Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Dekan

Əliyeva Elmira Ramiz qızı 12 mart 1980-ci ildə anadan olmuşdur. 1997-ci ildə Rusiya Federasiyasının Çelyabinsk şəhərində 59 saylı orta məktəbi bitirmişdir.
1997-ci ildə Rusiya Federasiyasının Dərbənd şəhərində Yujdaq İnstitutunun Stomatologiya fakultəsinə qəbul olmuş və 2002- ci ildə həmin fakultəni “Fərqlənmə diplomu” ilə bitirmişdir.
2002-2007-ci illərdə həkim stomatoloq kimi Azərbaycan Tibb universitetinin Tədris stomatoloji klinikasında çalışmışdır.
2007-2011-ci illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının Hərbi hospitalında stomatologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2011-2019-cu illərdə Azərbaycan Tibb universitetinin Ortopedik stomatologiya kafedrasında assisent vəzifəsində çalışmışdır.
2014-cü ildə “Kariesin atipik formaları olan xəstələrin ortopedik konstruksiolarla sonrakı müalicəsi ilə müalicəsinin qarşısının alınması və effektivliyinin artırılması” mövzusu ilə namizədlik dissertasiyası müdafiə etmişdir , tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2019-cu ilin dekabr ayından Ortopedik stomatologiya kafedrasının dosenti vəzifəsində çalışır.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanındaDövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə fakültəsində təhsilini davam etdirir.
35-dən çox elmi işi var.
5 sentyabr 2023-cü ildən Azərbaycan Tibb Universitetinin Stomatologiya fakütəsində dekan vəzifəsində çalışır.