Tibb bacısı işi ixtisası üzrə koordinatoru – Məmmədova Fəxriyyə Mahmud
Məmmədova Fəxriyyə Mahmud qızı 1998-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-1999-cu illərdə bir illik internatura kursunu 6 saylı Uşaq Klinik xəstəxanasında keçmişdir. 2002-ci il aprel ayına kimi Bakı şəhəri 1 saylı Uşaq xəstəxanasında həkim-ordinator işləmişdir. 2002-ci ildə ATU-nun I Uşaq xəstəlikləri kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 2009-cu ildə «Birləşdirici toxumanın displaziyası olan uşaqlarda ürək fəaliyyətinin dəyişiliklərinin xüsusiyyətləri» mövzusunda dissertasiya işini müdafiə edərək AAK tərəfindən tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almağa layiq görülmüşdür.
2011-2016 illərdə Pediatriya fakültəsinin Elmi Şurasının katibi, Pediatriya fənni üzrə Dövlət Attestasiya Komissiyasının məsul katibi vəzifələrini icra etmişdir. 2016-ci ildən Pediatriya ixtisası üzrə Problem Komissiyasının, 2017-ci ildən II MPF-nin Elmi Şurasının üzvüdür. 2019-cu ildən ATU-nun nəzdində Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması üçün komissiyanın sədr müavinidir.
Yerli və beynəlxalq təşkilatların (International Pediatric Association, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Könüllü Həkimlər Assosiasiyası) üzvüdür, “Azərbaycan Pediatriya Jurnalı”nın redaksiya heyyətinin üzvüdür.
2017-ci ildə ATU-nun nəzdində “Tibb bacısı işi” ixtisasının bakalavr səviyyəsində tədrisini təşkil etmək məqsədilə Litvanın “Sağlamlıq Elmləri İnstitutun”a ezam olunmuşdur. Sonraki illərdə, “Tibb bacısı işi” ixtisasının işçi qrupunun üzvü olaraq, bu ixtisasın təhsil proqramının və fənn proqramlarının hazırlanmasında fəal iştirak etmişdir.
Hal-hazırda ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti və İctimai Səhiyyə fakültəsində “Tibb bacısı işi” ixtisası üzrə koordinator vəzifələrində çalışır.