Esmira Mirbaba qızı Hacıyeva 1986-cı ildə Moskva şəhərində yerləşən 354 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

1987-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinə daxil olmuş, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Tibb Universitetində əmək fəaliyyətinə başlamışdır.

2012-ci ildən Əczaçılıq fakültəsində akademik məsləhətçi, 2018-ci ildən isə fakültənin dekan müavini vəzifəsində çalışır.

2014-cü ildə “Fəlsəfə doktoru” elmi dərəcəsini almışdır.

2012–2016-cı illər ərzində Əczaçılıq fakültəsinin bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının katibi kimi fəaliyyət göstərmişdir.

2020-ci ildən Farmakoqnoziya kafedrasında assistent, 2021-ci ildən baş müəllim, 2023-cü ildən isə dosent vəzifəsində çalışır.

Esmira Hacıyeva 3 dərs vəsaitinin, 70-dən artıq elmi məqalə və tezisin müəllifidir.

E-mail: [email protected]