Kafedranın elmi – tədqiqat axtarışları epilepsiya sahəsinə yönəlmişdir. Azərbaycanda ilk dəfə olaraq epilepsiyanın əsaslı epidemiologiyası, ayrı - ayrı klinik formalarının xarakteristikası, qadınlarda epilepsiya və epilepsiyalı xəstələrin həyat tərzi və keyfiyyəti öyrənilib. Hal-hazırda epilepsiyanın etiologiyası öyrənilir və epidemiologiyasının öyrənilməsi davam edir.