Mədətli Fərəh İlham qızı, 30 mart 1982-ci ildə Liviyanın Benqazi şəhərində ziyalı ailəsində anadan olub.
1988-ci ildə Moskva şəhər 791 №-li orta məktəbinə gedib, 1999-cu ildə Bakı şəhər 145 saylı orta məktəbi bitirib.
Həmin ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin əczaçılıq işinin təşkili ixtisası üzrə magistraturasına daxil olub, 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrasının aspirantı olub. 2008-ci ilin dekabr ayında Əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrasının assistent vəzifəsinə təyin olunub, 2012-ci ildə isə dosent vəzifəsinə seçilmiş və hal-hazırda bu vəzifədə çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10 iyun 2011-ci il tarixli qərarı ilə əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 6 yanvar 2015-ci il tarixli qərarı ilə “Əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili” ixtisası üzrə dosent elmi adı almışdır. 2020-ci ildə elmlər doktoru dissertasiyasının adı təsdiqlənmiş və hal-hazırda iş üzərində işləyir.
52 elmi işin, o cümlədən 30 məqalə, 14 tezis, 1dərslik, 1 dərs vəsaiti, 1 səmərələşdirici təklif və 5 patentin müəllifidir. Əczaçılıq və Kimya Problemləri üzrə Komissiyanın üzvüdür. 2016-cı ildən hal-hazıra kimi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Apelyasiya Komitəsinin sədr müavini və tibb üzrə ekspertidir.
2022-ci ilin fevral ayında Əczaçılıq fakültəsinin dekanı vəzifəsinə təyin olunub.
Ailəlidir, iki övladı var.
E-mail: [email protected]