Kafedrada aşağıdakı dissertasiya mövzuları ətrafında iş aparılmışdır:
- Kafedranın dosenti G.H.Səfərova “Azərbaycan fəlsəfi fikrinin inkişafında A.O.Makovelski mərhələsi” mövzusunda fəlsəfə elmləri doktoru alimlik dərəcəsi 7210.01.-“Fəlsəfə tarixi” ixtisası üzrə elmlər doktoru üzrə doktorant
Mövzu təsdiq edilmişdir: 23.01.2017
- Kafedranın dosenti E.C.Sadıqov “Ermənistan-Azərbaycan ərazi münaqişəsi böyük dövlətlərin xarici siyasətində (1918-1920-ci illər)” mövzusunda tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün
Mövzu təsdiq edilmişdir: 01.04.2017
Kafedranın dissertantı F.İ.Musayeva “1918-1920-ci illər türk-müsəlman soyqırımı Türkiyə tarixşünaslığında” mövzusunda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 5509.01 - “Mənbəşünaslıq, tarixşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə təqdim etdiyi dissertasiya mövzusu Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının 2017-ci il 02 dekabr tarixli genişləndirilmiş iclasında müzakirə edilmiş və müdafiəyə buraxılması tövsiyə olunmuşdur.
Kafedranın dissertantı B.O.Qasımova “Azərbaycan gerçəkliyində milli mənlik şüurunun rolu: məqsəd və prioritetlər” mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün - 7207.01- “Sosial fəlsəfə” ixtisası üzrə təqdim etdiyi dissertasiya mövzusu
Mövzu təsdiq edilmişdir: 23.01.2012