Həşimova Aysel Rafiq qızı 28 noyabr 1981-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1999-cu ildə Ağdaş rayon 1 saylı tam orta məktəbi bitirmişdir.2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2015-ci ildə həmin fakültənin magistr pilləsini başa vurmuşdur. 2004-cü ildən orta məktəbdə biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.(2004-2015) 2015-ci ildən Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasında baş laborant (2015-2021), 2020-ci ildən ATU-nun Stomatologiya fakültəsində Akademik məsləhətçi vəzifəsində çalışmışdır. 2021-ci ildə biologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 25-ə qədər elmi əsərin müəllifi olan A.R.Həşimova bir sıra yerli və xarici konfranslarda, beynəlxalq kurslarda və təlimlərdə iştirak etmişdir, yüksək ingilis dili biliyinə malikdir,bir sıra beynəlxalq sertifikatlara layiq görülmüşdür.
Aysel Rafiq qızı Həşimova 2021-ci ildən ATU-nun “Normal fiziologiya” kafedrasında müəllim və Stomatologiya fakültəsində dekan müavini vəzifəsində çalışır.