İctimai səhiyyə

Təhsilalanlar  bu ixtisasda 5 il baza ali tibb təhsili alırlar.

İctimai səhiyyə - əhali sağlamlığının qorunması, öyrənilməsi və profilaktikasına əsaslanan elmdir. Tədris olunan fənlərdə əhalinin sağlamlığını necə və hansı üsullarla öyrənilməsi tələbələrə aşılanır. Həmçinin gözlənilməz pandemiyalar zamanı əhalinin sağlamlığının qorunması və dəyərləndirilməsi də məhz ictimai səhiyyənin vəzifəsidir. İctimai səhiyyə tək fərdin sağlamlığı ilə deyil, bütöv bir cəmiyyətin sağlamlığı ilə maraqlanır. Buna görə də cəmiyyətin sağlamlığına zərər verə biləcək amil və şaraiti qiymətləndirib aradan qaldırmaq ictimai səhiyyənin borcudur.

İctimai səhiyyə mütəxəssisi xəstəliklərin qarşısının alınması, sağlamlığın təşviqi, səhiyyə xidmətlərinə çıxışın asanlaşdırılması, tədqiqat, məlumatların təhlili, xalqın maarifləndirilməsi və səhiyyə ədalətinin təbliği kimi fəaliyyətlər vasitəsilə əhalinin və icmaların sağlamlığının təşviqi, habelə sosial ədalətin qorunmasında ixtisaslaşan səriştəli işçidir, peşəkardır.

Sadalanan bütün bu bilik və bacarıqlar universitetin müxtəlif kafedralarında təhsilalanlara öyrədilir. Bütün bu bilik ve bacarıqlara yiyələnib universiteti bitirən hər bir tələbə isə: GEM, İSİM, AQTA,Taun əleyhinə müəssisələr, elmi tədqiqat, klinik, mikrobioloji ve yüksek biorisklərin laboratoriyaları və başqa sahələrdə işləyə bilərlər.