Fizioterapiya və tibbi reabilitasiya kifayət qədər maraqlı bir ixtisasdır. Əvvəlcə onu qeyd edək ki, ixtisas üzrə bakalavr təhsili 4 ildir. Fizioterapiya təbii prosedurlarla müalicə aparan müasir tibbin ən vacib qollarından biridir. Zədəli, əlil və yaşlı insanların hərəkət qabiliyyətlərini yaxşılaşdırmaq, yarana biləcək risklərin qarşısını almaq üçün su ilə mualicədən başlayaraq, elektrik, elektromaqnit, baroterapiya və s üsülları tətbiq edilir. Bundan başqa xəstəlik xroniki hala keçməsin deyə fizioterapistlərə müraciət olunur. Təhsilalanlar xaricdə təhsil almış professorlardan birbaşa bu ixtisasın sirrlərini öyrənirlər. Bununla yanaşı onlar Universitetin Tədris Terapevtik klinikası və Elmi Tədqiqat İnstutunda praktikalarda olur, xəstələrlə bir-başa əlaqə, xəstəxana muhiti nə deməkdir dərindən öyrənirlər.
Gələcəktə isə tələbələrin Pediatrik reabilitasiya, Qeyri-artrik reabilitasiya, Kardiak, Pulumuner, Ortopedik, İdman yaralanmaları, Nevroloji reabilitasiya, Ginekoloji, Onkoloji sahələrdə seçim etmək imkanları var. Xəstəxanalar, özəl klinikalar, reablitasiya mərkəzləri, hətta idman zallarında belə fizioterapistlər öz peşələrini layiqincə yerinə yetirə bilərlər.