Əslində ictimai səhiyyə ixtisası çox da yeni sayılmır. Bu ixtisas 2017-ci ilə qədər “Tibbi profilaktika” adlanırdı. Lakin 2017-ci ildən etibarən fakültənin adı ilə bərabər priroriretləri də dəyişdirildi. Artıq ictimai səhiyyə ixtisasında beynəlxalq proqramlara uyğun dərs proqramları tələbələrə tədris olunur.
Təhsilalanlar bu ixtisasda 5 il baza ali tibb təhsili alırlar. Adından da göründüyü kimi ictimai səhiyyə - əhali sağlamlığının qorunması, öyrənilməsi və profilaktikasına əsaslanan elmdir. Tədris olunan fənnlərdə əhalinin sağlamlığını necə və hansı üsullarla öyrənilməsi tələbələrə aşılanır. Həmçinin gözlənilməz pandemiyalar zamanı əhalinin sağlamlığının qorunması və dəyərləndirilməsi də məhz ictimai səhiyyənin vəzifəsidir. İctimai səhiyyə tək fərdin sağlamlığı ilə deyil, bütöv bir cəmiyyətin sağlamlığı ilə maraqlanır. Buna görə də cəmiyyətin sağlamlığına zərər verə biləcək amil və şaraiti qiymətləndirib aradan qaldırmaq ictimai səhiyyənin borcudur. Sadalanan bütün bu bilik və bacarıqlar universitetin müxtəlif kafedralarında təhsilalanlara öyrədilir. Bütün bu bilik ve bacarıqlara yiyələnib universiteti bitirən hər bir tələbə isə: GEM, İSİM,AQTA,Taun əleyhinə müəssisələr, Elmi tədqiqat, klinik, mikrobioloji ve yüksek biorisklərin lababaratoriyaları və.b sahələrdə işləyə bilərlər.