2017-ci il hesabatına əlavə.
II.
ELMİ KADRLARIN HAZIRLANMASI
Kafedrada aspirantura xətti üzrə iki dissertasiya işi yerinə yetirilir.
1) Mövzunun adı: “Katamenial epilepsiya”.
Mövzu ATU – nun I MPF Elmi Şurasında 26.04.2012-ci il tarixdə (protokol 7) təsdiq olunub.
Elmi rəhbər: prof. Mahalov Ş.İ.
İcraçı: kafedranın doktorantı İsayeva N.C.
İş tamamlanıb və ATU-nun Psixonevrologiya üzrə Elmi Şurasında 24.05.2017 tarixində müdafiə olunub. Protokol № AR AAK-nın təsdiqinə göndərilib. Iş AAKN-da təsdiqini alıb.
2) Mövzunun adı: “Azərbaycanın Şimal – Şərq regionunda (Quba - Qusar) epilepsiyanın epidemiologiyasının öyrənilməsi”.
Mövzu ATU-nun I MPF Elmi Şurasında 20 iyun 2008-ci il tarixdə (protokol 3) təsdiq olunub.
Elmi rəhbər: prof. Mahalov Ş.İ.
Aspirant: Əlizadə İlhamə Məcnun qızı
Hal – hazırda tematik xəstələrin seçilməsi, epilepsiyanın regionda xəstələnməsinin və yayılmasının analizi tamamlanıb. İş müdafiə üçün Elmi Şuraya təqdim olunma ərəfəsindədir.
İDDİAÇILIQ YOLU İLƏ AŞAĞIDAKI İŞLƏR APARILIR:
1) Mövzunun adı: “Эпилепсия у беременных: течение, лечение и исход”
Elmi rəhbər: prof. Mahalov Ş.İ.
İcraçı: Məlikova Şəhla Yaqub qızı
İş nevrologiya kafedrasının iclasında (18.12.2014 protokol 4) və Psixonevrologiya üzrə Problem komissiyasının iclasında (16.02.2015 protokol 1) təsdiq olunub. Hal – hazırda iş tamamlanıb və 2018-ci ildə müdafiə üçün ATU-nun nəzdində D.03015 Dissertasiya Şurasında müdafiəyə təqdim olunub.
2) Mövzunu adı: “Postinsult epilepsiya: kliniki xüsusiyyətləri və risk faktorları”
Elmi rəhbər: Mahalov Ş.İ.
İcraçı: Səmədova R.F.
İş nevrologiya kafedrasının iclasında (28.10.2016 protokol 4) və Psixonevrologiya üzrə Problem komissiyasının iclasında (22.11.2016 protokol 1) təsdiq olunub. Hal-hazırda icraçı ATU-nun Nevrologiya kafedrasında 1, 3 və 6 saylı şəhər kliniki xəstəxanalarının nevroloji şöbələrində insultdan sonrakı epilepsiyalı xəstələrin aşkarlanması və müayinəsi istiqamətində iş aparır.
3) Mövzunun adı: “Travmatik epilepsiya: kliniki xüsusiyyətləri, diaqnostika və müalicə”
Elmi rəhbər: Mahalov Ş. İ.
İcraçı: Sultanova T.Ə.
İş nevrologiya kafedrasının iclasında (28.10.2016 protokol 4) və Psixonevrologiya üzrə Problem komissiyasının iclasında (22.11.2016 protokol 1) təsdiq olunub. Hal-hazırda icraçı ATU-nun Neyrocərrahiyyə kasfedrası, Respublika neyrocərrahiyyə Mərkəzi 1 və 3 saylı şəhər kliniki xəstəxanalarının nevroloji şöbələrində neyrotravmadan sonrakı epilepsiyalı xəstələrin aşkarlanması və müayinəsi istiqamətində iş aparır.
4) Mövzunun adı: “Neyroinfeksiyalarda epilepsiya”
Elmi rəhbər: Mahalov Ş. İ.
İcraçı: Cəfərova G.R.
İş ATU-nun I MPF-nin Elmi Şurasının 28.03.2017-ci il tarixli iclasında təsdiq olunub. Protokol 7
Hal-hazırda dissertant 1 saylı şəhər klinik xəstəxanasının infeksion şöbəsində, 2 saylı uşaq klinik xəstəxanasının neyroinfeksiya şöbəsində infeksiyalar zamanı epilepsiyalı xəstələrin aşkarlanmasını və müayinəsini aparır.
5) Mövzunun adı: “Baş beyin şişlərində epilepsiya: kliniki, neyrofizioloji və neyroanatomik xüsusiyyətləri”
Elmi rəhbər: Mahalov Ş. İ.
İcraçı: Quliyeva Ş.Q.
İş ATU-nun I MPF-nin Elmi Şurasının 28.03.2017-ci il tarixli iclasında təsdiq olunub. Protokol 7
Hal-hazırda dissertant ATU-nun neyrocərrahiyyə kafedrası, Respublika cərrahiyyə mərkəzi, Milli onkologiya mərkəzində həcmli proseslərdə epilepsiyalı xəstələrin aşkarlanmasını və müayinəsini aparır.
6) Mövzunun adı: “Azərbaycanın cənub – şərq regionunda epilepsiyanın epidemiologiyasının öyrənilməsi”
Elmi rəhbər: prof. Mahalov Ş.İ.
İcraçı: kafedranın assistenti Əmənullayev Nuran İsaq oğlu
ATU-nun I MPF Elmi Şurasının 25.05.2006-cı il tarixli iclasında təsdiq olunub (Protokol 9). Hal – hazırda dissertasiya materialları tam toplanılıb, iş tamamlanmışdır.