Abaszadə Zümrüd Əmirqulu qızı Abaszadə Zümrüd Əmirqulu qızı Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı 2 saylı Baza Tibb Məktəbinin “Laboratoriya-diaqnostika” şöbəsinə daxil olub “Feldşer-laborant” ixtisasına yiyələnmişdir. 2004-2008 ci illərdə Bakı Dövlət Universitetinin “Biologiya” fakültəsinin bakalavr pilləsi üzrə müvəffəqiyyətlə bitirmiş. 2009-cu ildə həmin Universitetin “Biologiya” fakültəsinin magistr pilləsinə qəbul olunmuş və 2011-ci ildə fərqlənmə diplomu ilə magistr dərəcəsini almışdır. 2012-ci ilin aprel ayından Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və Genetika” kafedrasının müəllimi təyin olunub. 2019-cu ildən bu günə qədər Normal fiziologiya kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir. Kafedrada Azərbaycan və İngilis dillərində dərslər aparır. 2 dildə (Azərbaycan və İngilis) 2 dərslik və 2 dərs vəsaiti və 7 elmi əsərin müəllifidir. 2016-cı ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun “İnsan genetikası” ixtisası üzrə dissertantıdır. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri kimi fəaliyyət göstərir. 2013-2017- ci illər ərzində Azərbaycan Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsinin üzvü olmuşdur. 2017-ci ilin aprel ayından etibarən Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə fakültəsində tyutor vəzifəsində çalışır. Müasir yarımavtomat və avtomat laboratoriya cihazları ilə sərbəst işləmək qaydalarına yiyələnmişdir. Genetik Ehtiyatlar İnstitutunda AMEA-nın müxbir üzvü, prof. İ.Ə. Şahmuradovun rəhbərliyi ilə keçirilən Webinar və seminarlarda daimi iştirak edir.