin edilmişdir. Üsul qənaətbəxş spesifiklik, düzgünlük, dəqiqlik, xəttilik və sistem uyğunluğu göstəricilərinə malikdir və “Kalinol plus” şərbətinin istehsalı, eləcə də satışı mərhələlərində keyfiyyətə analitik nəzarəti həyata keçirməyə imkan verir.
Strukturunda 4-morfilin fraqmenti olan piperazin-1-ditiokarbamat tюrяmяlяri sintez edilmiш, alыnmыш maddяlяrin quruluшlarы, element analizi, ИQ-, NMR- vя MS- spektroskopiyanыn kюmяyi ilя mцяyyяn edilmiшdir. Sintez edilmiш ditokarbamat tюrяmяlяrinin antibakterial tяsirя malik olmasы mцяyyяn edilmiшdir.
Ölkəmizdə əczaçlıq tarixində ilk dəfə olaraq 2001-ci ildə «Azərbaycan Əzaçılıq Jurnalı» elmi-praktik jurnal yaradılmış və prof. H.M. Əliyev onun Baş redaktorudur. Jurnal 2001-2006-cı illərdə bu adla nəşr edilirdi. Çoxsaylı müraciətlər əsasında jurnalın əhatə dairəsinin genişlənməsi zəruriyyəti yarandı. Əczaçılığın farmakoterapiya ilə sıx əlaqəda olduğunu nəzərə alaraq 2007-ci ildən ATU-nun təsisçiliyi ilə jurnal “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı” adı ilə nəşr olunmağa başladı. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə, dissertasiyaların əsas nəticələrininin dərc olunması tşvsiyə edilən nəşrlərin siyahısına daxildir. 2009-cu ildən jurnal EMBASE beynəlxalq məlumat bazasında refarativ topluya daxil edilib. Jurnalın ərsə gəlməsi və fəaliyyətində kafedra əməkdaşlarının müstəsna rolu vardır. 2015-ci ildə jurnal beynəlxalq məlumat bazası tərəfindən “impact factor” – yüksək indeksli jurnallar siyahısına daxil edilmişdir.
Beynəlxalq məlumat bazası-Elsevier və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “SCORPUS – 2015” – Beynəlxalq mükafatlandırma tədbirində jurnal, tibb sahəsi üzrə ən yaxşı, nailiyyətlər qazanmış mətbu orqanı kimi nominant siyahısına daxil edilmişdir.