Assistent Xədicə Yusufova “Şahdağ Milli parkın teriofaunası” (Elmi rəhbər- prof. b.e.d. C.Ə.Nəcəfov)
B.ü.f.d. Aytəkin Həsənova “Xromosom anomaliyalarının molekulyar və sitogenetik tədqiqi” mövzusunda b.ü.e.d. dissertasiyası üzərində işləyir (Elmi məsləhətçilər: prof. b.ü.e.d. C.Ə.Nəcəfov və prof. t.ü.e.d A.B.Hüseynov)
B.e.n. Aynur Ənsərova “Azərbaycanın əsas su anbarlarının mikrobioloji rejimi və müasir ekoloji, sanitar-hidrobioloji vəziyyəti” adlı dissertasiya işi biologiya elmlər doktoru alimlik dərəcəsi almaq üçün 17.04.2018 il tarixində (24.14.01-“Mikrobiologiya”) ilkin müdafiə mərhələsini keçmiş və müvafiq sənədlər təsdiqlənmək üçün Ali Attestasiya komissiyasına təqdim edilmişdir (elmi məsləhətçi AMEA- nın həqiqi üzvü M.Ə.Salmanov). 6 dekabr 2022-ci il tarixində müdafiyə olunmuşdur.
B.e.n. Leyla Süleymanova “Ali bitkilərin stress amillərinə cavab reaksiyası ilə bağlı gen şəbəkələri və onların tənzimlənməsi” (elmi məsləhətçi: AMEA-nın müxbir üzvi, professor İ.Ə.Şahmuradov)
P.ü.f.d. Lalə Hüseynova “Azərbaycan əhalisində bəzi irsi xəstəliklərin genetik heterogenliyi və biokimyəvi polimorfizmi” mövzusunda Genetika ixtisasında biologiya üzrə elmlər doktoru adını almaq üçün dissertasiya işinin mövzusu AMEA-nın Genetika İnstitutunun Elmi Şurasının 04.12.2018-ci il tarixli qərarı ilə təsdiq olunub (elmi məsləhətçi professor K.A.Əliyeva).
B.ü.f.d. Ramin Həşimov “Azərbaycanda Ophisops elegans (Menetries,1832), Lacerta strigata (Eichwald, 1831) və Tenuidactylus caspius (Eichwald,1831) növlərinə ekoloji təsirlər və onların sitoloji-histoloji analizi”mövzusunda dissertasiya işi biologiya elmlər doktoru adını almaq üçün təsdiq olunub (elmi məsləhətçi professor C.Ə.Nəcəfov).
B.ü.f.d. Sevda Əlizadə “Azərbaycan Respublikasının əhalisində mukopolisaxaridoz irsi xəstələyinin biokimyəvi polimorfizmi, genetik heterogenliyi, gen xəritəsi və profilaktikası” mövzusunda Genetika ixtisasında biologiya üzrə elmlər doktoru adını almaq üçün dissertasiya işinin mövzusu AMEA-nın Genetika İnstitutunun Elmi Şurasının 02.10.2020-ci il tarixli qərarı ilə təsdiq olunub (elmi məsləhətçi: professor K.A.Əliyeva).
Assistent Qumru Orxan qızı Hüseynovanın Biologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almaq üçün “Hüceyrə biologiyası, sitologiya və histologiya “ ixtisası (şifr 2407.01) üzrə planlaşdırdığı “Yumurtalıq xərçəngi diaqnozu qoyulmuş xəstələrdə genetik və epigenetik dəyişkənliklərin tədqiqi“ adlı dissertasiya mövzusunun I Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının 09.03.2023-cü il tarixli qərarı ilə təsdiq olunub (elmi rəhbər: b.e.d. Abbasov Mehrac).