Gültəkin İlyas qızı Acalova 1991-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.
1995 – 2014-cü illərdə Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinin Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasında baş laborant vəzifəsində işləmişdir. 1995 – 2004-cü illər ərzində həmin kafedrada Həmkarlar İttifaqı qrup təşkilatının sədri, 2002 – 2012-ci illərdə həmin fakültədə Dövlət Attestasiya Komissiyasının (DAK) məsul katibi kimi fəaliyyət göstərmişdir.
2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya problemləri institutunda dissertasiya işi müdafiə etmiş, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. İndiyədək 1 metodik vəsait, 5 proqram, 2 monoqrafiya və 1 dərs vəsaiti olmaqla, 70-dən çox elmi işin müəllifidir. Elmi işləri Web of Science, Copernic, Inspec-The IET, Scopus bazalarana daxil olmuş Q4 kvartilli elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə yerli və xarici konfranslarda poster məruzələrlə çixiş etmişdir.
2014-cü ildən Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında assistent, baş müəllim, 2018-ci ildən dosent vəzifəsində çalışır. 2023-cü ildə AAK-ın qərarı ilə dosent elmi adı almışdır.
Dosent Acalova Gültəkin İlyas qızı Azərbaycan Respublikasının, fakültənin və kafedranın ictimai işlərində olduqca fəaldır. 2013-cü ildən indiyədək Dövlət İmtahan Mərkəzində (DİM) imtahan rəhbəri kimi fəaliyyət göstərir. 2014 – 2018-ci illərdə kafedranın Həmkarlar İttifaqı qrup təşkilatının sədri kimi iştimai iş aparmışdır. 2018-c ildən Əczaçılıq toksikologiyası və kimya kafedrasında tədris işləri üzrə müdir müavini, 2024-cü ildən Əczaçılıq fakültəsinin dekanlığında akademik məsləhətçi kimi çalışır. İki il Əczaçılıq fakültəsində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin (TEC) münsiflər heyətinin üzvü olmuşdur.
E-mail: [email protected]